Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   ...   15

Mətin bu vaxta qədər şəkilləri qıza baha satdığından peşman oldu.

 

-



Sən gərək mənə çoxdan deyəydin ki, şəkilləri nə üçün alırsan, mən də onları 

sənə ucuz verərdim. Əvvəlki şəkilləri mən sənə  çox baha  qiymətə  verdiyimə 

görə bu şəkli sənin bacına hədiyyə verirəm, 

deyə oğlan qızdan pul götümək 



istəmədi.

 

Qız çadranın altından əlini çıxardıb şəklin pulunu verdi:



 

-

Oğlan,  sən  incimə,  mən  səndən  pulsuz  heç  nə  ala  bilmərəm.  Sən  bacıma, 



görə bilmədiyi dünyanı göstərirsən, bu mənim üçün ən qiymətli bir şeydir. O, 

hər dəfə şəkli görəndə elə bilirəm ki, sən bacımın gözlərinə nur verirsən.

 

M

ətin nə illah elədi, qız pulu geri almadı. Mətin qıza dedi:



 

-

Onda mən sənin bacına gözəl bir şəkil çəkib hədiyyə verəcəyəm.



 

Qız çox sevindi:

 

-

Onda  elə  isə,  qoy  bacımın  istəyini  sənə  çatdırım.  Bədbəxt  bacım  yeri



-göyü 

nurlandıran Günəşi görməyi arzu edir. Həmişə Tanrıya yalvarır ki, heç olmasa 

bircə dəfə Günəşi görə bilsin.

 

Mətin  bu  sözləri  eşidəndə  gözlərinin  yaşını  saxlaya  bilmədi.  Kor  qıza  çox 



yazığı  gəldi.  Bacısına  söz  verdi  ki,  Günəşin  gözəlliyini  görməkdən  məhrum 

bacısına, mütləq bu gözəlliyi göstərəcək

Mətin  qızdan  evlərinin  yerini  öyrəndi.  Onlar  ayrıldılar.  Birdən  oğlanın  yadına 



babasına  verdiyi  söz  düşdü.  O  Günəşin  əksini  heç  vaxt  çəkməyəcəyinə 

babasına  söz  vermişdi.  İndi  isə  qıza  Günəşi  çəkməyi  vəd  elədiyinə 

peşmançılıq çəksə də, artıq gec idi. Öz

zünə deyinməyə başladı:



 

-Ey dadi-

bidad, mən neylədim? Günəşin əksini heç vaxt çəkməyəcəyim üçün 

babama verdiyim sözü tamam unutdum. 

Mətin  qızın  arxasınca  onların  evlərinə  getdi. Darvazanı  bazarda  gördüyü  qız 

açdı. Arxasınca da əllərini divarlara sürtə

-sürt

ə, on


-

on bir yaşında olan bir qız 

gəldi. Mətin başa düşdü ki, bu kor qızdır. Onun gözləri görməsə də, çox gözəl 

idi. 


Bacısı qapı ağzında rəssam oğlanı görcək çox sevindi:

 



Pəri, şəkilləri çəkən bu rəssamdır.

 

Pəri yaxına gələrək:



 

-

Sənin  sehrli  əllərinə  qurban  olum,  rəssam.  Çəkdiyin  şəkillərdən  savay  mən 



qaranlıq  dünyamdan  başqa  heç  nə  görmürəm.  Bacım  Fərəh  deyir  ki,  sən 

mənə  Günəş  şəkli  çəkəcəksən.  Mən  bircə  dəfə  Günəşi  görsəm,  özümü  heç 

vaxt bədbəxt saymaram, 

-

deyə az qala Mətinə yalvarmağa başladı.



 

Kor  qızın  kövrək  səsi  Mətini  kədərləndirdi.  Qızın  sınıq  ürəyini  bir  daha 

sındırmaq istəmədi. İstər

-

istəməz dilləndi:



 

-

Mən  sənin  üçün  bizim  mahalda  ən  gözəl  yer  sayılan  «Yeddi  gözəl» 



şəlaləsinin  şəklini  çəkəcəyəm.  Həmin  şəkildə  də  mütləq  yerə

-

göyə  şəfəq 



saçan Gün

əşimizi əks etdirəcəyəm.

 

Mətin Pəriyə söz verdi ki, bazar gününədək şəkli ona çatdıracaq. Daha orada 



yubanmadan  evinə  döndü.  Oğlan  yol  boyu  fikirləşdi  ki,  əgər  zavallı  qızcığaz 

mənim  şəkillərimdən  başqa  heç  nə  görmürsə,  mən  mütləq  ona  istədiyi 

Günəşin  şəklini  çəkəcəyəm.  Qoy  ondan  sonra  nə  olur  olsun.  Təki  kor  qız 

arzusuna çatsın.

 



Bu  fikirlərlə  o  evinə  çatdı.  Bir  tikə  yeməyini  yeyib  dincəlmədən  fırçasını,  bir 

parça  kətanını  və  yemək  boğçasını  qoltuğuna  vurub,  düz  yollandı  «Yeddi 

gözəl» şəlaləsinə.

 

«Yeddi  göz



əl»  şəlaləsi  Mətinin  xoşladığı  ən  gözəl  yerlərdən  biri  idi.  Burada 

dağın başından yerə tökülən Vəndam çayının yaratdığı şəlalə, elə gözəl idi ki, 

adam ona baxmaqdan doymurdu. Gur çay dağdan aşağı elə axıb tökülürdü ki, 

bir-


birinin  üstündə,  biri

-

birindən  gözəl  yeddi  şəlalə  yaranırdı.  Ona  görə  də 



şəlalənin  adını  «Yeddi  gözəl»  şəlaləsi  qoymuşdular.  Şəlalənin  yaxınlığında 

məskən  salmış  nohurlular  və  vəndamlılar  bu  şəlaləyə  müqəddəs  pir  kimi 

baxar,  ürəklərində  niyyət  tutub  şəlalədən  su  içərdilər.  Deyilənə  görə, 

ondan 


sonra həmin istək mütləq yerinə yetərdi. Dağın üstündə, su axmayan yerlərdə 

isə otlardan, çiçəklərdən başqa heç nə bitmirdi. Uzaqdan baxanda adama elə 

gəlirdi ki, şəlaləli dağın ətrafına lalə naxışlı yaşıl xalı döşənib.

 

Mətin  aşağıdan  yuxarı  baxanda  oradan  boylanmış  Günəşi  gördü.  Günəş 



şəlaləni daha da gözəlləşdirirdi. Mətin şəkil çəkməyə  Günəşdən başladı. Elə 

gün tamam batana qədər təkcə onun şəklini çəkdi. Yorulduğundan başını bir 

az  qoydu  çəmənliyə  ki,  dincini  alsın.  Necə  yorulmuşdusa  da,  şirin  yux

uya 


getdi. 

Bir də ayılanda gördü ki, göy üzü ulduzlarla doludur. Bildi ki, gecədir. Amma 

hər tərəf işıqlı olduğundan Mətin çaşıb qaldı. Bilmədi ki, səhərin açılmağına nə 

qədər qalıb. Gözü çəkdiyi şəklə sataşdı. Gördü çəkdiyi şəkil elə  işıq  verir  ki, 

elə bil od tutub yanır. Bu sirrə məətəl qaldı. O şəkli tərsinə çevirib, üzüaşağı 

qoydu.  Bu  vaxt  hər  tərəfə  zülmət  qaranlıq  çökdü.  Mətin  meşənin  bu 

qaranlığından  bir  az  vahimələndi  və  tez  şəkli  üzünə  çevirdi.  Yenə  hər  tərəf 

nura  boyandı.  Mətinin  yuxusu  qaçmışdı.  Evlərinə  getsəydi  də  yata 

bilməyəcəkdi.  Ona  görə  də  oturub  şəklini  çəkməkdə  davam  elədi.  O  səhərə 

qədər  şəkil  çəkdi.  Yaman  acmışdı.  Gətirdiyi  yemək  də  qurtarmışdı.  Durdu 

getdi bir az qarağatdan, böyürtkəndən yeyib, aclığını öldürdü. Gəlib yenə də 

şəkil çəkməyə davam elədi.

 

Belə


-

belə,  Mətin  üç  gün

-

üç  gecə  meşədə,  şəlalənin  qırağında  yatdı.  Axır  ki, 



şəkli  çəkib  qurtardı.  Bu  üç  gündə  o  yorulmadan  şəlalənin  gözəlliyini  olduğu 

kimi ilə kətanın üzərinə köçürtdü. Sonra uzaqdan dayanıb şəklə tamaşa elədi. 

Mətin  hələ  ömründə  belə  gözəl  şəkil  görməmişdi.  Sevindiyindən  uçmaq 

istəyirdi.

 

Mətin  bir  az  uzandı  ki,  dincini  alıb,  durub  yola  düzəlsin.  Uzandığı  yerdəcə 



yuxuya getdi. Təzəcə yuxuya getmişdi, yuxuda babasını gördü. Babası Mətini 

qucaqlayıb zülüm

-

zülüm ağlayırdı



-

Mən sənə deməmişdimmi ki, Günəş müqəddəsdir, onun şəklini çəkməyəsən? 



İndi mən sənə heç bir kömək edə bilməyəcəyəm.

 

Mətin babasını sakitləşdirmək istədi:



 

-

Baba,  mən  Günəşi  Pəriyə  göstərmək  istədim.  Ona  söz  vermişdim  axı. 



Zavallının  gözləri  kordur,  çəkdiyim  şəkillərimdən  savay  qızın  gözləri  heç  nə 

görmür. 


Baba  isə  elə  bil  oğlanın  sözlərini  eşitmək  istəmir,  hönkür

-

hönkür  ağlayırdı. 



Birdən  haradansa  bir  qara  geyimli  adam  peyda  oldu,  babanı  itələyib  yıxdı. 

Onun əlində fırça var idi. Qara geyimli həmin adam fırçanı qara rəngə batırıb 




Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə