BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə23/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

AYƏ 55:


﴿ فَمِنْهُم مَّنْ آمَنَ بِهِ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا ﴾

TƏRCÜMƏ:


«Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi alihi səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir

TƏFSİR:


Bu ayədə Peyğəmbərə (s) və müsəlmanlara təskinlik verilir ki, camaatın imansızlığından narahat və məyus olmasınlar. Çünki tarix boyu belə olmuşdur; bütün peyğəmbərlər bir dəstə adamın imansızlığı, imandan kənar olması ilə qarşılaşmışlar.

AYƏ 56:


﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, ayələrimizi (Quranı) (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli hikmət sahibidir

TƏFSİR:


Onlar hər an, ardı-arası kəsilmədən inadkarlıq və günah etdiklərindən yeni dəri verilməklə cəzalandırılmalıdır.

İmam Sadiqin (ə) dövründə din müxaliflərindən biri olan İbn Əbil Ovca Həzrətdən (ə) soruşdu: «Təzə dərinin günahı nədir?» İmam buyurdu: «Təzə dəri əvvəlki dərinin yanıqlarından əmələ gəlir. Bu ona bənzəyir ki, bir kərpic sınıb əzilsin, bir daha palçıq edilib yenidən kərpic formasına salınsın.»21



İNCƏ MƏTLƏBLƏR

1. Kafirlərin əzabı və cəzası daimidir.

2. Kafirlərin əzabının davam etməsi bu işi onlar üçün heç vaxt adiləşdirmir.

3. Yeni dərinin verilməsi onlara şiddətli əzabı dadızdırmaq üçündür. Çünki dəri yanan zaman insan daha artıq ağrı hiss edir və bu, dəriyə aid olan bir hissdir. Əgər yanğı sümüyə çatsa ağrılar nisbətən azalar.



4. Məad cismanidir. (Çünki dəriyə, onun bir şəkildən başqa şəklə düşməsi ilə əzab verilir).

AYƏ 57:


﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً ﴾

TƏRCÜMƏ:


«İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq əməldən, cismani eyblərdən) pak zövcələr vardır onları geniş sabit kölgə altına daxil edərik

TƏFSİR:


Bu ayə iman gətirib saleh əməllər görənlərə tezliklə ağaclarının altından çaylar axan cənnət bağlarına daxil olacaqlarını və orada əbədi bir həyata nail olacaqlarını vədə verir. Bundan əlavə, onlara həm ruhi, həm də cismi asudəliklərinə səbəb olacaq pak-pakizə zövcələr veriləcək. Bu zövcələr qadına məxsus olan hər növ qanlardan, aludəliklərdən pak-pakizədir. Onlar bu dünyanın kölgələri ilə müqayisə oluna bilməyən həmişəlik behişt ağaclarının kölgələrində olacaqlar. Belə ki orada yandırıcı və yaxud soyuq küləklər əsməz.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə