BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə26/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

AYƏ 63:


﴿ أُولَـئِكَ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا ﴾

TƏRCÜMƏ:


«Allah onların qəlblərindəkini (ikiüzlülük düşmənçiliyi) bilir. Buna görə onlardan üz çevir (mübarizə döyüş fikrində olma), onlara nəsihət ver yetərli canlarına təsir edən söz de

TƏFSİR:


Münafiqlərin səy və fəaliyyətləri əbəsdir. Çünki Allah həm onların batini niyyətlərindən agahdır, həm də lazım olduqda onları ifşa edir. Eləcə də münafiqlər üzrxahlıq etdikləri zaman sözlərində sabit deyillər. Əgər sabit olsaydılar, onlardan üz çevirmək fərmanı verilməzdi.

AYƏ 64:


﴿وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا﴾

TƏRCÜMƏ:


«Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər Allahın Peyğəmbəri (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən mehriban olduğunu görərdilər

TƏFSİR:


Əvvəlki ayədə zalım hakimlərə müraciət etmək məhkum edilir. Bu ayədə isə təkid edilərək buyurulur: Biz hər bir peyğəmbəri göndərdiksə yalnız Allahın əmri ilə (camaat tərəfindən) itaət olunması üçün və onlara qarşı heç cür müxalifət olmasın deyə göndərdik.

Çünki onlar həm Allahın göndərdiyi şəxslər, həm də ilahi hökumətin rəhbərləri idilər. Buna əsasən camaatın vəzifəsi həm ilahi hökmlərin bəyan olunması, həm də onların icra olunması baxımından peyğəmbərlərə itaət etmək idi. Sadəcə iman iddiası ilə qənaətlənmək olmaz.

Ayənin davamında günahkarların Allah dərgahına qayıdış yolu, eləcə də tağuta müraciət edənlər və ya hər hansı günaha mürtəkib olanlar üçün tövbə qapısı açılır və buyurulur: Əgər onlar özlərinə zülm etdikdən sonra sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını istəsəydilər, Peyğəmbər (s) də onlar üçün Allahdan bağışlanmaq istəsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.

Allahın və Peyğəmbərin (s) fərmanlarına itaət etməyin faydası onların özlərinə aiddir. Onunla müxalifətçilik də özlərinə zülm etmək sayılır. Buna görə də onların maddi həyatı məhv olar, mənəvi cəhətdən də geridə qalmış olarlar.

Bu ayədən Peyğəmbərə (s) və ya imamlara (ə) təvəssül etməyi şirk bilənlərin cavabı aydınlaşır. Çünki bu ayədə aşkar şəkildə buyurulur ki, əgər onlar Peyğəmbərin (s) yanına gəlib onu Allah dərgahında öz günahlarının bağışlanması üçün şəfaətçi və vasitəçi qərar versələr, bu iş onların günahlarının bağışlanmasında çox təsirli olar, tövbələrinin qəbul olunması da Allahın rəhmət və bərəkətinin nazil olmasına səbəb olar.

AYƏ 65:


﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا ﴾

TƏRCÜMƏ:


«Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.»

TƏFSİR:


Mühacirdən olan Zübeyr ibn Əvamla ənsardan olan bir şəxsin arasında xurma bağını suvarmaqla əlaqədar münaqişə yarandı. Peyğəmbər (s) belə hökm etdi ki, bağın yuxarı hissəsi Zübeyrin olduğu üçün əvvəlcə gərək bağı o suvarsın. Ənsardan olan kişi Peyğəmbərin (s) bu mühakiməsindən xoşu gəlmədi və dedi ki, Zübeyr Peyğəmbərin (s) bibisi oğlu olduğuna görə onun xeyrinə hökm etdi. Peyğəmbər (s) bu sözü eşitdikdə qəzəbindən rəngi qaçdı. Sonra yuxarıdakı ayə nazil oldu.

Qəribədir ki, özləri Rəsuli-Əkrəmi (s) mühakimə üçün qəbul etmişdilər, lakin onun verdiyi hökmə əməl etməkdən imtina etdilər.

İmam Sadiq (ə) buyurur: «Əgər müəyyən şəxslər Allaha itaət etsələr, həmçinin namaz, oruc, həcc, zəkat sair əməlləri yerinə yetirsələr, lakin Peyğəmbərin (s) işləri barədə sui-zənn etsələr, həqiqətdə mömin deyillər.» Sonra Həzrət (s) yuxarıdakı ayəni oxudu.27

Bir sözlə, həqiqi imanın üç əlaməti var:

1. Münaqişəli məsələni həll etmək üçün tağuta deyil, Peyğəmbərə (s) müraciət etmək.

2. Həzrətin (s) verdiyi hökmə sui-zənn etməmək.

3. Peyğəmbərin (s) fərmanını cani-dildən qəbul edib təslim olmaq.

Bunu da qeyd edək ki, mühakimə risalət və vilayət işləri ilə əlaqədardır, Allahın və Peyğəmbərin (s) aşkar buyurduqları müqabilində şəxsi rəy vermək qadağandır. Çünki bu kimi hallarda şəxsi rəyə əməl etmək həqiqi imanın olmadığını göstərir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə aydın olur.)



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə