Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) SSD - nin dəyişilməsi zamanı şüalanma vaxtı dəyişilir?



Yüklə 1,5 Mb.
səhifə12/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   ...   8   9   10   11   12   13   14   15   16

672) SSD - nin dəyişilməsi zamanı şüalanma vaxtı dəyişilir?
A) Həmişə

B) Radiorezistent şişlərdə

C) Yox

D) Bəzən


E) Radiohəssas şişlərdə
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
673) SSD - nin artırıldığı halda şüalanma vaxtı necə dəyişər?
A) Kvadratik artar

B) Kvadratik azalar

C) Dəyişməz

D) Azalar

E) Artar
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
674) Xəstəyə xərçəngin carsinoma in citu formasının diaqnozu nəyin əsasında qoyula bilər?
A) Biopsiya

B) Rentgenoqrafiya ilə

C) Endoskopiya

D) USM


E) KT
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
675) Arzuolunmaz radiasiya təsirinə məruz qalmış insanda radiasiyadan ilk növbədə aşağıdakı hansı üzvlərdə daha çox dəyişikliklər yarana bilər?
A) Qaraciyərdə

B) Görmə sinirində

C) Mədəaltı vəzidə

D) Sümük iliyi və xayalar ( və ya yumurtalıqlar)

E) Dəridə
Ədəbiyyat: Киселева Е. С. Лучевая терапия злокачественных опухолей , 1996
676) Aşağıdakı göstərilmiş hansı xəstəlik qadınlarda rast gəlinən onkoloji patologiyanın strukturunda birinci yeri tutur?
A) Mədə xərçəngi

B) Düz bağırsaq xərçəngi

C) Süd vəzisi xərçəngi

D) Qaraciyər xərçəngi

E) Uşaqlıq cismi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
677) Süd vəzinin xərçəngində bir süd vəzinin xərçənginə görə müalicə olunmuş qadınlarda, digər süd vəzisində xərçəngin inkişaf riski neçə dəfə yüksəkdir?
A) 3 dəfə

B) 5 dəfə

C) 6 dəfə

D) 2 – 4 dəfə

E) 2 dəfə
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
678) Aşağıdakı hansı orqanın bəd xassəli şişində metastazlar ilk növbədə qoltuqaltında əmələ gəlir?
A) Burun - udlaq xərçəngi

B) Qırtlaq xərçəngi

C) Qida borusu xərçəngi

D) Qaraciyər xərçəngi

E) Süd vəzisi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
679) Aşağıdakı hansı xəstəliyin rastgəlməsində kişilərlə qadınlar arasında 100 dəfə fərq vardır?
A) Süd vəzisi xərçəngi

B) Dəri xərçəngi

C) Qida borusu xərçəngi

D) Qaraciyər xərçəngi

E) Burun - udlaq xərçəngi
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
680) Aşağıda qeyd olunanlardan hansı uşaqlıq boynunun xərçəngönü xəstəliklərinə aiddir?
A) Hemanqioma

B) Disperatozlar, psevdoeroziyalar, poliplər.

C) Linfangioma

D) Leykoplagiya

E) Pedcet xəstəliyi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
681) Aşağıdakı hansı xəstəliklərin uşaqlıq boynunun xərçəngi ilə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Fibroma

B) Kandiloma

C) Bərk şankr

D) Bütün sadalanan xəstəliklər

E) Vərəm xəstəliyi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
682) Uşaqlıq boynunun xərçəngində qanlı ifrazat neçə faiz xəstələrdə müşahidə edilir?
A) 10 – 15 %

B) 30 – 40 %

C) 85 – 87 %

D) 20 – 30 %

E) 4 – 5 %
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
683) Aşağıdakı hansı orqanın xərçənginin histoloji forması əksərən adenokarsinomadır?
A) Ağızın selikli qişası

B) Uşaqlıq boynu

C) Uşaqlıq cismi

D) Qırtlağın bağ şöbəsi

E) Qida borusunun boyun şöbəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 912
684) Aşağıdakı hansı xəstəliyin müalicəsində şüa terapiyası adekvat müalicə üsulu kimi istifadə oluna bilər?
A) Lipomada

B) Xondromada

C) Yuinq sarkomasında

D) Fibromada

E) Osteoxondrozda
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
685) Aşağıdakı hansı xəstəliyin müalicəsində şüa terapiyası aparılmaz?
A) Yuinq sarkomasında

B) Bəd xassəli osteoblastoklastomada

C) Osteomada

D) Retinulosarkomada

E) X histiositozunda
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
686) Estezioneyroblastomada radikal şüa müalicəsinin ümumi ocaq dozası nə qədər olmalıdır?
A) 50 – 55 Qr

B) 25 – 30 Qr

C) 15 – 20 Qr

D) 3–5 Qr

E) 20 – 25 Qr
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
687) Aşağıdakı hansı xəstəliyin I mərhələsində radikal şüa müalicəsini bir sahədən aparmaq olar?
A) Alt dodağın qırmızı haşiyəsi xərçəngi

B) Qırtlağın xərçəngi

C) Burun - udlaq xərçəngi

D) Baş beyinin medulloblastoması

E) Baş beyinin qlioblastoması
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 113
688) Aşağıdakı hansı orqanın bəd xassəli şişlərinin əsas müalicəsi şüa müalicəsidir?
A) Qida borusu

B) Udlaq


C) Düz bağırsaq

D) Mədə


E) Ağciyər
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
689) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı CMD - 70 Qr –dir?
A) Hockin limfoması

B) Qida borusu xərçəngi

C) Bazalioma

D) Qreyvs xəstəliyi

E) Peyroni xəstəliyi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
690) Qida borusunun aşağı - döş hissəsinin xərçənginin 3DCRT - si zamanı şüa müalicəsi neçə sahədən aparılır?
A) 3 sahədən

B) 2 sahədən

C) Fərdi seçilir

D) 1 sahədən

E) 4 sahədən
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
691) 77 yaşlı xəstədə alt dodağın qırmızı haşiyə xərçənginin I mərhələsidir. Hansı müalicə metodunun aparılması məqsədəuyğun sayılır?
A) Heç biri

B) Cərrahi əməliyyat

C) Yaxın fokuslu rentgenoterapiya

D) 4 – 6 MEV elektronla şüa+ cərrahi əməliyyat

E) Hamısı
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 136.
692) Aşağıdakılardan hansı kvant selidir?
A) Protonlar

B) Betta hissəciklər

C) α hissəciklər

D) Neytronlar

E) Rentgen şüaları
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
693) Aşağıdakılardan hansı ionlaşdırıcı şüalara aiddir?
A) Rentgen şüaları

B) Alfa şüaları

C) Qamma şüaları

D) Bütün cavablar doğrudur

E) Beta şüaları
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
694) Uşaqlarda bəd xassəli şişlərin əsas müalicə metodları hansıdır?
A) Dərman

B) Cərrahi

C) Fizioterapiya

D) Cərrahi, kimyəvi dərman və şüa terapiya

E) Şüa terapiya
Ədəbiyyat: İ. H. İsayev «Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
695) Aşağıdakı hansı variantda 3 - dimensional conformal radiotherapy abbreviaturası düzgün göstərilmişdir?
A) İGRT

B) 3DCRT


C) EBRT

D) İMRT


E) SRS
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6.
696) Hansı variantda External beam radiation therapy abbreviaturası düzgün göstərilmişdir?
A) İGRT

B) İMRT


C) EBRT

D) 3DCRT


E) SRS
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh . 6.
697) Aşağıdakı hansı variantda dose - volume histogram abbreviaturası düzgün göstərilmişdir?
A) DVH

B) DDR


C) DFS

D) DCİS


E) DSS
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6.
698) Aşağıdakı hansı variantda İntraoperative Radiation Therapy abbreviaturası düzgün göstərilmişdir?
A) SRS

B) İMRT


C) 3DCRT

D) İGRT


E) İORT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6.
699) Aşağıdakı hansı variantda selikli qişa ilə əlaqəli limfoid toxuma abbreviaturası düzgün göstərilmişdir?
A) MIRT

B) MALT


C) MS

D) MFH


E) MRİ
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
700) Beynəlxalq ədəbiyyatda həyat keyfiyyətinin qısa yazılışı necədir?
A) QOL

B) SOL


C) ROL

D) DOL


E) BOL
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
701) Beynəlxalq ədəbiyyatda transrektal ultrasəs müayinəsinin qısa yazılışı necədir?
A) VUR

B) TUR


C) TBİ

D) DUR


E) TRUS
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
702) İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əhalisinin ölüm strukturunda əsas yeri hansı xəstəliklər tutur?
A) İnfeksion xəstəliklər; qan dövranı sisteminin xəstəlikləri

B) Qan dövranı sisteminin xəstəliklər; yeni törəmələr; zədə və zəhərlənmə

C) Qrip və KRVİ

D) İnfeksion və parazitar xəstəliklər; həzm sisteminin xəstəlikləri, psixiki xəstəliklər

E) Yeni törəmələr; zədə və zəhərlənmə; tənəffüs sisteminin xəstəlikləri, malyariya
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
703) Aşağıda göstərilənlərdən hansı dizontogenetik yeni törəmələrə aiddir?
A) Ağ ciyər xərçəngi

B) Qida borusunun papilloması

C) Divararalığın bronxogen kistası

D) Mədə xərçəngi

E) Prostat vəzinin xərçəngi
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
704) TNM Beynəlxalq təsnifatına görə in situ xərçəng aşağıda göstərilən hansı qrup xəstəliyə aiddir?
A) Fakultativ xərçəngönünə

B) Obliqat xərçəngönünə

C) Təyin olunmayıb

D) Xərçəngə

E) Xoş xassəli şişlərə
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
705) Aşağıdakı ginekoloji patologiyalardan hansı yerli destruksiyaedici inkişafa malikdir?
A) Leyomioma

B) Nevrioma

C) Endometrioz

D) Fibroma

E) Kistoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 875
706) Aşağıdakı hansı sırada endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması göstərilmişdir?
A) Yastıhüceyrəli xərçəng

B) Açıq hüceyrəli adenokarsinoma

C) İyvari – yastıhüceyrəli xərçəng

D) Qeyri – differensasiyalı xərçəng

E) Adenokarsinoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 945
707) Aşağıdakı hansı sırada prostat vəzi xərçənginin ən çox metastaz verdiyi orqanlar göstərilmişdir?
A) Plevra və qara ciyər

B) Qara ciyər və dəri

C) Peritonarxası limfa düyünlər və yumurtalıqlar

D) Yumşaq toxuma və peritonarxası limfa düyünlər

E) Sümüklər və ağ ciyər
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 847
708) İnsan hüceyrəsində genetik informasiyanın daşıyıcısı aşağıdakı hansı sırada düzgün göstərilmişdir?
A) RNT

B) DNT


C) Mitoxondriya

D) ATF


E) Doğru cavab yoxdur
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
709) Aşağıda göstərilmiş maddələrdən hansı daha çox kanserogen aktivliyə malikdir?
A) Zülallar

B) Karbohidratlar

C) A və B qrupu vitaminləri

D) Polisiklik aromatik karbohidrogenlər

E) Piylər
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
710) İnsanda Berkitt limfomasının və burun - udlaq xərçənginin əmələ gəlməsini aşağıda göstərilmiş hansı virusla əlaqələndirirlər?
A) Herpes virusları qrupundan virus

B) Papova – virus

C) Adenovirus

D) Çiçək virusları qrupundan virus

E) Epşteyn – Barr virusu (infeksion mononukleozun törədicisi)
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
711) Aşağıda göstərilmiş hansı preparatlar herpetik virus infeksiyasının müalicəsi üçün istifadə olunur?
A) Bromkriptin

B) Biseptol

C) Penisillin

D) Aminoqlikozidlər

E) Asiklovir ( Zovirax), valtreks, foskarnet
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1156
712) Aşağıda sadalanan ionlaşdırıcı şüa növlərindən hansı daha dərində yerləşən hədəflərin müalicəsinə imkan yaradır?
A) 4 MeV fotonlar

B) 15 MeV fotonlar

C) Rentgen şüaları

D) α şüalar

E) β şüalar
Ədəbiyyat: B. Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
713) Aşağıda göstərilmiş hansı müayinə metodu pararektal sahənin şişlərinin təyini üçün daha informativdir?
A) Flüoroqrafiya

B) MRT


C) Doppler

D) Rentgenoloji müayinə

E) Angioqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 421
714) Aşağıda göstərilmiş hansı müayinə metodu orbital və retroorbital nahiyənin şişlərinin təyini üçün daha informativ müayinə metodudur?
A) İrriqoskopiya

B) MRT


C) Angioqrafiya

D) Rentgenoloji müayinə

E) USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1136
715) NCCN (National Comprehensive Cancer Network) protokollarına əsasən süd vəzisi xərçənginin I mərhələsində aşağıdakı hansı müalicə metodu optimaldır?
A) Radikal rezeksiya + şüa müalicəsi

B) Ancaq şüa müalicəsi

C) Ancaq hormonoterapiya

D) Krioterapiya

E) Şüa + radikal mastektomiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
716) Aşağıda göstərilmiş hanı müalicə metodunda şüa mənbəyi patoloji ocağın ətrafında dövr edir?
A) Dərin rentgenterapiya

B) Tomoterapiya

C) HDR braxiterapiya

D) LDR braxiterapiya

E) PDR braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 8
717) Böyük şüalanma dozasının birdəfəyə kiçik ölçülü patoloji prosesə çatdırılması necə adlanır?
A) Dərin rentgenterapiya

B) İMRT


C) İGRT

D) Stereotaktik radiocərrahiyyə

E) 3DCRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
718) Böyük şüalanma dozasının bir neçə dəfəyə patoloji prosesə çatdırılması necə adlanır?
A) 3DCRT

B) Stereotaktik radioterpiya

C) Dərin rentgenterapiya

D) İGRT


E) İMRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
719) Baş beyinin kiçik ölçülü xoş xassəli şişlərinin aşağıdakı müalicə metodlarından hansı ilə müalicəsi aparılsa, effektivlik yüksək olar?
A) İMRT

B) Stereotaktik radiocərrahiyyə

C) 3DCRT

D) İGRT


E) Dərin rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
720) Aşağıda göstərilmiş hansı müalicə metodu ilə arterio - venoz malformasiyanı və kavernoz angiomanı effektiv müalicə etmək olar?
A) Dərin rentgenterapiya

B) İMRT


C) Stereotaktik radiocərrahiyyə

D) İGRT


E) 3DCRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
721) Aşağıda göstərilmiş hansı müalicə metodu ilə üçlü sinirin nevralgiyasını effektiv müalicə etmək olar?
A) İMRT

B) 3DCRT


C) Dərin rentgenterapiya

D) İGRT


E) Stereotaktik radiocərrahiyyə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
722) Clinac DHX xəttli sürətləndiricisində 80 ədəd ləçək (multilif) varsa , bu ləçəkləri hərəkətə gətirməyə neçə elektrik mühərriki quraşdırılmışdır?
A) 40

B) 240


C) 80

D) 160


E) 20
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 62
723) Aşağıda göstərilmiş hansı müalicə metodu ilə baş beyinə bəd xassəli şişin metastazını müalicə etmək olar?
A) Stereotaktik radiocərrahiyyə

B) Dərin rentgenterapiya

C) LDR braxiterapiya

D) Səthi rentgenterapiya

E) HDR braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
724) Aşağıda göstərilmiş hansı müalicə formasında hər bir sahədən verilən şüa dəstəsi şişin geometrik formasını alır?
A) 3DCRT

B) Dərin rentgenterapiya

C) Səthi rentgenterapiya

D) LDR braxiterapiya

E) HDR braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 61
725) Aşağıda göstərilmiş hansı müalicə növündə şüalanma sahəsinin forması ilə yanaşı şüa enerjisinin intensivliyini də dəyişmək olur?
A) LDR braxiterapiya

B) Səthi rentgenterapiya

C) İMRT

D) HDR braxiterapiya



E) Dərin rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 62
726) Aşağıda göstərilmiş hansı müalicə növünün sürüşkən pəncərə və statik - hərəkətli pəncərə növləri vardır?
A) LDR braxiterapiya

B) Dərin rentgenterapiya

C) HDR braxiterapiya

D) İMRT


E) Səthi rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 62
727) Aşağıdakı hansı müalicə zamanı xəstənin flüoroskopiya, rentgen və kompüter tomoqrafik şəkilləri müalicə seansı zamanı çəkilir?
A) Səthi rentgenterapiya

B) Dərin rentgenterapiya

C) LDR braxiterapiya

D) İGRT


E) HDR braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 64
728) Aşağıdakı hansı xəstəliyin müasir şüa terapiyası zamanı Active Breathing Coordinator sistemi ilə aparılan müalicəyə ehtiyac yaranar?
A) Ayaq barmağı dərisi xərçəngi

B) Əl dərisi xərçəngi

C) Alın dərisi bazalioması

D) Ağciyər xərçəngi

E) Gicgah payının qlioblastoması
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 64
729) Aşağıdakı hansı müalicə metodunun toxumadaxili, boşluqdaxili və damardaxili növləri vardır?
A) Dərin rentgenterapiya

B) 3DCRT


C) İMRT

D) Səthi rentgenterapiya

E) Braxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 67
730) Aşağıdakı hansı həcmi hazırlamaqda məqsəd tənəffüs aktı zamanı CTV - də baş verən dəyişiklikləri nəzərə almaqdır?
A) CTV1

B) PTV


C) GTV

D) İTV


E) CTV2
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 71
731) Aşağıdakı hansı abbreviatura beynəlxalq ədəbiyyatda risk orqanının abbreviaturasıdır?
A) PTV

B) İTV


C) CAR

D) CTV


E) OAR
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 71
732) Baş beyinin pineal şişlərinin şüa müalicəsi zamanı baş beyinin CTV - sinə neçə sm PTV əlavə edilməlidir?
A) 0, 5

B) 3, 5


C) 2, 5

D) 4, 5


E) 1, 5
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
733) Baş beyinin pineal şişlərinin şüa müalicəsi zamanı onurğa beyninin CTV - sinə neçə sm PTV əlavə edilməlidir?
A) 3, 5

B) 2, 5


C) 1, 0

D) 4, 5


E) 0, 5
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
734) Aşağıdakı hansı cihazın köməyi ilə intraoperasion şüa müalicəsi aparılır?
A) AQAT - B

B) Mobetron

C) Ortovoltage R - terapiya

D) Terabalt

E) Rokus - M
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 84
735) Anemiyalı xəstələrdə şüa müalicəsinin effekti hemoqram göstəriciləri normal olan xəstələrə nisbətən adətən necə olur?
A) Heç bir fərqi yoxdur

B) Bütün variantlar doğrudur

C) Anemiyalı xəstələrdə effekt az olur

D) Bu qanda albuminlərin miqdarından asılıdır

E) Anemiyalı xəstələrdə effekt çox olur
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 35
736) Aşağıdakı hansı variantda şüa zədələnməsindən tamamilə bərpa olmayan hüceyrə qrupları göstərilmişdir?
A) Limfositlər

B) Qaraciyər toxuması

C) Eninəzolaqlı əzələ

D) Dəri epiteli

E) Yoğun bağırsaq epileli
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 38
737) Müxtəlif orqan və toxumaların klassik rejimdə qamma şüalanmasının tolerantlıq dozası cədvəli hansı alimin və onun əməkdaşlarının çalışmaları nəticəsində cədvəl şəklində cəmlənmişdir?
A) Kruz

B) Perez


C) Tatarinov

D) Berqone

E) Emami
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 44


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə