Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   2   3   4   5   6   7   8   9   ...   15

göyçək qızlardı. Onlar həmişə

  

nənələrinin yanına gəlib, iş



-

gücdə ona kömək 

edərdilər.

 

      



Süsən  dolu  səhəngi  güclə  çiyninə  qaldırıb  nənəsinə  su  gətirər,  ev  işləri 

görərdi.  Sünbül  vurağan  keçilərdən  qorxsa  da,  nənəsinin  keçlərini  otarardı, 

qazların dişləməyindən çəkinsə də,

 

onlara dən verərdi.



 

       


Beləcənə,  qızlardan  biri  ev,  həyət  işləri  görər,  o  birisi  isə  heyvanlara, 

toyuğa


-

cücəyə baxardı.

 

       


Bir gün çəpərin yanından bir qarı keçirdi. Səltənət nənə də 

 

təndirə çörək 



yapırdı. O, qarını görəndə

  

fikirləşdi ki, qoca arvaddı, isti çörəyə tamahı olar, 



qoy çağırım, bir

-iki  


tikə yesin. Qarını səslədi:

 

      -



Ay qarı, gəl həyətə, təndir çörəyinə qonaq ol!

 

       



Qarı  bunu  eşitcək  həyətə  girdi.  Səltənət  nənə  ona  «xoş  gəldin»,  eləyib, 

süfrə  saldı.  Təndirdən  təzə  çıxartdığı  çörəkdən,  motal  pendirdən  süfrəyə 

qoydu. Sonra isə Süsəni səslədi:

 

     -



Ay Süsən, bağçadan bir az göydən

-

göyərtidən yığ gətir, qonağımız gəlib. 



   

      


Qarı  baxdı  ki,  daxmadan

  

qəşəng  bir  qız  çıxdı.  Uzaqdan  qonağın  üzünə 



gülümsədi, «xoş gəlmisən, qarı nənə», dedi. Sonra da əlində qab bağa getdi. 

Az  keçməmişdi  ki,  bağdan  göy

-

göyərti  yığıb  gətirdi.  Göyərtiləri  təmizləyib 



yudu,  süfrəyə  qoydu.  Qarıya  «nuş  olsun»,  demək  üçün  başını  qaldırıb  ona 

baxdı.  Qız  diksindi.  O,  hələ  bu  vaxta  qədər  belə  eybəcər  qarı  görməmişdi. 

Qarının  saçları  yoluq

-

yoluq,  pırtlaşıq,  burnu  donqar,  əyri  gözləri  göm



-

göy  və 


çəp idi. Uzun, eybəcər dırnaqları var idi. Dırnaqlarının içi də dolu idi zir

-

zibillə. 



Enli tummanına bəlkə bir yüz yerdən yamaq vurulmuşdu. Qarının gözlərindən 

elə bil cin yağırdı.

 

      


Süsən  qorxaq  idi,  istədi  qaçıb  komada  gizlənsin.  Nənənsi  bunu  başa 

düşdü, bərkdən dedi:

 

      -


Süsən, komaya tərəf baxma, qarıya çay

-

çörək ver.



 

       


Qız  nənəsini  başa  düşdü.  Qorxudan  daha  qarının  üzünə  baxmadı.  Çay 

süzüb qarının qağağına

 qoydu. 

      


Süsənin zirəkliyindən 

 

qarının xoşu gəldi, onun özünə də belə bir işlək qız 



lazımdı, soruşdu:

 

     -



Bu qız sənin kənizindi?

 

      



Səltənət nənə dedi:

 

      -



Yox,  ay  qarı,  nə  kəniz,  o  mənim  nəvəmdir.  Özü  də,  bacısı  da  bütün 

işlərimi görürlər. 

    

      


Qarı  istədi  gülsün,  tək  dişi  çox  eybəcər  göründü.  Süsən  qarıdan  lap 

 

qorxdu. Qarı ondan soruşdu:



 

     -


Bəs sənin o biri bacın hardadır?

 

      



Süsən dedi:

 

      -



Sünbül  qazları  apardı  gölə  ki,  bir  az  çimsinlər,  gətirsin.  Harda  olsa  indi 

gələr.


 

      


Qız qorxmasın deyə, qarının gözlərinə baxmadı.

  

      



Qarı Süsənlə nənəsini danışdıra

-

danışdıra beş çörək yedi. Səltənət nənə 



görə

-

görə  ki,  qarı  çörəklərin  hamısını  yeyir,  heç  nə  demədi.  Fikirləşdi  yəqin 



qarı neçə gündür ki, acdır.

 



      

Qarı yedi, doydu,

 

sonra isə yeməyin üstündən doyunca çay içdi. Bu vaxt 



Sünbül çubuq əlində, qazlar da qabağında darvazadan içəri girdi.

 

      



Sünbülün də qarının gözlərindən xoşu gəlmədi. Ağızucu salam verib girdi 

tövləyə, çıxmadı. Gözlədi ki, qarı çıxıb getsin. 

  

     


Səltənət nənə Süsəni onun dalınca yolladı ki, gəl qonağın yanına.

 

      



Sünbül gəldi. Qarı nənə dedi:

 

       -



Balalarım,  mən  bardaş  qurub  bir  yerdə  çox  oturanda  qılçalarım  tutular. 

Kömək eləyin qalxım ayağa, gedim komama.

 

      


Süsənlə Sünbül qarının qolundan  tutdular ki , onu qaldırsınlar. Nə qədər 

dartdılar, qaldıra bilmədilər. Qarı zülüm

-

zülüm ağlamağa başladı.



 

      


Səltənət  nənənin  qarıya  çox  yazığı  gəldi.  Gedib  eşşəyi  gətirdi  ki,  heç 

olmasa  qarı  eşşəklə  getsin.  Sonra  da  nəvələri  ilə  köməkləşib  qarını  birtəhər 

qaldırdı eşşəyin belinə.

 

      



Nənə nəvələrinə dedi:

 

     -



Aparın qarını qoyun komasına, qayıdın!

 

      



Süsənlə  Sünbül  hərəsi  bir  tərəfdən  nənələrinin  qulağına  pıçıldadılar: 

Nənə, mən bu qarıdan qorxuram.

 

       


Nənə də yavaşdan onlara dedi:

 

       -Qoc



a arvadı komasına aparmasaz, o eşşəkdən düşə bilməz, yıxılar. Siz 

də günah qazanarsız. Bir də axı eşşəyimizi qaytarıb gətirmək lazımdır.

 

       


Qarı soruşdu:

 

       -



Ay arvad, onlar sənin qulağına nə deyirlər?

 

       



Nənə dedi:

 

       -



Deyirlər ki, nənənin

 

evi uzaqda olsa, biz necə qayıdarıq?



 

       


Qarı ağlamsındı:

 

        -



Mənə  kömək  eləyən  olmasa,  eşşəkdən  düşə  bilmərəm.  Eşşək  məni 

yıxar,  ölüb  qalaram.  Nəvəm  də  yoxdur  ki,  məni  qaldırsın.  Amma 

 siz 

qorxmayın.  Komam  lap  yaxındadır.  Meşənin  qırağında.  Bircə  tez  getmək 



lazımdır ki, qayıdanda qaranlığa düşməyəsiniz.

 

     



Süsən  və  Sünbül  çar

-

naçar  razılaşdılar.  Qarı  eşşəyə  bir  çubuq  vurdu. 



Eşşək yola düzəldi, qızlar da onun arxasınca.

 

       



Meşəyə  çatmamış  taxıl  zəmisi  vardı.  Süsən  qaçıb  zəmidən  bir  dəstə 

sünbül 


yığdı. Bacısı soruşdu:

 

     -



Neyləyirsən bu sünbülləri yığırsan?

 

      



Süsən cavab verdi:

 

      -



Bizim  adımızı  nənəmiz  qoyub.  Sənin  də,  mənim  də  adım  sünbüldən 

götürülüb, ona görə də sünbüldən xoşum gəlir.

 

       Sünbül dedi: 



      -

Mənim adımı sünbüldən götürüblər, sənin adını yox!

 

       


Süsən bildiyini bacısına da öyrətdi:

 

       -



Nənəm  mənə  deyib  ki,  bizim  hər  ikimizin  adımızı  sünbüldən  götürüblər. 

Sünbülün  açılmamış  vaxtı  o  hələ  qönçə  şəklində  olur.  Ona  süsən

-sünbül 

deyirlər. Al bax, mənim yığdıqlarım da süsən

-

sünbüllərdir.



 

       


Bacılar belə şirin

-

şirin danışdıqları yerdə qarı onlara qışqırdı:



 

       -


Bacı

-

bacı, iki bacı nə danışırsız məndən ?



 

        


Bacılar qorxa

-

qorxa dedilər:



 


Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə