BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə46/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

AYƏ 119:


﴿وَلأُضِلَّنَّهُمْ وَلأُمَنِّيَنَّهُمْ وَلآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الأَنْعَامِ وَلآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّهِ وَمَن يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِّن دُونِ اللّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا﴾

TƏRCÜMƏ:


« şübhəsiz onları azdıracaq (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat bidət üzündən) deşsinlər (Maidə surəsi, 103- ayə); Allahın (ruh cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür

TƏFSİR:


Şeytan bir neçə tədbiri həyata keçirmək üçün and içmişdir. O cümlədən, Allaha aşağıdakı işləri icra edəcəyini bildirmişdi;

1. Sənin bəndələrindən mənim də müəyyən qədər qismətim olcaqdır.

O bilirdi ki, Allah bəndələrinin hamısını azdırmağa qadir deyil və yalnız həvəsbaz, imanı zəif və iradəsiz insanlar onun qarşısında təslim ola bilər.

2. Onları haqq yolundan azdıracağam.

3. Müxtəlif və uzun-uzadı arzularla onların başlarını qatacağam.

4. Onları xurafatçı əməllərə dəvət edəcəyəm. O cümlədən, fərman verəcəyəm ki, heyvanların qulaqlarını yarsınlar, yaxud dibindən kəssinlər.

Bununla cahiliyyət dövründə mövcud olan ən çirkin əməllərdən birinə işarə edilir. Onların arasında belə bir qayda var idi ki, heyvanlardan bəzilərinin qulağını kəsir, yaxud dibdən kəsib atır, beləliklə də ona minməyi qadağan edirdilər. O heyvanlardan heç bir işdə istifadə olunmurdu.

5. Onları vadar edəcəyəm ki, Allahın pak yaradılışını dəyişdirsinlər. Bu da şeytanın insanın səadətə çatması yolunda ona vurduğu sağalmaz yaralar, bərpaolunmaz xəsarətlərdir.

Bu cümlə göstərir ki, Allah-təala insanın ilkin fitrətində tövhidi, yeganəpərstliyi və hər bir bəyənilən və gözəl xüsusiyyətləri qərar vermişdir. Lakin şeytani vəsvəsələr və insanın nəfsani istəkləri onu düzgün yolundan azdırır və azğınlığa sürükləyir.

Ayənin axırında ümumi bir qanun kimi belə buyurulur: Hər kəs Allahın yerinə şeytanı özünə məbud və rəhbər seçsə, aşkar bir ziyana düçar olmuş olur.


AYƏ 120:


﴿ يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا ﴾

TƏRCÜMƏ:


«Şeytan onlara vədə verir arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.»

TƏFSİR:


Allah tərəfindən bəndələrin bağışlanması barədə ayə nazil olanda42 İblis fəryad çəkərək öz dostlarını və köməkçilərini toplayıb dedi: «İnsan tövbə etməklə bizim zəhmətlərimizin hamısını hədərə verir. (Bu barədə bir tədbir tökün.)» Hərəsi bir fikir irəli sürdü, axırda şeytanlardan biri belə dedi: «Hər kəs tövbə etmək qərarına gəlsə, onu uzun-uzadı arzularla, vədələrlə giriftar edərik ki, tövbəni təxirə salsın.» İblis də bu təklifdən razı oldu.43

AYƏ 121:


﴿ أُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلاَ يَجِدُونَ عَنْهَا مَحِيصًا ﴾

TƏRCÜMƏ:


«Onların yerləri Cəhənnəmdir ondan qaçmağa əsla bir yol tapmazlar

TƏFSİR:


Cəhənnəm bəziləri üçün əbədi bir məkandır. Bütün xoşagəlməz işlərdən qaçmaq olar, lakin axirət əzabından xilas olmaq, geriyə qayıtmaq heç vaxt mümkün deyildir, belə isə bu dünyadan getməmiş pis işlərdən əl çəkin.


AYƏ 122:


﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ قِيلاً ﴾

TƏRCÜMƏ:


«İman gətirib yaxşı işlər görənləri tezliklə (ev ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik ( onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!»

TƏFSİR:


Keçən ayələrdə qeyd olundu ki, şeytanı özlərinə vəli, dost və rəhbər seçənlər aşkar ziyandadırlar. Şeytan onlara yalan vədələr verir, uzun-uzadı arzularla başlarını qatır. Şeytanın vədələri aldatmaq və məkrdən başqa bir şey deyildir. Bunların müqabilində isə imanlı şəxslərin gözəl aqibəti bu ayədə belə bəyan edilir: İman gətirib saleh əməllər görənləri tezliklə ağaclarının altından çaylar axan behişt bağlarına daxil edərik. Bu nemətlər dünya nemətləri kimi müvəqqəti, ötəri deyil, əbədidir və möminlər orada həmişəlik qalacaqlar. Bu vədələr şeytanın yalan vədələri kimi deyil, Allah tərəfindən olan həqiqi bir vədədir. Aydındır ki, heç kəs öz vədə və sözlərində Allah qədər sadiq ola bilməz. Çünki vədəyə əməl etməmək ya bacarıqsızlıq, ya cəhalət, ya da ehtiyac üzündəndir ki, bunların Allah barəsində təsəvvür olunması qeyri-mümkündür.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə