BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə9/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

AYƏ 19:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا﴾

TƏRCÜMƏ:


Bəzi adamlar varlı qadınlarla, onların mal-dövlətlərinə sahib olmaq üçün evlənirlər. Amma onların özlərinə çox da məhəbbət bəsləmirlər. Buna görə də bu ayədə buyurulur:

«Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik zina kimi) aşkar çirkin bir görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin əgər onları xoşlamırsınızsa, (yenə onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız Allah onda çoxlu xeyir qoyur

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


İmam Baqirdən (ə) nəql olunur ki, bu ayə öz həyat yoldaşları ilə normal şəkildə, bir həyat yoldaşı kimi davranmayan və onları öldükdən sonra mal-dövlətlərinə sahib olmaq məqsədi ilə saxlayanların barəsində nazil olmuşdur.6

TƏFSİR:


Bəlkə də bu ayədə yalnız irs aparılan mal nəzərdə tutulur və məqsəd budur ki, vəfat edən kişinin həyat yoldaşı da irs kimi bir kəsə çatmır. Birinci əri vəfat etdikdən sonra o, öz istək və iradəsi ilə yenidən ərə gedə bilər, istədiyi adamla evlənib ailə qura bilər.

İNCƏ MƏTLƏBLƏR

1. İslam qadınların hüquqlarını müdafiə edir.

2. Qadınların da malikiyyət hüquqları vardır.

3. Ailə münasibətləri mal-dövləti ələ keçirmək naminə deyil, məhəbbət əsasında qurulmalıdır.

4. Mehriyyənin zorla alınması haramdır.

5. Qadınlarla gözəl və bəyənilən şəkildə rəftar etmək lazımdır.

6. Xeyir işlərdən çoxu xoşagəlməz işlərin arasındadır, buna görə də həmişə ümidvar olmaq lazımdır.


AYƏ 20:


﴿ وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلاَ تَأْخُذُواْ مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَاناً وَإِثْماً مُّبِيناً ﴾

TƏRCÜMƏ:


«Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər)»

TƏFSİR:


Cahiliyyət dövründə bəziləri ikinci arvad almaq istəyəndə birinci arvadına töhmət vurmaqla, iftira atmaqla təzyiqə məruz qoyurdular ki, öz mehriyyəsini bağışlasın, əri də ona təlaq versin. Sonra o həmin mehriyyə ilə başqa bir arvad alırdı. Yuxarıdakı ayə cahilliyyət dövründən miras qalmış bu yanlış adəti məzəmmət edir.

İNCƏ MƏTLƏBLƏR

1. İslam nəzərindən ikinci dəfə evlənməyin eybi yoxdur.

2. Təlaq kişinin ixtiyarındadır.

3. İslam dini qadın haqlarını himayə edir və buyurur ki, ikinci dəfə olan evlilik heç vaxt birinci həyat yoldaşının haqqının tapdalanmasına səbəb olmamalıdır.

4. Qadının malikiyyət hüququ vardır və onun bütün var-dövləti, heç bir şey azaldılmadan özünə təhvil verilməlidir.

5. Zülmün ən pis növlərindən biri də camaatın malını mənimsəyib, sonra özünə bəraət qazandırmaq üçün mal sahibinə töhmət vurmaq, onun abır-heysiyyətini aparmaqdır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə