Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
25 
baxma,  vətən  elə  vətəndi.  Yaşamaq  üçün  ABŞ-
dan pis olsa da, Kubadan yaxşıdı. 
Qadın:  Gətirdiyiniz  misal  Kobo  Abenin 
“Qumluqdakı  qadın”  əsərini  yadıma  saldı.  Əsəri 
oxumamışam,  filminə  baxmışam.  Ağır  şəraitə 
baxmayaraq  qumluqdakı  evini  tərk  etmək 
istəməyən  qadın  da  eynən  belə  deyir.  “Bura 
mənim evimdir”. Amma bunlar əsərlərdə belədir. 
Realda həyat daha amansızdır. Хорошо там, где 
мы  есть,  хорошо  там,  где  есть  тот,  кто  тебя 
поддержит, даже если ты не прав, хорошо там, 
где  тебя  согреют  взглядом  и  приютят 
открытой  душой.  Hаверно  это  и  есть  счастье. 
Я желаю вам.
1
  
Rəssam:  Orda  uzun  müddət  qalanda  belə 
düşünürsən.  Odu  ki,  hərdən  ölkədən  çıxmaq 
yaxşıdı.  Bu  barədə  söhbətimizi  Bakıda  davam 
etdirərik.  Hələlik  isə  gecəniz  xeyrə  qalsın.  Sizi 
yuxudan eləməyim. 
Qadın:  İnşallah!  Mənə  görə  narahat  olmayın. 
Hələ  gec  yatacam,  bir  şirkətin  layihəsini 
işləyirəm. Bir az iş qalıb, onu yekunlaşdırıb sonra 
yatacam. Bu da yəqin iki-üç saat çəkər. 
Rəssam:  Siz  şirkətdə  işləyirsiniz?  Yəqin 
maraqlıdı  işiniz.  Mənim  də  işimin  bir  hissəsi 
                                                
1
 
Bizim olduğumuz yerdir yaxşı yer. Səhv edəndə belə səni 
dəstəkləyənlərin,  baxışları  ilə  ovunduranların,  könül  sara-
yında  guşə  ayıranların  olduğu  yerdir  yaxşı  yer.  Yəqin 
xoşbəxtlik elə budur. Sizə bu xöşbəxtliyi arzulayıram.
 


 
 
26 
layihələrlə bağlıdı. Qayıdıb yeni layihələrə başla-
yacam. 
Qadın:  Yox,  şirkətdə  çalışmıram,  araşdırma 
mərkəzində  işləyirəm.  Şirkət  layihə  sifarişçisidir. 
...Niyə həmsöhbət olaraq məni seçdiniz? 
Rəssam:  Bilmirəm!  Burdakı  fotolara,  adlara 
baxıb  keçirdim.  Gözləriniz  məni  tutub  saxladı. 
Həm  də  ilk  bakılı  qız  idiniz.  Düzdü,  sonra  baş-
qalarını  da  tapdım,  amma,  məncə,  Siz  fərqlisiniz 
və  çoxlu  maraqlı  şeylər  var  bu  baxışların  yiyə-
sində. Mən də araşdırmaçıyam axı  bir  növ,  insan 
araşdırmaçısı…  Hər  halda  dərin  mənəvi  zöv-
qünüz  olmalıdı,  məncə.  Onu  da  deyim  ki,  bəzən 
baxışlar  adamı  aldadır.  Amma  gözəl  gözlərə 
aldanmaq  da  dünyanın  bir  naxışıdı  hər  anından 
zövq almağı bacaranlar üçün. 
Qadın:  Əslində  həyat  yaşamağı  bacaranlar 
üçündür.  Həyat  onu  olduğu  kimi  qəbul  edənlər 
üçündür. Mən fatalistəm. Taleyə inanıram. Hədis-
lərin  birində  söylənib:  “Sənə  yazdığım  taleyin 
dalınca  get,  ona  zidd  çıxarsan,  səni  taleyinin 
dalınca  özüm  sürükləyərəm”.  Baxışlara  gəlincə, 
bir  şey  söyləməyəcəm.  Amma  düşünürəm  ki, 
“gözlər  qəlbin  aynasıdır”  sözu  artıq  öz  mahiyyə-
tini  itirib.  Məncə,  qəlbin  aynası  insanın  əlləridir. 
Fikir vermişəm, yaxşı adamların əli kobud olmur, 
əksinə,  qırışlar  da,  yaşlaşdıqca  üstündə  əmələ 
gələn  xallar,  ləkələr  də  ona  bir  gözəllik  verir. 


 
 
27 
Qəlbən  dürüst  adamların  əl,  barmaq  ölçüləri  də 
simmetrik olur. 
Rəssam: Maraqlı müşahidədi... Bayaq göndər-
mişdim,  bəyəndinizmi  Anjelika  Akbarın  ifasını? 
Xoşunuza  gəldisə,  birini  də  göndərim,  adı 
“Love”dı.  Sizinlə  bu  musiqini  dinləyərək  yazı-
şıram.  Mən  bu  musiqini  yaşamaq  uğrunda 
mübarizə  aparanların  şarkısına  bənzədirəm... 
İnsan  yaşlaşanda  fatalistləşir.  Sizin  üçün  tez 
deyilmi? 
Qadın: Musiqini xoşlayıram. Boş vaxtlarımda 
özüm üçün bəstələyirəm də, elə-belə... Fatalistliyə 
gəlincə  isə,  bunu  yaş  həddinə  aid  etmirəm. 
İnsanın  ruhu  bu  yolu  seçir.  Siz  hansı  musiqiyə 
üstünlük verirsiniz? 
Rəssam:  Mənim  üçün  janr  vacib  deyil. 
Musiqidə  əsas  ritmdi,  əgər  bu  ritm  qəlbinin 
döyüntüləriylə  bir  vurursa,  istər  xəyal,  istərsə  də 
real  dünyandakı  yaşantılarınla  səsləşirsə,  demək, 
böyük  musiqidi.  Məsələn,  rokdan  xoşum  gəl-
məyib  heç  vaxt,  amma  Rammstein  bu  barədə 
fikirlərimi  alt-üst  elədi.  Bu  qrup  mənim  son 
kəşfimdi. 
Qadın:  Siz  Aerosmith-i  də  dinləyin.  Güman 
edirəm  rok  haqqında  fikirlərinizi  daha  da  güc-
ləndirər. 
Rəssam: Sağ olun, mütləq dinləyərəm. 
Qadın: Bəs nəyi şedevr hesab edirsiniz? 


 
 
28 
Rəssam:  Ümumiyyətlə,  hər  bir  əsər  insan 
ovqatına  köklənir.  Kədərli  musiqini  kefinin  çağ 
vaxtı  dinləyəndə  zövq  ala  bilməzsən.  Aşıq 
Ədalətin  “Ruhani”sindən  sonra  Rammstein-ə 
qulaq assan belə, ondan həzz almayacaqsan. Təzə 
sevgi yaşadığın günlərdə siyasi detektiv səni cəlb 
etməz,  nə  qədər  detektiv  həvəskarı  olsan  da. 
Oxuduqların  Əlfi  Qasımovun  “Qağayı  fər-
yadı”ndan  tutmuş  Stefan  Sveyqin  novellala-
rınadək  sevgi  hekayələri olacaq. Salvador Daliyə 
köklənmisənsə, 
Van 
Qoq 
səni 
“yaxına 
buraxmaz”. 
Qadın: “Qağayı fəryadı”? 
Rəssam:  Sizin  yadınıza  gəlməz,  o,  bizim 
dövrün bestseller sevgi romanı idi. 
Qadın:  Maraqlandırdınız  məni.  Tapıb  oxu-
yacam. 
Rəssam:  Tapmasanız,  verərəm.  Amma  bil-
mirəm  o  dövrün  sevgi  romanları  indiki  sevda-
lılara maraqlı gələrmi? 
Qadın:  Sevginin  də  yenisi,  köhnəsi  olur? 
“Leyli və Məcnun” yüz illərdir diridir… Şedevrlə 
bağlı sualım qaldı.  
Rəssam:  Əsər  var  insanın  hansısa  ovqatına 
hesablanıb,  əsər  də  var  bütün  ovqatların  föv-
qündədi.  Bax,  şedevr  beləsidi.  “Leyli  və 
Məcnun”,  “Romeo  və  Cülyetta”  şedevrdi,  ona 
görə əsrlərin sınağından çıxa biliblər. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə