Бисмиллаһир-рәһманир-рәһим



Yüklə 1,72 Mb.
səhifə26/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   21   22   23   24   25   26   27   28   29

ÜMUMİ BİR QANUN


Buna əsasən hər növ mütrib musiqini çalmaq və ona qulaq asmaq haramdır. Hətta bir kəs onun vasitəsilə təhrik olunsa, yaxud olunmasa belə, yaxud da o musiqidən ləzzət alsa və almasa da belə, istər musiqi şadlıq gətirən olsun, istərsə də qəmli, istər klassik olsun, istərsə də başqası, müsəlman olsun, istərsə də xarici, əqd və toy mərasimində olsun, istərsə başqa yerdə.

Əgər musiqi mütrib olmazsa, onu eşitmək və ya çalmağın işkalı yoxdur. Əgər bir şəxs hər hansı bir musiqi barəsində şəkdə olsa, onu eşitmək və çalmağın işkalı yoxdur.

Məsələ (Sual) 297: Qəsd ləhv və ləib olmadığı halda, bəzi musiqi növlərinə qulaq asmaq, misal üçün əsəblərin sakitləşməsi üçün yaxşı olan, yaxud bəzi təbiblərin müalicə üçün tövsiyə etdikləri musiqilər, yaxud müharibə üçün nəzərdə tutulan və ləhv və ləib məqsədi olmayan musiqilərə qulaq asmaq caizdirmi?

Cavab: Qeyd olunan halların hamısında əgər musiqi mütrib olmazsa, onu eşitməyin işkalı yoxdur.



İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan hər növ ahəng və musiqi mütləq şəkildə işkallıdır.

Təbrizi: Əyyaşlıq və əyləncə məclisləri üçün müna­sib olan musiqi haram və ona qulaq asmaq da haramdır, istər ona qulaq asmaqda məqsəd ləhv və ləib olsun, istərsə də başqa şey. Amma əza marşı və müharibədə çalınan­ların maneəsi yoxdur. İstifta.

Məsələ 298: Hər növ mütrib musiqini musiqi alətləri vasitəsilə çalmaq caiz deyildir, istər əqd məclisi olsun, istər toy məclisi, istərsə də başqa məclis, istər kişilərə məxsus olsun, istərsə də qadınlara, istər kişi vasitəsilə çalınsın, istər qadın vasitəsilə.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ 299: Musiqi çalmaq əgər ləhv və ləib alətlərindən başqa vasitələrlə olarsa, misal üçün, teşt, qablama, vedrə və s. işkalı yoxdur. Bu şərtlə ki, mütrib şəkildə olmasın.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta.

Sistani: Amma əgər ləhv və ləib məclislərinə münasib olan tərzdə vurularsa, ehtiyat-vacibə görə caiz deyildir.

Məsələ 300: Mütrib musiqilərə və ğina yönlü avazlara qulaq asmaq haramdır, lakin diqqəti ona yetirmədən qulağa dəyməyin işkalı yoxdur.

Təbrizi: "Siratun-nəcat", 1004-cü sualdan istifadə etməklə.

Xamenei və Məkarim: İstifta.

İzah: Yəni əgər insan musiqiyə diqqət yetirərək ona qulaq asarsa, bu, haramdır. Lakin bəzən insan qulaq asmır, lakin musiqi səsi qulağına dəyir, insan da ona diqqət yetirmir, bu surətdə işkalı yoxdur. Misal üçün, musiqi səsi qonşunun evindən gələrsə, yaxud sürücü mütrib musiqiyə səs verərsə, lakin insan o musiqiyə diqqət yetirməzsə, bu kimi hallarda musiqi insanın qulağına çatsa da, işkalı yoxdur.

Məsələ (Sual) 301: Bəzi avtobus sürücüləri biabır­çı lent yazılarından və haram olmağına hökm edilən musiqilərdən istifadə edir, maqnitofon söndürülməsinə dair verilən xəbərdarlıqlara əhəmiyyət vermirlər. Bəyan edin görək, mənim bu kimi şəraitlərdə və bu kimi səslərlə qarşılaşmaqda vəzifəm nədir? Onlarla çox şiddətli şəkildə rəftar edə bilərəmmi, yoxsa təqiyyə etməliyəm?

Bəhcət: Əgər əmr be məruf və nəhy əz münkər şərtləri mövcud olarsa, vacib, əgər onlardan hər hansı birinin şərti, – o cümlədən, əmr be məruf etməyin qarşı tərəfə təsir qoyacağı, eləcə də insanın maddi və cismi cəhətdən zərərə düşməməsi ehtimalı – olmazsa, vacib deyildir. İstifta.

Xamenei: Nəhy əz münkərin zəmini gerçəkləşdiyi surə­tdə dildə nəhy əz münkər etməkdən artıq bir vəzi­fə­miz yoxdur. Əgər bu, təsirli olmazsa, özünüzü haram xa­nən­dəliyə qulaq asmaqdan saxlayın. Əgər eyni halda onun sə­si ixtiyarsız olaraq sizin qulağınıza çatırsa, sizin bu barədə heç bir vəzifəniz yoxdur. İstifta.

Məsələ (Sual) 302: Siz buyurmusunuz ki, qadının öz əri üçün oynamasının işkalı yoxdur, həmin rəqs halında da musiqiyə qulaq asmaq caizdirmi?

Cavab: Əgər musiqi mütrib olarsa, caiz deyil.

İmam, Xamenei, Fazil və Məkarim: İstifta.

Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deiyildir və ehtiyat-vacibə görə onu tərk etmək lazımdır. Hətta qadının öz əri üçün oynaması olsa da belə. Mütrib musiqiyə də qulaq asmaq caiz deyildir.



"Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1 və 20; İstifta.

Təbrizi: Əgər onda ləhvi musiqi olarsa, caiz deyildir. İstifta.

Məsələ (Sual) 303: Musiqinin İslamda kökü olması və musiqi ilə (irfani musiqi) Allaha çatmaq barəsində deyilən sözlər barədə nəzəriniz nədir?

Bəhcət: Musiqi alətləri ilə oxunan ahənglər və musiqilər mutləq şəkildə işkallıdır. İstifta.

Xamenei: Allaha çatmaq, varlıq dünyasının əzəmə­tini dərk etmək, mütəal Allahı tanımaq musiqi yolu ilə deyildir, musiqinin İslam quruluşunun hədəfləri ilə ziddiyyəti vardır.

AVAZ OXUMAQ


Məsələ 304: Kişilərin avaz oxuması əgər ğina yönlü olmaz­sa və onun ardınca fəsad gəlməzsə, işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

İmam: "Təhrir", "məkasibi mühərrəmə", məsələ: 13.

Sistani: "Minhacu-salihin", "məkasibi mühərrəmə", məsələ: 20.

Məsələ 305: Ğina nə deməkdir? Gözəl oxumaq ğina sayılırmı?

Cavab: Gözəl səs, yaxud gözəl oxumaq təklikdə ğina hesab olunmur, əksinə ğina bundan ibarətdir: Səsi tərci19 ilə çəkmək, ləhv və ləib məclislərinə və mütrib və məsiyət yığıncaqlarına münasib olan keyfiyyətdə çəkməkdən ibarətdir.

İmam, "Təhrir", "məkasibi mühərrəmə", məsələ: 13.

Xamenei: İstifta.

Bəhcət: Pis və günah əhlinin məclislərinə münasib olması onu təyin edir. İstifta.

Təbrizi: Ğina (əyyaşlıq və kef məclisləri ilə münasib olan avaz oxumaq ki, batil məzmuna malikdir) və ona qulaq asmaq haramdır. Ehtiyat-vacibə görə ləhvi keyfiyyətə malik olan hər növ mütləq oxumaqdan, hətta batil məzmuna malik olmasa da, çəkinilsin. İstifta.

Sistani: Əgər batil kəlam, istər şer, yaxud nəsr olsun, ləhv və ləib məclisləri ilə münasib olan şəkildə olarsa, ğina hesab olunur.



"Minhacus-salihin", "Məkasibi mühərrəmə", məsələ: 20.

Fazil: Ğina bir avazdır ki, onda səs boğazda fırladılır və camaat arasında cəh-cəh hesab olunur, həmçinin insanı adi haldan çıxarır, ləhv və ləib məclisləri ilə münasibdir. "Camiul-məsail", 1-ci cild, 978 1007-ci suallardan istifadə etməklə.

Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan hər növ səsdir. İstifta.

Məsələ (Sual) 306: Şadlıq mərasimlərində nəğmə və şer oxumaq, yaxud gözəl məzmuna malik olduqları halda İmamların mədhlərini və duaları şad səslə oxumaq caizdirmi?

Cavab: Hər şeyi oxumaq, istər şer, istərsə də nəsr, istər Quran və istərsə də mədihə ğina şəklində olarsa, haramdır. Hətta Quran, dua və s. ğina şəklində oxunduqda, daha artıq əzaba səbəb olar.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

İmam: "Təhrir", "məkasibi mühərrəmə", 13-cü sualdan istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, 997-ci sualın cavabından istifadə etməklə.

Sistani: Batil olmayan kəlamı ləhv və ləib məclis­lə­rinə münasib olan keyfiyyətdə oxumaq ehtiyat-vacibə gö­rə caiz deyildir. Quran və duanı bu keyfiyyətdə oxumaq isə (ümumiyyətlə) caiz deyildir. İstifta.

Məsələ 307: Qadınlar üçün ğina yönlü musiqi oxumaq caiz deyildir. Toy gecəsindəki məclis, eləcə də camaat arasında ondan əvvəl, yaxud ondan sonra təşkil olunan məclislər bu şərtlə istisna olunur ki, onların səslərini naməhrəm eşitməsin. Baxmayaraq ki, ehtiyat-müstəhəb bunu tərk etməkdir.

İmam: "Təhrir", "məkasibi mühərrəmə", məsələ–13.

Təbrizi: "Siratun-nəcat", məsələ: 1009 və 1116.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 997-ci sualın cavabından istifadə etməklə.

Bəhcət, Sistani və Məkarim:

Sistani və Məkarim: Ehtiyat-vacibə görə ğina toy məclislərində caiz deyildir.



Sistani və Məkarim: İstifta.

Bəhcət: Buna əsasən, qadınların toy məclislərində və başqa məclislərdə ğina yönlü avaz qadınlar üçün oxu­mala­rı caiz deyildir, amma əgər avaz ğina yönlü olmazsa, işka­lı yoxdur.

* Buna əsasən, qadınlar toy məclislərində, ondan əvvəl və ya sonra camaat arasında təşkil olunan məclis­lərdə bu şərtlə avaz oxuya bilərlər ki, naməhrəm onların səsini eşitməsin, istər xor şəklində, istərsə də başqa şəklində.

Məsələ (Sual) 308: Qadınlar əqd mərasimində, yaxud mövlud günlərində ğina yönlü avaz oxuya bilərlərmi?

Cavab: Caiz deyildir və tərk olunmalıdır, yalnız qadınlar toy mərasimlərində avaz oxuya bilərlər, bu şərtlə ki, naməhrəm onların səslərini eşitməsinlər.

İmam, Bəhcət, Xamenei: İstifta.

Təbrizi: "Siratun-nəcat", 1009 və 1116-cı suallar.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 997.

Sistani: Ehtiyat-vacibə görə gərək tərk olunsun. İstifta.

Məsələ (Sual) 309: Əgər əqd və toy mərasimi birlikdə olsa, onda qadınlar naməhrəm onların səsini eşitmədiyi halda avaz oxuya bilərmi?

Cavab: İşkalı yoxdur.



İmam, Təbrizi və Fazil: İstifta.

Sistani: Ehtiyat-vacibə görə gərək tərk olunsun.

Bəhcət: Əgər ğina olmazsa, işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 310: Qadının öz əri üçün avaz oxuması caizdirmi?

Cavab: Ər üçün avaz oxumaq istisnalardan deyildir, əgər avazını naməhrəm eşitməzsə, ğina da olmazsa, maneə­si yoxdur.

İmam: "İstiftaat", səh.15; "Əhkami banovan" kitabının İstiftalarından istifadə etməklə, məsələ; 35, səh.28.

Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.

Təbrizi: "Siratun-nəcat", Sual: 1017.

Sistani: "Minhacus-salihin", "Məkasibi mühərrəmə", məsələ: 20.

* Buna əsasən, ər üçün hər hansı növdə olursa olsun, ği­na avazı caiz deyildir və yalnız caiz avazlar, özü də naməh­rəmin onun səsini eşitmədiyi halda işkalı yoxdur.

Məsələ: (Sual) 310: Toy mərasimində məhrəm kişilər olan halda qadınlar ğina avazı oxuya bilərlərmi?

Bəhcət: Ğina avazı oxumaq haramdır. İstifta.

Təbrizi: Qadınlar üçün işkalı yoxdur, amma kişilər üçün ğina avazına qulaq asmaq caiz deyildir. "Siratun-nəcat", 1004 1016- suallar.

Fazil: Caiz deyildir. İstifta.

Məkarim: Ehtiyat-vacibə görə gərək tərk olunsun. İstifta.

Məsələ 311: Qadınların vasitəsilə qeyri-mütrib musi­qi­lərin tək halda oxunması, misal üçün, nəğmələrdə əgər naməhrəm onların səsini eşitməsə də, caiz deyil­dir.



İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 977.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əksinə əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olur. Deməli, caiz deyildir. Amma pərdənin arxasından da fəsadın olmadığı halda ehtiyatın xilafınadır (ehtiyat-müstəhəb onu tərk etməkdir). İstifta.

Məkarim: Hər bir halda işkallıdır. İstifta.

Xamenei: Əgər qadının səsi ğina surətində olmazsa və ona qulaq asılması ləzzət və reybə qəsdi ilə olmazsa, eləcə də bunun ardınca fəsad gəlməzsə, kişilər üçün ona qulaq asmağın işkalı yoxdur, istər məhrəm olsun, istərsə də naməhrəm. "Əcvibətül-İstiftaat", Sual: 62.

Sistani: Əgər adətən insanı təhrik edən şəkildə səsini nazikləşdirərsə, caiz deyildir, hətta öz məhrəmləri üçün olsa belə. İstifta.

Məsələ 312: Kişilər, yaxud qadınlar üçün ğina olma­dığı və ardınca fəsad gətirmədiyi şəkildə oxumağın işka­lı yoxdur.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

Məsələ (Sual) 313: Qadınların qadınlar arasında xorla oxuması, eləcədə naməhrəm kişilərin müqabilində xorla oxumasının hökmü nədir?

Cavab: Əgər ğina yönlü olmasa və öz ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.

İmam, Xamenei, Fazil: İstifta.

İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 44-cü sualdan istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1724.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Ək­si­nə, əksər hallarda qadının kişilər qabağında oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. Amma pərdə arxasında və fəsad olmadığı halda oxumaq ehtiyatın xilafınadır (ehtiyat-müstəhəb­dir). İstifta.

Məkarim: Hər surətdə işkallıdır. İstifta.

Məsələ (Sual) 314: Kişilərin kişilər arasında, yaxud qadınların naməhrəm qarşısında xorla oxuması­nın hökmü nədir?

Cavab: Əgər ğina şəklində olmazsa və ardınca fəsad gətirməzsə, işkalı yoxdur.

İmam, Bəhcət, Xamenei, Fazil, Təbrizi, Sistani, Məkarim: İstifta.

Məsələ 315: Qadınların naməhrəmlər qarşsında Quran oxuması, sovt-ləhn olsa da belə, işkalı yoxdur, bu şərtlə ki, təhrikə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.



İmam: "Əhkami banovan", Sual: 5, səh.24-dən istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 1723-cü sualdan istifadə etməklə.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir, əksi­nə əksər hallarda qadının kişi qarşısında oxuması və onun səsinə qulaq asılması fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.

Sistani: Amma əgər onun səsini adətən təhrik olunma həddinə gətirəcək qədər nazikləşdirsə, istis­nadır. İstifta.

Məkarim: Tərtillə oxumağın işkalı yoxdur, lakin sovt ilə naməhrəmlərin qarşısında oxumaq işkalsız deyildir. İstifta.

Məsələ 316: Qadınların və kişilərin qarışıq halda xorla oxuması əgər ğina olmazsa və təhrik və fəsada səbəb olmazsa, eləcə də məhrəm və naməhrəm məsələlərinə riayət olunarsa, maneəsi yoxdur.

Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 977-ci sualdan istifadə etməklə.

Bəhcət: Qadınla kişinin bir yerə toplaşması (bir-birinə qarışması) caiz deyildir. İstifta.

Məkarim: İşkallıdır. İstifta.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə