BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə20/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

AYƏ 47:


﴿يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً﴾

TƏRCÜMƏ:


«Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz ( eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din kitab)ın təsdiqi olan ( bu Peyğəmbərin onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qurana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir

TƏFSİR:

ÜZLƏRİN MƏHV EDİLİB ÇEVRİLMƏSİ


Məqsəd insan qəlbinin, sağlam fitrətinin, əql qüvvəsinin səadət və xoşbəxtlik yolundan döndərilməsi ola bilər ki, bu da ilahi ayələrin müqabilində inadkarlıq göstərməyin nəticəsidir. Onlar irəliləmək əvəzinə geri qayıdırlar, insani çöhrələri və əql qüvvələri məsx olunaraq məhv edilir. Eləcə də Qiyamətdə zahiri üzlərin arxaya çevrilməsinə, məsx olunmasına və şəklinin dəyişilməsinə işarə ola bilər.

«Şənbə gününün səhabələri» dedikdə qanun pozan yəhudilər nəzərdə tutulur. Belə ki onlar şənbə günündə balıq ovunun haram edilməsi ilə əlaqədar Allahın fərmanına qarşı çıxaraq itaətsizlik etdilər və şəri bir hiylə işlədərək həmin işi yerinə yetirdilər. Nəticədə ilahi əzaba düçar oldular; onların üzləri meymun şəklinə çevrildi.20

Bütün ilahi peyğəmbərlərin proqramlarında əsas və ümumi prinsiplər bir-birilə uyğundur, buna görə də dəvət üslubunda və təbliğ yollarında başqa din ardıcılları ilə olan müştərək etiqadlara ehtiramla yanaşmaq lazımdır.

İNCƏ MƏTLƏBLƏR

1. İslam digər din ardıcıllarını da Allah dininə dəvət edir.

2. Elm xadimləri və agah şəxsiyyətlər daha artıq məsuliyyət daşıyır və Allah dinində əsas etibarı ilə onlara xitab olunur.

3. İnadkarlar qarşısında müxtəlif təhdid növlərindən istifadə etmək lazımdır.

4. Təhdidin təsirli olması üçün əyani və əməli misalları xatırlatmaq lazımdır.

5. Tarix boyu inadkarların cəzalandırılması üçün ilahi əzab göndərilməsi ilahi bir qanundur.

6. Allahın fərmanının həyata keçməsi qəti və labüddür.

AYƏ 48:


﴿ إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur

TƏFSİR:


Şirk məsələsi Quranda Allahdan qeyrisinə diqqət yetirib sığınmaq, bütə pərəstiş etmək, riyakarlıq, ilahi olmayan yönlərə təmayül, materializm və s. kimi adlardan istifadə olunaraq 200 dəfədən artıq irəli çəkilmişdir. Bu ayənin məzmunu eynilə 116-cı ayədə də təkrar olunmuşdur (təkrar bir növ hidayət amilidir). Şirk haqq mehvərindən çıxmaq, Allahdan birdəfəlik qırılmaq və başqasına qovuşmaq olduğundan heç vaxt bağışlanmır. Çünki bu işdə müşrik şəxsin özü müqəssir sayılır.

Əgər müşrik şəxs də şirkdən əl çəkib həqiqi mənada tövbə etsə Allah onu bağışlayar. «Zümər» surəsinin 54-ü ayəsində buyurulur: «Həqiqətən Allah bütün günahları bağışlayır, belə isə Allahın rəhmətindən məyus olmayın, tövbə edib Onun dərgahına qayıdın.»

Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: «Bu ayə Quran ayələri içərisində ən çox ümidverici ayədir.» («Təfsiri Safi»).

Allahın hikmətli rəhmət nəzərinin kimə doğru yönəldiyini heç kəs bilmədiyindən qürur hissi geçirməyə, günah əmələ cürətlənməyə heç bir əsas qalmır.

Bağışlanmağın bir neçə amili var:

1. Tövbə.

2. Yaxşı əməllər görmək.

3. Böyük günahlardan uzaq olmaq.

4. Şəfaət.

5. İlahi əfv (sonuncusu yuxarıdakı ayədə qeyd olunmuşdur).



İNCƏ MƏTLƏBLƏR

1. Şirk ən mənfur bir günah, ilahi məğfirətə mane olan bir amildir.

2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə