Biz dünyanın bioloji müxtəlifliyinə real, ölçülə bilən



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə40/50
tarix17.01.2018
ölçüsü1,62 Mb.
#21063
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

BİOLOJİ MÜXTƏLİFLİK: Xəzərin  əsrarəngiz  balıqları  / BIODIVERSITY: A m a z in g   C a sp ia n   F is h e s

Xəşəm yırtıcı balıqdır, artıq 6-9 sm 

uzunluğa  çatmış körpələr başqa balıq­

ların körpələri ilə qidalanır.  Xəşəm az 

saylı  balıq  olduğu üçün Xəzər hövzə­

sində  ikinci  dərəcəli  əhəmiyyəti  olan 

balıq  sayılır.  Lakin  əti  dadlı  olduğun­

dan yerli əhalinin çox sevdiyi balıqlar- 

dandır.

Kür çayı axınının tənzim olunması 



ilə  əlaqədar  və  digər  antropogen

The  south  Caspian  subspecies  of  the 

asp  primarily  stays  shallow  waters  in 

the 30-40 m interval.

The  Caspian  asp  is  a  predator.  The 

young of the first year, ranging in size 

from 6 to 9 cm, feed exclusively on fish. 

The role of the Caspian asp in the basin 

as  a  commercial  fish  is  secondary. 

Small  catches  of the  species  notwith­

standing,  it  is  rather  popular  among

təsirlər  nəticəsində  xəşəmin  ehtiyatı 

xeyli  azalmışdır  və  hal-hazırda  illik 

ovu 0,25 tondan çox olmur.

Mövcud  bioloji  şəraitdə  xəşəmin 

ehtiyatının bərpası və artırılması ancaq 

süni  yolla  mümkündür.  Xəşəmin 

ehtiyatını  süni  yolla  artırmaq  üçün 

Varvara  balıq-artırma  zavodunda  Cə­

nubi  Xəzər  xəşeminin  süni  artırıl­

masının biotexniki normativləri işlənib 

hazırlanmışdır.

the local population.

As  a  result  of river  regulation  which 

has  upset  the  natural  breeding 

conditions  and  stronger  anthropoge­

nic impact,  Caspian  asp catches  have 

decreased  dramatically (from  a  thou­

sand tons to a quarter of a ton in recent 

years).


Under  the  new  environmental  condi­

tions,  the  restoration  and  increase  of 

the  Caspian  asp  population  are 

possible  only  through  artificial  bree­

ding.  At  the Varvarinskoye  hatchery,

116

BİOLOJİ MÜXTƏLİFLİK:  Xəzərin  əsrarəngiz  balıqları  / BIODIVERSITY: A m a z in g   C a s p ia n   F is h e s

Bu  da  hər  il  milyonlarla  balıq 

körpəsini  dənizə  buraxmağa  imkan 

verir.  Yüksək  bioloji  uyğunlaşma 

qabiliyyəti,  sürətlə  böyüməsi  və 

keyfiyyətli  ətə  malik  olması  onu 

Xəzərdə  qiymətli  təsərrüfat  əhəmiy­

yətli obyektə çevirib.

bioengineering  standards  have  been 

developed  for  breeding  the  species, 

which  allows  millions  of  healthy 

young to be released each year.

The  high  biological  plasticity,  rapid 

growth and excellent meat taste make 

the Caspian asp a rather desirable and 

valuable object for harvesting.



X əzər şirbiti - Caspian  Barbel

Barbus brachycephalus caspius

Xəzər şirbiti dənizin cənub və qərb 

hissələrində  yayılmışdır  və  adətən 

sahilə  yaxın  13-24  m  dərinliklərdə 

yaşayır.

Keçici  balıqdır,  çoxalmaq  üçün 

Kür,  Səfidrud,  Lənkəran,  Qorqan, 

həmçinin Terek çaylarına girir.

Xəzər şirbitinin  kürü vermək üçün 

çaya girməsi  ildə  2  dəfə  yaz  və  yay  - 

payız  aylarında  müşahidə  olunur. 

Kütləvi  çaya  girmə  yazda  (martda) 

suda  temperatur  6,7-11°C  olduqda 

başlayır  və  aprelin  sonunadək  davam 

edir.  Yay  mövsümündə  isə  suyun 

temperaturu 25,2 -  27,2°C olduqda baş 

verir.  Küləkli havalar, xüsusən dəniz­

dən əsən küləklər, balıqların çaya gir­

məsini sürətləndirir.

Xəzər  şirbiti  iri  balıqdır,  ovlanmış 

balıqlar içərisində  10-15 kq ağırlığında 

fərdlərə rast gəlmək olur, lakin kütləsi 

2-6 kq olanlar çoxluq təşkil edir.

The  Caspian  barbel  is  distributed  in 

the southern  and western parts of the 

sea,  from  where  it  ascends  the  Kura, 

Lenkoranka,  Sefidrud,  Gyurgen  and 

Terek Rivers.

The  species  is  anadromous.  The 

habitats of preference are in the  13-24 

m interval of the littoral. The upstream 

spawning  migration  of  the  Caspian 

barbel  occurs  during  two  periods: 

spring  and  summer-autumn.  The 

spring migration begins in March at a 

water temperature of 6.7  to  11°C and 

continues  through  late  April.  Then, 

the  migration  stops  and  in  summer, 

when the water temperature is 25.2 to 

27.2°C,  the  migration  resumes  at  a 

peak level.

Among the  major factors  stimulating 

the  migration  of  the  Caspian  barbel 

into  the  Kura  River  is  winds,  espe­

cially  those  blowing  from  the  sea 

shoreward.  During  such  winds  the 

number  of barbels  entering  the  river 

increases significantly.



117


BİOLOJİ MÜXTƏLİFLİK: Xəzərin  əsrarəngiz  balıqları

  /  


BIODIVERSITY: A m a z in g   C a sp ia n   F is h e s

Xəzər  şirbiti  ləng  böyüyən  və  gec 

cinsi yetişkənliyə çatan balıqdır: dişilər 

7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 

il  tez  cinsi  yetişkənliyə  çatır.  Kürü­

lərini  suyun  temperaturu  20-30°C  ol­

duqda tökürlər.

The  Caspian  barbel  is  a  large  fish. 

Most individuals in catches weigh 2 to 

6  kg,  although  sometimes  specimens 

weighing  10  to  15  kg are caught.  It  is 

highly  mobile  and  slowly  maturing 

fish.  Maturity is reached at the age o f

Ölçüsündən və yaşından asılı olaraq 

hər bir dişi balıq 293 mindən 973 minə 

qədər kürü verir.

Başqa  balıqlardan  fərqli  olaraq 

Xəzər  şirbitinin  kürüsü  yapışqanlı 

deyil  və  mayalandıqdan  sonra  öz 

həcmini  10  dəfə  böyüdür.  Odur  ki, 

kürülər  daşlara  və  ya  bitkilərə  yapış­

mayaraq suda asılı vəziyyətdə qalır və 

suyun  axarı  ilə  bir  yerdən  başqa  yerə 

aparılır. Kürülərin inkubasiya müddəti 

23-25°C temperaturda 2-3 gündür.

Vətəgə  balığıdır,  lakin  son  30-40 

ildə ehtiyatı kəskin şəkildə azalıb, hal- 

hazırda  ovda  az  təsadüf  olunur. 

Nəslinin kəsilmək təhlükəsi yaranmış­

dır.  Odur  ki,  Azərbaycanın  “Qırmızı 

Kitabına  ”  daxil  edilməsi  təklif 

olunubdur.

seven  to  nine  years,  males  maturing 

one or two years before females do.

The  spawning  of  the  species  is 

interesting  in  that  to  release  eggs 

barbels  move  toward  the  surface 

against  the  current.  Spawning  takes 

place at a water temperature of 20  to 

30°C.  The  fertility  of  the  species 

depends on size and age, varying from 

293  to 973  thousand  eggs.  The  roe  of 

the Caspian barbel is not glutinous:  it 

is  semipelagic  and  is  carried  by 

currents  in  a  semisuspended  state. 

After fertilization, eggs swell and their 

diameter  increases  tenfold.  The 

incubation  period  of  eggs  at  a 

temperature  of 23  to  25°C  is  two  or 

three days.



BİOLOJİ MÜXTƏLİFLİK: Xəzərin  əsrarəngiz  balıqları

  / 


BIODIVERSITY: A m a z in g   C a s p ia n   F ish e s

1950-1970-ci illərdə onun ovu 0,2-

3,6  min sentner təşkil edirdi.

Təəssüflər  olsun  ki,  Xəzər  şirbiti­

nin  ehtiyatının  bərpa  edilməsi  istiqa­

mətində  bu  günədək  heç  bir  əməli 

tədbir  görülməmişdir.  Tezliklə  bu 

sahədə ciddi iş aparılması və bu balığın 

Kürdə  süni  artırılması  üçün  balıq 

təsərrüfatlarının yaradılması vacibdir.

The  Caspian  barbel  is  a  commercial 

fish,  although  over  the  past  30  to  40 

years  its  catches  have  fallen  sharply 

and  only  single  individuals  can  be 

seen,  which  is  why  it  has  been 

proposed  to  enter  the  species  in  the 

Red  Book  of Azerbaijan.  During  the 

1950-1970s,  Caspian  barbel  catches 

had  ranged  from  0.2  to  3.6  thousand 

centners.

The species deserves adequate protec­

tion,  and methods must be devised  in 

the nearest future for its farm breeding 

in the Kura River.



119


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə