BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə44/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

AYƏ 113:


﴿وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّآئِفَةٌ مُّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلاُّ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا﴾

TƏRCÜMƏ:


«Əgər Allahın lütf mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) hikməti (şəriət elmləri əqli maarifi) sənə nazil etdi bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf mərhəməti həmişə böyükdür

TƏFSİR:


105-ci ayədə qeyd olunan məsələ ilə əlaqədar belə buyurulur: Əgər Allahın fəzl və mərhəməti sənin halına şamil olmasaydı, münafiqlər, yaxud onlar kimilərin bir qrupu səni haqq-ədalət yolundan döndərməyi qərara alardılar, lakin Allahın lütf və mərhəməti sənin halına şamil oldu və O səni qorudu.

Onlar günahsız bir şəxsi ittiham etmək və sonra məsələni Peyğəmbərə (s) təqdim etməklə həm o Həzrətin (s) mənəvi və ictimai şəxsiyyətinə böyük bir zərbə vurmaq, həm də günahsız bir müsəlman haqqında özlərinin pis və mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Lakin Allah-təala Öz Peyğəmbərinin (s) keşikçisi olduğu üçün onların hiyləgərlik planlarını ifşa etdi.

Sonra buyurulur: Onlar yalnız özlərini azdırırlar, amma sənə heç bir ziyan çatdıra bilməzlər.

Axırda Peyğəmbəri-Əkrəmin (s) hər növ xətadan amanda olması belə bəyan edilir: Allah kitabı və hikməti sənə nazil etdi, bilmədiyin şeyləri – qeyb elmini və sirləri sənə öyrətdi.

Ayənin axırında buyurulur: Allahın sənə olan fəzl və mərhəməti çox böyükdür.

Yuxarıdakı cümlədə ismət (günahsızlıq) məsələsinin əsas dəlillərindən biri qısa şəkildə bəyan olunmuşdur. O da bundan ibarətdir ki, Allah-təala Peyğəmbərə (s) elə bir elm əta etmişdir ki, onun sayəsində xəta və səhvlərdən amanda olur. Çünki elm, xüsusilə qeyb elmi və naməlum sirlərə agahlıq nəticə etibarı ilə qəlbin aydınlaşmasına və ismət kimi bir səciyyənin yaranmasına səbəb olur.


AYƏ 114:


﴿لاَّ خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلاَّ مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلاَحٍ بَيْنَ النَّاسِ وَمَن يَفْعَلْ ذَلِكَ ابْتَغَاء مَرْضَاتِ اللّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا﴾

TƏRCÜMƏ:


«Onların gizli söhbətləri (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik

TƏFSİR:


Keçən ayələrdə bəzi münafiqlərin, yaxud münafiq kimilərin gecə yığıncaqlarındakı sirli söhbətlərindən və şeytançılıq tədbirlərindən söhbət açılırdı. Həmin məsələ bu ayədə daha geniş şəkildə «nəcva» (pıçıldaşma) adı ilə qeyd olunur.

«Nəcva» təkcə pıçıltılı şəkildə deyilən sözlərə deyil, sirli və məxfi olan hər növ yığıncaqlara da şamil olunur. Ayədə buyurulur: Onların şeytançılıq və təxribatçılıq əsasında təşkil olunan məxfi və sirli yığıncaqlarının çoxunda xeyir-bərəkət yoxdur.

Daha sonra, ümumiyyətlə, hər növ pıçıltının, yaxud sirli yığıncaqların qadağan və məzəmmət edilməsi təsəvvür olunmasın deyə, bir neçə hal istisna edilir və buyurulur: Amma öz pıçıltısında sədəqəyə, başqalarına köməyə, yaxşı işə, camaatın arasında islahat və barışıq yaratmağa tövsiyə edənlərdən başqa. Əgər bu kimi gizli işlər riyakarlıq üzündən olmazsa və özünü göstərmək məqsədi daşımazsa, əksinə, Allahın razılığını qazanmaq məqsədi ilə görülərsə, Allah belə şəxslərə böyük mükafat verəcəkdir.

Ayədə buyurulur: Hər kəs Pərvərdigarının razılığı üçün belə edərsə, onun üçün böyük mükafat verəcəyik.

Bir qayda olaraq Quranda sirli yığıncaqlar və məxfi çıxışların təşkil olunması şeytani bir əməl kimi təqdim olunmuşdur. «Mücadilə» surəsinin 10-cu ayəsində buyurulur: «Nəcva (pıçıltı) şeytan əməlidir.»

Bir sözlə, pıçıltı bir dəstə adamın hüzurunda baş verərsə, onların bu barədə sui-zənn etməsinə, bədgüman olmasına səbəb olur və hətta bəzən dostların arasında bədbinlik yaradır. Məhz buna görə də zərurət halları istisna olmaqla digər hallarda ondan istifadə olunmamalıdır. Yuxarıda qeyd olunan Quran hökmü də məhz bu məqsədlə buyurulmuşdur.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə