BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə22/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

AYƏ 52:


﴿ أُوْلَـئِكَ الَّذِينَ لَعَنَهُمُ اللّهُ وَمَن يَلْعَنِ اللّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرًا ﴾

TƏRCÜMƏ:


«Onlardır Allahın lənət etdiyi (Öz rəhmətindən uzaqlaşdırdığı) kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən

TƏFSİR:


Düşmənlərin namərdcəsinə əhd-peyman bağlayaraq haqq əleyhinə əlbir olmaları heç vaxt müsbət nəticə vermir. Göründüyü kimi yəhudilərin İslam və müsəlmanlar əleyhinə apardıqları zəhərli təbliğatlar, məkrli və hiyləgərlik tədbirləri, eləcə də öz aralarındakı razılaşmalar küfr və şirkin bir nümunəsidir. Onların Məkkəyə gedib bütlərin qarşısında səcdə etmələri, nahaq mühakimə yürüdüb İslamın əleyhinə əhd-peyman bağlamaları və sair kimi işləri Allahın iradəsinin qarşısında heç bir iş görə bilmədi.

Hər kəs Allahın nəzərində mənfur olarsa, həmişə məğlubdur.


AYƏ 53:


﴿ أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ الْمُلْكِ فَإِذًا لاَّ يُؤْتُونَ النَّاسَ نَقِيرًا ﴾

TƏRCÜMƏ:


«Məgər onların (Tövrat İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər olsun (bir şey) verməzdilər!»

TƏFSİR:


Əvvəlki iki ayənin təfsirində qeyd olundu ki, yəhudilər Məkkə bütpərəstlərinin rəğbətini qazanmaq üçün Qüreyş bütpərəstliyinin müsəlmanların Allaha pərstiş etməsindən üstün olmasına şəhadət verdilər. Hətta onların özləri də bütlərin qarşısında səcdə etdilər. Bu və bundan sonrakı ayə onların yürütdükləri mühakimənin iki səbəbə görə dəyərsiz və etibarsız olmasını çatdırır. Bu ayədə buyurulur ki, yəhudilərin hökumətdən bir payı varmı ki, belə mühakimə yürütməyə əsasları olsun?! Halbuki, əgər belə olsaydı, camaata azacıq belə haqq verməz, hər şeyi öz ixtiyarlarına keçirərdilər.

AYƏ 54:


﴿ أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab hikmət (peyğəmbərlik, şəriət əqli maarif) verdik onlara böyük bir hökümət əta etdik

TƏFSİR:


Əvvəlki ayədə yəhudilərin paxıllığı, bu ayədə isə onların həsəd kimi ruhi xəstəliklərinə toxunulur. Həsəd paxıllıqdan qat-qat pisdir. Çünki paxıl adam özünə aid olan şeyin bir kəsə yetişməsini istəmir. Lakin həsəd aparan adam başqalarına nəsib olan lütf və mərhəmətdən də narahat olur.

Yəhudilər Allahın Öz fəzl və mərhəməti ilə camaata (Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)) bağışladığı şeylərə həsəd aparır və qeyd olunduğu kimi, öz həsəd şölələrini əsassız mühakimələrlə söndürmək istəyirdilər.

Sonra buyurulur: Nə üçün belə bir mənsəbin Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə ) (Bəni-Haşimə) əta edilməsindən təəccüblənib vəhşət hissi keçirir və onlara qarşı həsəd aparırsınız? Halbuki, Biz Ali-İbrahimə (yəhudilər də onun sülaləsindəndir) kitab və hikmət əta etdik, əzəmətli hökuməti onların (Bəni-İsrail peyğəmbərlərinin) ixtiyarına qoyduq. Amma təəssüflər olsun ki, siz naxələf övladlar bu dəyərli maddi-mənəvi sərmayələri qəlbin qəsavət bağlaması nəticəsində şər və yaramaz işlərə sərf edib əldən verdiniz.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur: «Bu ayədə düşmənlərin həsədinə məruz qalan şəxslər biz Əhli-Beytik.»



Həsədin maddi və mənəvi, eləcə də fərdi və ictimai ziyanları olduqca çoxdur. İslam rəhbərlərinin hədislərində bunlara işarə edilmişdir. O cümlədən, İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: «Həsəd bədxahlığın səbəbi qəlbin qaranlığı korluğudur. Bu da Allahın insanlara verdiyi nemətlərin inkar olunmasından irəli gəlir bu ikisi (qəlbin korluğu Allahın bəxşişlərinə irad tutmaq) insanların həlakına səbəb olan küfrün iki qanadıdır.»

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə