Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
 
29 
Qadın: Əgər kosmosla, başqa sivilizasiyalarla 
təmas  yaransa,  Yer  adına  onlara  nə  göndərər-
diniz? 
Rəssam:  Maraqlı  sualdı…  Belə  fikirlər 
adamın  ağlına  adətən  gecələr  gəlir.  Bakı 
gecələrinə  baxmayın,  Nyu-York  səhərlərində 
ağıla  belə  şeylər  gəlmir…  Nə  göndərərdim! 
Yəqin,  Yer  kürəsinin  himni  kimi  Motsartın 
“Rekviyem”ini  göndərərdim,  xüsusən  də  onun 
“Lakrimoza”  hissəsini.  “Mona  Liza”nı  Yerin 
siması,  pasportu,  “kupçası”  kimi.  Ağ  rəngi  də 
onun  simvolu  seçərdim.  Təslimçilik  yox,  sülh 
rəmzi kimi. 
Qadın:  O  birilərini  başa  düşdüm.  Bəs  niyə 
“Rekviyem”? 
Rəssam:  “Rekviyem”  bəşəriyyətin  musiqili 
tarixidi.  Burada  insanın  yaranışı,  yaşamaq 
uğrunda mübarizəsi, hiss və duyğuları, sevgisi və 
nifrəti,  arzu  və  umudu,  yerdəki  tufan,  zəlzələ  və 
vulkanlar,  sərin  səba  yelləri,  bu  dünyanın  cənnət 
və  cəhənnəmi,  bir  sözlə,  Yer  kürəsinin  genetik 
kodu  cəmlənib.  Motsartın  “Rekviyem”i  İnsanın 
Kainata mesajıdı. 
Qadın:  Siz  qəribə  adamsınız.  Yəqin  canlı 
söhbətləriniz daha maraqlı olur. 
Rəssam: … 
Qadın: Siz burada deyilsiniz? 
Rəssam:… 
 


 
 
30 
 
*** 
 
Rəssam:  Məni  üzrlü  sayın.  Dostlar  gəlmişdi 
vidalasmağa. Gec cavab yazdım. İndicə getdilər. 
Qadın: Xoş gəldiniz... 
Rəssam:  Siz  gecələr  işləməyə  vərdiş  elə-
misiniz,  ya  iş  çox  olanda  belə  gec  qalırsınız? 
Yazı-pozu  işinə  gecə  yaxşıdı,  əksər  yazılarımı 
gecələr  yazmışam.  Şəkilləri  isə  gündüzlər 
çəkirəm.  Mənə  elə  gəlir  ki,  rəngləri  yalnız  gün 
işığında duymaq olar. Düzdü, axşam çəkənlər də 
var,  keçmişdə  lap  şam  işığında  da  çəkiblər. 
Amma mən buna öyrəşməmişəm. Son vaxtlar isə 
lap  tez  yatıram,  buna  yatıram  demək  də  olmur; 
yarıyuxulu, yarıoyaq. Şair demiş: 
 
“Gecə birin yarısıdı, 
Nə dünəndi, nə sabah. 
İki günün arasında  
canım sıxılır, Allah”. 
 
Arxasını  unutdum,  Bakiya  gələndə  yazaram. 
Ramiz Rövşənindi. 
Qadın: O, çox populyardır. Sosial şəbəkələrdə 
tez-tez rast gəlirəm onun şeirlərinə. 
Rəssam:  Mən  az  oluram  bu  şəbəkələrdə.  O 
birilərini tanımıram, tək bura girirəm hərdən. 


 
 
31 
Qadın: Elə düz edirsiniz. Burda  hamı  səni öz 
ovqatına  kökləmək  istəyir.  Maraqla  oxuyacağın 
5-i varsa, 55 dənə də mənasız mesaj görəcəksən. 
Rəssam:  Şəbəkələşmənin  üstünlükləri  də 
çoxdu – ünsiyyət, bölüşmək kimi. Adamın ünsiy-
yətə  ehtiyacı  çörəyə,  havaya  tələbatı  qədərdi. 
Robinzon  Kruzo  tənha  yaşadığı  adada  düzəltdiyi 
kuklayla  danışır.  Bir  alman  filmi  var,  səhv  etmi-
rəmsə,  adı  ”QULAQdan  qaçış”  olmalıdı.  Düşər-
gədən  qaçmağa  qərar  verən  bir  alman  əsirinə 
həkim həmvətəni yardım edir, yol göstərir. Onun 
məsləhətlərindən  biri  də  belə  idi:  ”Tənhalıqda 
səsi  itirmək  qorxusu  var.  Öz-özünlə  danış,  lazım 
gəlsə,  ağaclarla  danış”.  Başqası  ilə  ünsiyyəti 
olmayan  özü  ilə  danışır.  Onda  da  beləsinə  dəli 
deyirik. 
Qadın: Orası elədi. Ünsiyyət depressiyanın ən 
güclü  dərmanıdır.  Burda  bir  qapalı  qadın 
qrupumuz  var.  Əvvəl  az  idik,  indi  xeyli 
çoxalmışıq. Çəkinmədən hər dərdimizi bölüşürük. 
Depressiyalı vaxtlarımda o qrup məni xilas elədi. 
Sanki  məndərdli  qadınları  xüsusi  olaraq  yığıblar 
bura.  Danışdım,  dinlədilər.  Danışdılar,  dinlədik. 
Sonra  özüm  də  neçə  adama  yardımçı  oldum. 
İnsan  kiməsə  gərəkli  olduğunu  biləndə  özünü 
xoşbəxt  sanır.  Odur  ki,  ünsiyyətlə  bağlı 
fikirlərinizi bölüşürəm. 
Rəssam:  İstənilən  adam  haqqında  təsəvvürü 
onun  oxuduğu  kitab,  bəyəndiyi  yazıçı,  dinlədiyi 


 
 
32 
musiqi  yaradır.  Sizi  tanımayana  özünüzü  hansı 
bədii  əsər,  yazıçı  və ya  şair,  musiqiçi,  yaxud 
rəssamla təqdim edərdiniz?  
Qadın:  Konkretləşdirmirəm,  çünki  birmənalı 
cavab  verə  bilmərəm.  Amma  fikrimi  belə  yaza 
bilərəm  ki,  kitab  ağıla  bağlıdır  –  ağılın 
tutumundan  artıq  verimli  kitabdan  zövq  alıram. 
Musiqi  qəlb  məsələsidir,  qəlbin  ovqatına  tabedir. 
Odur  ki,  bəzən  rokun  ürəyə  dinclik  gətirməsi, 
sakit  klassikanın  qəlbi  təlatümə  salan  halları  da 
baş  verir.  Rənglərsə  ruhun  inikasıdır:  qara  – 
zəncirləyir,  boz  –  didir,  ağ  –  təzələyir,  qırmızı  – 
qorxudur, mavi – qanadlandırır, yaşıl – dincəldir. 
Bilmirəm 
zövqümü 
duyub 
məni 
tanıya 
biləcəksinizmi?! 
Rəssam:  Mən  Sizi  söz-söz,  cümlə-cümlə 
tanıyacam.  İndisə  yenə  getməliyəm.  Bu  gün 
çıxıram,  hazırlaşmalıyam.  Sizinlə  söhbətdən 
böyük  zövq  aldım.  Təşəkkür  edirəm.  Səfər  boyu 
imkan düşdükcə yazacam. 
Qadın: Uğurlu yollar! Yazın! 
 


 
 
33 
 
Meksikadayam.  Paytaxtı  çox  gəzə  bilmədim. 
Çapultəpək  deyilən  məşhur  muzeyə  də  gedə 
bilmədim.  Amma  bir  də  gələcəm,  mütləq  türk 
izinə  burada  da  düşəcəm.  Deyirlər  orada  qədim 
türklərin çox nişanələri var. Elə adındakı “təpək” 
sözü yerli dildə “təpə” anlamını verir. Nə isə, hər 
yerdə  türk  nişanələri  axtarmağım  çoxdankı 
vərdişimdi. Sizə Özbəkistanda olan bir olayı nəql 
edim.  Səmərqənddə  özbək  dostuma  biz  türklərin 
qədimliyindən, əzəmətindən danışırdım. Müxtəlif 
sözlərin açmasını yozurdum, bəzən həddi aşıb ağ 
eləyirdim  də,  Kamçatka  –  “Gəmi  çatdı”, 
Madaqaskar  –  “Məşədi  Əsgər”  kimi.  Axırda 
zarafatıma  özbək  dostum  belə  son  qoydu:  “Bəli, 
biz özbəklər də çox qədimik. Amerikanı da bizim 
“Əmir əkə” kəşf eləyib”. 
...Kankun  şəhərindəyəm.  Qəraib  dənizinin 
sahilindədi.  Bitib-tükənməyən  çimərliyi  var.  Bu 
tərəflərin  ən  böyük  kurort  şəhərlərindəndi. 
Qaldığım  “Oasis  Viva”  hotelində  pəncərəm 
dənizə açılır. Səhərdən nədənsə “Qəraib dənizinin 
quldurları”  filmi  beynimdən  çıxmır.  Buranın 
adamları  balacaboy,  gülərüz,  səmimidilər.  Heç 
inanmağın  gəlmir  ki,  bu  insanlar  o  dəniz 
quldurlarının törəmələridi...  
 
 
Qəraib...  Qorxulu  səslənir,  cin-şəyatin  kimi. 
Karib  yaxşıdır...  Karib  dənizi,  onun  quldurları... 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə