Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə10/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
 
44 
İçimdəki  “müsabiqə”dən  keçmək  elə  də  asan 
deyil. Odu ki, onlara qarşı çox sərtəm.  
...Sevdiyim  rəssam  çoxdu.  Sehrinə  düşdüyü-
msə,  Monedi.  Bizimkilərdən  Səttar  Bəhlulzadə 
ruhuma  doğmadı.  Onlar  təzə  rəng  yaradıblar  elə 
bil.  Sanki  Tanrı  onlara  öz  missiyasının  bir 
hissəsini  verib  Yer  üzünə  göndərib  ki,  vaxt  edib 
yarada  bilmədiyi  rəngləri  yaratsınlar.  Onların 
rəsmlərindəki  boyaları  başqa  heç  yanda  görə 
bilməzsən.  Elə  bil  başqa  dünyanın  rənglərini 
gətiriblər bura. Təbiət sanki onlarda eyni təəssürat 
yaradıb.  Dünyaya  eyni  gözlə  baxırlar.  Səttarın 
“Qudyalçay  sahilində”  əsəri  Monenin  “Purvildə 
çimərlik”  tablosunun  davamıdı  sanki.  ...Etiraz 
etmirsizsə,  bir-birimizə  “Siz”  yox,  “Sən”  deyə 
müraciət  edək.  “Siz”  sözündə  ehtiram  çaları  çox 
olsa da, “Sən” qədər yaxın, isti deyil.  
 
 
Tamam!  Olsun!  Əgər  verdiyiniz  qərar  ara-
mızdakı səmimiyyət və hörməti artıracaqsa, onda 
SƏN  deyən  olsun...  Şəkilaltı  mətnlərin  birində 
yazmısınız:  “Azad  kişi”.  Azadlığı  nədə  görür-
sünüz? 
 
 
 “Azad kişi” Nyu-Yorkda, Azadlıq heykəlinin 
qarşısında çəkdirdiyim şəklimə qoyduğum ritorik 
addı.  Təbii,  burada  pafos  da  var,  ritorika  da. 
Amma mənim üçün azadlıq fikirlərin sərbəstliyidi 


 
 
45 
ki,  onu  boğmağa  heç  kimin  əli  çatmaz.  İnsanın 
səsini,  sözünü  kəsmək,  hərəkətinə  sədd  çəkmək 
olar,  amma  düşüncələri  adamın  yalnız  özünə 
aiddi. 
 
 
İnsanın  düşüncəsini  düşdüyü  mühit,  yaşadığı 
ömür  formalaşdırır.  Bolşeviklər  insan  təfəkkü-
rünə,  düşüncəsinə  də  təcavüz  etdilər.  İnsanların 
azadlıq  eşqini  onların  düşüncələrində  belə  boğa 
bildilər. 
 
 
Yox,  kommunistlər  azad  adamların  şüur  və 
düşüncələrinə  əl  gəzdirə  bilmədilər.  Əgər  bu 
mümkün  olsaydı,  onda  milyonlarla  insanın  qətli-
nə,  repressiyasına  ehtiyac  qalmazdı.  Onlar  azad 
insanları  qırıb  çatdılar,  yerində  şüur  və  düşüncə-
lərinə  təsir  edə  biləcəkləri  yeni  insan  tipi 
yaratdılar. Bu, Corc Oruellin “1984” əsərində əla 
təsvir olunub. 
 
 
Azadlıq  hissi  təkcə  yaşam  tərzindən  doğmur, 
həm də irsən keçir. Onu bilməyənlər aciz, bilənlər 
isə dünyanın min bir əzabına düçar olur. 
 
 
Anlamaq  dərdinə  yalnız  azadlığı  bilənlər 
düçar  olur.  “Azadlıq  hissi  təkcə  yaşam  tərzindən 


 
 
46 
doğmur,  həm  də  irsən  keçir”.  Sənin  bu  fikrin 
mübahisəlidi.  “Şahzadə  və  dilənçi”də  dilənçi 
Tom  fikirlərində  nə  qədər  azaddı,  amma  bu  ona 
irsən keçməyib. Oxumuş olarsınız! 
 
 
Azadlığı  qorumaq  onu  əldə  etməkdən 
çətindir. Rifah azadlıq bir neçə nəslə ötürüləndən 
sonra  yaranır.  Tom  öz  azadlığını  sonrakı 
xələflərinə ötürə biləcəkmi? Bir də ki, azadlıq çox 
bahalı vaza kimidir, qiymətini sınanda bilirsən. 
 
 
Hər  işdə  belədi:  bir  şeyin  dəyərini  bilmək 
üçün  onu  itirmək  lazım  gəlir  bəzən.  Amma  bu, 
həmişə  belə  olmur,  insan  heç  də  hər  vaxt 
itirdiyinin  əsl  qiymətini  bilmir.  Biz  hansı 
itirdiyimizin  dəyərini  bilmişik  ki?  Mənim  üçün 
azadlıq  fərdi  xarakter  daşıyır,  cəm  halda  azad 
olmaq mümkün deyil. 
 
 
Maraqlı  yanaşmadır.  Razılaşmalı  olacam.  Bu 
cümləni  yazacam  dəftərimin  qırağına...  Bəs 
azadlıq  harada  olur  –  beyində,  qəlbdə,  çöldə, 
düzdə?  
 
 
İstənilən  yerdə  ola  bilər,  yetər  ki,  sən  onu 
yaşayasan.  Azadlıq  deyəndə  ilk  olaraq  nəzəri-


 
 
47 
mizdə  açıq  səma,  ucsuz-bucaqsız  üfüqlər  can-
lanır.  Amma  bəzən  azadlıq  dörd  divar  arasında, 
hətta  zirzəmidə  də  olur.  Sənə  bir  hadisəni 
danışım.  Qazaxıstanda  olub.  Bir  dəfə  isti  yay 
günlərinin 
birində 
sərgi 
açılışından 
sonra 
Almatının sayılıb-seçilən restoranlarından birində 
şam  yeməyinə  getmişdik.  Oturmağa  yer  seçəndə 
qazax dostumuz bizə otaq təklif etdi. O, dünyanın 
müxtəlif  ölkələrindən  gəlmiş  rəssamların,  belə 
demək  olarsa,  “azad  adamlar”ın  açıq  söhbətlə-
rinin  kənardan  eşidilməsini  istəmirmiş.  Amma 
biz,  azad  dünyanın  azad  övladları  təmiz  havada, 
çinar  altında  qoyulmuş  iki  uzun  masanın  birini 
seçdik.  Ürəyincə  olmasa  da,  dostumuz  etiraz 
etmədi. Məclisin şirin yerində yanımızdakı ikinci 
masaya  bazburudlu,  qalstuklu  adamlar  gəldi. 
Restoran  heyətinin  tam  səfərbərliyindən  gələn-
lərin  ali  qonaqlar  olması  aydın  idi.  Süfrə 
sahibimiz  isə  həyəcan  və  narahatlıq  içindəydi. 
Bizim  məclisdə  söylənən  adi  bir  söz  yeni 
qonaqların  şübhə  dolu  baxışlarına  səbəb  olurdu. 
Aralarında birinin onsuz da qıyıq olan gözünü bir 
az da qıyıb hərdən bizim qazax dostumuza oğrun-
oğrun  baxması  diqqətimdən  yayınmadı.  Dostu-
muz  həmin  qıyıq  gözün  yiyəsini  tanımışdı.  Bu 
gözlərdə  yazılanları  oxuduqca  onun  ürək  döyün-
tülərinin  necə  artdığını  masanın  o  biri  başında 
“eşidirdim”.  Onu  belə  zavallı  görmək  ağırıydı. 
Gələnlər  hökumət  adamları  idi.  Dostumuzun 


 
 
48 
məclisi qapalı otaqda açmaq istəməsinin səbəbini 
indi  anlamışdıq.  Həmin  anda  onun  üçün  azadlıq 
dar otaqdaydı. Odu ki, bəzən azadlıq açıq havada 
yox, dörd divar arasında, hətta havası kif qoxuyan 
zirzəmidə də ola bilər.  
 
 
Neçə  gündü  xətdə  canlı  əlaqəmiz  alınmır. 
Bilirəm, mənim ucbatımdandı. Amma inanın, çox 
xoşdur  sizinlə  ünsiyyət.  ...Bəs  təsadüfə  inanır-
sınız,  ya  hər  şey  əvvəldən  yazılır,  sizcə?  Tanış-
lığımızı düşünərkən ağlıma gəldi bu sual. 
 
 
Elə  xəlvət  gəlib  gedirsən  ki,  duyuq  düşən 
olmasın! ...Sualına  iki  fərqli  cavab ola  bilər. Biri 
fatalistlərin  cavabıdı,  bunu  özün  də  bilirsən.  O 
biri cavab isə təsadüfə inananlarındı. 1785-ci ildə 
dünya səyahətinə çıxan fransız səyyahı Laperuz o 
vaxt  Paris  Hərbi  Məktəbində  oxuyan  Napoleonu 
heyətə  daxil  eləmir.  Ərizəsinə  rədd  cavabı  verən 
səyyah  onun  yerinə  astronomiyadan  başı  çıxan 
birini götürür. Tale belə gətirir ki, tarixə “Laperuz 
ekspedisiyası”  adı  ilə  düşən  bu  heyət  geri 
qayıtmır.  Napoleon  da  onlarla  gedib  itkin  düş-
səydi,  Avropanın  sonrakı  tarixi  necə  olacaqdı? 
Yalnız  güman  eləmək  qalır.  İndi  bunu  hansının 
ayağına  yazaq  –  təsadüfün,  ya  alın  yazısının? 
Açığı, mən bilmirəm. 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə