BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə7/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   2   3   4   5   6   7   8   9   10   ...   62

AYƏ 13:


﴿ تِلْكَ حُدُودُ اللّهِ وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ ﴾

TƏRCÜMƏ:


«Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur nailiyyət!»

TƏFSİR:


İrs qanunu ilə əlaqədar keçən ayələrdə irəli çəkilən məsələlərin ardınca bu ayədə ilahi hədd-hüduddan və qanunlardan söhbət açılır və buyurulur: Bunlar Allahın təyin etdiyi hədd-hüdud və sərhədlərdir ki, bunları aşmaq hər bir halda qadağandır. Hər kəs bu həddi-hüdudu aşaraq onlara təcavüz etsə, günahkar və müqəssir hesab olunacaqdır.

Sonra buyurulur: Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə və bu hədd-hüdudu möhtərəm saysa, ağaclarının altından çaylar axan behişt bağlarına daxil olacaq və orada əbədi qalacaqdır.

Ayənin axırında buyurulur: Bu da böyük qələbə və qurtuluşdur.

AYƏ 14:


﴿ وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ ﴾

TƏRCÜMƏ:


«Kim Allaha Onun peyğəmbərinə itaətsizlik etsə Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək onun üçün alçaldıcı bir əzab vardır

TƏFSİR:


Yuxarıdakı ayədə qeyd olunanların müqabilində olanlara bu ayədə işarə edilir və buyurulur: Allaha və Onun Peyğəmbərinə itaətsizlik edənlər, Allahın təyin etdiyi həddi-hüdudu keçənlər üçün cəhənnəm odu vardır və orada əbədi qalacaqlar.

Nəhayət, onların axır-aqibətlərinə işarə edilir və buyurulur: Onlar üçün xaredici əzab vardır.



Birinci cümlədə ilahi cəzaların fiziki və cismani yönləri, sonrakı cümlədə isə həmin cəzaların mənəvi yönü olan ifşa məsələsi irəli çəkilmişdir.

AYƏ 15:


﴿وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً﴾

TƏRCÜMƏ:


«(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)»

TƏFSİR:


Bu ayədə çirkin zina əməlinə mürtəkib olan ərli qadınlara veriləcək cəzaya işarə olunur: Sizin qadınlarınızdan zinaya mürtəkib olanlar üçün müsəlman kişilərdən dörd nəfəri şahid tutun. Əgər bu dörd nəfər onların zina etməsinə şahidlik etsələr, qadınlarınızı əcəlləri gəlib çatana qədər evlərinizdə həbs edin.

Buna əsasən ərli qadınların iffət-namusla zidd olan yaramaz zina əməlinin cəzası «əbədi həbs» kimi təbir olunmuşdur. Lakin bunun ardınca dərhal buyurulur: yaxud Allah tərəfindən onlar üçün müəyyən bir yol qərar verildiyi vaxta qədər onları həbs edin. Bu təbirdən aydın olur ki, bu hökm müvəqqətidir və sonradan gələcək daş-qalaq hökmü ilə qüvvədən düşür. Bu məsələ fiqh və hədis kitablarında mövcuddur.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə