Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   ...   7   8   9   10   11   12   13   14   15

      -

Ey  Həbib,  ürəyindən  qara  qan  axır.  Yaxın  çadırdakı  qızının  dərdi  səni 

yaşamağa  qoymur.  O,  kor,  lal

-

kar  və  axsaqdır.  Dua  edib  xəstəliyin  dəfini 



diləyirsən. İndicə get onun yanına.

 

      



Həbib qızının çadırına gələndə gördü ki, qız sevinclə qaça

-

qaça atasının 



 

yanına  gəlir.  Onun  gözləri  açılmış,  gülür,  danışır,  həm  də  eşidirdi.  Hətta 

ayağındakı axsaqlıq da keçmişdi. Bu möcüzə idi. Bundan sonra Həbib ondan 

daha b


ir möcüzə göstərməyi xahiş etdi.

 

      



Məhəmməd duaya başladı. Sonra isə çox qəribə, görünməmiş bir möcüzə 

baş  verdi.  Ətrafa  qaranıq  çökdü.  Məhəmməd  əllərini  göyə  qaldırdı.  Camaat 

tamaşaya  durmuşdu.  Birdən  hamının  gözü  qarşısında  sanki  ay  bir  anlığa  iki 

ye

rə bölündü və sonra təzədən bitişib bütövləşdi.



   

      


Həmin gündən Həbib

-ibn-Malik  

hakimlik etdiyi camaata tapşırdı ki, bir kəs 

Məhəmmədin  Peyğəmbərliyinə 

 

şübhə  etməsin.  Özü  də  Məhəmmədə  səcdə 



eləməyə başladı, tərəfdarlarını da bu yola çağırdı.

 

     



Məhəmməd  çox  insanpərvər  idi.  Onun  nəyi  vardısa  tanıdığı

-

tanımadığı 



adamlarla  bölüşməyə  hazır  idi.  Ondan  kömək  istəyənlərə  var  qüvvəsi  ilə 

kömək  edirdi.  İnsanları  fitnə

-

fəsaddan,  düşmənçilikdən,  qan



-qadadan  uzaq 

olmağa çağırırdı.

 

    


Məhəmməd  öz  dərin  zəkası  və  bacarığı 

 

ilə  Mədinəlilərlə  Məkkəlilər 



arasında illərlə sürən müharibənin qurtarmasına nail oldu.

   


    

Sonra o, bütün Məkkəliləri namaza çağırdı. Bütün Məkkə əhli namaza gəldi. 

Məkkə  əhalisi  İslamı  qəbul  elədi.  Məhəmməd  çoxdan  bu  günü  gözləyirdi. 

Məhəmmədin 

düşmənləri, 

əleyhidarları, 

günahı 

olanlar 


ondan 

bağışlanmalarını xahiş etdilər. Məhəmməd onların hamısını bağışladı.

  

     


Məhəmmədin  ən  qatı  düşməni,  daima  ona  mane  olan,  dəfələrlə  onu 

öldürməyə  cəhd  göstərmiş  əmisi  Əbu  Süfyan  qardaşı  oğlunun  alicənablığı 

qarşısında  xəcalət  çəkdi.  Bu  qədər  pisliyin  müqabilində  Məhəmməd  onu  əfv 

edirdi. Əbu Süfyan inandı ki, İslam dini həqiqətən gözəldir, insanlara nəciblik, 

xeyirxahlıq, mərhəmət hissləri aşılayır. Başqa cür ola da bilməzdi. Çünki onun 

yaradıcısı  Məhəmməd  məhz  belə  insan  idi.  Əbu  Süfyan  tərəfdarları  ilə  birgə 

İslamı qəbul etdi. 

   


      

Məhəmməd  deyirdi:  «Allah  təkdir.  Allahdan  başqa  allah  yoxdur.  Onun 

kərəmi  böyükdür.  Allah  qarşısında  hamı  bərabərdir.  Biz  hamımız  Adəmin 

övladlarıyıq, qardaşıq».

 

     


Məhəmmədin  sağlığında  elədiklərini  ölümündən  sonra  onun  insanlara 

qoyub getdiyi İslam və Quran eləməliydi.

 

       


O, arzusuna çatdı. Böyük bir İslam dünyasını yarada bildi. Quranı nəinki 

müsəlmanlar, başqa dindən olanlar da sevdi. Onu öz dillərinə çevirib 

oxudular, 

bəhrələndilər. 

   

    


«Girdiyin  hər  evə  Əssəlam

-

əleyküm,  deməyi  unutma,  bu  amanda  olasan, 



deməkdir.  Çünki  dünyada  ən  gözəl  şey  əmin

-

amanlıqdır».  Bizim  bu  gün  də 



sevdiyimiz,  nuruna,  möcüzəsinə  inandığımız,  cəmi  müsəlmanlara  Müqəddəs 

Quran vermiş Məhəmməd Peyğəmbərimiz belə deyirdi. O vaxtdan da Quran 

cəmi insanlara ən qiymətli hədiyyə oldu.

 



     

Hekayətimiz də başa çatdı, qoy o Müqəddəs kitab əlimizdən, Məhəmməd 

Peyğəmbərin nuru isə üstümüzdən əskik olmasın! Sənin də, mənim də, bütün 

canlı və cansız nə varsa, onların da!!!

 

 

 



  

İgid oğlan haqqında nağıl 

  

 

(Nağıl)

    

     


      

Biri  var  idi,  biri  yox  idi,  min  il  bundan  qabaq  Ərdəbil  adlı  məmləkətin 

Bilalabad kəndində Həsən adlı yetim bir oğlan var idi.

 

      



Uşaq  vaxtından  yetim  qalmış  Həsən  varlıların

  mal-


qarasını  otarmaqla 

dolanardı. O, mal

-

qara otaranda da vaxtını hədər keçirməz, daşların üstündə 



öz-

özünə  yazı

-

pozu  öyrənərdi.  Vaxt  tapan  kimi  isə  sənətkar  yanında  sənət 



öyrənər,  pəhləvanların  yanında  döyüşüb,  məşq  edərdi.  Dağları

-

daşları  gəzib 



mal-qara 

otaranda  qarşısına  çıxan  ağır  daşları  qaldırıb,  qollarını 

möhkəmləndirərdi.

 

     



Artıq  18  yaşına  çatanda  Həsən  ağıllı  bir  cavan  olmuş,  qolu  zorlu  bir 

pəhləvana dönmüşdü. Yarış zamanı yaşıdlarından heç kəs onun arxasını yerə 

vura bilmirdi. 

     


Amma  Həsənin  böyük  bir  dərdi  var idi.  Artıq  neçə  illərdi  ki,  onun  obasını 

tutmuş ərəblər hər yanda ağalıq edir, heç kimi saymırdılar.

 

      


Bərəktli  torpaqlar  ərəb  atlarının  tapdağına  çevrilmişdi.  Qadınlar,  uşaqlar 

qolubağlı qul kimi qürbətə aparılırdı. Anaların ah

-n

aləsi göyə ucalmışdı. İgidlər 



dağlarda məskən salmışdılar.

 

     



Vətəni  qorumaq  üçün  igidlər  silaha  sarılır,  qüvvətli  əllər  qılıncı  qına 

qoymurdular.        

     

Çox  kobud  və  amansız  olan  ərəb  işğalçıları  hər  yanda  camaata  zülm 



edirdilər. Özləri isə kef edir, yerli camaatı qul kimi işlədir, istədikləri qızı

-

qadını



  

elçisiz-


sorğusuz  özlərinə  arvad  edirdilər.  Vəhşiləşmiş  ərəblər  on  iki,  on  üç 

yaşlı  qızların  göz  yaşlarına  məhəl  qoymur,  xoşlarına  gələnini  götürüb 

qaçırdılar.  Valideynlər  qorxudan  qızlarını  gizlədir,  bayır

-

bacağa  çıxmağa 



qoymurdular. 

     


Acgöz ərəblər istədikləri torpaqları yerlilərin əlindən alır, etiraz edənlərə isə 

işgəncə verirdilər.

       

      


Camaat ərəblərin zülmündən cana doysa da səsini çıxara bilmirdi. Nəinki 

Həsən, bütün yerlilər ərəb işğalçılarına 

 

nifrət edirdilər. 



  

       


Həmin  dövrdə  Cavidan  adlı  bir  pəhləvan  vardı.  O,  işğalçı  ərəbləri 

vətənlərindən qovmaq üçün başına dəstə toplayıb, dağlara çəkilmişdi. Onlara 

xürrəmilər deyirdilər.

 

      



Zülmdən  bezara  gəlmiş camaat  gəlib  həmin  dəstəyə  qoşulur,  buna  görə 

də xürrəmilərin sayı günü

-

gündən çoxalırdı.



 

      


Həsən bir gün ən yaxın 

 

qonşusu Səhl ibn Sumbata və ən yaxın dostu Əli 



ibn Hişama dedi:

 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə