BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə10/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

AYƏ 21:


﴿ وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًا ﴾

TƏRCÜMƏ:


« Onu necə geri alırsınız halbuki siz (cismi ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!»

TƏFSİR:


Bu ayə göstərir ki, dini təbliğatda nəhy əz münkər edərkən insani atifə və duyğulardan lazımınca istifadə etmək lazımdır. Ayədə buyurulur ki, siz uzun müddət öz həyat yoldaşlarınızla ünsiyyətdə olduğunuz, bir-birinizdən ləzzət aldığınız halda nə üçün nahaq yerə onların mehriyyəsini geri almaq istəyirsiniz?! Həyatda baş verən narahatlıqlar zamanı əvvəlki gözəl günləri, ləzzətləri də yad etmək lazımdır. Evlilik əqdi möhkəm bir əhd-peyman olduğundan onu pozmaq caiz deyildir.

AYƏ 22:


﴿ وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən bu çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan pis bir yoldur

TƏFSİR:


Cahiliyyət dövrünün adət-ənənələrindən biri də bu idi ki, bir kəs dünyadan gedəndə onun övladları özlərinin ögey anaları ilə (atasının başqa arvadı ilə) evlənirdilər. Ənsardan Əbu Qeys adlı bir nəfər dünyadan getdi. Onun övladları özlərinin ögey analarına evlənmə təklifini irəli sürdülər. O qadın dedi: “Gərək Peyğəmbərdən bu məsələni soruşub vəzifəmi aydınlaşdıram.” Peyğəmbərdən (s) soruşduqda bu ayə nazil oldu və ögey analarla evlilik qadağan edildi.

AYƏ 23:


﴿حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاَتُكُمْ وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْتِ وَأُمَّهَاتُكُمُ اللاَّتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَآئِكُمْ وَرَبَائِبُكُمُ اللاَّتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ اللاَّتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُواْ دَخَلْتُم بِهِنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ وَحَلاَئِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلاَبِكُمْ وَأَن تَجْمَعُواْ بَيْنَ الأُخْتَيْنِ إَلاَّ مَا قَدْ سَلَفَ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾

TƏRCÜMƏ:


«(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları bacınızın qızları, (eləcə süd əmmək evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan mehribandır

TƏFSİR:


Bu ayədə insana məhrəm, yəni evlənməsi haram olan qadınların adları qeyd olunur. Evlənilməsi haram sayılan və insana məhrəm olan qadınlar üç dəstədir:

1. Təvəllüd səbəbi ilə məhrəm olanlar (buna nəsəbi bağlılıq deyilir).

2. Evlilik səbəbi ilə məhrəm olanlar (buna səbəbi bağlılıq deyilir).

3. Süd verməklə insana məhrəm olanlar.

Məhrəmlərlə evlənmək bu ayənin hökmü nazil olmazdan öncə olsaydı bağışlanırdı.

Qeyd etmək lazımdır ki, məhrəmlərlə evlənmək qədim dinlərdə də haram olmuşdur.7



İNCƏ MƏTLƏBLƏR

1. Hər bir şeyin (yemək, içmək, müamilə, evlənmə və s.) halal və ya haram edilməsi yalnız Allahın ixtiyarındadır.

2. İnsan öz arvadının əvvəlki ərindən olan qızlarına öz qızı kimi baxmalı, onun tərbiyəçisi olmalıdır. Çünki onun yanında tərbiyə olunur və şəxs də onun atası sayılır.

3. Öz nəslinizdən olan övladların həyat yoldaşları sizə haramdır (məhrəmdir). Amma oğulluğa götürdüyünüz şəxsin həyat yoldaşı məhrəm deyil.



4. İki bacı ilə evlənmək adətən onların bir-birinə həsəd aparmasına səbəb olduğuna, şəxsi və cinsi rəqabət ilə nəticələndiyinə görə onların məhəbbətləri ədavətə səbəb olur, buna görə də yuxarıdakı ayədə bu iş qadağan olunmuşdur.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə