Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
 
34 
və  onların  törəmələri...  Heç  biz  də  indi 
Koroğluya,  Babəkə  oxşamırıq...  Adamın  sizə 
qoşulub  gəzməyi  gəlir.  Amma  yox,  qorxuram 
qaçıralar məni, siz də quldurlarla mənim üstümdə 
davaya çıxasınız. İşiniz də  yarımçıq qala. Nəysə, 
səfəriniz uğurlu olsun. Özünüzdən muğayat olun. 
İmkan  tapdıqca  yazın.  Yazın  görüm,  dünyanın  o 
üzündə daha nələr var!? 
 
 
İki  gündü  Havanaya  gəlmişəm.  Qaldığım 
hotel 1959-cu ilədək “Hilton” adlanıb. İnqilabdan 
sonra adını “Habava Libre” qoyublar, yəni “Azad 
Havana”.  Amma  azadlıqdan  əsər-əlamət  də 
yoxdu  bu  ölkədə.  Burdan  şəhər  ovuc  içi  kimi 
görünür.  Okeanın  “üst”ü  səmanın  “dib”iylə 
qucaqlaşıb.  İşə  bax,  bu  “qucaqlaşmaya”  üfüq 
deyirlər... Kuba qapalı ölkədi. Keçmiş SSRİ kimi. 
Siz xatırlamazsınız o dövrləri. Kommunistlər hələ 
də  vəd  etdikləri  kommunizmi  qura  bilməyiblər 
burda.  Deyəsən,  indi  heç  özləri  də  buna 
inanmırlar.  Nəysə...  Burada  internet  problemdi. 
Yalnız  bu  hoteldə  var,  o  da  səhər  doqquzdan 
axşam  doqquzacan.  İnanmazsınız,  bu  üç-dörd 
cümləni  yazmaq  üçün  45  dəqiqə  sərf  elədim. 
Camaat növbə gözləyir. Çıxmalıyam. 
 


 
 
35 
*** 
 
Havanada  bizim  Torqovıya  bənzər  yer  var. 
Suvenirlər,  rəsm  əsərləri  satırlar.  Gəzməli  yerdi. 
Maraqlı  rəssamları  var.  Amma  satışda  rəsmi 
ideologiyadan kənar əsərə rast gəlməzsən. Burada 
əsas  mövzu  maşınlardı.  Qırx-əllinci  illərin 
maşınları  üstünlük  təşkil  edir.  Otuzuncu  illərin, 
hələ istəsən iyirminci illərin də avtomobilinə rast 
gələ  bilərsən.  Bir  sürücü  maşınındakı  siqnala 
basıb  fəxrlə  deyirdi  ki,  1914-cü  ildən  qalmadı. 
Köhnə  maşınlar  Kubanın  brendidi  –  siqar  kimi, 
Çe Gevara kimi. Sərhədlər açılanda ilk biznes elə 
bu  maşınların  alğı-satqısıyla  başlayacaq,  güman 
ki. Məni isə... 
 
*** 
 
Rabitə  qəfil  kəsildi  dünən.  Bütün  günü 
internet  olmayıb.  Burda  Sizi  canlı  xətdə  tuta 
bilmirəm.  Doqquz  saat  fərq  var,  indi  yatmısınız 
yəqin. 
Amma 
hər 
halda 
oxuyursunuz 
yazdıqlarımı.  Harda  qalmışdım  dünən?  Hə... 
maşınlarda.  Amma  məni  maşınlar  yox,  rəsmlər 
maraqlandırır.  Axır  ki,  əsl  mən  deyən  əsərləri 
tapdım.  Məni  dar,  üfunət  qoxuyan  küçələrlə 
apardı  velotaksi  sürücüsü.  Arıq,  dərisi  gündən 
əriyib  qaralmış,  üzünü  qırxmağa  sanki  heyi 
qalmayan bir rəssamın evinə gün əyiləndə girdik. 


 
 
36 
Yarıqaranlıq  zirzəmi...  İlahı,  burada  insan 
yaşayar!?  Siz  bunun  əsərlərinə  baxın...  Bazara 
çıxardığını  ayrı  yığıb.  Bunun  “sandıq  rəsmləri” 
əsl  sənət  əsərləridi.  Mən  onların  Xorxe  Kamaço, 
Vifredo  Lam  kimi  məşhur  sürrealist  rəssamları 
haqda  oxumuşdum,  rəsmlərini  görmüşdüm.  Bu, 
onlardan  heç  də  geri  qalmır.  Mütləq  bu  bədbəxt 
rəssamın  da  əsərlərinin  baha  qiymətə  satılan, 
dəyərləndirilən  zamanı  çatacaq.  Amma  çətin  o 
bunu  görə.  Somerset  Moemin  “Ay  və  qəpik” 
əsərini  oxumusuz?  Tapıb  oxuyun.  Rəssam 
bədbəxtliyi  (həm  də  xoşbəxtliyi)  haqqında  ən 
kədərli  əsərlərdən  biridi.  Nə  isə...  Cəmi  iyirmi 
dollara  çox  gözəl  rəsm  aldım...  Görüm  buranın 
rəsmi  orqanlardan  icazə  ala  bilsəm,  bu  rəssamın 
YUNESKO  xəttiylə  keçirəcəyimiz  böyük  bir 
sərgiyə  dəvət  olunmasına  çalışacam.  O  dahidi, 
heç  kimin  tanımadığı  dahi...  Yenə  çıxmalıyam. 
Sabah 
başqa 
şəhərlərə 
gedəcəyik, 
maşın 
kirayələmişik.  Bu  ölkəni  qarış-qarış  gəzəcəm. 
İnternet olmayacaq. Sonra yazaram. Hələlik. 
 
 
Son  günlər  internetə  girmirdim,  yazılarınızı 
indi  oxudum.  Yadıma  Salvador  Dali  düşdü.  O, 
rəssamların  kasıb  olmasını  qəbul  etmirdi.  Yəqin 
siz  də  oxumusunuz,  xatirələrində  yazırdı  ki,  hələ 
cavan  vaxtı  imkan  daxilində  türməyə  tez  girib 
çıxmağı,  bir  də  xüsusi  əziyyət  cəkmədən 
milyonçu olmağı özünə söz veribmiş. Hər ikisinə 


 
 
37 
də  əməl  edib.  Onun  sözləridir:  “Самый  простой 
способ избежать компромиссов из-за золота – 
это иметь его самому. Когда есть денги, любая 
«служба»  теряет  всякий  смысл.  Герой  нигде 
не  служит!  Он  есть  полная    противополож-
ность слуге”
2
.  Sizə uğurlu yollar diləyirəm. 
 
 
Salam.  Mən  qayıdıram.  İki  günə  ordayam. 
Əlbəttə,  Dali  dahidi!  Amma  onunla  qəribə 
dostluğu  olmuş  Bunuel  də,  Lorka  da  dahidilər. 
Üçünü  birlikdə  təsəvvür  eləyin.  Üç  dahi,  Dali-
Lorka-Bunuel  üçbucağı  –  Azadlıq-Sənət-Sevgi 
üçbucağı.  
 
 
Salvador Dali xoş gəlir! 
 
 
 
 
                                                
2
 
“Qır-qızıl uğrunda kompromisə getməməyin ən asan yolu 
özünün  varlı  olmağındır.  Pulun  olanda  hər  cür  “qulluq” 
mənasını  itirir.  Qəhrəman  heç  yerdə  qulluq  etmir.  O, 
qulluqçunun tam əksidir!”
 


 
 
38 
 
II Bölüm 
 
“Lillian Gish” 
 
 
Yazışmalar bir növ kəşfiyyat xarakterlidi, hiss 
olunur ki, əvvəl-əvvəl intellekt nümayiş etdirirlər. 
Mətnə ağırlıq verəcəyini zənn edib, istədim buna 
da əl gəzdirim. Sonra fikrimdən daşındım. Sosial 
şəbəkədə  bir-biri  ilə  təzə  tanış  olanlar  özlərini 
intellektləriylə  təqdim  edirlər.  Bura  canlı  görüş 
yeri  olmadığından  kişilər  xarizması,  ədası, 
qadınlar  gözəlliyi,  xüsusi  manerası,  lap  belə 
vurduqları  ətrin  qoxusu  ilə  qarşısındakında  rəy 
yarada  bilmirlər.  Odur  ki,  qalırlar  zövq  və 
intellekt  umuduna.  Heç  bir  fikrə  toxunmadım. 
Təbiiliyini  saxlasın  deyə  yazışmalara  əlavələr 
eləmədim. Təkrar oxunuşlarda anladım ki, mən0-
tləri  maraqlı  edən  elə  həm  də  informasiyalarla 
bol olmasıdır. 
 
 
 
Vətən  adamı  aeroportda  qarşılayır.  Bura 
düşən  kimi  bir-birinə  uyuşmayan,  təzadlı  hisslər 
keçirirsən.  Həm  sənə  doğma  gəlir,  həm  də  yad. 
Xüsusən  də  uzun  müddət  ayrı  qalanda  olur  bu 
duyğu.  Tanış  əhatəyə  düşsən  də  keçmiş  qırıq-


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə