Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   ...   15

-

Ay bacım, mən sizə bir dəfə dedim ki, Mətin şəkli mənə verib, xahiş elədi ki, 

onu sizə çatdırım, özü isə deyəsən ova getdi. Daha bundan başqa mən heç 

bir şey bilmirəm. Məndən əl çəkin!

 

Qızlar  arxayın  oldular  ki,  çobanın  yaddaşı  düzəlib,  yola  düzəlib  döndülər 



evlərinə.

 

Fərəh yol boyu nə illah elədisə də, Pərini sakitləşdirə bilmədi ki, bilmədi. Pəri 



bacısına dedi:

 

-



Bacı,  Mətin  mənim  gözlərimin  açılmasının  qurbanı  olub.  Biz  onu  xilas 

eləməliyik. Gəl səfərə çıxıb, Mətini axtaraq.

 

Fərəh çox qorxaq olduğundan Pəri ilə razılaşmadı:



 

-

Sən nə danışdığını bilirsən, biz iki nəfər qız uşağı səfərə çıxa bilərik? Sənin 



gözlərin  təzəliklə  açılıb,  gedib  yollarda  əziyyət  çəkərsən,  gözlərin  təzədən 

tutular. 

Pəri  nə  qədər  yalvardısa,  Fərəh  səfərə  çıxmağa  razı  olmadı  ki,  olmadı.  Pəri 

kor-


peşman  yuxuya  getdi.  Təzəcə  yuxuya  getmişdi  ki,  yuxusunda  bir  qoca, 

nurani kişi gördü. Qoca Pəriyə dedi:

 

-

Bil və agah ol



 

ki, Mətinin gözlərinin kor olmağına səbəbkar sən olmusan. O, 

Günəşin şəklini çəkərək, bizim fırçamızın müqəddəsliyini itirib və buna görə də 

onun öz gözlərinin nuru gedib. O, sənə kömək etdiyi kimi sən də ona kömək 

etməlisən.  Yoxsa  oğlan  həmişəlik  kor  qalacaq.  Bunun  üçün  gərək  Vəndam 

meşəsi  ilə  yol  gedib  Mətin  getdiyi  yerlərdən  keçəsən.  Onun  sarı  çiçəkli  gül 

kolunun  dibində  gizlətdiyi  sehrli  fırçasını  tapasan.  Sonra  isə  həmin  fırça  ilə 

Mətin  kimi  şəkil  çəkməyi  öyrənəsən.  Əgər  Günəşin  şəklini  çəkib,  Mətinin

 

gözlərinin qarşısında tutsan, onun gözlərinə nur gələcək. Çəkdiyin şəkil hazır 



olandan sonra, ona gecə qaranlığında bax. Əgər şəkildəki Günəş qaranlıqda 

işıq  saçsa,  deməli,  sən  şəkli  Mətin  kimi  ustalıqla  çəkmisən,  yox  əgər,  şəkil 

qaranlıqda görünməsə, deməli şəkli təzədən çəkməlisən. Şəkil başa gələndən 

sonra yola düşüb Mətini axtarıb tapa bilərsən.

 

Pəri  yuxudan  oyandı.  O,  bacısını  oyadıb  yuxuda  gördüklərini  ona  danışdı. 



Fərəh onun danışığına çox da məhəl qoymadı və dedi:

 

-



Sən  bu  haqda  o  qədər  fikirləşirsən  ki,  yuxuda  da  boş

-

boş  şeylər  görürsən. 



Yıxıl yat, hələ tezdir, durma.

 

Bunu  deyib,  Fərəh  təzədən  yuxuya  getdi.  Pəri  bacısının  Mətinə  qarşı 



biganəliyinə  hirsləndi. Özlüyündə cürbəcür  fikirlərə  düşdü. Fikirləşdi ki, bəlkə 

doğrudan  da  mən  yuxumu  qarışdırmışam.  Yox,  əgər  belə  deyilsə,  yuxum 

düzdürsə?  Mən  öz  yuxumun  düz  olub

-

olmamasını  yoxlamaq  üçün  Vəndam 



meşəsinə gedib, sarı çiçəkli gül kollarının diblərini axtarmalıyam. Əgər fırçanı 

tapsam,  deməli  yuxum  düzdür.  Onda  mən  Mətini  xilas  etmək  üçün  ən

 

əvvəl 


şəkil  çəkməyi  öyrənməliyəm,  sonra  isə  Mətini  axtarıb  tapıb,  çəkdiyim  şəkillə 

gözlərinə nur verməliyəm.

 

Pəri  səhər  açılmamış  durub  geyindi.  Mətinin  son  dəfə  ona  çəkib  göndərdiyi 



şəklə baxdı. Gözəyarı bildi ki, Mətin şəkli çəkəndə harada oturubmuş. Du

rub 


bacısından  gizlin  şəlalənin  yanına  gəldi.  Ən  əvvəl  şəlalənin  suyundan  içib, 

ürəyində niyyət tutdu və üzünü şəlaləyə tutub dedi:

 

-

Ey Yeddi gözəllər, siz Mətinə 



gözləri kor olmuş xeyirxah oğlana kömək olun, 

onun gözlərinə nur verməsi üçün Günəşdən imdad diləyin, yalvarıram sizə!

 



Sonra  Pəri  Mətinin  oturub  şəkil  çəkdiyi  yeri  tapdı.  Orada  otlar  tapdanmışdı. 

Tapdanmış otlardan bir iz də var idi ki, həmin iz Vəndam meşəsinin qalınlığına 

gedirdi. Pəri qorxmadan həmin izlə getməyə başladı. Həmçinin qız gedə

-ge


də 

sarı  çiçəkli  gül  kollarının  diblərinə  baxır,  orada  Mətinin  gizlətdiyi  fırçanı 

axtarırdı.  Pəri  günortaya  qədər  kolların  dibindən  fırça  axtardı  və  nəhayət  ki, 

axtardığını tapdı. Sevincək fırçanı götürüb qaça

-

qaça evlərinə gəldi.



 

Pəri bacısı ilə bazara getdi. Şəkil çəkmək üçün lazım olan şeyləri aldı. Başladı 

şəkil çəkməyə. Elə bir şəkil çəkdi ki, özü ona baxanda zülüm

-

zülüm ağlamağa 



başladı.

 

Fərəh bacısını ovundurdu:



 

-

Sən bu gün birinci dəfə əlinə fırça almısan, özün də istəyirsən ki, yaxşı şəkil 



çəkəsən.  Hər  şey  zəhmətlə  əldə  edilir.  Əziyyət  çəksən,  sən  də  gözəl  şəkil 

çəkməyi öyrənərsən.

 

Bundan  sonra  Pəri  gündüz–gecə  yorulmadan  şəkil  çəkməyə  başladı.  Fırça 



onun  əlindən  yerə  düşmürdü.  Qız  o  qədər  şəkil  çəkirdi  ki,  barmaqları  qabar 

olurdu.  Fərəh  ona  rəng  almağa  çatdırmırdı.  Pəri  görəndə  ki,  rəng  qurtarıb, 

sobadan kömür götürər, gedib qayanın üstünə cürbəcür şəkillər çəkərdi.

 

Bu minvalla beş ay keçdi. Pərinin yorulmadan çəkdiyi əziyyət bəhrəsini verdi. 



Çəkdiyi  şəkillər  hamının  xoşuna  gəlməyə  başladı.  Bundan

 

ürəklənən  Pəri 



şəlalənin  başına  gəldi.  Başladı  onun  şəklini  çəkməyə.  Çəkib  qurtarandan 

sonra  baxdı  ki,  həqiqətən  gözəl  şəkil  alınıb.  Şəkildəki  Günəş  adamın  gözün 

qamaşdırırdı. Pəri Günəş batana qədər gözlədi ki, şəklə bir az alaqaranlıqda 

baxsın.  Xeyli  gözlədi,  hava  qaralmadı  ki,  qaralmadı.  Bir  də  baxdı  ki,  bacısı 

qabaqda,  arxasınca  da  qonşuları  hay

-

küylə  gəlirlər.  Sən  demə  hava  çoxdan 



qaralıb,  qaranlıq  da  düşüb,  amma  şəkil  elə  işıq  saçır  ki,  Pəri  elə  bilir  günün 

günorta çağıdır.

 

Pəri  bacısını  nigaran  qoyduğuna  görə  ondan  üzr  istədi.  Amma  Fərəh  şəkli 



görüb hirsini yaddan çıxartmışdı. Çəkilən şəkil elə canlı, elə gözəl idi ki, Fərəh 

sevindiyindən ağladı. Onlar sevincək evə qayıtdılar. Pəri bilirdi ki, Fərəh onu 

heç  vaxt  tək  yola  çıxmağa  qoymayacaq.  Buna  görə

 

də  bacısını  yuxuya 



verərək, şəkli də götürüb, səhərə yaxın yola düzəldi.

 

Pəri  az  getdi,  üz  getdi,  dərə



-

təpə  düz  getdi,  gəlib  qərib  bir  ölkəyə  çatdı. 

Qarşısına  sərin  su  satan  bir  oğlan  uşağı  çıxdı.  Qız  ondan  bazarın  yerini 

soruşdu. Uşaq qıza yol göstərdi:

 

-

Bax,  düz  gedərsən,  yol  qurtaranda  dönərsən  gün  batana  tərəf,  həmin  yolla 



getsən, çatacaqsan bazara.

 

Pəri  bacısının  qara  çadrasını  geymişdi.  Səsini  də  qalınlaşdırmışdı  ki, 



bilməsinlər  balaca  qızdır.  Qoltuğunda  isə  özündən  böyük  şəkil  aparırdı. 

Uzaqdan o ba

lacaboy arvada oxşayırdı.

 

Çoxbilmiş  qız  bazarı  tapdı.  Bazar  əhlindən  Mətini  xəbər  aldı.  Onu  gördüm 



deyən  olmadı.  Yalnız  bir  rəssamdan  başqa.  Rəssam  qərib,  kor  oğlanı 

soraqlayana dedi: 

-

Sənin  dediyin  kor  oğlan,  bazarı  gəzib  soraqlaşa



-

soraqlaşa  mənim  yanıma 

gəlmişdi.  O,  xeyli  əllərini  mənim  şəkillərimə  sürtdü.  Elə  bil  həmin  şəkillərdən 

imdad  diləyirdi.  Sonra  isə  «mən  heç  nə  görə  bilmirəm»,  deyə  ağlaya

-

ağlaya 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə