peyğəmbərimizi
Səhabə kimi Sevmək
107
mışdım ki, yenə də qılmaq istəyərdim...”
103
Son namaz... Asandırmı cəlladın qarşısında son namazı
qılmaq?! Bu, ancaq Hubeyb kimi iman edənlərə, onun ki-
mi sevdalılara nəsib olan bir xüsusiyyətdir. Artıq edam
vax tı gəlmişdi. Hubeyb, ona tamaşa edən hər kəsi sanki
ofsunlayan bir hərəkətlə gülə-gülə ölümə doğru yeriyirdi.
Həmin anda Əbu Süfyan insanlar üzərində yaranan təsiri
yox etmək üçün Hubeybə belə bir təklif edir: “Ey Hubeyb!
Gəl, sənə son dəfə bir şans verim. Bax, indi sən bu qədər
əziyyət çəkərkən, Muhamməd Mədinədə rahat oturub. O,
bilə-bilə sizi ölümə göndərdi. Bu qədər insanın qarşısında
“Nə olar mənim yerimdə Muhamməd olardı” - de, səni azad
edək.”
Əbu Süfyanın bu təklifi oradakı insanların daha da
marağına səbəb oldu. Hubeybdən tək bir söz istəyirdilər.
O sözü deməklə həyatını xilas edə bilərdi. Bəs Hubeyb
bu təklifə necə cavab verdi? Həmin ana qədər sevdasına
zərrə qədər ləkə düşürməyən Hubeyb bu təklif qarşısında
da sevgisinə heç bir ləkə salmayacaq və tarixə düşəcək o
məhşur sözünü deyəcəkdi. Səsinin ən gur yeri ilə dedi ki:
“Vallahi! Burada Muhammədin olması deyil, Onun ayağına
bir tikan batmasına belə könlüm razı olmaz. Saçımın teli
qədər başım olsa və hər gün biri kəsilsə, mən yenə də Ona
heç bir şey olmasını istəmərəm.”
104
Bu eşq qarşısında Əbu Süfyanın da, oradakı bütün
103.
Təbəri, Tarix, c.3, s.31; İbn Kəsir, əl-Bidayə, c.4, s.63
104.
İbn Hişam, Sirə, c.3, s. 246; Vaqidi, Məğazi,. c.1, s.360
peyğəmbərimizi
Səhabə kimi Sevmək
108
məkkəlilərin də dilləri tutulmuşdu. Əbu Süfyan deyir ki:
“Bu necə sevdadır? Onlarla hökmdar, onlarla dövlət baş-
çısı gördüm. Ancaq heç birinin tələbəsi Muhammədin
səhabələri kimi deyildi.”
105
Peyğəmbər sevgisi necə olmalıdırsa, Hubeyb son an-
la rında belə onu hamıya bildirirdi. Səhabənin peyğəmbər
sevdasının təkcə sözdə qalmadığını öyrədirdi. Bu sevda nın
ölümünə bir sevda olduğunu göstərirdi. İmandan irəli gə lən
bu sevdanın isbatını canı bahasına aləmə bəyan edirdi.
Məkkəlilər Hubeybin qətiyyətini gördükdə onu bir
an əvvəl edam etməyə tələsdilər. Həmin anda Hubeyb
qarşısındakı insanların üzünə diqqətlə baxdı, sonra gözlərini
səmaya dikdi və dedi ki: “Allahım! Mən Sənə doğru gəlirəm,
ancaq mənim bu halımdan Mədinədəki peyğəmbərin xə-
bəri yoxdur. Nə olar, ey Rəbbim, Sən məmin salamımı Ona
çatdır. Mənim bu halımı Ona bildir!”
Asim bin Sabitin duasını qəbul edən Allah Hubeybin
də duasını qəbul edəcəkdi. Peyğəmbərimiz həmin
anda məsciddə onlarla səhabə ilə oturmuşdu. Bir anlıq
Peyğəmbərimiz oturuşunu düzəldəcək, mübarək əlini si-
nəsinə qoyacaq və hər kəsin eşidəcəyi bir şəkildə: م َلاَّسلا َكْيَلَع َو
!بْيَبُخ َاي ُ “Və aleykəssələm, ya Hubeyb! (Və salam sənin üzərinə
də olsun, ey Hubeyb!)” - deyəcəkdi. Nə baş verdiyindən
xəbərsiz olan səhabələr təəccüblə Peyğəmbərimizə baxanda
O
, olanları anladacaq və: “Qardaşınız Hubeyb şəhid
105.
İbn Sad, Təbaqat, c.2, s.56
peyğəmbərimizi
Səhabə kimi Sevmək
109
oldu.”- deyəcəkdi.
106
Məhz səhabənin Peyğəmbər sevdası belə idi...
Məhz o sevgi yolunda fəda olarkən aləmə çox şey
öyrədərək gedən iki qəhrəmanın həqiqi sevdası...
• İman paltarını geyinən Səvbanın
Peyğəmbərimizə
qarşı bəslədiyi sevda
Peyğəmbərimizin nübuvvət süfrəsində oturma şə rə
-
finə nail olanlardan biri də Səvban adlı yəmənli bir kö-
lədir.
107
Səvban Yəməndən Mədinəyə gətirilmiş, orada kö-
lə bazarında satılarkən Peyğəmbərimiz
tərəfindən
alı naraq azad edilmişdir. Həmin gündən sonra Səvban
aləmlərin sultanını daha yaxından tanımaq istəmişdi.
O da hər ürək kimi Peyğəmbərimizi tanıdıqca Ona aşiq
olmuşdur. Günlərin bir günü Peyğəmbərimiz: “Ey Səvban!
Artıq ailənin yanına qayıda bilərsən.” - dedikdə, sevinəcəyi-
ni güman etdiyi Səvban gözlərində yaş: “Ya Rasulullah!
Mən sənsiz bir həyatı neyləyirəm?! Bir həyat ki, o həyatın
içərisində sən yoxsan. Sənsiz mən necə yaşayaram?!” - de-
yərək Mədinədə qalacağını bildirmişdir. O gündən sonra
Səvban Suffa əhlindən olmuşdu. Bir tərəfdən orada elm
öyrənirkən, digər tərəfdən də Peyğəmbərimizə
xid-
106.
Əbu Nuaym, Dəlail, c.2, s.508; Beyhəqi, Dəlail, c.3, s.326
107.
Səvban haqqında ətraflı məlumat üçün bax: Muhamməd Emin
Yıldırım, Hz. Peyğəmbərin Albumu, s. 406, 407
peyğəmbərimizi
Səhabə kimi Sevmək
110
mət etmişdir.
108
Ərəblərin bir atalar sözündə belə deyilir: “Hər insana
adından bir nəsib vardır”. Yəni, insana verilən adın mənası
həmin şəxsin üzərində müəyyən qədər təzahür edir. Səvban
sözünün kəlmə mənası “paltarını geyinmiş” deməkdir. Biz,
bu mənanı Səvban üçün belə başa düşürük ki, onun paltarı
təqva və iman olmuşdur. O, iman etdikdən sonra daim iman
paltarı ilə gəzən bir igid olmuşdur. O, Allah Rəsulunun
sevgisini və sevdasını sanki içmiş, bütün hüceyrələrində bu
eşqi hiss etmiş və belə yaşamışdır.
Məhz belə bir şəxs olan Səvban bir gün qaldığı evin
qapısının qabağında oturmuş və belə düşünməyə baş-
lamışdı: “Mən burada Allah Rəsulunun yanında Mədinədə
yaşamağıma baxmayaraq, Onu bir neçə saat görməsəm,
dünyam qaralır, nə etdiyimi bilmirəm. Sanki suya susadığım
kimi, Ona da susayıram. Bəs sabah axirətdə cənnətə girsəm
belə, Peyğəmbərimiz bir peyğəmbər olduğu üçün orada
digər nəbilərlə, siddiqlərlə və şəhidlərlə uca məqamlarda
olacaq. Mən isə cənnətdə olsam belə, aşağı təbəqədə
qalaraq Ondan məhrum olacağam. Əgər mən cənnətdə
Peyğəmbərsiz qalacağamsa, neyləyirəm elə cənnəti?! Bir
cənnət ki, orada Allah Rəsulunu
görməyəcəyəm. O
cənnət mənə cəhənnəm kimi olmazmı?!”
Səvban bu düşüncələrə dalar və bir anda göz yaşları sel
olub axmağa başlayar. O, bu halda ikən Peyğəmbərimiz
108.
İbn Sad, Təbaqat, c.5, s.97, 98; İbn Hacər, əl-İsabə, c.1, s.231
Dostları ilə paylaş: |