BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə8/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

AYƏ 16:


﴿ وَاللَّذَانَ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُواْ عَنْهُمَا إِنَّ اللّهَ كَانَ تَوَّابًا رَّحِيمًا ﴾

TƏRCÜMƏ:


«(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən mehribandır

TƏFSİR:


Bu ayədə qeyri-möhsinə adlı iffətə zidd olan zina əməlinin hökmü bəyan olunur və buyurulur: Çirkin zina əməlinə mürtəkib olan subay kişi və qadına əzab-əziyyət verin (cəzalandırın).

Bu ayədə qeyd olunan cəzalandırılma ümumi bir cəza qanunudur. «Nur» surəsinin ikinci ayəsinə əsasən bu cür zina əməlinə mürtəkib olan tərəflərin hər birinə yüz şallaq zərbəsi vurulur. Həmin ayə də bu ayənin bir növ təfsir və izahıdır.

Ayənin axırında bu cür günahkarlar üçün tövbə, əfv və güzəştə getməyin mümkünlüyünə işarə edilir və buyurulur: Əgər onlar doğrudan da tövbə edərək özlərini islahetmə məqamına gəlsələr, eləcə də keçmiş əməllərini yaxşı işlər vasitəsilə ört-basdır etməyə başlasalar onları cəzalandırmayıb güzəştə gedin. Çünki Allah tövbələri qəbul edən və mehribandır.

Bu hökmdən məlum olur ki, öz günahlarından tövbə edənlər əvvəlki günahlarına görə məzəmmət olunmamalıdır.


AYƏ 17:


﴿ إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً ﴾

TƏRCÜMƏ:


«Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən hikmət sahibidir

TƏFSİR:


Əvvəlki ayələrdə iffətlə zidd olan çirkin zina əməlinə mürtəkib olanların cəzası və tövbə nəticəsində həddin güzəştə gedilməsi aşkar şəkildə bəyan edilmişdir. Bu ayədə isə onun şərtlərindən bəzilərinə işarə olunur və buyurulur: Allah yalnız o kəslərin tövbəsini qəbul edir ki, cəhalət və bilməməzlik üzündən günah etmiş olsunlar.

Bu ayədə «cəhalət» dedikdə məqsəd cinsi ehtirasların tüğyan etməsi, inadkar həvayi-nəfsin insanın əql qüvvəsinə və imanına qələbə çalmasıdır. Belə bir şəraitdə insanın günah barəsində olan elmi aradan getmir, buna baxmayaraq, inadkar və tüğyançı qərizələrin təsiri dairəsində olduğundan əməli olaraq təsirdən düşür. Elm öz təsirini itirdiyi vaxtdan etibarən əməl də cəhalət və nadanlıqla bərabər olur.

Sonrakı cümlədə tövbənin digər bir şərtinə işarə edilir və buyurulur: «Sonra dərhal tövbə edərlər.» Yəni öz işlərindən dərhal peşman olub Allah dərgahına qayıdarlar. Çünki kamil tövbə odur ki, günahın əsər və təsirləri insanın ruh və canından tamamilə silinmiş olsun.

Tövbənin şərtləri qeyd edildikdən sonra ayənin axırında buyurulur: Allah belə şəxslərin tövbəsini qəbul edir. Allah elmli və hikmətlidir.


AYƏ 18:


﴿وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا﴾

TƏRCÜMƏ:


«Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır

TƏFSİR:


Bu ayədə Allah dərgahında tövbələri qəbul olunmayanlardan söhbət açılır və buyurulur: Ölmək ərəfəsində olan və «indi günahlarımdan tövbə etdim» – deyənlərin tövbələri qəbul olunmayacaqdır.

İkinci dəstə isə bu dünyadan küfr halında (kafirlikdə) gedənlərə aiddir. Ayədə onların barəsində «küfr halında ölənlərin tövbəsi qəbul olunmur» – deyə buyurulur.

Həqiqətdə ayə bunu çatdırmaq istəyir ki, sağlam halda imanlı olub tövbə edən, lakin ölüm ayağında, dünyadan imansız gedənlərin keçmiş tövbələri də təsirsiz sayılır.

Ayənin axırında buyurulur: Hər iki dəstədən olanlar üçün dərdli əzab hazırlamışıq.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə