Brief 22 Public Procurement Contract Management


Müqavilənin effektivliyinə nəzarət



Yüklə 437,02 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix20.10.2023
ölçüsü437,02 Kb.
#128594
1   2   3   4   5   6   7   8   9   10
PB22 ContractManagement Aze

Müqavilənin effektivliyinə nəzarət:
Nəzarət vacibdir amma ölçü olmadan aparıla 
bilməz. Bu səbəbdən müqavilənin effektivliyinin aydın və effektiv şəkildə ölçülməsi 
əhəmiyyətlidir. Nəzarət belə olmalıdır:

Müqavilənin mahiyyətinə çox yaxın olmalıdır

İqtisadi operator və satınalma təşkilatı tərəfindən başa düşülməli və qəbul 
edilməlidir

Ölçmək qabiliyyəti olmalıdır 

Əməliyyatlarda möhkəm olmalıdır

Xərclərdən çox dəyərləri təmin etməlidir 

Yumşaq və sərt tədbirləri əks etdirməlidir 

Faydalı məlumat mənbəyi olmalıdır
Vaxtlı və ümumiləşmiş hesabat, gec və dəqiq məlumatdan daha yaxşıdır. Əldə edilmiş 
məlumatın faydalı olması həm daxili məsələlər üçün, həm də qərar və fəaliyyətin 
formalaşması üçün məlumatı təmin etmək baxımından vacibdir. Satınalma 
mütəxəssislərinə məsləhət görülür ki, yalnız məlumat əldə edilməsi və hesabat 
hazırlanmasına xidmət edən çox-saylı nəzarətlər əvəzinə az-saylı effektiv nəzarətlər 
aparsınlar.
Müqavilənin effektivliyinə nəzarətin mərkəzləşmiş olması və satınalmanın erkən 
mərhələsində, yəni ehtiyacları müəyyən edərkən və müqavilənin satın alınmasından 


S I G M A
|
Dövlət Satınalmaları İcmalı 22 

öncə nəticələr barədə qərar verərkən işlənib hazırlanması lazımdır. Müzakirələr və 
nümunələr üzrə daha ətraflı məlumat üçün bax: 
Satınalma İcmalı 21 – Effektivliyin 
Ölçülməsi
Xidmət səviyyəsində müqavilələr:
Xidmət səviyyəsindəki müqavilələr müqavilə 
daxilində nəzarəti təmin edən əla vasitədir. Tələb olunan və gözlənilən keyfiyyətin, 
xidmətlərin çatdırılması tələblərinin aydın formada izah edilməsi ilə həm satınalma 
təşkilatı həm də iqtisadi operator xidmətlərin çatdırılması və onlara dəstək sahəsində 
nə kimi hədəflərin təmin edilməsini bilməli və anlamalıdır. Oxşar yanaşmalar avadanlıq 
və ya obyektlərin fəaliyyətinə də tətbiq edilə bilər, məsələn bunu emal imkanları, əldə 
edilmə, uğursuzluq arasındakı vaxt intervalı və enerji istehlakı kimi nümunələrdə 
görmək olar. Tələb olunan xidmət səviyyələrini, gözlənilən effektivliyi və göstərilən 
xidmətin keyfiyyətini, habelə zəif fəaliyyətin nəticələrini əks etdirən təfsilatlı saziş 
olmalıdır. Bunlar müqaviləyə (adətən cədvəllərə) və effektivliyin ölçülməsinə nəzarət 
sistemlərinə daxil edilir. Müxtəlif alternativlər, onların maliyyəti və mənfəəti 
hesablanarkən və iddiaçılardan və sonda cəlb edilən podratçıdan nəyin tələb 
olunmasına dair qərar verərkən, effektivliyə nəzarət ilə bu xidmət səviyyələri satınalma 
prosesinin erkən mərhələlərində müəyyən edilməlidir.

Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə