BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə17/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

AYƏ 40:


﴿ إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah (heç kəsə) zərrə qədər zülm etməz əgər həmin miqdarda yaxşı əməl mövcud olsa onu (onun savabını, yaxud eynini axirətdə) ikiqat artırar Öz tərəfindən böyük bir savab (mükafat) əta edər

TƏFSİR:


Bu ayədə əvvəlki ayədə qeyd olunan simiclərə və imansızlara xitabən buyurulur: Allah hətta zərrə miqdarında belə zülmü rəva görməz.

Zərrə əslində çox çətinliklə görünən kiçik qarışqalara deyilir. Lakin tədricən daha ümumi məna kəsb etmiş və hər bir kiçik şeyə aid edilmişdir. Bu gündə cismin ən kiçik hissələrindən olan atoma da zərrə deyilir. Misqal isə ağırlıq mənasında olduğundan «misqalə zərrətin» təbiri «son dərəcə kiçik olan cismin ağırlığı qədər» mənasını ifadə edir.

Sonra buyurulur ki, Allah nəinki zülm etməz, üstəlik əgər yaxşı bir iş görsəniz, onun mükafatını bir neçə qat artırar və Öz tərəfindən bu əməl üçün böyük mükafat verər.

ALLAH NƏ ÜÇÜN ZÜLM ETMİR?


Adətən, zülmün mənşəyi ya cəhalətdir, ya qorxu, ya ehtiyac, ya hərislik və ya başqa şeylər. Allah-təala da zatən ehtiyacsız, elmli, hər növ eyb və nöqsandan pak olduğu üçün heç vaxt zülm etməz. Bundan əlavə, Allahın Özü bəndələrə ədalətli olmaq və ehsan etməyi əmr etdiyindən Onun zülm etməsi qətiyyən təsəvvür edilə bilməz. Lakin Allahın yaxşı əməllər müqabilində bəndələrinə əta etdiyi mükafat bir neçə qatdır (10 qat, 700 qat, yaxud da daha artıq).

AYƏ 41:


﴿ فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاء شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«Buna görə hər ümmətdən (onların iman, küfr, itaətkarlıq itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz səni bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin camaatın halı) necə olacaq?!lərindən) bir şahid gətirdiyimiz səni onlara şahid tutduğumuz gün necə olacaq?!»

TƏFSİR:


Bu ayənin məzmunu Rəsuli-Əkrəmin (s) bütün ümmətə şahid olduğunu göstərir. Bu məsələ başqa yerlərdə də qeyd olunmuşdur («Bəqərə» 143, «Nəhl» 89 və s.).

İbn Məsud bu ayəni Peyğəmbəri-Əkrəmin (s) hüzurunda tilavət edəndə o Həzrətin (s) gözlərindən yaş axmağa başladı.9

Allah-təala üçün heç bir şahid gətirməyə ehtiyac yoxdur. Lakin insanda belə bir xüsusiyyət vardır ki, şahidlərin nə qədər çox olduğunu hiss edərsə, onun təlim-tərbiyəsi və təqvası üçün də bir o qədər təsirli olar.

Quranın buyurduğuna əsasən, Qiyamətdə şahidlər olduqca çoxdur. O cümlədən: Allah10, peyğəmbərlər,11 məsum imamlar,12 mələklər,13 yer,14 zaman,15 insanın bədən üzvləri.16 Biz bilməliyik ki, Qiyamət şahidlərin gətirildiyi bir gündür.17



İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərlər insanlara bu dünyada nümunə, axirətdə isə şahiddirlər.

2. İlahi sünnələrə əsasən hər bir ümmətin peyğəmbəri həmin ümmətə şahid olacaqdır. Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra da bütün xüsusiyyətlərdə o Həzrət (s) kimi olanlar (məsum imamlar) camaata şahiddir. İmam Sadiq (ə) buyurur: «Hər bir zamanda biz Əhli-Beytdən olan bir imam camaata şahiddir, Rəsuli-Əkrəm (s) bizə şahiddir.»18

AYƏ 42:


﴿ يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا ﴾

TƏRCÜMƏ:


«Həmin gün kafirlər Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər

TƏFSİR:


Şahidlər gətirilməzdən əvvəl günahkarlar və kafirlər öz günahlarını və fəsad əməllərini inkar edər, özləri üçün bir çıxış yolu axtarar və «Allaha and olsun, biz bu işlərin əhli deyildik» deyərlər («Ənam», 23). Lakin şahidlər həqiqətləri deyən zaman haqqı gizlətməyə heç bir yer qalmaz «kaş torpaqla bir olaydıq!» deyərlər.

İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərin hakimiyyətlə əlaqədar verdiyi göstərişlərə itaətsizlik Allaha qarşı kafirliklə bərabərdir.

2. Qiyamət künü həsrət və arzular günüdür.19

3. Qiyamət günü heç bir söz və mətləb məxfi qalmayacaqdır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə