BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə4/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   2   3   4   5   6   7   8   9   ...   62

AYƏ 7:


﴿ لِّلرِّجَالِ نَصيِبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَلِلنِّسَاء نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا ﴾

TƏRCÜMƏ:


«Kişilərin ata, ana yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım gərəklidir, onun miqdarı necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir)

TƏFSİR:

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Peyğəmbərin (s) dostlarından biri dünyadan getdi. Onun həyat yoldaşı dul və uşaqları kimsəsiz qaldı. Bununla yanaşı, onun əmioğlanları cahiliyyət dövrünün adət-ənənələrinə uyğun olaraq yalnız döyüş qüdrətinə malik olanları varis hesab etdiklərindən, onun mal-dövlətini öz aralarında bölüşdürüb ölənin həyat yoldaşına və yetim uşaqlarına heç nə vermədilər. Ölənin həyat yoldaşı bu məsələ ilə əlaqədar Rəsuli-Əkrəmə (s) şikayət etdi. Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər (s) o kişinin əmioğlanlarını çağırdı və ölənin mal-dövlətini onun həqiqi varislərinə qaytarmalarına göstəriş verdi.

İNCƏ MƏTLƏBLƏR

1. İslamda qadınların da irs haqqı vardır və dinimiz onların digər hüquqlarının keşiyindədir.

2. İrsin müharibə və döyüş qüdrəti əsasında bölüşdürülməsi qadağandır.

3. İrsin miqdarı yox, onun ədalətli şəkildə bölüşdürülməsi əsas məsələdir.

4. İrs payı heç vaxt dəyişilmir.

AYƏ 8:


﴿ وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا ﴾

TƏRCÜMƏ:


«Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin gözəl, bəyənilən söz deyin

TƏFSİR:

ƏXLAQİ BİR HÖKM


Bu ayə də, şübhəsiz, irs bölüşdürüləndən sonrakı məsələlərlə əlaqədar nazil olmuşdur. Çünki buyurulur: «Hər vaxt ölmüş şəxsin qohum-əqrəbaları, yetimlər və yoxsullar irsin bölüşdürüldüyü yerdə hazır olsalar onlara da bir şey verin.» Mümkündür, ayədə varislərin özlərinə düşən paydan onlara vermələri nəzərdə tutulsun.

«Yətama» və «məsakin» kəlmələrinin qeydsiz zikr olunmasına baxmayaraq, məqsəd ölmüş şəxsin və varislərin qohum-əqrəbalarından olan yetimlər və yoxsullardır. Ayənin axırında göstəriş verilir ki, bu dəstədən olan məhrumlarla, yoxsullarla yaxşı danışıb layiqli şəkildə söhbət edilməlidir.


AYƏ 9:


﴿ وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُواْ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُواْ عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّهَ وَلْيَقُولُواْ قَوْلاً سَدِيدًا ﴾

TƏRCÜMƏ:


«Özlərindən sonra (yaş ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən ) qorxsun. Buna görə Allahdan qorxsunlar (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar ( malların sərf olunması vəsiyyət edilməsində ədalətə riayət etsinlər)»

TƏFSİR:


Rəvayətlərə əsasən, yetim malını mənimsəmək həm dünyada, həm də axirətdə ağır nəticələr verir. Onun dünyadakı xəsarəti insanın öz övladlarına dəyir (bu, yuxarıdakı ayədə nəzərdə tutulur), axirətdə isə cəhənnəm əzabına səbəb olur (bu da sonrakı ayədə bəyan olunacaqdır).3

Bəlkə də ayə normal və təbii haldan artıq olan infaq və vəsiyyətləri qadağan edir və buyurur ki, məbada zəif və kiçik yaşlı kimsəsiz uşaqlarınız ola-ola bütün mal-dövlətinizi vəqf və ya infaq edəsiniz, nəticədə övladlarınız sizin ölümünüzdən sonra fəqirlik və bədbəxtlikdə qalsınlar.4

Bu da mümkündür ki, ayə, özü öləndən sonra kimsəsiz qalacaq övladları olanlara, onların gələcəyi üçün müəyyən proqram hazırlamağı tövsiyə etmiş olsun.5

İNCƏ MƏTLƏBLƏR

1. İnsan hər işdə özünü başqalarının yerinə fərz etməlidir ki, onların dərdlərini daha yaxşı dərk edə bilsin. Başqalarının bizim yetim övladlarımızla doğru rəftar etməsini istəyiriksə, digərinin yetim övladaları ilə də o cür rəftar etməliyik.

2. Kim od yandırsa tüstüsü onun öz gözünə dolar (başqası üçün quyu qazan özü düşər): Camaatın yetim övladlarına zülm edilməsi cəmiyyətdə bir adət halına düşər və bizim yetim övladlarımız da nə vaxtsa zülmə məruz qalar.

3. Təbliğ üslublarında insanların fitrət və duyğularından istifadə etmək lazımdır.

4. Yetimlər geyim və yeməklə təmin olunmaqla yanaşı, məhəbbət, nəvaziş və doğru yola istiqamətləndirilməyə də ehtiyac duyurlar.

5. Yetimlərin mal-dövlətinə xəyanət, onların tərbiyəsində səhlənkarlıq, onlarla kobud rəftar yolverilməzdir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə