Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?



Yüklə 2,08 Mb.
səhifə10/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

448) Doğum evinə 3.06.10-cu ildə33 yaşlı hamilə qadın sancılarla daxil olur.Axırıncı aybaşı 17.09.09-cu ildə olub. Ümumi vəziyyəti kafidir,A/T- 120/80 , nəbz-74 v. QM.-da qeydiyyatdadır, psixoprofilaktika aparılıb. Hamiləliyin 1-ci yarısının toksikozu,2-ci yarısında aşağı ətraflarda azacıq ödem olub. Qarnı oval formada ,döl boylama vəziyyətdə ,baş gəlişidir, dölyanı maye axmayıb,canağın ölçüləri26-30-33-20. Dölün təxmini çəkisi-3400 qr.D-1 ,A-1 (uşaqlıq boşluğu 2 dəfə qaşınıb, abortdan sonra iltihabi proses keçirib). Daxili müayindəuşaqlıq boynu tam açıqdır, su kisəsi süni açıiır ,1,5 litr təmiz dölyanı maye axır,döi doğulduqdan sonra isə 2 litr arxa sular xaric olur.Qanaxma başlayır , vena daxilinə 5%- li qlyukoza ilə metilerqometrin yeridilir. Cift xaric olmayıb. Doğuş zamanı qanaxmanın səbəbi nə ola bilər?
A) Ciftin tam bitişməsi

B) Ciftin hissəvi ayrılması

C) Çox döllülük

D) Döl köndələn vəziyətdədir

E) Çoxsululuq
Dax. müayinədə-uşaqlıq boynu tam açıqdırsa , su kisəsi süni açıiır və 1,5 litr təmiz dölyanı maye əvvəl ,döl doğulduqdan sonra da 2 litr arxa sular xaric olursa vena daxilinə 5% li qlyükoza ilə metilerqometrin yeridilir , çünki çift xaric olmadığı üçün qanaxmanın dayanmamasına səbəb ciftin hissəvi ayrılması ola bilər . Bu zaman ciftin uşaqlıq boşluğundan əllə xaric edilməsi və qanaxmanın dayandırılması üçün mamanın həkimin yardımına ehtiyacı olur.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
449) Doğum evinə 1.10.11-ci ildə 24 yaşlı hamilə qadın doğum sancıları və dölyanı mayenin axması şikayəti ilə daxil olub.Axırıncı aybaşısı1-ci ayın əvvəlində olub. A-1, dölun ilk tərpənməsini iyunun ortasında hiss edib, qarnı oval formadadır,döl boylama vəziyyətdədir, gələcək hissə iri,yumşaq ,sağrıdır.Dölun ürək döyünməsi pis eşidilir. A/T 120/80 , nəbz 100 v, t-37,6-dır. Çanağın ölçüləri 25-28-30-20. Solovyev ind.-14 sm-dir. Daxili müayinədə uşaqlıq boynu 2 sm açıqdır, su kisəsi yoxdur, çirkli, mekonium qarışıq dölyanı maye axır,daxili dəlik nahiyəsində yumşaq hissə əllənir. Mamanın taktikası nədən ibarətdir?
A) Doğuşu aktiv , ancaq tələsmədən təbii yolla idarə etməli

B) Hipoksiyaya və qanaxmaya qarşı profilaktika aparmalı,

C) 2-ci dövru Sovyanov üsulu ilə idarə etmək

D) Doğuşu aktiv,doğum fəaliyyətinə və dölun urək döyünməsinə ciddi nəzarətlə aparmalı

E) Əməliyyat olunmalı
Doğan qadının temperaturasının 37,6 olması və doğuş zamanı endometritin başlanması bir cox ağırlaşmaya (sancı və guc zəifliyinə, dölun hipoksiyasına və onun infeksiyasına, hipotonik qanaxmaya, zahılıq dövrunun septiki xəstəliklərinə) səbəb ola bilər Ona görə də butun bunlar, nəzərə alaraq ana və döl üçün təhlukəni aradan qaldırmaq məqsədi ilə Keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
450) Doğum evinə20.12.10 –cu ildə 35 yaşlı təkrari hamilə qadın ardıcıl doğum sancıları ilə daxil olur.Axırıncı aybaşı 17.03.10-cu ildə olub. QM-da olmayıb.Pəhriz saxlamayıb.Aşağı ətraflarında azacıq şişkinlik var.A/T 110/70 ,nəbz-68 v. Qarnı oval formadadır,döl boylama vəziyyətdədir, baş çanaq girəcəyinə söykənib, dölün təxmini çəkisi 4000-4200 qr. Urək döyünməsi yaxşı eşidilir.Vasten əlaməti zəif müsbətdir. Çanağın ölçüləri normaldır. Daxili müayinə-uşaqlıq boynu qısalıb,1sm açıqlıq var,su kisəsi yoxdur,gələcək hissə çox yuxarıdadır.Söhbət nədən gedir və mamanın taktikası nədən ibarət olmalıdır?
A) Doğum zəifliyi,profilaktik tədbir

B) Anatomik dar çanaq

C) Klinik dar canaq,əməliyyat üçün həkim çağırmaq

D) İri döl,güc zəifliyi,doğuşu idarə etmək

E) Çox döllülük,su kisəsini süni açmaq
Daxili müayinə-uşaqlıq boynu qısalıb,1sm açıqlıq var,su kisəsi yoxdur,gələcək hissə çox yuxarıdadır ,Vasten əlaməti zəif müsbətdir,döl iri və dölyanı mayedə axmışsa ,anaya diri uşaq vermək üçün mama söhbətin klinik dar çanaqdan getdiyini başa düşür ( yəni başla çanaq arasında uyğunsuzluq və doğuş təbii doğum yolu ilə mumkun deyil) əməliyyatın vacib oimasını anaya başa salır və həkim çağırır.Əməliyyat qərarını isə mama deyil həkim verir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
451) Doğum evinə 3.01.11-ci ildə 28 yaşlı hamilə qadın qanaxma ilə daxil olur. Axırıncı aybaşısı 8 ay əvvəl olub (dəqiq tarix bilmir).Çanaq girəcəyi uzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun urək döyunməsi zəif eşidilir Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdır. Söhbət nədən gedir.?
A) Köndələn vəziyyət, normal ciftin vaxtından qabaq ayrılması

B) Köndələn vəziyyət, patoloji cift gəlişi

C) Yarımçıq doğuş təhlukəsi

D) Ciftin hissəvi ayrılması

E) Uşaqlığın cırılma təhlukəsi
Çanaq girəcəyi uzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun urək döyunməsi zəif eşidilir Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdırsa,söhbət 36 həftəlik hamiləlik ,dölün köndələn vəziyyəti, normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması, dölün bətndaxili hipoksiyası təhlükəsindən getdiyi üçün ana və dölün həyatını qurtarmaq üçün keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
452) Doğum evinə 29 yaşlı qadın içərisində qovucuqlar olan tünd rəngli qanlı ifrazatın olması şikayəti ilə daxil olub. Axırıncı aybaşısına görə 20 həftəlik hamilədir. QM-da qeydiyyatdadır. Ümumi vəziyyəti kafidir. Uşaqlığın dibi göbək bərabərindədir,əllədikdə konsistensiyası çox yumşaqdır ( xamırvari) ,dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir, ana tərpənməyini hiss etmir.Söhbət hansı patologiyadan gedir?
A) Vaxtından qabaq doğuş

B) Xorionepitelioma

C) Gecikmiş hestoz

D) Beçəxor

E) Gecikmiş düşük təhlükəsi
Uşaqlığın dibi göbək bərabərindədir,əllədikdə konsistensiyası çox yumşaq, (dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir,ana tərpənməyini hiss etmirsə) bunlar göstərir ki,uşaqlıq 24 həftəlik hamiləliyə uyğun gəlir, yəni hamiləliyin muddətinə uyğun deyil (böyükdür) və ifrazat qanlı, içərisində qovucuqlar da varsa deməli söhbət beçəxordan gedir .Qadının uşaqlığı beçəxordan azad edilməli və o, QM -da dispanser müşahidəsinə götürülməlidir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
453) Doğum evinə 32 yaşlı qadın 33 həftəlik hamiləliklə qarnının aşağı hissəsində və belində sancı şəkilli ağrılarla daxil olub.(ağır əşya qaldırıb). UDH-30-sm, QD-80-sm. Dölün vəziyyəti boylamadır, gələcək hissə baş çanaq girəcəyi üzərində hərəkətlidir, dölün ürək döyunməsi 1 dəq.130v. Uşaqlıq tonusdadır. Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır. Daxili müayinədə uşaqlıq boynu 2-sm açıqdır. Söhbət nədən gedir? Dölün təxmini çəkisi neçə qr?
A) Gecikmiş düşük təhlükəsi

B) Vaxtından qabaq doğuş, 2400-qr

C) Dölün asfiksiyası

D) Doğum fəaliyyətinin anomaliyası

E) Normal doğuş , 2400qr.
Uşaqlıq tonusdadır.Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır.Daxili müayinədə uşaqlıq boynu 2-sm açıqdır və UDH-30-sm, QD-80-sm deməli, qadında vaxtından qabaq doğuş başlayıb, dölün təxmini çəkisi 2400qr (30х80=2400qr) . Dölyanı maye axırsa, dölün hipoksiyasina qarşı profilaktika aparmalı və doğuşu adi qaydada idarə etməli.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
454) Evdə 22 yaşlı hamilə qadında tezləşmiş doğum fəaliyyəti başladığı üçün təcili yardıma müraciət edir. (QM-da çoxdöllü hamiləliklə qeydiyyatdadır) TY gələnə kimi 1-ci döl baş gəlişində, diri doğulur, qan axma başlayır. 2-ci döl sağrı gəlişindədir, ürək döyünməsi 1dəq.100 v, bu zaman hansı ağırlaşmadan söhbət gedə bilər?
A) Qanaxma 2-ci dölün diri doğulması üçün təhlükə riski yaradır

B) Son və zahılıq dövrünün qanaxması ola bilər

C) 2-ci dölün cifti vaxtından qabaq ayrılıb

D) Bətn daxilindəki döldə hipoksiya təhlükəsi var

E) Sadalananların hamısı

Təcili yardımdakı mama mutləq qadının ümumi vəziyyətinə nəzarət etməli, 2-ci döl sağrı gəlişində, ürək döyünməsi 1dəq.100v.-sa, qan axma da başlayıbsa , onda 2-ci dölun ciftinin vaxtından qabaq ayrılması bətn daxilindəki döldə hipoksiya təhlükəsi yaradır , mama Sovyanov üsulundan istifadə edərək 2-ci dölü azad etməli , bundan sonra qanaxmanın qarşısını almaq üçün tədbirlər görməli , sonra 2-ci döllə məşğul oimalıdır.Uşaqlığı yığan preparatlardan istifadə etməli .Doğmuş qadını və əkizləri doğum evinə gətirib II mamalıq şöbəsinə qəbulunu təmin etməlidir.


Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991

Bölmə 2. Ginekologiya
455) Əsas ginekoloji müayinə üsullarına hansı aiddir?
A) Güzgülərlə müayinə

B) Gülləvari maşalarla müayinə

C) Sitoloji müayinə

D) Bakterioskopik müayinə

E) Aspirasion biopsiya
Güzgülərlə müayinə uşaqlıq yolu müayinəsindən əvvəl aparılır, çünki bu zaman patoloji prosesin mənzərəsinin dəyişməsi mümkündür (şişin dağılması, polipin qanaması). Güzgülərlə müayinə zamanı bakterioskopik və sitoloji müayinə üçün yaxmalar götürülür. Uşaqlıq boynu nəzərdən keçirilir, çapıqların forması, yaralar, svişlər, poliplər aşkar edilir. İfrazatın xarakteri (irinli, qanlı) müəyyən edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
456) Uşaqlığın əzələsi neçə qatdan ibarətdir?
A) 1

B) 4


C) 3

D) 5


E) 2
Uşaqlığın ən möhkəm qatı olub, qan damarları ilə zəngindir. I xarici – boylama, II çəp və dairəvi, III daxili- boylama liflərdən təşkil olunub.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991 səh. 12
457) Normada yumurtalığın qalınliğı neçə sm olmalıdır?
A) 2-2

B) 3-4 sm

C) 4-5 sm

D) 1,0-1,5sm

E) 2-3 sm
Normada yumurtalığın qalınlığı 1,0-1,5sm olur
Ədəbiyyat: В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991 səh. 16
458) Rentgenoloji müayinə üsullarına hansı aiddir?
A) Kolposkopiya

B) Historosalpinqoqrafiya

C) Laporoskopiya

D) Historoskopiya

E) Kuldoskopiya
Uşaqlıq borularının keçiriciliyini təyin etmək üçün aparılır və çox vaxt sonsuzluğun müayinəsində istifadə edilir. Uşaqlıq boşluğuna 25 ml kontrast maddə (yodolipol, veroqrafin, kardiotrast və s.) daxil edilir, rentgen şəkli çəkilir və patoloji ocaq aşkar edilir. (submukoz mioma, inkişaf qüsuru, sinexiya və s.)
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 59
459) Uşaqlığın artımlarına nə aiddir?
A) Borular və periton qişası

B) Yumurtalıqlar və uşaqlıq boynu

C) Yumurtalıqlar

D) Borular və yumurtalıqlar

E) Uşaqlıq boynu və borular
Enli bağın arxa vərəqində yumurtalıqlar yerləşir, yuxarı hissəsindən isə borular keçir. Bu üzvlərin qadın orqanizmində rolu böyükdür.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
460) Yumurtalıq tsiklinin III fazasında hansı hormon ifraz olunur?
A) Testesteron

B) Estrogen

C) Kortizol

D) Progesteron

E) Prolaktin
Aybaşının yumurtalıq siklində 1) follikul yetişir, 2)ovulyasiya fazası olur, 3)sarı cisim əmələ gəlir. Aybaşı siklinin II yarısında progesteronun səviyyəsi qalxır. Bunun hesabına uşaqlığın selikli qişası sekresiya fazasında olduğu üçün hamilə qalma şansı qadınlarda çox olur. Hamiləlik zamanı progesteron uşaqlığın tonusunu aşağı salır, estrogenlərlə birlikdə döş vəzisini süd ifrazına hazırlayır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 82
461) Aşağıdakı xəstəliklərin hansında uşaqlıq yolu şırınqa edilir?
A) Mioma

B) Retension kistalar

C) Peritonit

D) Kolpit

E) Salpingit
Orqanizmin hormonal pozğunluqlarında, yumurtalıqların hipofunksiyası zamanı, postmenopauza dövründə, şəxsi gigiyena qaydalarına riayət etmədikdə uşaqlıq yolu möhtəviyyatının təmizliyi pozulur və nəticədə iltihabi xəstəlik əmələ gəlir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
462) Uşaqlıq yolunun olmamasına nə deyilir?
A) Disgeneziya

B) Atreziya

C) Kolpit

D) Vaginit

E) Aplaziya
Uşaqlıq yolunun aplaziyası bətndaxili mezodermal axarların inkişafının pozulması zamanı əmələ gəlir. Cinsi həyatın mumkun olmaması müşahidə olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 68
463) Amenoreya nədir?
A) Aybaşı günlərinin azalması

B) Aybaşının 1 ay və daha çox olmaması

C) Aybaşının 6 ay və daha çox olmaması

D) Aybaşının 2 ay və daha çox olmaması

E) Aybaşının zəifləməsi
Aybaşı tsikli qadının bütün orqanizmində baş verən periodik təkrar olunan dəyişiklik olsa da, o özünü cinsiyyət sistemində daha kəskin göstərir. Aybaşının olmaması bir çox iltihabi xəstəliklərlə əlaqədar ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
464) Menorragiya nədir?
A) Asiklik - aybaşı tsikli ilə bağlı olmayan qanaxmalar

B) Ağrılı aybaşılar

C) Aybaşı zamanı qan itkisinin normadan artıq olması

D) Anovulyator qanaxmalar

E) Aybaşı qanaxmasının azalması
Menorragiya -müntəzəm intervallarla təkrar olunan intensiv uşaqlıq qanaxması nəzərdə tutulur. Aybaşı zamanı qan itkisi normadan artıq olur (7gündən artıq davam edir).
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
465) Metrorragiya nədir?
A) Aybaşı qanaxmasının azalması

B) Anovulyator

C) Ağrılı aybaşılar

D) Normal aybaşı tsikli ilə əlaqəli olmayan qanaxmalar

E) Aybaşı tsikli ilə əlaqəli olan qanaxmalar
Hər hansı bir səbəbdən normal aybaşı tsikli ilə əlaqəli olmayan qanaxmalar , anovulyator və ya disfunksional uşaqlıq qanaxmaları, bəzən isə şiş xəstəliklərinin simptomu ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 90
466) Ginekoloji xəstələrin əlavə müayinə üsullarına hansı aiddir?
A) Xarici cinsiyyət orqanlarını nəzərdən keçirmək

B) Anamnezin toplanması

C) Bimanual (iki əllə) müayinə

D) Güzgülərlə müayinə

E) Sitoloji müayinə
Sağlam qadınlarda profilaktik məqsədlə şişönü xəstəliklərin erkən diaqnostikasını aparmaq məqsədilə yaxma götürülür. Atipik hüceyrələr tapılarsa, həmin qadınlarda biopsiya və uşaqlığın diaqnostik qaşınması aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 52
467) Uşaqlığın uzunluğu neçə sm - dir?
A) 5 sm

B) 12 sm


C) 7-8 sm

D) 6 sm


E) 10 sm
Uşaqlıq armudşəkilli, boşluqlu üzvdür, kiçik çanağın mərkəzində yerləşir və onun uzunluğu zondla 7-8 sm-dir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 12
468) Aşağıda göstərilənlərdən hansı süzənəyin provokasiya üsuluna aid deyil?
A) Seroloji üsul

B) Termiki üsul

C) Fizioloji üsul

D) Kimyəvi üsul

E) Bioloji üsul
Dəri-zöhrəvi xəstəliklərə şübhə olduqda qanın seroloji reaksiyası aparılır (Vasserman reaksiyası).
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 117
469) Süzənəyə qadın cinsiyyət sisteminin hansı şöbəsi daha çox məruz qalır?
A) Servikal kanal

B) Uşaqlıq və uşaqlıq boynu

C) Vulva və uşaqlıq yolu

D) Uşaqlıq yolu və artımlar

E) Artımlar və uşaqlıq
Spesifik infeksion törədici cinsi yolla keçəcək qadının sidik-cinsiyyət sisteminin selikli qışasını zədələyir. Ən çox isə sidik kanalı və uşaqlıq boynunun selikli qişası zədələnir. Uretra və servikal kanal daha çox süzənəyə məruz qalır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 119
470) Aşağıdakılardan hansı adətən süzənək mənşəli qadın sonsuzluğuna səbəb olur?
A) Yuvenil qanaxmalar

B) Vulvovaginit

C) Alqodismenoreya

D) Süzənəkli salpinqooforit

E) Endoservisit, kolpit
Süzənəkli salpingit zamanı iki tərəfli boruların selikli qişası zədələnir, onların keçiriciliyi pozulur və sonsuzluğa səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 123
471) Yuvenil qanaxmalar adətən hansı səbəblərdən baş verə bilər?
A) Vulvit

B) Stress

C) Uşaqlıq mioması

D) Kolpit

E) Şereşevski – Terner sindromu
Qızlarda baş verən qanaxmalar onların fiziki və zehni işlə məşğul olduqları zaman əsəb sistemi ilə əlaqədar olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 232
472) Postkastrasion sindrom hansı əməliyyatdan sonra əmələ gəlir?
A) Uşaqlığın çıxarılması

B) Yumurtalıqların çıxarılması

C) Uşaqlığın amputasiyası

D) Yumurtalıqların rezeksiyası

E) Uşaqlıq boynunun çıxarılması

Bəzi patoloji hallardan asılı olaraq yumurtalıqlar cərrahiyyə əməliyyatı ilə orqanizmdən xaric edilir və bu zaman qadınlarda baş ağrısı, ürək bulanma, qusma, istilik hissi, yorğunluq, yaddaşın zəifləməsi, depressiya və s.qeyd olunur.


Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 94
473) Alqodismenoreya nədir?
A) Aybaşı arası qanlı ifrazat

B) Qısa müddətli, cüzi aybaşı

C) Asiklik qanaxma

D) Aybaşı ilə bağlı olmayan qanaxma

E) Ağrılı aybaşı
Bəzi qız uşaqlarında və qadınlarda aybaşı zamanı qarının aşağı hissəsində bir çox səbəblərdən asılı olan ağrılar olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 92
474) Xorionepitelioma nədən sonra əmələ gəlir?
A) Sürətli doğuşdan

B) Uşaqlıqdan kənar hamiləlik

C) Beçəxordan

D) Endometriozdan

E) Keçirilmiş endometritdən
Hamiləlik zamanı – xorion liflərinin nizamsız düzülüşü nəticəsində içərisi maye ilə dolu qovuqcuqlar əmələ gəlir və desidual qişaya yayılır. Üzüm salxımını xatırladır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 197
475) Aspermiya nədir?
A) Eyakulyatda spermatozoidlərin miqdarının az olması

B) Eyakulyatın olmaması

C) Eyakulyatda yetkin spermatozoidlərin olmaması

D) Eyakulyatda spermatozoidlərin olmaması

E) Eyakulyatda spermatozoidlərin hərəkətsiz olması
Toxum çıxaran axacağın və spermanın xaric olmasına mane olan xayaların artımlarının çapıqlı dəyişiklikləri aspermiyaya səbəb olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
476) Yumurtalığın eni nə qədərdir?
A) 2 – 2,5 sm

B) 5 - 5,5 sm

C) 4,5 – 5 sm

D) 1,5 – 2 sm

E) 3,5 – 4 sm
Yumurtalıqlar qoşa üzvdür, hər ay bir follikul yetişərək mayalanmağa qabil hüceyrə əmələ gətirir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
477) Uşaqlıqdan kənar hamiləliyin daha çox lokalizasiya yeri haradır?
A) Yumurtalıq

B) Uşaqlıq borusu

C) Uşaqlıq boynu

D) Qarın boşluğu

E) Rudimentar buynuz
Mayalanmış döl yumurtası bir çox səbəblərdən uşaqlığa düşə bilmir və ən çox uşaqlıq borusunun müxtəlif nahiyələrində implantasiya olaraq qalır (98,5%) və boru hamiləliyi baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
478) Aşağıdakı səbəblərdən hansı xarici cinsiyyət üzvlərinin zədələnməsinə səbəb ola bilər?
A) Laporoskopiya

B) Doğuş


C) Piosalpinksin deşilməsi

D) Abort


E) Başın uzun müddət çanaq boşluğunda ləngiməsi
Doğuş uşaqlıq boşluğundan dölün və sonun qovulmasından ibarət fizioloji prosesdir. Fizioloji doğuş orta hesabla 10 mamalıq ayından sonra baş verir. Yetişmiş döl ana bətnindən xaricdə yaşamağa qadir olur.Çox vaxt aralığın tamlığı pozulur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 205
479) Birincili sonsuzluq nəyə deyilir?
A) Qadın bir neçə dəfə uşaq salarsa

B) Qadın abort etdikdən sonra 1 il müddətində hamilə qalmazsa

C) Qadın uşaqlıqdan kənar hamiləlikdən sonra hamilə qalmırsa

D) Qadın 1 il müddətində heç hamilə qalmayıbsa

E) Qadında1 il ərzində doğuş olmayıbsa
60-70% qadın sonsuzluğu müxtəlif səbəblərdən baş verir. 1 il ərzində cinsi əlaqədə olan qadında hamiləlik baş vermirsə, birincili sonsuzluqdan danışmaq olar.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
480) İkincili sonsuzluq dedikdə nə nəzərdə tutulur?
A) Sonsuzluq müalicədən sonra davam edirsə

B) 1 il müddətində hamilə qalmayıbsa

C) Sonsuzluq doğuşdan, uşaqsalmadan və ya uşaqlıqdan kənar hamiləlikdən sonra baş veribsə

D) Sonsuzluq iltihabi xəstəlikdən sonra əmələ gəlibsə

E) Sonsuzluq doğuşdan sonra baş veribsə
Doğmuş qadının orqanizminin hər hansı bir səbəbdən zəifləməsi, immunitetinin aşağı düşməsi, mikrobun virulentliyindən asılı olaraq, iltihabi proses baş verərsə bu bəzən ikincili sonsuzluğa səbəb ola bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
481) Yumurtalığın uzunluğu nə qədərdir?
A) 2,5 – 3 sm

B) 2 – 2,5 sm

C) 4,5 – 5 sm

D) 3,5 – 4 sm

E) 5 – 5, 5 sm
Badam şəkillidir, epitel, ağlı qişa, beyin və qabıq qatdan ibarətdir. Funksiyası cinsi hormon ifraz etməkdir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
482) Uşaqlıq miomasına hansı aiddir?
A) Daxili

B) Ekstragenital

C) Subseroz

D) Kista


E) Ekstrakorporal
Uşaqlığın əzələ qatının hiperplaziyası ilə əlaqədar hormonal mənşəli dəyişiklik gedir. Xoşxassəli şiş- mioma əmələ gəlir və inkişafından asılı olaraq qarın boşluğuna doğru böyüyə bilər. Bəzən isə düyünlü- forması olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 160
483) Uşaqlıq boynunun müayinəsi üçün hansı üsul istifadə olunur?
A) Laporoskopiya

B) Histeroskopiya

C) Histerosalpinqoqrafiya

D) Hidrotubasiya

E) Kolposkopiya
Uşaqlıq boynunun xəstəliklərinə şübhə olan hallarda ona kolposkopla baxmaq ( 10-30 dəfə böyüdülməsi) və lazım gələrsə biopsiya materialının götürülməsi üçün əlavə müayinə üsuludur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 53
484) Aşağıdakı simptomlardan hansı uşaqlıq miomasının obyektiv simptomlarına aid deyildir?
A) Amenoreya

B) Kələkötürlülük

C) Qonşu orqanların funksiyasının pozulması

D) Uşaqlığın deformasiyası

E) Uşaqlığın böyüməsi
Amenoreya – 6 ay və ya uzun müddət menstruasiyanın olmamasıdır. Yalançı və həqiqi amenoreya fərqləndirilir. Həqiqi amenoreyada yumurtalıqda və bütün orqanizmdə tsiklik dəyişikliklər baş vermir. Yalançı amenoreyada isə dəyişiklik baş verir, lakin mensturasiya qanı mexaniki maneə olduğu üçün xaricə çıxa bilmir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
485) Qızlarda disfunksional uşaqlıq qanaxmalarına nə deyilir?
A) Amenoreya

B) Yuvenil

C) Metrorraqiya

D) Menorraqiya

E) Alqodismenoreya
Stres, fiziki gərginlik, xroniki iltihabi xəstəliklər qız uşaqlarında aybaşının pozulmasına- qanaxmalara səbəb olur ki, buna “Yuvenil” qanaxma deyilir. Belə qanaxma follikulun atreziyası, persistensiyası zamanı baş verir. Bu qanaxma 1,5-2 ay çəkə bilər və qan azlığına səbəb olar.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 232
486) Nə rentgenoloji üsula aid deyil?
A) Vaginoqrafiya

B) Histeroskopiya

C) Kompyuter tomoqrafiyası

D) Pnevmopelvioqrafiya

E) Histeosalpinqoqrafiya
Diaqnozu dəqiqləşdirmək, uşaqlığın selikli qişasının qalınlaşmasına nəzarət, polipləri aşkar etmək üçün aparılan müayinə üsuludur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 60


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə