BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə13/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

AYƏ 30:


﴿ وَمَن يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا ﴾

TƏRCÜMƏ:


«Onu (başqasının malını yeməyi birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq (özünə ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır

TƏFSİR:


Bu ayədə qeyd olunan «zülm» ilə «üdvan» kəlmələrinin fərqi bəlkə də bu ola bilər ki, «üdvan» başqalarına edilən (haqsızlıq), amma «zülm» insanın özünə etdiyi zülmdür.

AYƏ 31:


﴿ إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا ﴾

TƏRCÜMƏ:


«Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük kiçik adlandırmaları onların fərdi ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)»

TƏFSİR:


Bu ayədən günahların iki növ: kiçik (səğirə) və böyük (kəbirə) olması aydın olur. «Kəhf» surəsinin 49-cu ayəsində qeyd olunur ki, Qiyamət günündə günahkarlar öz əməl dəftərlərini görərkən deyəcəklər: «Bu necə əməl dəftəridir ki, böyüklü-kiçikli günahların heç biri unudulmamışdır?»

Rəvayətlərə əsasən, kəbirə günahlar Allah-təala tərəfindən onu görən şəxsə cəhənnəm əzabı vədəsi verilən günahlardır.

Hədislərdə kəbirə günahların sayı müxtəlif qeyd olunur. Böyük alimlərdən bəziləri Quran ayələri və hədislərə istinadən onların sayının 33 olduğunu bəyan etmişlər. Əlbəttə, bu günahların da müəyyən dərəcə və mərtəbələri vardır, buna görə də bəzi günahlara “əkbərul-kəbair”, yəni kəbirə günahların ən böyüyü adı verilmişdir.

İNCƏ MƏTLƏBLƏR

1. Əqidə və əməli düzgün olan şəxslərin cüzi günah və xətalarını güzəştə getmək lazımdır.

2. Allah-təala böyük günahları tərk edənlərin mükafatı olaraq onların kiçik günahlarından keçir.

Rəvayətlərə əsasən kəbirə günhların ən mühümləri aşağıdakılardan ibarətdir:

1. Allaha şərik qoşmaq.

2. Nahaq yerə adam öldürmək.

3. Valideynin üzünə ağ olmaq.

4. Cihad meydanından qaçmaq.

5. Yetim malını mənimsəmək.

6. Sələmçiliklə məşğul olmaq.

7. İffətli qadına zina töhməti vurmaq.

8. Zina etmək.

9. Livat etmək.

10. Oğurluq.

11. Ölü heyvan əti yemək.

12. Qan içmək.

13. Donuz əti yemək.

14. Zərurət (çıxılmaz hal) olmadan Allahdan başqası üçün kəsilən heyvandan yemək.

15. Çəkidə aldatmaq.

16. Qumar oynamaq.

17. Yalandan şahidlik etmək.

18. Allahın rəhmətindən ümidsiz olmaq.

19. Allahın əzbından əminamanlıq hissi keçirmək.

20. Zalımlara kömək etmək.

21. Zalımlara arxalanmaq.

22. Yalandan and içmək.

23. Başqalarına kin-küdurət bəsləmək və aldatmaq.

24. Başqasının malını nahaq yerə mənimsəmək.

25. Yalan danışmaq.

26. Təkəbbürlük etmək və özünü istəmək əsasında rəftar etmək.

27. İşlərdə israfa yol vermək.

28. Xəyanət etmək.

29. Həcci yüngül saymaq.

30. Allah övliyaları ilə müharibə etmək.

31. Boş-boş işlərlə, musiqi alətləri ilə məşğul olmaq.

32. Sehr və cadugərliklə məşğul olmaq.

33. Namazı tərk etmək.

34. Şərab içmək.


AYƏ 32:


﴿وَلاَ تَتَمَنَّوْاْ مَا فَضَّلَ اللّهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا اكْتَسَبُواْ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا اكْتَسَبْنَ وَاسْأَلُواْ اللّهَ مِن فَضْلِهِ إِنَّ اللّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا﴾

TƏRCÜMƏ:


«Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər qadınlar bir-birlərinin şəri, qanuni, cismi ruhi üstünlüklərini, eləcə heç bir şəxs ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz üstünlüklər hikmətə yaradılış aləminin kamilliyinə əsaslanır ona zidd arzular cəmiyyətdə paxıllığın fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bu ayənin nazilolma səbəbi ilə əlaqədar qeyd olunur ki, Peyğəmbərin (s) zövcələrindən biri olan Ümmü Sələmə o Həzrətə (s) ərz etdi: «Nə üçün kişilər cihada gedir, amma qadınlar bu fəzilətdən məhrumdurlar? Nəyə görə bizə kişilərə müqəddər olunan mirasın yarısı verilir? Kaş biz də kişi olaydıq və onlar kimi cihada gedəydik, onların malik olduğu ictimai mövqedən bəhrələnəydik!»

Yuxarıdakı ayə nazil olaraq bu kimi suallara cavab verdi.


TƏFSİR:


Qadınla kişinin apardığı irs arasındakı fərqlər müsəlmanların zehnində bir sual olaraq qalırdı. Onlar bu fərqlərin səbəbi kimi, həyat xərclərinin ümumiyyətlə kişilərin öhdəsinə düşdüyünü, qadınlara isə bu məsələdə güzəştə gedildiyini, üstəlik öz xərclərinin də kişilərin öhdəsinə olduğunu sanki nəzərə almırdılar. Əvvəldə də qeyd olunduğu kimi, qadınların payı əslində kişilərin payından ikiqat artıqdır. Buna görə də şərif ayədə buyurulur: Allahın sizdən bəzilərinin bəzilərinə nisbətən üstünlük səbəbi ilə əta etdiyi şeyləri heç vaxt arzu etməyin. Çünki bu fərqlərin hər birinin öz hikməti vardır, lakin bu hikmət sizə gizlidir. Əlbəttə, ayədə təbəqələr arasındakı sinfi istismar nəticəsində yaranan saxta təfavütlərə deyil, həqiqi və təbii fərqlərə işarə olunur.

Buna görə də dərhal buyurulur: Qadınlarla kişilərin hər birinin öz mövqe və fəaliyyətlərindən müəyyən bir bəhrələri vardır – istər bunlar qadınla kişini bir-birindən fərqləndirən cins kimi təbii mövqe olsun, istərsə də onların ixtiyari səyləri və işgüzarlıqları xatirinə olan fərqlər olsun.

Sonra buyurulur: Bu kimi fərqlər ilə əlaqədar bəzi yersiz arzular etmək əvəzinə Allahın lütf, mərhəmət və kərəmindən istəyin ki, sizə müxtəlif nemətlər, mövqelər və gözəl mükafatlar əta etsin, nəticədə xoşbəxt və səadətli şəxslər cərgəsində olasınız.

Ayənin axırında buyurulur: Çünki Allah hər şeydən agahdır, O, ictimai quruluşda təbii, yaxud hüquqi baxımdan hansı növ fərqlərin qoyulacağını çox yaxşı bilir. Eləcə də insanların batini sirlərindən agahdır; kimlərin yersiz arzularını, kimlərin də müsbət və qurucu fikirlərdə olmasını daha yaxşı bilir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə