BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə31/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

AYƏ 78:


﴿أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا﴾

TƏRCÜMƏ:


«Harada olsanız, hətta ucaldılmış hasarlar qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq qənimət) yetişəndəbu, Allah tərəfindəndirdeyərlər, bir pislik (yoxsulluq, xəstəlik məğlubiyyət) yetişəndə isəbu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)” deyərlər. De: “Bunların hamısı Allah tərəfindəndir” (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə olub ki, sözü dərk etmək istəmirlər?»

TƏFSİR:


Bu ayə möminləri cihada təşviq edir, onları müharibə meydanında ölümdən qorxmamağa çağırır. Eləcə də münafiqlərin bəd fal vurmaqlarına cavab verir. Belə ki onlar məsələni düzgün şəkildə anlayıb səbəblərini araşdırmaq əvəzinə, Allahı acı hadisələrin və məğlubiyyətlərin səbəbi hesab edirdilər.

Bunu da qeyd edək ki, rəhbərlərin bədnam edilməsi münafiqlərin həmişəki üslubudur. Məsuliyyəti öz üzərindən götürməklə günahlara bəraət qazandırmaq, eləcə də günahları başqasının boynuna atmaq olmaz.

Bilmək lazımdır ki, qələbə və məğlubiyyət, ölüm və həyat, acı və şirin hadisələr və s. bunların hamısı Allahın hikmətli təqdirinin təzahürünə əsasən dövr edir.

Ölümün qəti və labüd olmasına diqqət yetirməklə bilməlisiniz ki, harada olsanız ölüm sizi haqlayacaq. Buna görə də müharibədən qaçmağa heç bir əsas yoxdur.


AYƏ 79:


﴿ مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir

TƏFSİR:


İlahi dünyagörüşdə hər bir şey Allahın məxluqudur29 və Allah hər bir şeyi gözəl yaratmışdır.30

Allaha aid olan şeylər yaradılışdır və həmişə gözəlliklə yanaşıdır. Bizim üçün xoşagəlməz sayılan hadisələr və çətinliklər ilk növbədə Allahın məxluqu olan kamalları əldən verməyin, ikincisi isə ilahi xeyirlərdən məhrum olmağın, habelə fərdin, yaxud cəmiyyətin pis əməllərinin nəticəsidir.

Hər bir halda insana nəsib olan kamallar Allah tərəfindən, nöqsanlı hallar və çatışmayan cəhətlər isə öz tərəfindəndir.

AYƏ 80:


﴿ مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ﴾

TƏRCÜMƏ:


«Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik

TƏFSİR:

PEYĞƏMBƏRİN SÜNNƏSİ İLAHİ VƏHY KİMİDİR.


Bu ayədə Peyğəmbəri-Əkrəmin (s) insanların özləri, eləcə də onların gözəl, yaxud pis əməlləri qarşısındakı mövqeyi bəyan edilərək əvvəlcə buyurulur: «Hər kəs Peyğəmbərə (s) itaət etsə, Allaha itaət etmişdir.» Buna əsasən Allah qarşısındakı itaəti Peyğəmbərə (s) itaətdən ayırmaq olmaz. Çünki Peyğəmbər (s) Allahın iradə və istəyi ilə müxalif olan heç bir iş görməz.

Sonra buyurulur: Əgər müəyyən şəxslər bu hökmdən imtina edərək sənin göstərişlərinlə müxalifətçilik etsələr sən onların əməlləri qarşısında heç bir məsuliyyət daşımırsan və icbari şəkildə onların müxalifətlərinin qarşısını almağa vəzifəli deyilsən. Sənin vəzifən yalnız ilahi risaləti təbliğ etmək, insanları yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək, eləcə də yolunu azmış xəbərsiz insanlara düz yol göstərməkdən ibarətdir.

Diqqət yetirmək lazımdır ki, bu ayə Peyğəmbər (s) sünnəsinin və o Həzrətin (s) hədislərinin mötəbər bir sənəd kimi qəbul olunmasının zəruri olduğunu göstərən ən aşkar bir dəlildir. Məlum olduğu kimi, Peyğəmbər (s) də «Səqəleyn» hədisinə əsasən Əhli-Beytin (ə) hədislərini sənəd hesab etmiş və onlara məhəbbət bəsləməyi aşkar şəkildə vacib bilmişdir. Buradan aydın olur ki, Əhli-Beytin (ə) əmr və fərmanlarına itaət etmək Allahın fərmanlarına itaət etməkdən başqa bir şey deyildir.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə