BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə6/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   2   3   4   5   6   7   8   9   ...   62

AYƏ 12:


﴿وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَلِيمٌ﴾

TƏRCÜMƏ:


«Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi ya qadının ata, ana övladı olmasa onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır ( əgər babaları olmasa qalan hissəsi onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim həlimdir

TƏFSİR:

ƏR-ARVADIN BİR-BİRİNDƏN APARDIĞI İRS


Bu ayədə ərlə arvadın bir-birindən necə irs aparması bəyan olunur. Əvvəldə buyurulur: Arvadlarınızın övladı olmazsa, onun qoyub getdiyi mal-dövlətin yarısı sizə çatır. Lakin əgər bir, yaxud bir neçə övladı olsa (hətta başqa ərindən olmuş olsa belə), onda onun mal-dövlətinin dörddə-biri sizə çatır.

Əlbəttə, bu bölgü də həyat yoldaşının borclarını qaytardıqdan və malı ilə əlaqədar etdiyi vəsiyyətlərini yerinə yetirdikdən sonradır.

Sonra buyurulur: Sizin övladınız olmazsa, vəfat etdiyiniz zaman arvadlarınız mal-dövlətinizin dörddə-birini irs aparır. Əgər övladınız olsa (hətta başqa arvadınızdan olsa belə), sizin arvadlarınızın payı səkkizdə-birə enir.

Bu bölgü də, əvvəlki bölgülərdə olduğu kimi, mərhumun vəsiyyətinə əməl etdikdən və borclarını qaytardıqdan sonradır.

Sonra bacıların və qardaşların irs hökmü belə bəyan edilir: Əgər bir kişi dünyadan getsə və onun bacıları və qardaşları ondan irs aparsa, yaxud qadın dünyadan getsə və onun bacısı və ya qardaşı olsa onlardan hər biri mərhumun malının altıda-birini irs aparır.

Ayədə qeyd olunan «kəlalə» sözü vəfat etmiş şəxsin ana tərəfdən irs aparan bacı-qardaşlarına deyilir. Bu o haldadır ki, vəfat edən şəxsin (ana tərəfdən) bir qardaşı və bir bacısı qalmış olsun. Əgər birdən artıq olarsa, irsin üçdə-birini irs aparırlar. (Yəni malın üçdə-birini öz aralarında bölüşdürməlidirlər.)

Sonra əlavə edilir: Bu şərtlə ki, əvvəlcə mərhumun vəsiyyətinə əməl edilsin və borcları ödənsin. Həmçinin, vəsiyyət və borcun ödənilməsi icra olunarkən vərəsələrə zərər dəyməsin.

Ayənin axırında bir daha təkid üçün buyurulur: Bu, Allah tərəfindən olan tövsiyədir. Allah elm və helm sahibidir.

Yəni Allahın sizə etdiyi bu tövsiyələri möhtərəm saymalısınız. Çünki Allah sizin mənafe və məsləhətinizi hamıdan yaxşı bildiyi üçün bu hökmləri müqəddər etmişdir. Eləcə də vəsiyyət edənlərin niyyətlərindən də agahdır. Bununla yanaşı, elm sahibidir və Onun fərmanı ilə müxalifət edənləri də dərhal cəzalandırmaz.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə