Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Ginekoloji xəstələrdən anemnez toplayarkən nə əsas götürülmür?



Yüklə 2,08 Mb.
səhifə12/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

536) Ginekoloji xəstələrdən anemnez toplayarkən nə əsas götürülmür?
A) Aybaşı funksiyasının xarakteri

B) Xəstənin necə geyinməsi

C) Keçirilmiş olan ümumi xəstəliklər

D) Keçirilmiş ginekoloji xəstəliklər

E) Qonşu orqanların funksiyası
Qadın məsləhətxanasında, ginekoloji şöbəyə müraciət edən qadınlar istədikləri kimi geyinib gələ bilərlər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.33
537) Ümumi müayinə üsullarına nə aid deyil?
A) Aykultasiya (qulaq asma)

B) Perkussiya (döyəcləmə)

C) Baxış

D) Güzgülərlə müayinə

E) Palpasiya (əlləmə)
Daxili ( uşaqlıq yolu) müayinədən əvvəl, mütləq, uşaqlıq boynunun müayinəsini aparmaq üçün xüsusi müayinə üsulundan ( güzgülərdən) istifadə edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
538) Aşağıdakılardan hansı əlavə müayinə üsuluna aid deyil?
A) Kolposkopiya

B) Endoskopik müayinə

C) Güzgülərlə müyinə

D) Qarın boşluğunun punksiyası

E) Ultra səs müayinə
Ginekologiyada diaqnostika və müalicə məqsədi ilə bəzi alətlərdən(güzgülərdən) istifadə edilir. Bunun üçün aseptika və antiseptika qaydalarına ciddi riayət edilməlidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
539) Uşaqlıq boynunun yumşalması hansı halda baş verir?
A) Şişlər

B) Endometrioz

C) Hamiləlik

D) İltihabi xəstəliklər

E) Fibromioma
Yumurta hüceyrəsinin mayalanması aybaşı siklinin 14-cü gününə (10-16-ci gün) təsadüf edir və mayalanmış döl yumurtası uşaqlığın daxili səthinə implantasiya olur. Bu vaxt uşaqlıq boynunda və uşaqlıqda yumşalma baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.49
540) Uşaqlıq yolunun neçə təmizlik dərəcəsi təyin edilir?
A) 1

B) 2


C) 0

D) 4


E) 3
.Uşaqlıq yolu mikro florası onu xarici infeksiyadan qoruyur. Belə ki, onun öz-özünü təmizləmə xüsusiyyəti var. Orqanizmin müqavimətindən ,mikrobun virulentliyindən və uşaqlıq yolunun reaksiyasının dəyişməsindən asılı olaraq iltihabi proses baş verir.4 təmizlik dərəcəsi var.

Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 10-11


541) Uşaqlığı nə vaxt zondlamaq olmaz?
A) I və II dərəcəli təmizlik dərəcəsi olarsa

B) Natamam abort

C) Klimakterik qanaxma

D) Hamiləlik vaxtı

E) Disfunksional uşaqlıq qanaxması
Mayalanmış döl yumurtası uşaqlığa implantasiya olduqdan sonra qadının orqanizmində bəzi fizioloji dəyişikliklər baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.52
542) Uşaqlıq və uşaqlıq yolu anomaliyalarına nə aid deyil?
A) Bir və iki buynuzlu uşaqlıq

B) Uşaqlıq və uşaqlıq yolunun aplaziyası və atreziyası

C) Qoşa uşaqlıq və uşaqlıq yolu

D) Uşaqlıq və uşaqlıq yolunun düzgün olmayan vəziyyəti

E) Genital infantilizm
Daxili cinsiyyət üzvləri bəzi səbəblərdən öz anatomik vəziyyətini üfüqi və şaquli vəziyyətdə dəyişir. Eyni zamanda üzvün qat və şöbələri də bir-birinə nisbətən dəyişikliyə məruz qala bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 73
543) Uşaqlıq yolunun arxa divarının düşməsi və sallanmasının klinik simptomuna nə aid deyil?
A) Qonşu orqanların funksiyasının pozulması

B) Əmək qabiliyyətinin aşağı düşməsi

C) Trofik yara

D) Oma nahiyəsində ağrı və ağırlıq simptomunun olması

E) Tez –tez ağrılı sidik ifrazı
Uşaqlığın (sallanmasında) boynunda surtunmə nəticəsində yara əmələ gəlir. Çox zaman yaşlı qadınlarda müşahidə olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 76
544) Cərrahi əməliyyatdan sonra yara nahiyəsində hansı ağırlaşma ola bilməz?
A) Tikişlərin sökülməsi

B) İnfiltrat

C) Temperaturun qalxması

D) Hematoma

E) Qanaxma
Cərrahi əməliyyatdan sonra yara nahiyəsinə ciddi nəzarət edilir və orada ağırlaşmaların olmaması üçün sağrı materialının təmizliyinə ciddi riayət edilməlidir. Temperatur səhər, axşam ölçülüb xəstəlik vərəqinə qeyd edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh291
545) Əməliyyatdan sonra ağırlaşmaların profilaktikasına nə aid deyil?
A) Anamnezin toplanması

B) Əməliyyatdan sonra antibakterial terapiya

C) Toxumalarla ehtiyatlı davranmaq

D) Əməliyyat vaxtı hemostazın sabit saxlanılması

E) Aseptika qaydalarına riayət etmək
Ginekoloji şöbəyə daxil olan hər bir xəstə ilə həkim sorğu-sual aparır. Əldə etdiyi məlumatları xəstəlik vərəqinə qeyd edir, müayinə və müalicə taktikası seçilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
546) Ginekoloji əməliyyatdan sonra tibb bacısı nəyə fikir verməlidir?
A) Tənəffüsə

B) Sağrının vəziyyətinə

C) Uşaqlıq yolu ifrazatına

D) Nəbzə


E) Hamısına
Cərrahi əməliyyatdan sonra xəstə intensiv-reanimasiya şöbəsinə köçdükdə onun vəziyyətinə nəzarət olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
547) Məcburi muayinə üsullarına nə aid deyil?
A) Laborator müayinə

B) Qarın boşluğunun punksiyası

C) Anamnez toplamaq

D) Ultrasəs müayinısi

E) Ümumi müayinə
Şöbəyə daxil olan ginekoloji xəstələrlə həkim sorğu-sual aparır, lazım olan müayinələr aparılırr, diaqnoz qoyulur və müalicə taktikası seçilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.42
548) Cərrahi blokda işləyən tibb bacısının işinə nə daxil deyil?
A) Yun paltarla və baxilsiz cərrahi bloka daxil olmur

B) Kənar əşyaların cərrahi bloka gətirilməsinə yol vermir

C) Yuxarı tənəffüs yollarının iltihabında cərrahi bloka daxil olmur

D) Əməliyyata uyğun alətləri hazırlayır

E) Əməliyyat sahəsini işləyir
Cərrahi blokda işləyən tibb bacısı aseptika və antiseptika qaydalarına riayət etməklə özunu, həkimi və cərrahi əməliyyata uyğun alətləri hazırlayır və bütün qeyd edilənlərə nəzarət edir. Əməliyyat sahəsini isə həkim işləyir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh291.
549) Müalicəvi gimnastika və masaj üçün aşağıdakılardan hansı göstərişdir?
A) Kiçik çanaq toxuma və orqanlarının kəskin və yarımkəskin iltihabı

B) Yüksək hərarət, titrəmə

C) Hamiləliyə şübhə

D) Uşaqlığın normadan kiçik olması

E) Cinsiyyət üzvlərinin şişləri
Qidalanmanın pozulması, hipovitaminoz, xroniki infeksion xəstəliklər, intoksikasiyalar ,uşaq və yeniyetmə vaxtı keçirilmiş xəstəliklər və s. zamanı genital infantilizm baş verir. Bunun üçün ümumi möhkəmləndirici, hormonoterapiya, fizioterapiya ilə yanaşı ginekoloji müalicə(masaj) üsulundan istifadə edilir ki, üzvün qan təhcizatı yaxşılaşsın və o inkişaf etsin. Aybaşı pozğunluğu və sonsuzluq aradan qaldırıla bilər.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 72
550) Palcıq müalicəsinə əks göstəriş nədir?
A) Yumurtalıqların iltihab mənşəli hipofunksiyası

B) Xroniki salpinqooforit

C) Sonsuzluq

D) Fiksə olunmuş əyri uşaqlıq

E) Zahılıq dövrü
Doğuşdan sonrakı dövrdə qadının orqanizmi hələ çox zəif olur. Cinsiyyət üzvlərinin öz əvvəlki vəziyyətinə qayıtması halı baş verir. Ona görə də bəzi yerli müalicə zahılıq dövründə əks göstəriş sayılır. Çünki qadının digər üzvlərinə mənfi təsir göstərir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 278
551) Kurort müalicəsinə əks göstəriş hansıdır?
A) Cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri

B) Yumurtalıqların funksiyasının zəifliyi

C) Alqodismenoreya

D) Qan azlığı

E) Uşaqlıq qanaxmasına meyillilik
Bəzi aybaşı siklinin pozğunluqlarında, klimaks dövründə menorragiya, metrorragiya ola bilər. Ona görə də lazım gəldikdə uşaqlıq boşluğunun selikli qişası qaşınır və hormonoterapiya, vitaminoterapiya, uşaqlığı yığan preparatlar, qankəsici, anemiya əleyhinə dərmanlar təyin edilir. Kurort müalicəsi əks göstərişdir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 276
552) Trixomonadalı kolpitin müalicəsində hansı preparatdan istifadə olunur?
A) Klostilbegit

B) Penisillin

C) Sinestrol

D) Progesteron

E) Trixopol, flagil
Uşaqlıq yolu trixomonadaları sidik-cinsiyyət sisteminə qalxan yolla daxil olub selikli qişanı zədələyir, orada parazitar xəstəliyin əmələ gəlməsinə səbəb olur. Yaxmada trixomonadaların tapılması ümumi və yerli müalicə tələb edir. Qadının cinsi partnyoru mütləq müalicə almalıdır.

Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.


553) Sulfanilamid preparatlara nə aid deyil?
A) Etazol

B) Sulfademizin

C) Norsulfazol

D) Osarsol

E) Sulfadimetoksin
Sidik cinsiyyət orqanlarının trixomonozu kontagioz xəstəlik olub cinsi yolla xəstədən sağlam orqanizmə keçir və oranın selikli qişasını zədələyərək parazitar xəstəlik əmələ gətirir. Xəstəliyin klinikasından asılı olaraq yerli müalicə təyin edilir. Effekt yüksək olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 271
554) Narkotik analgetiklərə hansı preparat aid deyil?
A) Fentanil

B) Promedol

C) Omnopon

D) Analgin

E) Morfin
Analgin- ağrı kəsici, iltihab əleyhinə , istiliksalıcı təsir göstərir. Narkotik analgetik deyil.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 268
555) Uşaqlıq əzələsinin yığılmasını stimulə edən preparat hansıdır?
A) Analgin

B) Kalsi xlorid

C) Dimedrol

D) Vikosol

E) Stiptisin
Uşaqlıq qanaxmalarında qanı dayandırmaq məqsədilə qan kəsici, uşaqlığın tonusunu qaldıran dərmanlardan istifadə edilir. Mütləq səbəb aradan qaldırılmalı və lazım gələrsə uşaqlığın selikli qişasını qaşımaq lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.
556) Qan köçürmə üçün əks göstəriş hansı xəstəlikdir?
A) Əməliyyat zamanı və sonrakı dövrdə orqanizmin müqavimətinin aşağı düşməsi

B) Hipertoniya xəstəliyinin ağır forması

C) Əməliyyat zamanı kəskin qanitirmə

D) Qan və qan yaradıcı üzvlərin xəstəlikləri

E) Tez – tez uzun müddətli qanitirmə
Hipertoniya xəstəliyinin ağır forması, ürək-damar xəstəliklərinin bəzi hallarında arterial təzyiq yüksəlir. Bu isə qan köçürmə üçün əks göstəriş sayılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 259
557) Uşaqlıq yolunun tamponla müalicəsinə əks göstəriş nə ola bilər?
A) Servisit

B) Uşaqlıq boynunun həqiqi eroziyası

C) Uşaqlıq qanaxması

D) Parametrit

E) Endometrit
Uşaqlıq qanaxmaları zamanı səbəbi aradan qaldırmaq üçün uşaqlıq boşluğu qaşınır və histoloji müayinəyə göndərilir. Uşaqlığı yığan, qankəsici müalicə təyin olunur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245
558) Aşağıdakılardan hansı qadın sonsuzluğuna səbəb ola bilməz?
A) Uşaqlıq və yumurtalığınşişlərinin bəzi formaları

B) Bəzi ümumi xəstəliklər (vərəm,avitaminoz)

C) Daxili cinsiyyət üzvlərinin anomaliyası (infantilizm)

D) Uşaqlığın normal ölçüdə olması

E) Bəzi uşaqlıq daxili manipulyasiyalar
Qeyd olunanlardan uşaqlığın normal ölçüdə olmasından başqa digər qeyd olunanların hamısı qadın sonsuzluğuna səbəb ola bilər
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
559) Hormonal kontrasepsiya əsasən aybaşının neçənci günündən başlayaraq qəbul edilir?
A) 11

B) 1


C) 1-5

D) 16


E) 10
Hamiləlikdən qorunmaq məqsədi ilə təyin edilən hormonal kontraseptivlərr aybaşının 1 - 5ci günündən təyin edilir . Lazım gələrsə başqa üsullardan da istifadə etmək mümkündür.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245
560) Aşağıdakı hansı ağırlaşma uşaqlıq daxili kontrasepsiyaya aid deyil?
A) Aybaşının ağrısız və normal keçməsi

B) Uşaqlıq daxili spiralın özbaşına xaric olması

C) Uşaqlığın perforasiyası

D) Cinsiyyət üzvlərinin kəskin və xroniki iltihabı xəstəlikləri

E) Ağrı sindromu
Sağlam qadınların hamiləlikdən qorunma üsullarından biri də uşaqlığın daxilinə stasionar şəraitində spiralın yeridilməsidir. Uşaqlıq daxili kontrasepsiya zamanı aybaşı ağrısız və normal keçməlidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh241.
561) Kontrasepsiya üsullarına aid tələblərdən biri düzgün deyil?
A) Orqanizm üçün təhlükəsiz olmalıdır

B) Asan yuyulmalıdır

C) Arzu olunmayan hamiləlikdən qoruyur

D) Effektli olmalıdır

E) Uzun müddətə istifadəyə yararlı olmalıdır
Hamiləlikdən qorunmaq üçün istifadə edilən kontrasepsiya üsullarını seçmək qadın üçün sərbəst olsa da müəyyən olunmuş qaydalara ciddi əməl etmək lazımdır. Arzu olunmayan hamiləlikdən qorunmaq üçün istifadə edilən kontrasepsiya üsullarını yumaq onun tələblərinə uyğun deyil .
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.241
562) Hamilənin ümumi rejiminin əsasını nə təşkil edir?
A) Əmək və qidanın düzgün təşkili

B) Rasional qidanın düzgün təşkili

C) Dəriyə qulluğun və qidanın düzgün təşkili

D) Əməyin, istirahətin və qidalanmanın düzgün təşkili

E) Qida və mədə-bağırsaq sisteminin işinə nəzarət
Rejimə riayət etmək ,işləyən qadınlara çox vacibdir. Uşaqdoğma yaşında hamiləliyin normal keçməsi, sağlam uşağın dünyaya gəlməsi və zahılıq dövrünün normal olması üçün bu vacibdir.Gələcəkdə baş verəcək xəstəliklərin profilaktikasında böyük rol oynayır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.24
563) Cinsi yetişkənlik dövrü nə ilə xarakterizə olunur?
A) Yumurtalıqlar büzüşür, bərkiyir, atrofiya prosesi xarici cinsiyyət orqanlarına yayılır

B) Orqanizmin inkişafını və uşaqdoğma funksiyasını yerinə yetirən mühüm mərhələdir

C) Uşaqlıq yolu dar və qısa olur, xarici cinsiyyət orqanları formalaşır

D) Yumurtalıqlar yavaş – yavaş böyüyür, estrogenlər cüzi miqdarda sintez olunur

E) Yumurtalıqların daxili sekretor fəaliyyətinin tədricən sönməsi baş verir
Orqanizmin inkişafını və gələcək uşaqdoğma funksiyasını yerinə yetirən üzvlərin mürəkkəb inkişaf sisteminin mühüm mərhələsidir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 227
564) Keçid (klimaks) dövrü nə ilə xarakterizə olunur?
A) Uşaqlıq yolu mayalanma prosesində iştirak edir

B) Cinsiyyət orqanlarının tədricən inkişafı baş verir

C) Sekretor funksiya və cinsiyyət aparatının başqa funksiyaları tam inkişafa çatır

D) Uşaqlıq yolu dar və qısa olur, xarici cinsiyyət orqanları formalaşır

E) Yumurtalıqların daxili sekretor fəaliyyətinin tədricən sönməsi baş verir
Qadınlarda 45-47 yaşdan başlayaraq orqanizmdə ciddi dəyişikliklər baş verir. Aybaşı sikli pozulur, tam kəsilir, tərləmə, istilik halı, arterial təzyiqin qalxması, enməsi, endokrin-sinir pozğunluqları, yorğunluq, yuxunun pozulması baş verir. Sağlam qadınlarda bu dövr normal keçir. Bütün bunlar yumurtalığın atrofiyası ilə əlaqədar baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.93
565) Xarici cinsiyyət dodaqlarının bir – birinə möhkəm yaxınlaşması uşaqlıq yolunu nədən qoruyur?
A) Çirklənmədən və onun selikli qişasının qurumasını əmələ gətirən havanın daxil olmasından

B) Spermatozoidlərin cinsiyyət yolunun yuxarı şöbəsinə keçməsindən

C) Uşaqlıq yolu toxumalarında fizioloji dəyişikliyin əmələ gəlməsindən

D) Cinsi əlaqədə ifraz edilən toxum mayesinin uşaqlıq yoluna düşməsindən

E) Uşaqlıq yolunun baryer funksiyasının pozulmasında
Xarici mühitdən infeksiyanın cinsiyyət üzvlərinin yuxarı şöbəsinə keçməməsi üçün gigiyenik qaydalara ciddi riayət etmək lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.7
566) Klimaks dövründə və eləcə də ağır ümumi ginekoloji xəstəliklərdə yumurtalıqların fəaliyyəti necə olur?
A) Yumurtalıqların fəaliyyəti zəifləyir, selikli qişada qlikogen sintezi azalır

B) Uşaqlıq yoluna xaricdən düşən mikroblar azalmağa başlayır

C) Uşaqlıq yolu möhtəviyyatının reaksiyası turş olur

D) Xəstəlik törədən mikrobların cinsiyyət aparatının daxilinə keçməsinə kömək edir

E) Yumurtalıqların fəaliyyəti zəifləyir, selikli qişada qlikogen sintezi artır
Menopauza dövründə yumurtalıqların atrofiyası başladığı üçün o öz funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Uşaqlıq yolunun çöpləri getdikcə azalır, reaksiya qələviləşir və bu da qadınlarda ginekoloji problemlərə səbəb ola bilər. Aybaşı kəsilir, hər bir qadın bu dövrü müxtəlif cür keçirir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.93
567) Uşaqlıq və uşaqlıq borusunun əsas funksiyasına nə aid deyil?
A) Uşaqlığın selikli qişasının funksional qatının regenerasiya olması

B) Uşaqlıq selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olmaması

C) Uşaqlıq selikli qişasında hamiləlik üçün əlverişli şəraitin olması

D) Uşaqlıqda döl yumurtasının implantasiyası üçün yatağın əmələ gəlməsi

E) Uşaqlıq selikli qişasının funksional qatının qopması
Bəzi iltihabi xəstəliklərdə, uşaqlıq daxili poliplərdə, bitişmələrdə, borunun keçiriciliyinin pozulmasında, ektropionda, aybaşı pozğunluğunda hamiləlik üçün əlverişli şərait olmadıqda sonsuzluq baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.12-15
568) Aybaşı siklində ritmiki təkrar olunan fizioloji dəyişikliyə nə aid deyil?
A) Qadının bütün orqanizmində baş verən dəyişikliklər

B) Uşaqlıq siklində baş verən dəyişikliklər

C) Yumurtalıq siklində baş verən dəyişikliklər

D) Hipotalamo – hipofizar sistemdə olan dəyişikliklər

E) Qarın boşluğunda baş verən dəyişikliklər
Hər hansı bir səbəbdən boşluq üzvlərində baş verən patoloji proseslər aybaşı tsiklinin ritmiki təkrar olunmasına və normal keçməsinə heç bir mənfi təsir göstərmir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh80.
569) Aybaşı qanının tərkibini nə təşkil edir?
A) Uşaqlıq vəzi şirəsi az olur, funksional qatın hamısı

B) Endometriyada heç bir dəyişiklik baş vermir

C) Uşaqlıq vəziləri şirəsinin qarışığı və endometriyanın funksional qatının dağılan hissələri

D) Aybaşı qanının tərkibində ferment olmur

E) Uşaqlıq vəzilərinin şirəsi olmur
Aybaşı siklində yumurtalıqda olduğu kimi, uşaqlıqda da dəyişiklik gedir. Onun selikli qişası hamiləlik olmadığı üçün deskvamasiyaya uğrayır. Yəni funksional qat dağılır,. uşaqlıq vəzilərinin sekresiyası və axan tünd qanla xaric olur. Bu isə yumurtalıqların sarı cism fazası ilə eyni vaxta düşür.

Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.80


570) Follikul stimuləedici hormon nəyə səbəb olur?
A) Estrogen və progesteronun eyni vaxtda ifrazına

B) Yumurtalıqda asiklik dəyişikliyin əmələ gəlməsinə

C) Follikulun inkişafına, yetişməsinə, progesteron hormonunun ifrazına

D) Follikulların inkişafına, yetişməsinə, estrogen hormonunun ifrazına

E) Generativ funksiyaların dayanmasına
Hipofizin ön payında qonodotrop hormonlar (FSH, LH, LTH) ifraz olunur ki, bunlar da yumurtalıq siklinin fazalarına təsir edirlər. FSH əsasən birinci fazada rol oynayır. Bu zaman əmələ gələn estrogenlər xarici və daxili cinsiyyət üzvlərinin inkişafına, ikincili cinsi əlamətlərin əmələ gəlməsinə, uşaqlığın selikli qişasının proliferasiyasına, onun tonusunun artmasına, döş vəzisinin inkişafına gətirir.

Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh16.


571) Estrogenlərin bioloji xüsusiyyətlərinə nə aid deyil?
A) Uşaqlığın spontan yığılmasına, cinsi hissiyyatın yaranmasına səbəb olur

B) İkincili cinsi əlamətlər əmələ gəlir

C) Daxili sekresiya vəzisinin funksional inkişaf etmə dövründə ən yüksək səviyyəyə çatır

D) Cinsiyyət orqanlarının hiperemiyasına və maddələr mübadiləsinin güclənməsinə səbəb olur

E) Enerji mənbəyi olan fosfor birləşməsinin miqdarının artmasına səbəb olur
FSH təsiri ilə əmələ gələn estrogenlərin miqdarı yumurtalığın birinci fazasında ovulyasiyaya qədər öz fəaliyyətini göstərir. Ondan sonra isə sarı cism hormonu olan progesteron fəaliyyətə başlayır. Bu proses hamiləlik baş verənə kimi hər ay təkrarlanır. Ümumiyyətlə hormonlar qanda həmişə olurlar. Ancaq onların səviyyəsi aybaşı tsiklinin fazalardan asılı olaraq tənzimlənir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh16.
572) Uşaqdoğma funksiyasının xarakterini aydınlaşdırmaq üçün aşağıdakılardan hansı əhəmiyyətə malik deyil?
A) Cinsi həyatın başlanmasından sonra hamiləliyin olması, birinci hamiləliyin baş vermə müddəti

B) Hamiləliyin sayı, gedişi və nəticəsi

C) Keçirilmiş abortlar və onların xarakteri

D) Doğuşların və xüsusi ilə zahılıq dövrünün gedişi

E) Yumurtalıqların funksiyasının pozulması və ovulyasiyanın olmaması
Bir çox səbəblərdən yumurtalıqların funksiyası pozulur, yəni follikul ya atreziyaya uğrayır, ya da persistensiyaya . Bu hallar anadangəlmə və ya qazanılmış ola bilər. Hər iki halda aybaşının pozulması, sonsuzluq, amenoreya baş verə bilər. Yumurtalıqların funksiyasını yoxlamaq üçün funksional diaqnostika testləri aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 33
573) Qadın sonsuzluğunun baş verməsinə aşağıdakılardan hansı aid deyil?
A) Cinsi həyata başladıqdan sonra hamilə qalmaq

B) Boruların keçiriciliyinin pozulması

C) Yumurtalıqların funksiyasının pozulması ilə baş verən endokrin pozğunluqlar

D) Boruların iltihabı ilə yanaşı gedən endoservisitlər

E) Ovulyasiya prosesinin pozulması şərti ilə xroniki ooforit və periooforitlər
Cinsi əlaqədə olan sağlam qadınların 1 il müddətində hamilə qalması normal sayılır. Bu vaxt qadının orqanizmində bir çox fizioloji dəyişikliklər baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
574) Sidiyin tez – tez ifrazı cinsiyyət orqanlarının hansı xəstəliyi ilə əlaqədar ola bilər?
A) Uşaqlığın normal yerləşməsi

B) Uşaqlığın natamam sallanması

C) Uşaqlıq yolunun ön divarının enməsi

D) Sidik kisəsi – uşaqlıq yolu fistulası

E) Aralığın cırılmaları
Ginekoloji səbəblərdən asılı olaraq qadınlarda sidik ifrazında problemlərin olması, onlarda sistoselenin (yırtıq) əmələ gəlməsini göstərir. Bu isə çox doğan, ağır işdə çalışan qadınlarda daha çox müşahidə olur. Ona görə də güzgülərlə uşaqlıq yolu müayinəsi və bimanual müayinə aparılır ki, səbəb araşdırılsın. Lazım gələrsə ön kolporafiya əməliyyatı edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 76
575) Qonşu üzv olan bağırsağın funksiyasının pozulmasında hansı hal müşahidə obyekti sayılmır?
A) Defekasiya aktının səhərlər ağrısız olması

B) Defekasiyada ağrılar, tenezm

C) Nəcisin və qazın saxlanmaması

D) İshalın olması

E) Dekatsiya aktı zamanı qanlı ifrazatın olması
Həzm sistemində patoloji problem olmayanda defekasiya aktı normal olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh40.
576) Aşağıdakılardan hansı ginekoloji əməliyyata aid deyil?
A) Ovarioektomiya

B) Salpinqooforektomiya

C) Tubektomiya

D) Appendektomiya

E) Uşaqlığın ekstirpasiyası
Soxulcanabənzər çıxıntının iltihabı zamanı cərrahi əməliyyat aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
577) Aşağıdakılardan hansı uşaqlıq yolu əməliyyatına aid deyil?
A) Yumurtalığın rezeksiyası

B) Arxa tağdan qarın boşluğunun punksiyası

C) Uşaqlıq boynunun elektrokonizasiyası

D) Uşaqlıq yolunun ön divarının plastikası (ön kolporafiya)

E) Uşaqlıq boynunun plastik əməliyyatı
Yumurtalıqların sklerokistozu-enzim sistemlə əlaqədar olaraq cinsi hormonların sintezi pozulur və qadınlarda hipomenstrual sindrom, amenoreya, sonsuzluq baş verir. Hər iki yumurtalıqlar böyüyür. Ona görə də rezeksiya əməliyyatı aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 67


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə