Biz dünyanın bioloji müxtəlifliyinə real, ölçülə bilən



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix17.01.2018
ölçüsü1,62 Mb.
#21063
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

BİOLOJİ MÜXTƏLİFLİK:  Xəzərin  əsrarəngiz  balıqları  / BIODIVERSITY: A m a  z i ng  C a s p ia n   F is h e s

Ətindən  təzə,  duzlanmış  və  hisə 

verilmiş  halda  istifadə  olunur.  Qeyri 

rasional  ov  alətlərindən  istifadə 

edilməsi  nəticəsində  son  zamanlar 

çapağın  ehtiyatı  kəskin  azalmışdır. 

Mütəxəssis  alimlər  onun  ehtiyatını 

bərpa  etmək  üçün  bir  sıra  təcili 

tədbirlərin  (təbii  kürüləmə  sahələ­

rində meliorasiya işlərinin və balıqar- 

tırma  təsərrüfatlarının  səmərəliliyi­

nin  yüksədilməsi)  həyata  keçirilmə­

sini vacib hesab edirlər.

The  bream  is  consumed  fresh,  sun- 

dried  and  smoked.  Catches  in  the 

Caspian littoral  are small.  Because o f 

poor  fishery management,  the  bream 

reserves have dwindled significantly in 

recent  years.  At  present,  ichthyo­

logists  have  come  up  with  the  neces­

sary  measures  (im provem ent  o f  

spawning  grounds,  farm  breeding 

techniques)  aimed  at  restoring bream 

populations.



Poru - Southern  White-eye

Abramis sapa

Poru  balığının  Xəzər  hövzəsində 

bir növü və bir yarım  növü  mövcud­

dur. Tipik növ Şimali Xəzərdə, Volqa, 

Ural,  Terek  çaylarında  yaşayır.  Cə- 

nubi-Xəzər porusu  isə  Xəzərin cənub 

hissəsində yaşayır.

Gümüşü  rəngə  çalan  iri  gözləri 

vardır.  O  keçici  balıqdır.  Xəzərdə 

yaşayır,  çoxalmaq  üçün  regionun 

bütün  iri  çaylarına  (Kür,  Səfıdrud, 

Lənkəran,  Terek  və  b.)  girir.  Poru 

balığına  Cənubi  Xəzərin  bütün  qərb 

sahili  boyu  təsadüf  olunur.  Porunun 

çoxalmaq  üçün  çaylara  girməsi  qış 

vaxtına təsadüf edir.

Bu  balıqların  əksəriyyəti  kürü 

tökmək  üçün,  adətən  qış  aylarında 

suyun  temperaturu  9-10°C  olduqda 

Kür çayına  girir.  Poru  cinsi  yetişkən- 

liyə  çox tez  -  erkəklər 2,  dişilər isə  3 

yaşında çatır.

Cinsi yetişkənliyə çatmış poruların 

uzunluğu  17-41  sm,  kütləsi  60-630  q

The  white-eye  is  represented  in  the 

Caspian  Sea  by  one  species,  and  one 

subspecies. The main  species is  found 

in  the  North  Caspian,  Volga  and 

Terek Rivers; the southern subspecies 

inhabits the South Caspian.

The  white-eye  has  big  eyes  o f 

iridescent  silvery  color.  It  is  an 

anadromous fish living in the Caspian 

Sea  and  entering  rivers  only  for 

spawning.  The  southern  white-eye  is 

common along the entire western and 

southern  Caspian  coasts.  It  enters  all 

major rivers in the region for spawning 

(Kura,  Sefidrud,  Lenkoranka,  Terek, 

etc.).  The  spawning  migration  into 

rivers  begins  during  the  winter 

months.  Most of white-eyes enter the 

Kura River at a water temperature of 

about 9 to10°C.

The  southern  white-eye  reaches 

maturity at the age of two (males) and 

three (females) years. The body length

128

BİOLOJİ MÜXTƏLİFLİK: Xəzərin  əsrarəngiz  balıqları / BIODIVERSITY: A m a z in g   C a sp ia n   F is h e s

olur.  Erkəklər  ölçülərinə  görə  dişi­

lərdən xırda olur. Kürütökmə məhsul­

darlığı  7,3-39,3 min arasında dəyişir. 

Pom həm bitki və həm də heyvan mən­

şəli yemlə  qidalanır.  Heyvan mənşəli 

qidalar balığın yemində üstünlük təşkil 

edir.


of mature adults ranges from  17 to 41 

cm at a weight of 60 to 630 g. Males are 

inferior to females in both body length 

and  weight.  The  fertility  of  females 

varies from 7.3 to 39.3 thousand eggs. 

The  white-eye  is  an  omnivorous  fish 

with preference for animal prey.

A

Qiymətli  vətəgə  balığı  olan  poru 

çoxalmaq  üçün  Kür  çayına  gedən 

zaman  ovlanır.  Onun  əti  yağlı  və 

dadlıdır.  Ətindən  təzə,  duzlanmış  və 

hisə  verilmiş  halda  istifadə  olunur. 

Hazırda  ehtiyatlan  kəskin  azaldığına 

görə  təcili  olaraq  əməli  tədbirlər 

görülməsi vacibdir.

The species is of commercial value and 

is  harvested  almost  entirely  in  the 

Kura  River.  It  has  a  fatty  but  rather 

tasty  meat  consumed  mainly  in 

smoked  and  sun-dried  forms.  The 

current reserves of the southern white- 

eye  have  dwindled  substantially, 

which  calls  for  urgent  measures  to 

preserve and restore its populations.



129


BİOLOJİ MÜXTƏLİFLİK:  Xəzərin  əsrarəngiz  halıqlan

  / 


BIODIVERSITY: A m a z in g   C a s p ia n   F ish e s

Xəzər qarasolu -Vimba (zanthe)

Vimba vimba persa

Qarasol  əsasən  Cənubi  və  Orta 

Xəzərdə  yayılmışdır.  Areal  daxilində 

qarasol bir sıra  morfoloji  əlamətlərinə 

və  bioloji  xüsusiyyətlərinə  görə  bir- 

birindən  fərqlənən  3  müstəqil  popu- 

lyasiya əmələ gətirir.

Qarasol  ölçüsünə 

görə  xırda, 

keçici balıqdır.  O, bütün vaxtı dənizdə 

yaşayır, kürütökmə vaxtı  çaylara girir. 

Xəzərin Azərbaycan sahilləri boyu bu 

balıq  Samurun  aşağı  axarında,  Qusar- 

çay, Kür, Viləşçay, Qumbaşı və Lənkə- 

rançayda yayılmışdır.

The  vimba  primarily  inhabits  the 

South  and  Middle  Caspian,  forming 

three  independent  populations  dif­

fering in morphological and biological 

traits. It is an anadromous fish of small 

size,  entering rivers  for  spawning and 

spending the rest of its life in the sea. In 

Azerbaijan, the habitats of the species 

are  in  the  lower  course  of the  Samur 

River  and  in  the  Kusarchay,  Kura, 

Vilyashchay,  Kumbashinka  and  Len- 

koranka  Rivers.  Large  quantities  are 

known  to  inhabit  the  Bolshoy  and 

Maly Kyzyl-Agach Bays.

Cinsi yetişkənliyə əsasən 4 yaşında, 

bəzi hallarda isə 3 yaşında çatır. Aprel- 

iyun  aylarında  suyun  temperaturu  16- 

20°C  olduqda  kürü  verməyə  başlayır. 

Çoxalmaq  üçün  çaylara  girən  qarasol 

balığının uzunluğu 14-22 sm, kütləsi isə 

60-190  q  olur.  Ölçülərindən  və 

yaşından asılı  olaraq hər dişi  balıq  10-

Maturity is reached at the age of three, 

although  most  vimbas  mature  when 

they are four years old. The spawning 

period  is  from  April  through  June, 

when  the  water  temperature  is  16  to 

20°C. Adults vary from  14 to 22 cm in 

body length and 60 to  190 g in weight. 

Depending  on  size  and  age,  fertility

130

BİOLOJİ MÜXTƏLİFLİK: Xəzərin  əsrarəngiz  balıqları

  /  


BIODIVERSITY: A m a z in g   C a s p ia n   F ish e s

55,7  min  ədəd  kürü  verir.  Kürüsü 

yapışqanlıdır.  O,  kürünü  0,2-1  m 

dərinlikdə, çay bitkilərinin gövdəsi  və 

ya kökü üzərinə, bəzən isə çayda daşlar 

üzərinə tökür.

Azsaylı  olduğu  üçün  Kür-Xəzər 

zonasında  onun  vətəgə  əhəmiyyəti 

azdır. Xəzər üzrə illik ovu min sentner­

dən çox olmur.  Azərbaycanda bir sıra 

illərdə Xəzər qarasolunun ovu 3-4-dən 

138-150 sentnerə qədər olub.

Son  illərdə,  ehtiyatının  kəskin 

azalmasını  nəzərə  alaraq,  zavod  üsulu 

ilə artırılmasının texniki yolları  işlənib 

hazırlanmışdır.

varies from 10 to 55.7 thousand eggs. 

The  vimba  usually  breeds  in  deltaic 

water bodies.  Its roe is glutinous. The 

depth  of  the  spawning  sites  ranges 

from 0.2 to  1 m. The substrate for eggs 

is  usually  reed  stem  bases  and  roots. 

Sometimes, eggs are laid directly on the 

bottom.


The commercial value of the species is 

not great in the Caspian-Kura region. 

Catches  throughout  the  Caspian  Sea 

do not exceed a thousand centners.  In 

different  years,  vimba  catches  in 

Azerbaijan varied from 3-4 to  138-150 

centners.

To maintain  the existing populations, 

artificial  breeding methods  have  been 

developed.



NAXAKİMİLƏR - SHEATFISHES

Siluridae

Naqqa - Catfish

Silurus fflanis

Naqqa yarımkeçici balıqdır.  Dəniz­

də,  əsasən  sahilə  yaxın  ərazilərdə 

çayların  Xəzərə  tökülən  hissələrində 

15-20 m, bəzən 50 m-dək dərinliklərdə 

yayılmışdır.

Kür və Araz çaylarının aşağı və orta 

hissələrində, Mingəçevir su anbarında, 

kürətrafı  göllərdə  yaşayan  naqqa  yerli 

populyasiyalar əmələ gətirir.

Suyun temperaturu 18-20°C olduqda 

yarımkeçici  naqqalar  kütləvi  şəkildə 

Kür  çayına  girir,  5°C-dən  aşağı  tem-

The  catfish  is  fluvial  anadromous.  In 

the  sea,  it  inhabits  the  littoral, 

especially  south  of  the  mouth  of  the 

Kura  River,  in  the  15-20  m  depth 

interval.  Some  individuals  have  been 

caught  from  a  depth  of  up  to  50  m. 

Inland  habitats  primarily  include  the 

lower and middle courses  of the  Aras 

and  Kura  Rivers,  as  well  as  the 

Mingechaur  Reservoir.  Small  popu­

lations  are  permanent  denizens  of 

rivers and lakes.

131



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə