Bu kitabda olan şəhidlər İsa Məsihin həqiqətinə və qüdrətinə şəxsən
şəhadətlik edə biliblər
və inanıblar ki, nəyin bahasına olursa olsun, həmin şəhadətliyi başqalarına da çatdırmalıdırlar.
T. S. Elliot “
Kilsədə qətl” pyesində şəhidi belə təsvir edir: “Şəhid, Allahın iradəsində öz
iradəsini itirmiş bir şəxsdir, o, Allahın alətinə çevrilmişdir. Əslində o öz iradəsini itirməyib,
əksinə tapıb, çünki o, Allaha itaətkar olaraq azadlıq əldə edib. Şəhid daha özü üçün heç nə
istəmir, hətta şəhidlik izzətini belə arzulamır.”
Şahid olmaq sizi alovlu yola itələyir. Pastor E. V. Hill bir dəfə danışır ki, bir qadın onun ya-
nına gələrək bu sözləri söyləyib: “Pastor Hill, mənim üçün dua edin. Şeytan dalımca düşüb.”
Pastor Hill ona deyib: “Şeytan sənin dalınca düşməyib. Sən kifayət
qədər işlər görməmisən
ki, şeytan sənin dalınca düşsün.” Bütün məsihçilər üçün məqsəd belə olmalıdır. Məsihin pad-
şahlığı üçün “kifayət qədər iş” görməlisiniz ki, şeytanın diqqətini cəlb edəsiniz.
Məsih üçün şəhadətliyinizə hansısa formada əzab gələndə biz sizin üçün ümid edirik ki, bu
kitabda olanlar kimi “
Böyük sadiqliy”in izzətini və gözəlliyini yaşayasınız.
“Böyük sadiqliy”i yazanların komandası
1
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük sual
TÜRKİYƏ: ERCAN SENGÜL
Ercan Sengül müsəlman ölkəsi olan Türkiyədə həyatını Məsihə verəndə bəziləri bunu öz irsinə
və xalqına arxa çevirmək hesab etdilər. O, Allah üçün hər bir şey edəcəyini söyləyəndə, onda
bunu nəzərdə tuturdu. Bəs indi?
Ercan məhbus yoldaşları tərəfindən əhatə
olunaraq qaranlıq,
rütubətli həbsxanada otur-
muşdu. Onu yerli polis həbs etmiş və demiş-
di ki, məsihçi nəşriyyatı üçün kitabları payla-
maqla “islamı təhqir edib”.
Ercan Allahı səsləyirdi ki, onu azad etsin.
O bilirdi ki, heç bir pis iş görməyib və onu
buraya salmalı deyildilər. “Bəs sən demişdin
ki, mənim üçün hər bir şey edərsən” – deyə,
Allah Ercanın ürəyinə pıçıldadı. “Sən nə de-
diyini başa düşürdün?”
Allahın qarşısında sınaraq Ercan ağladı
və Onu izzətləndirdi. O,
Allaha ürəyində
söylədi: “Mən, həqiqətən, bunu nəzərdə
tuturam.” Ercan həbsxanada hər gün üç
saat vəz etməyə başladı. O öyrəndi ki, Al-
lah ona yeni müjdəçilik sahəsi vermək üçün
həbsxanaya düşməsinə yol verib!
Ercan otuz
gün həbsxanada oldu, şahidlər etiraf etdilər
ki, polis onların aktlara qol çəkmələri üçün
təzyiq göstərib və hakim heç bir cinayət
üçün sübut tapmadı.
Həbsxanaya düşmək Ercanın şəhadətlik
etməsinə kömək etdi. O, azadlığa buraxılan-
dan bəri Müjdəni
bölüşdüyü məhbus yoldaş-
larından bir çoxu məbədə gəldilər, Ercana
həbs müddətində sülh verən Allah haqqın-
da bilmək istədilər. Ercan yenə də sevinclə
məsihçi kitablarını paylayır və bilir ki, buna
görə yenə həbs oluna bilər.
Bir çox məsihçilər etiraf edirlər ki, biz
Allah tərəfindən istifadə edilməyimizi xa-
hiş edəndə əzab çəkmək heç də bizim ağlımı-
za gəlmir. Əlbəttə, biz imanımızı yaşamaq
istəyirik – amma təqib anına qədər yox.
Biz iş yerlərimizdə irəliyə çəkilməyəndə və
ya ictimai tədbirlərə buraxılmayanda inci-
yirik. Bizə etinasızlıq göstərdiklərini düşü-
nürük. Bizi aldadırlar. Bizdən oğurlayır-
lar. Amma biz ümidsizliyimizin içərisində
Allahı dua edərək axtarmağa çalışmalıyıq.
Biz dua edən kimi gələcəyə baxışlarımızın
dəyişildiyini görürük. Biz inkişaf üçün im-
kanlarımızı görməyə başlayırıq. Biz ümid
əldə edirik. Biz ağrının içərisində vəd
tapırıq. Nəhayət, biz ədalətsiz və haq-
sız olduğunu düşündüyümüz hal-hazırkı
vəziyyətimizi kəşf etməyə başlayırıq, bu-
nun, əslində, Allahın planının bir hissəsi
olduğunu görürük. Biz təqiblərimiz zamanı
Allahın fikirlərini bilmək üçün dua edəndə
nəyin bahasına olursa olsun, itaətkar ol-
mağa cəsarət tapırıq.
Ağzımı hər açanda mənə lazımi söz
verilsin deyə, mənim üçün də dua
edin ki, uğrunda zəncirlə bağlı halda
elçilik etdiyim Müjdənin sirrini açım
və bu Müjdəni lazımınca cəsarətlə
bəyan edə bilim.
Efes. 6:19-20
2-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük birlik
MAVRİTANİYA: TİMOTEY
“Timotey, xahiş edirəm, ona de!”- deyə, Mara ərinə yalvararaq qışqırdı. “Kəlamı harada
gizlətdiyimizi ona de ki, azad olasan! Mən bu şeylərə baxmağa daha dözə bilmirəm.”
Timotey və Mara Mavritaniyanın Roma əyalətinin sakinləri idilər, həbs olunmazdan bir neçə
həftə əvvəl evlənmişdilər.
Mara dəhşətli səhnəyə baxırdı, əsgərlər
ərinin iradəsini sındırmağa çalışaraq, gözlərini
isti dəmir ilə çıxarırdılar. Roma rəhbəri Arri-
anusun əmri ilə boynuna ağır bir şey salına-
raq, tərsinə vəziyyətdə asılı
qalan Timotey
ağzından tıxacın çıxarılmasını gözləyirdi.
Həbsə alınarkən ilk öncə hiss etdiyi qorxu
ilahi sakitlik hissi ilə əvəz olunmuşdu.
Əsgərlərin düşündüyü kimi, öz imanını
inkar etmək və Kəlam nüsxələrinin yerini
demək əvəzinə, Timotey öz cavan həyat yol-
daşını danladı. Xilaskarı üçün ölməyə hazır
olduğunu təsdiqləyərək, Timotey Maradan
son dərəcədə xahiş etdi: “İmkan
vermə ki,
mənə olan sevgin Məsihə olan sevginin qa-
bağına keçsin.” Ərinin cəsarətini görən Ma-
ranın özünün də cəsarəti gücləndi.
Arrianus artıq Timoteyin imtina etməsinə
görə yaman hirslənmişdi, ona görə də Ma-
ranın yenicə tapdığı cəsarəti dağıtmaq
istədi. O, qadını Roma dünyasının
ən sərt
işgəncələrinə məhkum etdi. Amma Mara sın-
madı. O, Məsihi inkar etməkdən imtina etdi.
Hər ikisi sözlə ifadə olunmaz əzablara tab
gətirərək, Timotey və Mara yan-yana çarmı-
xa çəkildilər.
İsa öz xidmətini sərbəst imanlılara
həvalə etmədi – o, ruhani ailə qurdu. O,
“qardaş” və “bacı” sözlərindən istifadə
edərək öz şagirdlərinin tək olmasını
istəməmişdi. Paul yeni imanlılara ünsiyyət
və müştərək ibadət üçün məbədlərdə yığış-
masını öyrədərək Məsihin tapşırığını da-
vam etdirdi. Məsihçilərin, xüsusilə çətinlik
vaxtlarında bir-birinə ehtiyacı var. Bir
imanlı büdrəyəndə, imanlı yoldaşları onu
dəstəkləmək və ruhlandırmaq üçün yığışır-
lar. Ona görə də Əhdi-Cədid bir zərurət ki-
mi məsihçi imanında nümunə ilə yaşamağı
borc hesab edir. Bir nəfərin iman və cəsarət
nümunəsi başqalarının da belə hərəkət
etməsinə onları ruhlandırır və birləşdirir.
Bunun əksi olaraq, bir imanlı təqibin
təzyiqi altında əzab çəkəndə, o birilərinin
təslim olması çox asan bir şeydir. Tarix
məsihçi cəmiyyətində yoldaşlığı, xüsusilə,
təqib zamanı yüksək səviyyədə saxlayır.
Ürəklərinin cəsarət tapıb məhəbbətdə
birləşməsini istəyirəm;
Kolos. 2:2