BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə34/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

AYƏ 87:


﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا ﴾

TƏRCÜMƏ:


«Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!»

TƏFSİR:

TÖVHİDLƏ MƏAD BİR-BİRİLƏ QIRILMAZ ƏLAQƏDƏDİR.


Qiyamət günü bütün insanların əməllərindən hesabat almaq üçün bir yerə yığıldığı gündür. Belə isə, Allahın razılığını qazanmaq üçün yorulmadan çalışmaq və yalnız Ona ibadət etmək lazımdır.

Məadın haqq olmasına dair mövcud olan bütün dəlillərlə belə Allahın ədaləti, hikməti, təbiətdə Qiyamətin nişanələrinin mövcud olması, qış aylarında təbiətin bir növ ölüb baharda dirilməsi, yuxu və oyaqlıq, bədəndə olan hüceyrələrin yeniləşməsi və s. Qiyamətin barəsində azacıq belə şəkk-şübhəyə yer qoymur.

Ayənin axırında qeyd olunan mətləbləri təkid etmək üçün buyurulur: «Allahdan da doğru danışan bir kimsə ola bilərmi?»

AYƏ 88:


﴿ فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللّهُ أَرْكَسَهُم بِمَا كَسَبُواْ أَتُرِيدُونَ أَن تَهْدُواْ مَنْ أَضَلَّ اللّهُ وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Bəs sizə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr azğınlıq halına salmış qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bəzi təfsirçilərin İbn Abbasdan nəql etdiyinə görə, zahirdə müsəlman olan bəzi məkkəlilər Mədinəyə hicrət etməyə hazır olmadılar. Lakin axırda Məkkədən çıxmaq məcburiyyətində qaldılar (bəlkə də malik olduqları yüksək mövqeyə görə casusluq üçün bu işə təyin edilmişdilər).

Müsəlmanlar bu hadisədən agah oldular və onlarla necə rəftar etmək məsələsinə gədikdə aralarında ixtilaf yarandı. Bəziləri inanırdı ki, bu dəstə həqiqətdə İslam düşmənlərinin köməkçiləri olduğuna görə onları qovmaq lazımdır. Lakin çox sadəlöhv şəxslərdən bir qrupu bu işlə müxalifətçilik edib deyirdi: «Biz Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verənlərlə necə müharibə edə bilərik?!»

Bu zaman yuxarıdakı ayə nazil oldu və ikinci dəstənin yol verdiyi səhvə görə onları danlayıb sonra düzgün yolu göstərdi.

TƏFSİR:


Bu ayənin nazilolma səbəbinə diqqət yetirməklə bu və ondan sonrakı ayələrin, əvvəllər münafiqlər barəsində nazil olmuş ayələrlə əlaqəsi tamamilə aydın olur. Ayənin əvvəlində buyurulur: Nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız və hərəniz bir cür mühakimə yürütdünüz?!

Sonra buyurulur: Münafiqlərin mürtəkib olduğu çirkin və yaramaz əməllərə görə Allah-təala Öz himayəsini və müvəffəqiyyəti kəsmiş, onların fikirlərini tamamilə alt-üst etmişdir. Bunlar eynilə ayaq üstə durmaq əvəzinə kəlləsi üstə dayananlara bənzəyirlər.

Münafiqləri himayə edən sadəlöhvlərə xitabən buyurulur: Yoxsa siz Allahın, çirkin əməllər səbəbi ilə hidayətdən məhrum etdiyi adamları hidayət etmək istəyirsiniz? Halbuki, Allah hər kəsi hidayətdən məhrum etsə, onun üçün heç bir nicat və qurtuluş yolu tapmazsınız.

Çünki Allahın inkarolunmaz və həmişəlik qanununa görə, əməllərin təsir və nəticələri heç vaxt insandan ayrılmaz. Fikirləri çirkli və qarışıq, qəlbləri nifaq və riya ilə dolu, işi-peşəsi Allah düşmənlərini himayə etmək olanların ilahi hidayətdən bəhrələnməsi necə mümkün ola bilər?! Bu çox yersiz bir təvəqqedir!


AYƏ 89:


﴿وَدُّواْ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَاء فَلاَ تَتَّخِذُواْ مِنْهُمْ أَوْلِيَاء حَتَّىَ يُهَاجِرُواْ فِي سَبِيلِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتَّمُوهُمْ وَلاَ تَتَّخِذُواْ مِنْهُمْ وَلِيًّا وَلاَ نَصِيرًا﴾

TƏRCÜMƏ:


«(Bu ayə kitab əhli müşriklərdən olan kafirlərin öz müşrik qohum dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə onlar Allah yolunda ( dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun öldürün. Onlardan heç vaxt dost köməkçi götürməyin

TƏFSİR:


Bəzi sadəlövh müsəlmanlar tərəfindən himayə olunan və onlara vasitəçilik edilən, eləcə də Quranın İslama yad olmasını bəyan etdiyi münafiqlər barəsində söhbət açan əvvəlki ayələrin ardınca bu ayədə buyurulur: Onların qəlbləri o qədər qaranlıq və zülmətdir ki, təkcə özləri kafir olmaqla kifayətlənmir, üstəlik sizin də kafir olaraq onlarla eyni səviyyədə olmağınızı istəyirlər. Deməli, onlar adi kafirlərdən də pisdirlər. Çünki adi kafirlər başqalarının əqidə və fikirlərini oğurlamaq əzmində deyillər. Amma bunlar başqalarının əqidələrini sarsıdaraq mənəvi cəhətdən təxribatçılıq fəaliyyəti göstərirlər. Belə isə, heç vaxt siz müsəlmanlar onlarla dostluq etməməlisiniz. Əgər öz əməllərinə yenidən baxaraq təxribatçılıq və nifaq əhval-ruhiyyəsindən əl çəksələr və Allah yolunda hicrət etsələr onda başqa məsələ. Bunun da əlaməti küfr və nifaq mərkəzindən çıxıb İslam mərkəzinə hicrət etmələridir. Yox, əgər hicrət etməyə razı olmasalar, bilin ki, küfr və nifaqlarından əl çəkməmiş, zahirdə İslamı qəbul etməklə təxribatçılıq və casusluq məqsədi güdürlər. Belə olan halda onları hər yerdə tapsanız əsir tutub lazım gördüyünüz təqdirdə də qətlə yetirə bilərsiniz. Ayənin axırında bir daha təkid üçün buyurulur ki, onlardan heç kəsi özünüzə dost və köməkçi tutmayın.

İslahatçı və inqilabi bir yolda hərəkət edən hər hansı bir cəmiyyətin, dost paltarına bürünmüş düşmənin və təhlükəli casusların şərindən xilas olmasının yeganə yolu onlarla bu cür ciddi şəkildə rəftar etməkdir.





Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə