Бисмиллаһир-рәһманир-рәһим


ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ



Yüklə 1,72 Mb.
səhifə24/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   ...   21   22   23   24   25   26   27   28   29

ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ


Məsələ 270: Hər növ ləhv və ləib vəsaitlərinin tədarük görülməsi haramdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Təbrizi: "Tovzihul-məsail", 2075-ci məsələdən istifadə etməklə.

Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.

Məsələ 271: Məsiyət (günah iş) yerinə yetirilməsi məqsədilə ləhv və ləibin bərqərar ediləcəyi otaq, yaxud salon, yaxud mühitin təşkil edilməsi (misal üçün, mütrib xanəndəliyin, yaxud rəqs etmə yerinin (səhnənin) hazırlanması kimi) caiz deyildir.



İmam, Bəhcət, Təbrizi, Xamenei,

Sistani, Fazil və Məkarim: İstifta

ÜMUMİ BİR QANUN


Məsələ 272: Haram istifadəsi olan hər bir şeyi hazırlamaq haram istifadə məqsədilə caiz deyildir.

İmam, Bəhcət, Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.

Fazil: "Tovzihul-məsail", məsələ: 2129.

Məkarim: "Tovzihul-məsail", 1762-ci məsələdən istifadə etməklə.

Məsələ 273: Mütrib musiqi çalmaq üçün biabırçı lent yazıları, yaxud digər musiqi vasitələri tədarük görmək caiz deyildir.



İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Təbrizi: "Tovzihul-məsail", 2075-ci məsələdən istifadə etməklə.

Sistani: "Tovzihul-məsail", 2076-cı məsələdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", 1763-cü məsələdən istifadə etməklə.

Təbrizi: Ləhv yönünə malik olan musiqi çalmaq üçün musiqi vasitələri tədarük görmək caiz deyildir. İstifta

Məsələ 274: Maşının gül ilə bəzədilməsi, şəhərin xiyabanlarında siqnal verilməsi əgər naməhrəmin gə­linə, yaxud digər qadınlara və onların bəzənmiş üz­ləri­nə diqqətin cəlb olunmasına səbəb olarsa, yaxud camaatın əzab-əziyyətinə düşməsinə və narahatçılığa səbəb olarsa, haramdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta

ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ

RƏQS


Məsələ 275: Kişilər üçün rəqs etmək caiz deyildir, yalnız kişinin öz həyat yoldaşı üçün rəqs etməsi istisnadır.

İmam: "Əhkami izdivac"" kitabından, səh.186-dan istifadə etməklə; İstifta, "məkasibi mühərrəmə", Sual: 35.

Məkarim: İstifta.

Bəhcət: Kişi məclisində kişinin oynayıb rəqs etməsinin işkalı vardır, ehtiyat vacib onu tərk etməkdir.



"Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1.

Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin­dəndir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.

(Qeyd olunmalıdır ki, bu kitabın əvvəlki çaplarında bu məsələyə başqa cür cavab verilmişdir ki, həzrət Ayətullahül-üzma Təbrizinin fətvasının dəyişdiyinə görə onun təqlidçiləri bu çapda qeyd olunanlara əməl etməlidirlər.)

Xamenei: Əgər rəqs şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır.



"Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 86.

Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinilməlidir, yalnız həyat yoldaşı başqalarının gözündən uzaqda olarsa, istisnadır. İstifta.

Fazil: Əhvət (ən çox ehtiyatlı) nəzər rəqsin mütləq şəkildə tərk edilməsidir, amma qadının öz əri üçün, özü də başqa bir haram işlə yanaşı olmayacağı halda, istisna olunur. İstifta.

Qeyd olunmalıdır ki, həzrət Ayətullahül-üzma Fazil Lənkəraninin "rəqs" hökmü barəsində – bu kitabın əvvəl­ki çaplarında qeyd olunanlara nəzər yetirməklə – son zamanlar onun rəqs barəsindəki cavabı dəyişilmişdir. Buna əsasən möhtərəm oxucular, xüsusilə onun təqlidçiləri bu məsələyə daha artıq diqqət yetirməlidirlər.

Məsələ (Sual) 276: Kişinin öz həyat yoldaşı üçün oynaması caizdirmi?

Cavab: İşkalı yoxdur.



İmam: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Xamenei: "Əcvibətül-istifta", 2-ci cild, Sual: 91.

Məkarim: İstifta.

Bəhcət: Ər-arvadın bir-biri üçün rəqs etməsi ehtiyatın xilafınadır (ehtiyat-vacibdir, yəni tərk olunsa yaxşıdır).



"Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1 və İstifta.

Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin­dən­dir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.

Sistani: Əgər başqalarının gözündən kənarda olarsa işkalı yoxdur. İstifta.

Fazil: Əhvət onu tərk etməkdir. İstifta.

Məsələ (Sual) 277: Rəqs dedikdə məqsəd nədir?

Cavab: Camaat arasında rəqs adlanan hər bir əməldir.



İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta.

Məkarim: Rəqs müvazinətli hərəkətlərdir ki, ləhv və ləib məqsədilə yerinə yetirilir. İstifta.

Məsələ 278: Kişilər üçün rəqsin haram olmasında rəqsin növləri arasında heç bir fərq yoxdur.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət: Ehtiyat-vacibə görə rəqs etmək caiz deyildir və bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur.



"Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələdən və İstiftadan istifadə etməklə.

Xamenei: Rəqs etməyin özünün işkalı yoxdur, amma haram bir işə səbəb olarsa (bu istisnadır). Bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur. İstifta.



* NƏTİCƏDƏ: İstər müxtəlif məclislərdə, yaxud əqd və toy məclislərində icra olunan yerli rəqslər olsun, istər­sə də çubuqla oynanılan, yaxud hər hansı başqa rəqslər.

Məsələ 279: Həmçinin rəqsin haram olmasında kişilərin qrup şəklində, yaxud tək halda oynamaları arasında, həmçinin istər saz, tar və kamanla olsun, istərsə də bunlarsız, istər baxanlar naməhrəm olsun, istərsə də olmasın, heç bir fərq yoxdur.



İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət: Rəqs etmək mütləq şəkildə ehtiyat-vacibə görə işkallıdır və tərk olunmalıdır. İstifta.

Xamenei: Rəqs hər bir surətdə əgər şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır. İstifta.

Məsələ (Sual) 280: Kişinin xəlvət yerdə, heç kəsin onu görmədiyi halda rəqs etməsinin hökmü nədir?

Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deyildir və ehtiyat-vacibə görə tərk olunmalıdır. İstifta.

Təbrizi və Xamenei: Əgər öz ardınca haram bir iş gətirməzsə, rəqs etməyin özünün işkalı yoxdur.



Təbrizi: "Siratun-nəcat", 1020-ci sualdan və İstiftadan istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: Əhvət nəzər rəqsi mütləq şəkildə tərk etməkdir. Amma qadının öz həyat yoldaşı üçün, özü də öz ardınca başqa bir haramı gətirmədiyi halda rəqs etməsinin işkalı yoxdur. İstifta.

Məkarim: Bu kimi hallarda işkalı yoxdur. İstifta.

Məsələ 281: Ehtiyat-vacibə görə qadınların hər hansı yerdə rəqs etmələri, istər əqd və toy mərasimləri olsun, istərsə də təvəllüd bayramları, caiz deyildir. Yalnız qadının öz həyat yoldaşı üçün rəqsinə icazə verilmişdir.



İmam: "Əhkami izdivac" kitabındakı İstiftalardan istifadə etməklə, səh.186; İstifta; "Məkasibi mühərrəmə", Sual: 35 və İstifta.

Məkarim: İstifta.

Bəhcət: Ehtiyat-vacibə görə qadının qadınlar məclisində rəqs etməsi caiz deyildir. "Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələ.

Təbrizi: Qadının öz əri üçün, eləcə də qadının toy məclisində qadınlar üçün və s. kimi şeylərdə əgər kişi­nin hüzurunda, hətta müməyyiz olmayan oğlanın hüzurunda və ləhvi musiqi və s. kimi başqa haramlara şamil olmaz­sa, maneəsi yoxdur və qadının kişi üçün rəqs etməsi istər məhrəm olsun, istərsə də naməhrəm, caiz deyildir.

Xamenei: Rəqs etməyin təklikdə haramlığı yoxdur, amma öz ardınca haram bir işi gətirdiyi hal istisnadır. "Əcvibətül-İstifta", 2-ci cild, Sual: 86-90.

Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinil­mə­lidir, yalnız həyat yoldaşı istisnadır, o da başqa­la­rının gözündən kənarda. İstifta.

Fazil: Əhvət rəqsi tərk etməkdir.


* NƏTİCƏDƏ: Qadınlar əqd mərasimlərində və toylarda rəqs edə bilməzlər, hətta naməhrəm olmasa da belə.

Diqqət: Bəzi əhkam kitablarında İmam Xomeynidən bir sual çap olunmuşdur, orada deyilir ki, qadının başqa bir qadının müqabilində rəqs etməsinin haram­lığı məlum deyildir. Bunun "ehtiyat-vacibə görə caiz olmaması" istiftası ilə ziddiyyəti yoxdur. Çünki bəzən müc­tehid hər hansı bir işin haram olmasına xatir­cəm­lik əldə edə bilmir, buna görə də məsələni ehtiyat-vacib şək­lində bəyan edir.

Bu məsələdə verilən bütün ünvanlara müraciət edə bilər­siniz.

Məsələ (Sual) 282: Qadınların əqd və toy mərasim­lə­rin­də rəqs etməsi əgər yalnız məhrəmlər iştirak edərsə, caizdirmi?

Cavab: Caiz deyildir.



İmam, Bəhcət, Təbrizi, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.

Xamenei: Rəqsin hökmündə məhrəmin, yaxud başqala­rının iştirak etməsi arasında heç bir fərq yoxdur.

Deməli, qadınların toy və əqd mərasimlərindən əvvəl, yaxud ondan sonra təşkil etdikləri xüsusi məclislərdə rəqs etmələri caiz deyildir, hətta iştirak edənlər, bacı, qardaş, ana, xala, yaxud yaxın qohumlarından hər hansı biri olarsa belə.

Məsələ 283: Qadının rəqs etməsinin haramlığı məsələsində rəqsin növləri arasında heç bir fərq yoxdur və camaat arasında rəqs adlanan hər bir əməl (həyat yoldaşından başqası üçün) caiz deyildir.



İmam, Məkarim: İstifta.

Bəhcət: Qadının qadın məclisində rəqs etməsi ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə rəqslə­rin növləri arasında heç bir fərq yoxdur.



"Tovzihul-məsail", "müxtəlif məsələlər", 1-ci məsələdən istifadə etməklə.

Təbrizi: Rəqsin növləri arasında heç bir fərq yoxdur və qadının öz əri və başqaları üçün rəqs etməsinin hökmü əvvəlki məsələdə bəyan olundu. İstifta.

Xamenei: Rəqsin öz-özlüyündə işkalı yoxdur, amma öz ardınca haram bir iş gətirərsə (bu hal istisnadır), rəqslərin növləri arasında da heç bir fərq yoxdur.

İstifta.

Fazil: Əhvət nəzər rəqsi tərk etməkdir və rəqsin növləri arasında fərq yoxdur.

Məsələ (Sual) 284: Qadının xəlvət yerdə – onu görən bir kəsin olmadığı yerdə – rəqs etməsinin hökmü nədir?

Bəhcət: Rəqs mütləq şəkildə, ehtiyat-vacibə görə, caiz deyildir. İstifta.

Təbrizi: İşkalı yoxdur, amma öz ardınca haram gətirməzsə. İstifta.

Xamenei: Əgər şəhvəti təhrik edərsə, yaxud öz ardınca haram iş gətirərsə, haramdır. İstifta.

Məsələ (Sual) 285: Video kassetlərdə rəqs filmlərinə baxmağın hökmü nədir?

Bəhcət: Öz ardınca fəsad gətirdiyinə görə, caiz deyildir. İstifta.

Xamenei: Şəhvəti təhrik edən rəqsə baxmaq haramdır. İstifta.

Məsələ (Sual) 286: Kişilərin onlara məhrəm olan qadınların müqabilində rəqs etməsi, eləcə də qadın­ların onlara məhrəm olan kişilərin müqabilində rəqs etməsi – istər səbəbi qohumluq olsun, istərsə də nəsəbi – hökmü nədir?

Bəhcət: Rəqs mütləq şəkildə ehtiyat-vacibə görə caiz deyildir. İstifta.

Xamenei: Rəqsdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Eləcə də məhrəm və yaxud naməhrəm qarşısında olmasında da fərq yoxdur.



"Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 97.

Məsələ 287: Qadının naməhrəm müqabilində rəqs etməsi mütləq şəkildə haramdır.



Xamenei: "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual: 93.

Bəhcət, Təbrizi, Xamenei və Fazil:

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə