Brief 22 Public Procurement Contract Management


Müqavilənin davamlı idarə edilməsi



Yüklə 437,02 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix20.10.2023
ölçüsü437,02 Kb.
#128594
1   2   3   4   5   6   7   8   9   10
PB22 ContractManagement Aze

Müqavilənin davamlı idarə edilməsi:
İqtisadi operator müqaviləni razılaşdırılmış 
həcmdə icra edəcəkdir. Bura satınalma təşkilatına malların və materialların çatdırılması 
və ya işlər yaxud xidmətlərin təchiz edilməsi daxildir. Hər iki tərəfin problemləri aşkar 
etdikdə məsələ qaldırmaq və qarşı tərəfin bu məsələni ciddi və operativ şəkildə həll 
etmək funksiyası vardır. Müqavilənin davamlı idarə edilməsinə bir sıra fəaliyyətlərin 
idarəçiliyi və eləcə də aşağıdakılar daxildir:

Nəzarətin dəyişdirilməsi

Xərclərin və qiymətin monitorinqi

Sifariş prosedurları

Qəbul və akseptə edilmə prosedurları

Ödəniş prosedurları

Büdcə prosedurları

Resursların idarə edilməsi və planlaşdırılması

Əməliyyat və idarəetmə hesabatı

A
ktivlərin idarə edilməsi

Hesabat görüşləri
Satınalma təşkilatlarına məsləhət görülür ki, bu cür fəaliyyət üçün yerində standart 
prosedurlar tətbiq etsinlər və iri və kompleks müqavilələr üzrə digər səlahiyyətli 
orqanlardan məsləhət alsınlar, belə ki, bu zaman standart prosedurlar qənaətbəxş və 
adekvat olmaz.
Məsələlər jurnalı:
Məsələlər jurnalı müqavilə icrası zamanı meydana çıxan 
məsələlərin qeydə alınması və idarə edilməsi üçün faydalı mexanizmdir. Burada 
məsələlər və onların meydana çıxması zaman onların həlli üzrə tədbirlər qeydə alınır. 
Müqavilə daxilində mübahisələrin həlli proseduru bu yolla həll edilə bilməyən məsələlər 
üçün təmin edilməlidir.


S I G M A
|
Dövlət Satınalmaları İcmalı 22 

Periodik görüşər
:
Müqavilə tərəfləri arasında periodik görüşlərin digər praktiki tərəfi 
də vardır və bu müqavilənin xüsusilə kompleks olduqda və ya bir neçə il ərzində 
mövcud olduqda nəzarətdə saxlanmasından ibarətdir. Periodik görüşlərin tezliyi və 
əhatəsi müqavilənin xüsusiyyətindən asılı olacaqdır. Periodik görüşlər müqavilən icrası 
zamanı müqavilə tərəfləri arasında faydalı ünsiyyət vasitəsidir və bu görüşlərin 
olmaması mənfi nəticələrə səbəb ola bilər. Onlar yaxşı hazırlanmalı, önəmli və vaxt-
aparan olmamalıdır.
Periodik görüşlər müqavilənin tərəfləri üçün forum kimi nəzərdə tutulmuşdur, bu digər 
benefisiarlar və ya maraqlı tərəflərdən ötəri deyildir. Bəzi hallarda iri infrastruktur 
layihələri, digər benefisiarlar və ya maraqlı tərəflərə məsləhət verilməsi yaxud layihənin 
cari çatdırılması barədə məlumat verilməsi lazım ola bilər. Bu periodik görüşlərə aid 
olmayan ayrıca bir prosesdir. 

Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə