Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?



Yüklə 2,08 Mb.
səhifə11/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

487) Oliqomenoreya nədir?

1. Aybaşı günlərinin azalması

2. Aybaşı vaxtı ayrılan qanın miqdarının azalması

3. Aybaşı vaxtı ayrılan qanın miqdarının çoxalması

4. Aybaşı günlərinin çoxalması

5. Nadir baş verən aybaşılar
A) 1,2

B) 3,4


C) 3,5

D) 1,5,


E) 4,5
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri onun müddətinin (günlərinin) və aybaşı vaxtı ayrılan qanın miqdarının azalmasıdır (XBT-10 üzrə).
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
488) Hipomenoreya nədir?
A) Aybaşı günlərinin çoxalması

B) Aybaşı vaxtı ayrılan qanın miqdarının çoxalması

C) Aybaşı vaxtı ayrılan qanın miqdarının azalması

D) Nadir baş verən aybaşılar

E) Aybaşı günlərinin azalması
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri ayrılan qanın miqdarının az olmasıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
489) Opsomenoreya nədir?
A) Aybaşı günlərinin sayının 2 gün və daha çox artması

B) Nadir baş verən aybaşılar

C) Aybaşı vaxtı ayrılan qanın miqdarının azalması

D) Aybaşı günlərinin sayının 1- 2 günə kimi azalması

E) Aybaşı vaxtı ayrılan qanın miqdarının çoxalması
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri aybaşının gec-gec (nadir) olmasıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
490) Hipomenstrual sindroma hansılar aiddir?
A) Menorragiya, polimenoreya, hipomenoreya

B) Alqodismenoreya, oliqomenoreya, polimenoreya

C) Hipomenoreya, oliqomenoreya, opsomenoreya

D) Polimenoreya, opsomenoreya, proyomenoreya

E) Hipomenoreya, oliqomenoreya, proyomenoreya
Kliniki gedişinə görə aybaşı zamanı itirilən qanın miqdarının az, müddətinin qısa və nadir olması sindromu ilə müşahidə edilir. (hipo,oliqo,opso menoreya)

Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84


491) Hipermenstrual sindroma hansılar aiddir?
A) Alqodismenoreya, oliqomenoreya, polimenoreya

B) Oliqomenoreya, opsomenoreya, menorragiya

C) Polimenoreya, hipermenoreya, proyomenoreya

D) Hipomenoreya, oliqomenoreya, proyomenoreya

E) Menorragiya, polimenoreya, hipomenoreya
Klinik gedişinə görə aybaşı uzun, itirilən qanın miqdarı çox və tez-tez baş verməsi sindromu ilə müşahidə edilir.(poli,hiper,proyomenoreya)
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
492) Uşaqlıq yolunun əzələsi neçə qatdan ibarətdir?
A) 2

B) 5


C) 4

D) 1


E) 3
Uzununa və dairəvi əzələ qatından ibarətdir. Əzələ qatı isə selikli qişaya söykənir. Uşaqlıq yolunda büküşlər var.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 9
493) Aşağıdakılardan hansı uşaqlıqdan kənar hamiləliyin baş verməsi üçün risk amillərinə aiddir?
A) Kiçik çanaq orqanlarının operativ müdaxiləsi

B) Vulvovaginit

C) Polip

D) Endoservisit

E) Uşaqlıq mioması
Qonşu üzvlərin- sidik kisəsi və düz bağırsaqda patoloji proses zamanı operativ müdaxilə uşaqlıqdan kənar hamiləlik üçün risk amilinə aiddir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
494) Yuvenil qanaxmalarda nə tətbiq edilir?
A) Ağrıkəsici

B) Antibakterial terapiya

C) Hormonal hemostaz

D) Müşahidə

E) Cərrahi müalicə
Qız uşaqlarında follikulun atreziyası və ya persistensiyası ilə əlaqədar baş verən uşaqlıq qanaxmalarında aybaşı funksiyasını bərpa etmək üçün hormonal hemostaz, qankəsici, uşaqlığı yığan preperatlar təyin edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 212
495) Uşaqlıq yolunun funksiyasına aşağıdakılardan hansı aiddir?
A) Dol yumurasının implantasiyası üçün yataq əmələ gətirir

B) Cinsiyyət orqanlarının qanla təhçizatına səbəb olur

C) Spermanın əksəriyyəti arxa tağda toplanır

D) Cinsiyyət orqanlarının atrofiyasına səbəb olur

E) Yumurtalıqların inkişafında iştirak edir
Uşaqlıq yolu mayalanmada iştirak edir , cinsi əlaqə zamanı ifraz edilın toxum mayesi bura tökülür və spermanın əksəriyyəti arxa tağda toplanır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
496) Ginekoloji xəstələrin əlavə müayinə üsullarına hansı aid deyil?
A) Uşaqlığın zondlanması

B) Histerosalpinqoqrafiya

C) Bakterioskopik müayinə

D) Gülləvari maşalar ilə müayinə

E) Bimanual müayinə
Ginekoloji xəstəliklərin diaqnozunu qoymaq üçün xüsusi müayinə üsulu olan 2 əlli(bimanual) müayinədən istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 49
497) Hipermenoreya nədir?
A) Tez – tez baş verən aybaşılar

B) Aybaşı zamanı ayrılan qanın miqdarının çoxalması

C) Aybaşı zamanı ayrılan qanın miqdarının azalması

D) Nadir baş verən aybaşılar

E) Uzun çəkən ( 7 gün və daha çox) aybaşı qanaxması
Klinik gedişinə görə bəzi qadınlarda müxtəlif səbəblərdən itirilən aybaşı qanının miqdarı çox olur və qadının vəziyyətinə təsir edir. Qan azlığına səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 89
498) Proyomenoreya nədir?
A) Nadir baş verən aybaşı

B) Aybaşının olmaması

C) Aybaşı zamanı ayrılan qanın miqdarının azalması

D) Tez – tez baş verən aybaşılar

E) Aybaşı zamanı ayrılan qanın miqdarının çoxalması
Müəyyən səbəbdən asılı olaraq klinik gedişinə görə aybaşı funksiyası pozulduğu üçün,aybaşı tez-tez olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
499) Polimenoreya nədir?
A) Siklik qanaxma

B) Aybaşı zamanı ayrılan qanın miqdarının çoxalması

C) Nadir baş verən aybaşı

D) Aybaşı zamanı ayrılan qanın miqdarının azalması

E) Uzun sürən aybaşı
Müəyyən səbəblərdən asılı olaraq aybaşı funksiyası pozulduğu üçün aybaşı uzun davam edir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
500) Uşaqlıq yolunun bitişməsinə nə deyirlər?
A) Diskeneziya

B) Aplaziya

C) Vaginit

D) Atreziya

E) Kolpit
Bir çox səbəblərdən, əsasən də uşaq vaxtı difteriya xəstəliyi keçirərsə uşaqlıq yolunun bitişmələrinə rast gəlinir. Bu isə özünü cinsi yetişkənlik dövründə aybaşı qanının xaric ola bilməməsi ilə göstərir, qan maneədən yuxarı yığılır, həm də cinsi əlaqə mümkünsüz olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 68
501) Uşaqlıq borularının uzunluğu neçə sm olur?
A) 10 – 12 sm

B) 7 – 8 sm

C) 5 – 6 sm

D) 15 – 16 sm

E) 8 – 9 sm
Daxili cinsiyyət üzvləri olan borular uşaqlığın yuxarı tərəfindən başlayır, enli bağın üzəri ilə yanlara doğru gedir, kəndir şəklində olub, 10-12 sm uzunluğundadır. Ampulyar hissə ilə quratrır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
502) Azospermiya nədir?
A) Eyakulyatın olmaması

B) Eyakulyatda yetkin spermatozoidlərin olmaması

C) Eyakulyatda spermatozoidlərin sayının az olmaması

D) Eyakulyatda spermatozoidlərin olmaması

E) Eyakulyatda spermatozoidlərin hərəkətsiz olması
Kişinin generativ funksiyasının dəqiq təyin edilməsi üçün təzə spermanın mikroskopik müayinəsi zamanı yetkin spermatozoidlərin olmaması aşkar edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
503) Normada eyakulyatda ən azı nə qədər spermatozoid olmalıdır?
A) 40 ml

B) 80 ml


C) 20 ml

D) 100 ml

E) 30 ml
Spermanın 1 damcısı qızdırılmış əşya şüşəsi üzərinə damızdırılır və mikroskop altında baxılır və spermatozoidin miqdarı təyin edilir. Kişi sonsuzluğunun səbəbi aşkar edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
504) Oliqospermiya nədir?
A) Eyakulyatın olmaması

B) Eyakulyatda spermatozoidlərin hərəkətsiz olması

C) Eyakulyatda spermatozoidlərin olmaması

D) Eyakulyatda yetkin spermatozoidlərin olmaması

E) Eyakulyatda spermatozoidlərin sayının (miqdarının) azalması
Kimyəvi və termiki faktorlardan ,alkoqolizmdən, neyroendokrin pozğunluqlardan və s. asılı olaraq spermatogenez prosesi pozulur və onların sayı azalır.

$$
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146


505) Nekrospermiya nədir?
A) Eyakulyatda hərəkətli spermatozoidlərin olmaması

B) Eyakulyatda spermatozoidlərin sayının az olması

C) Eyakulyatın olmaması

D) Eyakulyatda yetkin spermatozoidlərin olmaması

E) Eyakulyatda spermatozoidlərin olmaması
Kişi sonsuzluğunun əsas səbəblərindən biri hərəkətli spermatozoidlərin olmamasıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
506) Aşağıdakı təriflərdən hansı kistaya uyğun gəlir?
A) Ətraf toxumaların dağılmasına gətirir

B) Mayenin ləngiməsi nəticəsində əmələ gələn boşluq

C) Ölçüləri siklik olaraq böyüyür

D) Keyfiyyətcə dəyişmiş hüceyrələrdən əmələ gəlir

E) Toxumaların patoloji böyüməsi
Patoloji proses nəticəsində sekresiya məhsulunun artıq hissəsi boşluqlara dolur və buna cinsiyyət sisteminin müxtəlif nahiyyələrində rast gəlinir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 153
507) Endometrioz nədir?
A) Atreziyaya uğramış follikul

B) Boşluqda artıq mayenin toplanması

C) Miometriyanın hiperplaziyası

D) Hormonal asılı xəstəlik, endometriyanın heterotopiyası

E) Toxumaların patoloji artımı
Mioma kimi hormondan asılı xəstəlik sırasına daxildir. Uşaqlıqdan kənarda da əmələ gəlir. Yuvalardan ibarətdir. İçərisində tünd rəngli maye olur. Uşaqlıq divarının qalınlaşması hesabına böyük ölçüdə olur.Uşaqlıq boynunda da endometrioza rast gəlinir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
508) Hansı preparat hiperprolaktinemiya zamanı istifadə olunur?
A) Norkolut

B) Klomifen sitrat

C) Parlodel (bromkriptin)

D) Deksametazon

E) Hidrokortizon
Prolaktinin ifrazının çoxalması zamanı hipotalamus-hipofiz-yumurtalıqlar sistemində tənzimləmə pozulur. Bu müvazinəti tənzimləmək üçün parlodeldan istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 245; E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh 24
509) Hansı xəstəlik virus mənşəlidir?
A) Ureaplazmoz

B) Kandidoz

C) Genital herpes

D) Xlamidioz

E) Trixomonioz
Genital herpes virus mənşəlidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
510) Hansı xəstəlik virus mənşəli deyil?
A) QİÇS

B) Papillomavirus infeksiyası

C) Ureaplazmoz

D) Herpes

E) Sitomeqalovirus infeksiyası
Ureaplazmoz virus mənşəli deyil.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
511) Qadın cinsiyyət sisteminin vərəmi üçün hansı lokalizasiya ən xarakterikdir?
A) Yumurtalıqlar

B) Uşaqlıq yolu

C) Uşaqlıq boynu

D) Uşaqlıq boruları

E) Uşaqlıq
Uşaqlıq boruları əsasən vərəmə ikincili yoluxurlar. Bu isə sonsuzluğa gətirib çıxarır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 134
512) Süzənəyin inkubasion dövrü neçə gün çəkə bilər?
A) 2 ay

B) 25 gün

C) 40 gün

D) 1 ay


E) 7 gün
Spesifik qonokoklar tərəfindən törənir, cinsi yolla yayılaraq cinsiyyət sisteminin selikli qişasın zədələyir. İnkubasion dövr cəmi 1 həftə çəkə bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 117
513) Adneksitin başqa adı nədir?
A) Bartolinit

B) Endometrioz

C) Salpinqooforit

D) Proktit

E) Peritonit
Spesifik-qonokokk, vərəm mikobakteriyaları, qeyri spesifik -stafilokokk, streptokokk, bağırsaq çöpləri tərəfindən törədilən borular və yumurtalıqlara qalxan infeksiya uşaqlıqdan, limfogen yolla bağırsaqlardan, hemotogen yolla orqanizmin başqa ocaqlarından daxil olur və onlarda iltihabi prosesin ( uşaqlıq borusunun və yumurtalıqların iltihabının ) baş verməsinə səbəb olur. Bu isə orqanizmin ümumi vəziyyətindən və mikrobun formasından asılı olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
514) Endometriozlu xəstələrin əsas şikayəti nədir?
A) Oliqomenoreya, opsomenoreya

B) İrinli ifrazat

C) Aybaşının gecikməsi

D) Ağrı, qanaxma (aybaşıdan əvvəl və sonra)

E) Qaşınma, göynəmə
Uşaqlığın endometriyasının heterotopiyası ilə əlaqədar olaraq genital və ekstragenital lokalizasiyalı olub, uşaqlığın selikli qişasının funksiyasını xatırlatdığı üçün qadında aybaşıdan əvvəl və sonra qanlı ifrazat qeyd olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
515) Yumurtalığın apopleksiyası üçün hansı simptom xarakterik deyil?
A) Xarici qanaxma

B) Palpasiya vaxtı qarının ağrılı olması

C) Şötkin – Blyumberq əlamətinin “+” olması

D) Qəflətən əmələ gələn güclü ağrı

E) Soyuq tərin olması
Yetişmiş follikul ovulyasiyaya uğradığı vaxt yumurtalıq toxuması cırıldıqda bəzən qasıq nahiyəsində qəfildən kəskin ağrı qeyd olunur və daxili qanaxma baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 222
516) Uşaqlığı yığan preparatlar qrupuna nə aid deyil?
A) Dyufaston

B) Epsilon – aminokapron turşusu

C) Pituitrin

D) Stiptisin

E) Mammafizin
Disfunksional uşaqlıq qanaxmalarında hemostaz məqsədilə dyufaston təyin edilə bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh 272
517) Uşaqlığı yığan preparatlar qrupuna nə aiddir?
A) Follikulin

B) Estradiol - dipropionat

C) Mikrofollin

D) Oksitosin

E) Sinestrol
Bir çox xarici qanaxmalarda hipofizin arxa payının preparatlarından uşaqlıq əzələsinin yığılmasını stimulə etmək və qanaxmanı dayandırmaq məqsədi ilə istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh92-93
518) Hansı estrogenlərə aid deyil?
A) Follikulin

B) Preqnin

C) Estradioldipropionat

D) Sinestrol

E) Mikrofollin
Aybaşı siklinin II yarısında sarı cismin hipofunksiyası zamanı, disfunksional uşaqlıq qanaxmalarında təyin edilə bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh278
519) Hansı preparat ilə hestogen hemostozı aparmaq mümkündür?
A) Flaqil

B) Prodiqiozan

C) Mammofizin

D) Doksisiklin

E) Dyufaston
Hestogen hemostozı dyufastonla aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh.278
520) Aşağıdakı xəstəliklərdən hansı təxirəsalınmaz yardım tələb etmir?
A) Yumurtalığın retension kistaları

B) Şiş ayaqcığının burulması

C) Natamam abort

D) Yumurtalığın apopleksiyası

E) Uşaqlıqdan kənar hamiləlik
Aybaşı sikli ilə əlaqədar olaraq bəzən aybaşı tsiklinin fazalarına uyğun şişə bənzər, içərisi maye ilə dolu divarı nazik kistalar əmələ gəlir ki, bunlar ya öz-özünə partlayır, ya da müalicə ilə sorulurlar. Bəzi kistalar isə çox böyük olmadığı üçün xəstəni narahat etmir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 154
521) Aşağıda göstərilənlərdən hansı uşaqlıq yolunun şırınqalanması üçün əks-göstərişdir?
A) Artımların xroniki iltihabı

B) Uşaqlıq boynunun eroziyası

C) Endoservisit

D) Daxili cinsiyyət üzvlərinin kəskin iltihabı

E) Kolpit
Cinsiyyət üzvlərinin xəstəliklərində əsasən qalxan infeksiya cinsi yolla yayılır. Xəstəliyin gedişi xəstənin ümumi vəziyyətindən, mikrobun virulentliyindən asılı olduğu üçün klinik gedişi fərqlənir.Yerli və ümumi ginekoloji müalicə aparılır. Bəzi hallarda ( kəskin ) -yerli müalicə əks göstəriş sayılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 96
522) Uşaqlıq yolunun şırınqalanmasına aşağıdakılardan hansı əks- göstəriş deyil?
A) Uşaqlıq qanaxmaları

B) Daxili cinsiyyət üzvlərinin kəskin iltihabı

C) Aybaşı qanaxması

D) Kolpit

E) Hamiləlik
Uşaqlıq yolunun selikli qişasının iltihabı(kolpit)- stafilokokk, streptokokk, trixomonadalar və göbələklər tərəfindən törəndiyi üçün klinik gedişindən asılı olaraq ümumi və yerli müalicə təyin olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
523) Aşağıda göstrilən xəstəliklərdən hansında tampon müalicəsi məqsədə uyğun deyil?

1. Artımların iltihabı

2. Servisit

3. Kolpit

4. Uşaqlıq boynunun həqiqi eroziyası

5. Parametrit
A) 1,2

B) 1,3


C) 4,5

D) 1,5


E) 3,2
Cinsiyyət üzvlərinin xəstəliklərində əsasən də uşaqlıq boynunun eroziyası və parametritdə tampon müalicəsı məqsədə uyğun deyil.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
524) Göstərilən simptomlardan hansı boru abortu üçün xarakterik deyil?
A) Kəskin, tutma xarakterli ağrılar

B) Dəri örtüklərinin avazıması

C) Güclü xarici qanaxma

D) Aybaşının gecikməsi

E) Hamiləliyin şübhəli əlamətləri
Ginekologiyada özbaşına abortun bəzi formalarında, submukoz miomada,aybaşı pozğunluğunun bəzi hallarında, klimakterik dövrdə uşaqlıq qanaxması baş verir.Boru abortu üçün daxili qanaxma xarakterikdir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
525) Adneksit hansı üzvün iltihabı adlanır?
A) Xarici endometrioz

B) Uşaqlığın selikli qişasının iltihabı

C) Daxili endometrioz

D) Artımların iltihabı

E) Yumurtalığın parenximasına qansızma
Orqanizmin müqavimətinin aşağı düşməsi və infeksiyanın virulentliyinin artmasından asılı olaraq iltihabi proses boru və yumurtalığa yayılır. Abortlar, hidrotubasiya, pertubasiya, histerosalpinqoqrafiya, uşaqlığın selikli qişasının qaşınması buna səbəb ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
526) Adenomioz nəyə deyilir?
A) Yumurtalıq parenximasına qansızma

B) Endometriozun borularda lokalizasiyası

C) Artımların iltihabı

D) Endometriozun ekstragenital lokalizasiyası

E) Endometriozun uşaqlığın əzələ qatında lokalizasiyası
Endometriyanın heterotopiyası zamanı uşaqlıq boşluğundan kənarda selikli qişanın quruluş və funksiyasını xatırladan hal baş verir. Lokalizasiyasına görə genital və ekstragenital endometrioz ayırd edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
527) Sarı cisim hansı hormonu ifraz edir?
A) Prolaktin

B) Progesteron

C) Testosteron

D) Estrogen

E) Follikulin
Aybaşı pozğunluğunda aybaşı siklinin II yarısında sarı cismin hormonundan(progesteron) istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 80
528) Hansı faza uşaqlığın selikli qişasında baş verən aybaşı siklinin dəyişikliklərinə aid deyil?
A) Regenerasiya

B) Deskvamasiya

C) Proliferasiya

D) Ovulyasiya

E) Sekresiya
Aybaşı siklinin normal olması üçün ayda bir follikul yumurtalıqda inkişaf edir, yetişir və partlamaya məruz qalır. Bu vaxt yumurta hüceyrə xaric olur və döllənmə baş verir. Bu 14-cü günə (10-16-cı gün) təsadüf edir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 80
529) Qadın məsləhətxanasında qadınlara göstərilən ambulator mama – ginekoloji yardımın funksiyasına nə aid deyil?
A) Xəstələrin stasionar şəraitində müalicəsi

B) İşləyən qadınların sağlamlığının qorunmasında iştirak etmək

C) Ginekoloji xəstəliklərin aşkara çıxarılması və ambulator müalicəsi

D) Ginekoloji xəstələrə həkim tərəfindən təyin edilmiş təyinatların evdə yerinə yetirilməsi

E) Ginekoloji xəstələrin dispanser müşahidəsi və qeydiyyatı
Bəzi ginekoloji xəstəliklərdə planlı və təcili əməliyyat tələb edən hallarda qadınlar stasionara cəlb olunur və diaqnozdan asılı olaraq stasionar müalicəsi aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.24; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh 14-19
530) Ginekoloji stasionarda hansı şöbə olmur?
A) Cərrahi

B) Kosmetoloji

C) Konservativ

D) Qəbul


E) Fizioterapiya
İxtisaslaşmış ginekoloji yardımı yalnız mama ginekoloqlar göstərir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.27; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh21
531) Operativ ginekoloji şöbədə hansı xəstəliklər planlı şəkildə əməliyyat oluna bilər?
A) Pelvioperitonit

B) Uşaqlıqdan kənar hamiləlik

C) Uşaqlıq yolunun sallanması

D) Yumurtalığın apopleksiyası

E) Uşaqlığın perforasiyası
Cinsiyyət sisteminin bəzi nahiyələri doğuşdan sonra , ağır işlə əlaqədar olaraq öz normal vəziyyətini bərpa edə bilmir. Buna səbəb çanaq dibi əzələlərinin quruluş və funksiyasının pozulması, qarının ön divarının əzələlərinin boşalması, bağ aparatının zəifləməsidir ki,bu da qadında bəzi narahatçılıqlara gətirib çıxarır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.76
532) Konservativ ginekologiya şöbəsində hansı xəstəliklər müalicə oluna bilməz?
A) Uşaqlıq artımlarının iltihabı

B) Endometrit

C) Uşaqlıqdan kənar hamiləlik

D) Disfunksional uşaqlıq qanaxması

E) Uşaqlıq qanaxmaları
Mayalanmış döl yumurtasının uşaqlıqdan kənarda implantasiyası ağrı və daxili qanaxma ilə nəticələnir. Xəstənin vəziyyətindən asılı olaraq cərrahi əməliyyat tələb edir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
533) Ginekoloji stasionarda işləyən tibb bacısının vəzifəsinə nə aid deyil?
A) Tibb bacısının xarici görkəmi

B) Xəstənin vəziyyəti haqqında həkimi məlumatlandırmaq

C) Həkimin təyinatını dəqiq yerinə yetirmək

D) Bütün manipulyasiyaların ağrısız yerinə yetirilməsi

E) Aparılmış müayinələrin nəticəsini xəstəyə bildirmək
Şöbədə işləyən tibb bacısının xəstə ilə təmasda olarkən intim söhbət və müayinələrin nəticələri haqqında müzakirə aparmaq səlahiyyəti yoxdur. Çox hallarda səlahiyyət həkimindir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.298; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh21
534) Aşağıdakı hallardan hansı ağrını xarakterizə etmir?
A) Batıcı ağrı

B) Kəsici ağrı

C) Uçucu ağrı

D) Dartıcı ağrı

E) Tutma şəkilli ağrı
Ginekoloji xəstələrin şikayəti ağrı olsa da ağrının xarakterindən asılı olaraq müayinə və müalicə aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh33. E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh150
535) Ginekoloji xəstəliklərdə ağrı hansı nahiyələrə yayıla bilməz?
A) Sol və sağ qasıq nahiyəsinə

B) Körpücükaltı nahiyəyə

C) Ağciyərlərə

D) Qarının aşağı hissəsinə

E) Omaya

Döş qəfəsi üzvlərinin bəzi xəstəliklərində ağrı ona yaxın nahiyəyə irradiasiya edir.


Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.33; E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh150
Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə