BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə12/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

AYƏ 26:


﴿ يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ ﴾

TƏRCÜMƏ:


«Allah (dinin hökm maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən hikmət sahibidir

TƏFSİR:

BU MƏHDUDİYYƏTLƏRİN SƏBƏBİ


Əvvəlki ayələrdə evlilik məsələləri ilə əlaqədar bəyan olunan müxtəlif hökmlərin ardınca belə bir sual yarana bilər ki, bu qədər məhdudiyyətlərin qoyulmasında və qanunların təyin edilməsində məqsəd nədir? Bu və ondan sonrakı iki ayədə həmin suallara cavab verilir və buyurulur: Allah bu göstərişlərlə xoşbəxtlik və səadət yollarını sizin üçün aşkar etmək istəyir.

Bunu da qeyd edək ki, siz bu göstərişlərə əməl etməkdə tək deyilsiniz və Allah sizi əvvəlki qövmlərin düzgün sünnələrinə tərəf dəvət edib yol göstərmək istəyir, üstəlik tövbələrinizi də qəbul edir.

Yolunuzdan azdığınıza görə məhrum olunduğunuz nemətlər bir daha sizə qaytarılar, bu şərtlə ki, İslamdan əvvəlki cahiliyyət dövrlərində düşdüyünüz azğın yollardan haqqa tərəf qayıdasınız.

Ayənin axırında buyurulur: Allah elmli və hikmət sahibidir, Öz hökmlərinin sirlərindən tamamilə agahdır, onu Öz hikmət və məsləhəti ilə sizin üçün şəriət qanunu halına salmışdır.


AYƏ 27:


﴿ وَاللّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُواْ مَيْلاً عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər

TƏFSİR:


Cinsi azadlıq ilk baxışda bir növ ləzzətdir. Lakin onun fərdi və ictimai zərərlərinə nəzər yetirməklə məlum olur ki, bu iş cəmiyyətin ən böyük süqutu, tənəzzülü və mənəvi inhirafıdır. Heç bir şeyə məhəl qoymadan açıq-saçıq şəkildə olan cinsi ləzzətlər insanın cismini əridir, fikrini daim bu işlərə məşğul edir, mal-dövləti bu yolda puça çıxarır, əmanətdarlığı məhv edib aradan aparır, ailə təşkil etməyə olan rəğbət və meylləri insanlardan alır, cəmiyyətə qanunsuz övladlar təhvil verir, çoxlu ruhi və cinsi xəstəliklər yaradır. Bir sözlə, cinsi azadlıq ardınca ən böyük xəsarət və bədbəxtçiliklər gətirir.

İNCƏ MƏTLƏBLƏR

1. Evlənmədə qoyulan şərtlər və məhdudiyyətlər Allah-təalanın insana olan lütf və mərhəmətini göstərir.

2. Heç bir qeyd-şərtə məhəl qoymayan şəhvət ardıcılları sizin şəhvət girdabında qərq olmağınızdan başqa bir şeylə qane olmazlar. Onlar sizi də özlərinə yoldaş etmək istəyirlər.

3. Şəhvətbazların tutduğu yolla getməyin, onları təbliğ etməyin. Çünki onlar sizin düşməninizdir.


AYƏ 28:


﴿ يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا ﴾

TƏRCÜMƏ:


«Allah (müvəqqəti evlənmək, kənizi almaq digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif aciz yaradılmışdır

TƏFSİR:


Son üç ayədə ardıcıl olaraq Allah-təalanın lütf və mərhəməti irəli çəkilir, O Öz hökmlərini insanlar üçün bəyan edib göstərir. Eləcə də lütf və mərhəmətini onlara qaytarır və işlərində asanlıq olmasını istəyir. Çünki insan cinsi qərizələr tufanı qarşısında çox zəifdir, onun səbr və müqavimət qüdrəti çox azdır.

İNCƏ MƏTLƏBLƏR

1. İslam asan bir dindir və onda heç bir çıxılmaz vəziyyət mövcud deyildir.

2. Bu dinin əsası yüngülləşdirmə, hər hansı bir işə qüdrətli və müyəssər olmaq əsasındadır.

AYƏ 29:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلاَّ أَن تَكُونَ تِجَارَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلاَ تَقْتُلُواْ أَنفُسَكُمْ إِنَّ اللّهَ كَانَ بِكُمْ رَحِيمًا ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır

TƏFSİR:


Adam öldürməyin haram və qadağan olunmasının malın batil yolla yeyilməsi ilə yanaşı qeyd olunmasının səbəbi bəlkə də bu ola bilər ki, sağlam olmayan, xəstə iqtisadi sistem cəmiyyətin bir-birini qətlə yetirməsinə, yaxud həlak olmasına şərait yaradır.

İNCƏ MƏTLƏBLƏR

1. Fərdi mülkiyyət möhtərəm və toxunulmazdır, düzgün müamilə və razılıq olmadan başqalarının mal-dövlətindən istifadə etmək haramdır.

2. Ümmət və cəmiyyət vahid bir ruha, müştərək bir taleyə malikdir.

3. Haqq əsasında olmayan hər növ istifadələr, o cümlədən qəsb, oğurluq, irsin qarşısını almaq, qumar, mala qatqı qatmaq, saxtakarlıq, fəsad və günah törədən vasitələrin alveri, bir sözlə, batilin nümunəsi olan hər bir əməl haramdır.

4. Alver iki tərəfin razılığı əsasında olmalı, bu məsələdə icbara yol verilməməlidir.

5. İnsanın canı möhtərəmdir (toxunulmazdır), eləcə də insanın həm özünü öldürməsi (intihar etməsi), həm də başqasını öldürməsi haramdır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə