Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

      -

Niyə ağlayırsan, Səltənət nənə?

 

       


Nənə ağlaya

-

ağlaya başına gələnləri oğlana danışdı. 



             

       


Nənənin başına gələnləri eşidən kimi Əhmədin bir anlığa dili tutuldu. Əlləri 

əsməyə başladı. Nənə başa düşə bilmədi ki, oğlana nə oldu, soruşdu:

 

       -


Oğlum,  özünə  gəl,  nə  oldu  sənə,  bu  hala  düşdün?  Nə  dedim  sənə  ki, 

əllərin  əsməyə  başladı?  Bəlkə  meşədə  mənim  nəvələrimə  rast  olmusan, 

məndən gizlədirsən?

 

      



Əhməd dedi:

 

       -



Nənə, sənin çörəyə  qonaq elədiyin küpəgirən qarı olub. Sən çox nahaq 

yerə  onu  həyətə  çağırmısan,  ona  yaxşılıq  eləmisən.  Gözəl

-

göyçək,  işlək 



nəvələrini ona göstərib, tərifləmisən.

 

       



Nənə bunları eşidəndə qorxuya düşdü, çığırıb ağlamağa başladı. Ağlaya

-

ağlaya da Əhməddən soruşdu:



 

      -


Qadan alım, bəs sən bunları hardan bilirsən? Hardan tanıyırsan o ifritəni?

 

       



Əhməd əllərini

  

açıb Səltənət nənəyə göstərdi:



 

      -


Bax, həmin ifritə dediyin qarı mənim əllərimi şikəst edib.

 

       



Nənə bir anlığa ağlamağını saxladı:

 

      -



Bala, əlin

-

ayağın, başın



-

gözün salamatdır, əqlin yerindədir, haranı şikəst 

eləyib küpəgirən qarı?

     


       

Əhməd də özünü saxlaya bilməyib ağladı. Toxdayan kimi

 

başına gələnləri 



nənəyə danışdı:

     


        -

Qulaq as, başıma gələnləri sənə danışım. Bir ay bundan əvvəl meşəyə 

odun yığmağa gəlmişdim. Təzəcə odun yığmağa başlamışdım ki, gördüm bir 

göy-


göz,  böyük,  əyri  burunlu,  bir  dişli,  saçı  yoluq

-yoluq,   

eybəcər  bir

 

qarı 



deyinə

-

deyinə odun yığır. Fikirləşdim yəqin, qocadır, taqəti yoxdur işləsin, ona 



görə  deyinir.  Gəldim  ona  kömək  edəm.  Çoxlu  odun  yığdım.  Yüklədim  öz 

eşşəyimə, apardım düz komasına qədər.

 

        


Çatan  kimi  mənə  «sağ  ol»,  demək  əvəzinə,  əmr  elədi  ki,  bu  gündən 

mənim yanımda qalacaqsan, bütün işlərdə mənə kömək edəcəksən.

  

        


Düzü, qorxsam da qarıya dedim ki, sənin yanında heç vaxt qalmaram.

 

       



O isə mənə dedi:

 

      -



Qorxma, sənə pislik

  

eləmək üçün saxlamıram yanımda, istəyirəm mənə 



oğul  olasan,  mənə  kömək  eləyəsən.  Mən  də  öz  sehrlərimi,  tilsimlərimi  sənə 

öyrədim. İstəsən sehrli çubuğumu, sehrli darağımı, bir də sehrli pişiyimi sənə 

verərəm. Onlar sənin olsa, hamıdan güclü olarsan, hamıdan çox yaşayarsan. 

Mənim kimi üç yüz il yaşayarsan. Heyvanların, quşların dilini öyrədərəm sənə. 

Mənimlə  qalsan,  üçbaşlı  əjdaha  qulun  olar,  sənə  baş  əyər.  İlanlar  ətrafında 

dolaşar, əmrini gözləyərlər. Bütün canlılardan, cansızlardan güclü olarsan.

 

      


Küpəgirən qarının 

 

danışığı məni lap qorxutdu. Tez evə qaçmaq istədim. 



Eşşəyimi  də  götürüb,  yola  düzəldim  ki,  geri  qayıdım.  Qarı  hirsləndi,  mənim 

arxamca qışqırdı:

 

     -


Gücünü, qüvvəni əlindən aldım, get, peşman olanda qayıdıb gələrsən!

 

      



Mən  qarıya  inanmadım. 

 

Bir  az  getmişdim  ki,  eşitdim  qarının  qəhqəhəsi 



meşəni götürüb. Çox maraqlıydı, görəsən, qarı nəyə gülürdü?

 

    



Qayıtdım,  gizlincə  bir  kol  dalından  qarını  pusmağa  başladım.  Nə  görsəm 

yaxşıdır?

 



     

Gördüm qarı içi su ilə dolu, pıqqapıqla qaynayan bir qazanın içində oturub, 

qəhqəhə  çəkə

-

çəkə  çimir.  Əlindəki  qara  pişiyi  də  basır  qaynayan  suyun 



içərisinə, çıxarır və deyir:

 

     -Bitin-



birən aləmi götürüb, çim, təmizlənsin.

 

      



Pişiyin miyoltusu da qarışmışdı küpəgirənin eybəcər qəhqəhəsinə.

 

      



Dəli küpəgirənin qəhqəhəsini eşitməyənə qədər qaçıb ordan 

 

uzaqlaşdım. 



Gəldim  odun  qırdığım  yerə.  Yığdığım  odunları  eşşəyin  belinə  yükləmək 

istədim.  Nə  qədər  elədimsə,  əllərim  odunları  tutmadı.  İstədim  əllərimi  ovam, 

bəlkə keyi açılsın. Əlim

-

əlimə yaxın gəlmədi.



 

      


Qorxdum, qışqırıb ağladım. Fikirləşdim bəlkə qorxmuşam, əllərim tutulub. 

Yaşlılardan  eşitmişdim  ki,  qorxudan  adamın  başına  hər  iş gəlir.  Tez  evimizə 

getdim. Anam əliboş qayıtdığıma məyus oldu. Çünki mən evə odun gətirəndə, 

anam onları satır, çörək bişirməyə un alırdı.

 

      


Başıma gələnləri danışdım  anama. İnanmadı mənə. Elə  bildi ki, meşədə 

yatıb qorxmuşam. Məni mollaya, təbibə göstərib, onlardan mənə şəfa axtardı. 

Heç biri dərdimə çarə tapmadı. Əlim iş tutmadı ki, tutmadı.

 

      



İndi  neçə  gündü  ki,  meşədə  küpəgirən  qarının  komasını  axtarıram, 

tapmıram. Deyirəm, heç olmasa gedim 

 

dilə tutum, bəlkə tilsimimi açdı. 



  

       


Səltənət  nənə  oğlanın  başına  gələnləri  eşidəndə  dizinə,  başına  döydü. 

Oğlana  yazığı  gəldi.  Nəvələrini  də  öz  əli  ilə  küpəgirənə  verdiyinə  görə 

saçlarını yolub ağlamağa başladı. Oğlan güclə arvadı sakitləşdirdi:

 

        -



Səltənət nənə, gecənin bu vaxtında sən nəvələrivi tapa bilməyəcəksən. 

Gəl gedək, səhər gəlib axtararıq.

 

        


Nənə ağlaya

-

ağlaya dedi:



 

       -


Yox, onsuz da gecəni yata bilməyəcəyəm, yaşısı budu, qızları

  

axtarım. 



Tapa

ram,  taparam,  tapmaram,  qoy  canavarlara  yem  olum.  Mən  ki,  öz 

əllərimlə onları küpəgirən qarıya vermişəm, yaşamaq mənə haramdır.

 

         



Oğlan dedi:

 

       -



Darıxma, Səltənət nənə, nəvələrini taparıq, qarını da məhv edərik. Mən 

isə səni tənha meşəyə buraxmaram. Sənnən gedirəm.

 

        


Onlar  arabanı  meşənin  qırağında  qoyub,  meşəyə  girdilər.  Qaranlıqda 

küpəgirənin komasını axtarmağa başladılar. Ayı nəriltisi, canavar ulamağı, ilan 

fısıltısı  eşitdilər,  amma  qorxmadılar.  Səhər  açılana  qədər  meşəni  dolandı

lar. 


Komanı tapmadılar ki, tapmadılar.

 

      



Hava  işıqlanan  kimi  bir  cığıra  rast  oldular.  Oğlan  baxdı  ki,  cığıra  arabir 

sünbüllər  tökülüb.  Sünbül  hələ  tam  açmamışdı.  Onu  əlinə

  

götürmək  istədi, 



götürə bilmədi.

 

     -



Nənə bura bax

-

deyib, sünbülü nənəyə göstərdi.



 

     


Nənə sünbülü əlinə götürüb 

 zülüm-


zülüm ağlamağa başladı, dedi:

 

     -



Bu tam açılmamış süsən

-

sünbüldür. Mənim nəvələrimin də adı Süsən və 



Sünbül idi. 

      -


Bilirəm  nənə.  Elə  ona  görə  də  sünbülü  sənə  göstərdim.  Görürsən, 

sünbüllər  bir

-birinin  a

rdınca  yola  səpələnib.  Elə  bil  kimsə  onu  bilə

-

bilə  yola 



düzüb. Gəlsənə, sünbüllərin izi ilə gedək, bəlkə ifritəni tapa bildik. 

  

     -



Nə deyirəm, bala, gedək deyirsən, gedək, 

nənə dedi.



 


Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə