Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
 
49 
 
Qadın:  Əslində,  sizi  bir  az  imtahana  çəkib 
düşüncələrinizi  bilmək  istədim.  Afərin!  Bəyən-
dim!  Sizi  həmsöhbət  seçməkdə  yanılmamışam. 
Təşəkkür! 
Rəssam:  Məni  hələ  çoxmu  imtahana  çəkə-
cəksən? Mən dostları imtahansız qəbul eləyirəm. 
Qadın: İmtahan dediyim heç də xətrə dəymək 
deyil. Belə oldusa, rica edirəm, keçin üstündən… 
Sizə bir söz deyim. Sosiologiyayla məşğul oluram 
uzun  zamandır.  İşimdəndir,  ya  xasiyyətimdəndir, 
bilmirəm,  özünü  ruhən  azad  hiss  etməyənlə 
yoldaşlığım  tutmur.  Ürəyinizin  böyük  olmasına 
əmin  oldum.  Sizi  belə  təsəvvür  etmirdim. 
İnciməyin!  Amma  tanımaq  üçün  bu  sualları 
vermək  istəyirdim.  Bu  günlük  bu  qədər.  Mən 
çıxıram.  Özünüzə  yaxşı  baxın!  Görüşərik,  sağlıq 
olsa. 
Rəssam:  Əslində,  incimək  heç  ağlıma  da 
gəlməyib.  Sadəcə,  söhbətimizdə  bir  az  qıcıq,  bir 
az dirilik olsun deyə yazdım. O da alındı: Səndən 
diri söhbət aldım.  
Qadın:  Mənlik  bir  şey  yoxdur,  cavablarınız 
diriydi. 
Rəssam: Sən mənə yenə “Siz” deyirsən? 
Qadın:  Bağışlayın,  birdən-birə  “Sən”ə  keçə 
bilmirəm. Görünür, vaxt lazımdır. 
Sabaha qədər! Hələlik! 
Rəssam: Hələlik!  


 
 
50 
 
 
Sən  səbirlisən,  mənimsə  hövsələm  yoxdu. 
Səni  qaçırıb  dağlara  aparardım.  Özü  də  bilirsən 
hara? Qalaaltına! Oranı  çox xoşlayıram. Qarabağ 
yoxdu,  dağsız,  çaysız,  meşəsizəm.  Oraların 
qoxusunu Qalaaltı qədər heç hardan ala bilmirəm. 
Çıraq  Qaladan  üfüqə  qədər  uzanan  sonsuzluğa 
baxıb xəyala dalmaq əsrləri addım-addım keçmək 
kimidi...  Bir  də  Krımdakı  Cuhutqala  Şuşaya 
oxşayır...  Mənə  dağ  lazımdı!!!  Bir  gün  Səni 
mütləq  aparacam  ora,  dağ  fəlsəfəsi  ətrafında 
uzun-uzun  dartışarıq.  Sənə  dağın  orada  yaşayan 
adamların  xarakterinə  təsirindən  danışaram. 
Bilirsən,  dağ  adamı  dağın  özü  kimi  sərt  olur. 
Amma bu, zahirən belədi. Dağ adamı səni yaxına 
buraxsa,  onunla  dost  ola  bilsən,  onun  nə  qədər 
sadə,  hələ  deyərdim,  sadəlövh  olduğuna  heyrət 
edərsən.  Dağ  iqlimi  sərtdi,  o,  zarafat  xoşlamır, 
onunla  dürüst  davranmalısan,  əks  halda  səni  pis 
cəzalandırar. Dağ adamı da bu xarakteri elə dağın 
özündən mənimsəyib: sərtdi, amma dürüstdü. 
 
 
Qadın:  Təsadüfdür,  ya  zərurət  –  bilmirəm, 
amma mən əslən elə oralıyam. Qalaaltını mən də 
çox  sevirəm.  Özü  də  sabah  qara  bayramdı, 
anamın,  başqa  doğmalarımızın  məzarlarına  baş 
çəkmək  üçün  ora  gedəcəyik.  Bura  bax,  bəlkə 
məni izləyirsən? Qalaaltı söhbətini qəsdən saldın? 


 
 
51 
Oralı olduğumu, sabah ora gedəcəyimizi bilirdin, 
yoxsa? 
Rəssam: Ola  bilməz!  Zarafat eləyirsən? İnan, 
sırf  təsadüfdən  alındı  belə.  Oralar  həqiqətən  çox 
əzizdi mənə. Nə vaxt, saat neçədə gedəcəksiniz? 
Qadın: Səhər çıxasıyıq. Ailəlikcə. 
Rəssam: Ailən haqda heç yazmadın. 
Qadın:  Atam,  bir  də  qardaşım  var.  Bacım  da 
olub bir vaxtlar. Qardaşım ailəlidir. Hə, mən həm 
də bibiyəm.  
Rəssam:  Bəlkə  sabah  orada  görüşək?  Sən 
mənə  sadəcə  istiqamət  ver,  harda,  nə  vaxt 
olacaqsan.  Məncə,  ilk  görüş  üçün  ora  əla  yerdi. 
İş-gücdən  bir  gün  oğurlamaq  da  qənimətdi.  Nə 
deyirsən? 
Qadın:  Yox,  incimə,  mən  belə  görüşləri 
xoşlamıram. 
Rəssam: Uzaqdan-uzağa da olsa görüm səni. 
Qadın: Yox! Üz vurma! 
Rəssam: Aydındı. Başa düşürəm… 
Qadın:  Yox,  elə  deyil,  artıq  sualların  yaran-
masını  istəmirəm.  Hələ  bir  bu  suallara  cavab 
verməyi demirəm heç. 
Rəssam: Səni sərbəst qız bilirəm. 
Qadın:  Bütün  hərəkətlərimdə  sərbəstəm.  Heç 
kimdən  asılı  deyiləm.  Sadəcə,  görüşə  hazır 
bilmirəm 
özümü. 
Söhbət 
səndən 
getmir. 
Ümumiyyətlə,  adamlardan  qaçıram.  Səninlə  belə 
yazışmağımın özü belə mənə qəribə gəlir. Adamı 


 
 
52 
tutub  saxlamaq  bacarığın  var.  Sənlə  ünsiyyət 
xoşdu. Amma görüşmək istəmirəm. 
Rəssam:  Bunun  ciddi  səbəbi  olmamış  deyil. 
Kimsə incidib səni, özü də çox möhkəm incidib. 
Qadın:  İncimək!  İnciklik  olsaydı,  nə  vardı 
ki... Nə isə, dərinə getmə... 
 
 
Rəssam:  Yazırdın  fotolarımı  bəyənirsən.  Al-
bomumdakı qızların hansını özünə bənzədərdin? 
Qadın:  Qoy  bir  də  baxım  diqqətlə...  Məncə, 
iki sütun arasında skripka çalan qızı. 
Rəssam: Yax-şı! İzah elə! Niyə? 
Qadın:  Mənə  elə  gəlir,  sən  o  qızı  həmişə 
axtarmısan.  Orada  skripka  çalan  qızı  mənə  bən-
zədirsən, dünyaya o bucaqdan baxmaq istəyirsən, 
onun musiqisinin sədası altında. 
Rəssam:  O  fotonu  İstanbulda,  Dolmabaxça 
sarayında  çəkmişəm.  Gənc  rəssamların  sərgisini 
keçirirdik,  açılışdan  sonra  ziyafət  verdilər.  O  qız 
da orkestrdə çalırdı... 
 
 
 
Təsəvvür eləməzsən ki, səninlə tanışlığa necə 
şadam.  Mənə  elə  gəlirdi,  daha  həvəslə  danışa-
cağım  adam  qalmayıb.  Sən  məni  elə  asan  başa 
düşürsən  ki...  Həmişə  ağıllı  adamların,  xüsusilə 
ağıllı  qadınların  vurğunu  olmuşam.  Əvvəllər 
belələri  az  çıxmayıb  rastıma.  Amma  son  illərdə 


 
 
53 
olmayıb.  Deyəsən,  axı  Sən  həm  də  ən 
ağıllısısan… 
 
 
Əstəğfürullah,  nə  ağıllısı?  Sadəcə,  kişilərə 
onların  prizmasından  baxmaq  lazımdır.  İnsanlar 
istədikləri  dildə  istədikləri  adamla  ünsiyyət 
yaradırlar.  Onlar  iki  halda  susurlar:  heç  nə 
bilməyəndə,  bir  də  bildiklərini  paylaşmaq  istə-
məyəndə.  Bizsə  susmuruq:  bildiklərimizi  payla-
şır, bilmədiklərimizi öyrənirik! 
 
 
Ağıllılıq  çox  oxumaq,  gəzmək,  bilmək  deyil, 
düzgün  analiz  etməkdi.  Bir  məşhur  məsəldə 
deyildiyi kimi, dənizin dadını  bilmək üçün  bütün 
dənizi içməyə ehtiyac yoxdu, bir qurtum da bəsdi. 
Ağıllıya  analiz  edib  qərar  çıxarmaq  üçün  ip  ucu 
yetərlidi. Yəni “arifə bir işarə” məsəli. 
 
 
Qadın: Мənə elə gəlir ki, sənin iki oğlun var. 
Rəssam: Bəs neçə qızım var? 
Qadın: Qızın yoxdur! 
Rəssam: Niyə elə fikirləşirsən?  
Qadın:  Tipik  oğul  atasına  bənzəyirsən.  Ailə-
lisən.  Ailə  sənin  statusundur.  Qızın  ola  bilər, 
amma  xarakterin  buna  dəlalət  etmir.  Hardasa 
oxumuşdum  ki,  insanın  xarakterinə  uşaqların 
təsiri  böyükdür.  Oğlu  olanlarla  qızı  olanların 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə