BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə43/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

AYƏ 109:


﴿ هَاأَنتُمْ هَـؤُلاء جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلاً ﴾

TƏRCÜMƏ:


«(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!»

TƏFSİR:


Bu ayədə üç dəstə adama xəbərdarlıq edilir:

-Qaziyə və məhkəmə işçilərinə deyilir ki, ehtiyatlı olsunlar, haqqın hədd-hüdudunu və sərhədlərini aşmasınlar.

-Xainlərə deyilir ki, Allah onların işlərinə nəzarət edir.

-Xainləri müdafiə edənlərə deyilir ki, onların bu kimi səylərinin Qiyamətdə heç bir faydası olmayacaqdır.


AYƏ 110:


﴿ وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا ﴾

TƏRCÜMƏ:


«Hər kim pis bir görsə, yaxud özünə zülm etsə (özünə ya başqasına zülm etsə, yaxud etiqad ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan mehriban olduğunu görər

TƏFSİR:


«Su» kəlməsi lüğətdə başqalarına zərər vurmaq mənasında da gəlmişdir. Deməli, bu ayədə insanın həm başqalarına, həm də özünə zülm etməsi irəli çəkilir və bu iş qadağan edilir.

Əvvəlki ayədə xainlərin özləri və onları himayə edənlər tənqid atəşinə tutulmuşdu. Bu ayədə isə buyurulur: Xəta iş görənlər üçün tövbə və qayıdış yolu həmişə açıqdır. Bu işlərdən əl çəkməyi iradə edən və öz günahlarından qayıdaraq tövbə edən məhz siz olmalısınız.


AYƏ 111:


﴿ وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَى نَفْسِهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«Kim bir günah qazansa, əslində (hətta maddi fayda ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən hikmətlidir

TƏFSİR:


İlahi qanunların həddini aşmaqdan, hüdudularını pozmaqdan ibarət olan günah əməl qəlbin səfasını, ruhun təqvasını və ədaləti aradan aparır. Bu da ən böyük xəsarət və ziyankarlıqdır. Varlıq aləmində və ilahi qanunlarda başqalarına zülm etməyin ağır nəticələri gec-tez insanın özünə qayıdacaqdır.

Ayənin axırında buyurulur: Allah həm alimdir, həm bəndələrinin əməl və niyyətlərindən xəbərdardır, həm də hikmət sahibidir. Hər kəsə onun layiq olduğu qədər əvəz (mükafat və ya cəza) verir.



AYƏ 112:


﴿ وَمَن يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا ﴾

TƏRCÜMƏ:


«Kim (səhvən ya bilərəkdən, yaxud fərdi ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan aşkar bir günah götürmüşdür

TƏFSİR:


Bu ayədə günahsız insanlara töhmət vurmağın necə ağır bir günah olduğu xatırladılır və buyurulur ki, hər kəs xəta və günah əmələ mürtəkib olub onu günahsız bir insanın üzərinə atsa, böhtan və aşkar bir günah işə düçar olmuşdur.

TÖHMƏT CİNAYƏTİ


Günahsız insanlara töhmət vurmaq İslamda şiddətlə məhkum olunan ən çirkin işlərdən biridir.

Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: «Allah imanlı qadına ya kişiyə töhmət vuran, barəsində onda olmayan şeyləri deyən şəxsi Qiyamət günündə oddan olan bir dağın üstündə qərar verər ki, dediklərinin məsuliyyətinin altından çıxsın.»

Həqiqətdə insafsızlıq üzündən olan bu yaramaz işin hər hansı bir mühitdə rəvac verilməsi ictimai nizamın, ədalətin aradan getməsinə, haqqın batilə qarışmasına, günahsız şəxsin giriftar olmasına, günahkarın özünə bəraət qazandırmasına və ümumxalq etimadının aradan getməsinə səbəb olur.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə