BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə19/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

AYƏ 45:


﴿ وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا ﴾

TƏRCÜMƏ:


«Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Kifayətdir ki, Allah sizin dost başçınız olsun kifayətdir ki, Allah sizin yardımçınız olsun!»

TƏFSİR:


Bu ayədə buyurulur ki, bu kimi insanlar dost paltarında olub özlərini dost kimi göstərsələr də sizin həqiqi düşmənləriniz məhz onlardır. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır.

Onların sizin səadətə çatıb hidayət olunmağınızla müxalifət etmələrindən də artıq düşmənçilik ola bilərmi?! Onlar bəzən dildə sizə xeyirxahlıq etmək istədiklərini deyirlər, amma başqa yerdə sizin bədxahınızdır və öz mənfur niyyətlərini həyata keçirmək üçün hər vaxt bir cildə düşürlər.



Lakin siz onların ədavətindən heç vaxt vəhşət və qorxu hissi keçirməyin. Çünki siz yalqız, köməksiz deyilsiniz. Allah sizin rəhbər və köməkçinizdir, Onun sizə köməkçi olması da kifayətdir.

AYƏ 46:


﴿مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾

TƏRCÜMƏ:


«Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik (batində deyirlər) itaətsizlik etdik eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik itaət etdik eşit bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə onların yalnız az bir hissəsi iman gətirər ( ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər)

TƏFSİR:


«Səmina və əsəyna» (eşitdik və asi olduq) təbiri məsxərə üzündən deyilən bir sözdür və mənası «səndən demək, bizdən isə eşitməmək»dir.

Müsəlmanlar Peyğəmbəri-Əkrəmə (s) «raina» deyirdilər, məqsədləri də «bizi gözlə, bizi də nəzərə al» demək idi. Amma yəhudilər bu kəlməni təhrif edərək çox pis və yaramaz bir məna nəzərdə tuturdular. Çünki bu kəlmə «rəy» kökündən alınarsa «nəzərə almaq», «rəunə» kökündən alınarsa və nun hərfi təşdidlə – «rainna» kimi oxunarsa «bizi axmaq hesab et» mənasını ifadə edir. Yəhudilər dillərini əyərək kəlmə və hərflərin yerini dəyişir və müsəlmanları təhqir edir, məsxərəyə qoyurdular.



Əvvəlki ayədə də onların müsəlmanları azdırmaq məqsədləri, özlərinin dindən çıxmaları və kafirlikləri bəyan olunmuşdu. Məhz bu inad səbəbilə hidayət nurunu əldən verdiklərindən, Allah tərəfindən lənətə düçar oldular.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə