Bu sayimizda



Yüklə 9,87 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix22.07.2018
ölçüsü9,87 Mb.
#57834
1   2   3   4   5   6   7

15 may 2017-ci il

3

http://w w w.amu.edu.az



Mayın 4-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Tera-

pevtik Klinikasında iki xəstənin kliniki təhlili aparılıb. 

 

Təhlillərin  əvvəlində  çıxış  edən  direktorun  müalicə 



işləri üzrə müavini Adil Nuriyev belə təhlilləri keçirməyin 

önəmindən danışıb.

O  bildirib  ki,  əsas  məqsəd  ağır  xəstələri  profes-

sor  və  həkimlərin  iştirakı  ilə  təhlil  etmək,  həmçinin 

klinikanın  tədris  yönümlü  olduğunu  nəzərə  alaraq 

tələbə və rezidentlərin də bura cəlb edilməsini həyata 

keçirməkdir. Çünki kliniki təhlillərin aparılması çox va-

cib və məqsədəuyğundur.

A.Nuriyev kardiologiya şöbəsinə çox ağır vəziyyətdə 

gətirilən  xəstə  ilə  bağlı  danışıb.  O,  deyib  ki,  belə 

ağır  xəstələri  tələbələrin  və  rezidentlərin  də  görməyi 

çox  vacibdir.  Onları  belə  ağır  xəstəliklərlə  bağ-

lı  məlumatlandırmaq,  maarifləndirmək  bizim  əsas 

vəzifəmizdir.  Çünki  bu  xəstəliklər  nadir  yayılan 

xəstəliklər sırasına daxildir.

Daha  sonra  moderatorluğu  professor  Mehman 

Ağayevə  məxsus  31  yaşlı  -uzun  müddət  kəskin  tu-

bulointerstisial nefritdən əziyyət çəkən xəstə ilə bağlı 

Şəhla İsmayılova danışıb. 

Kəskin  tubulointerstisial  nefrit  xəstəliyi  haqqında 

məlumat verən Ş.İsmayılova bu xəstəliyin böyrəklərin 

kəskin xəstəliyi olduğunu bildirib.

“Bu, ekzo- endogen faktorların təsirinə qarşı cavab 

olaraq,  əksər  hallarda  kəskin  böyrək  zədələnməsinin 

inkişafı  ilə  müşayiət  olunan  böyrəklərin  interstisi-

al  toxumasında  iltihabi  dəyişiklərin  baş  verməsi  ilə 

səciyyələnir.

O,  31  yaşlı  kəskin  böyrək  zədələnməsi  ilə  ağırlaş-

mış, diaqnoz şərhi isə qeysəriyyə əməliyyatından son-

ra qeyri-steroid iltihab əleyhinə (QSİPƏP) preparatların 

qəbulundan sonra ağırlaşmış xəstə ilə bağlı çıxış edib.

“Burda  məqsəd  xəstəliyin  o  qədər  də  az  rast 

gəlinmədiyini diqqətə çatdırmaqdır. Bu xəstəlikdə di-

aqnozu vaxtında qoymaq çox çətindir. Bu, kəskin nef-

roloji xəstəliklər qrupunda ayrıca nozoloji vahid kimi 

götürülür. Son zamanlar revmatoloji xəstəliklərin art-

ması fonunda QSİPƏP təyini artdığından kəskin tubu-

lointerstisial  nefritin  profilaktikası  qətiyyən  nəzərdən 

yayınmamalıdır”.

Ş.İsmayılova sonda xəstəliyə diaqnoz qoymaq üçün 

mütləq böyrək biopsiyası aparılmasının vacib olduğu-

nu da diqqətə çatdırdı.

2-ci 12 yaşlı xəstə ilə bağlı isə dosent Rauf Bəylərovun 

moderatorluğu ilə Mədinə Hacıyevanın çıxışı dinlənildi. 

M. Hacıyeva uşaqlarda sidik ifrazat sistemi xəstəlikləri 

arasında nefrotik sindroma çox tez-tez rast gəlindiyini 

bildirdi: “Bu xəstəlik geniş yayılmış xəstəliklər sırasına 

daxildir. Ona görə də çalışdığımız qədər bu xəstəliklə 

bağlı müzakirələrə geniş yer verməliyik. Bu gün bizim 

bu xəstəni təhlil etməyimizdə əsas məqsəd də tələbə 

və rezidentləri maarifləndirmək, eləcə də uşağın həyat 

keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir.

M.Hacıyeva bu uşağın 1 yaşından nefrotik sindrom-

dan əziyyət çəkdiyini qeyd edib. Uşaq klinikamıza sidik 

ifrazının azalması və bütün bədəndə ödem şikayətləri 

ilə  gətirilmişdi.  Həkimlərin  səyi  nəticəsində  onun 

müalicələrində irəliləyişlər var və ümid edirik ki, bunlar 

nəticəsiz qalmayacaq”.

Klinik təhlil professor-həkimlərin müzakirəsi ilə da-

vam etdirilib.

Mayın 5-də Azərbaycan Tibb 

Universitetində imtahan nəzarətçiləri ilə 

toplantı keçirilib.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, 

profesor Sabir Əliyev bu il imtahana nəzarətin başqa 

formatda həyata keçiriləcəyini bildirib: “Ayrı-ayrı ka-

fedralardan  3-4  müəllim birbaşa  imtahana  nəzarət 

etmək üçün dəvət olunub. Bəzi müəllimlər ilk dəfə 

imtahanda nəzarətçi qismində iştirak edəcək. Bütün 

nəzarətçilərdən hədsiz diqqət tələb olunur”.

ATU-nun  Virtual  Test  Mərkəzinin  (VTM)  direkto-

ru Şahin Bayramov mərkəz haqqında qısa məlumat 

verərək,  imtahanda  nəzarətçilərin  görəcəyi  önəmli 

işdən  danışıb.  O  bildirib  ki,  VTM-də  iki  kompüter 

zalında 250-yə yaxın kompüter quraşdırılaraq lokal 

şəbəkədə  birləşdirilib  və  ümumi  server  vasitəsi  ilə 

idarə edilir. Bu mərkəzdə bir gündə 1000 nəfərdən 

çox  tələbə  imtahan  verə  bilir.  İmtahan  prosesinin 

şəffaflığını  təmin  etmək  üçün  hər  bir  kompüter  za-

lında  yerləşdirilmiş  xüsusi  veb-kameralar  vasitəsilə 

imtahan prosesinin video-yazılışı aparılır: “İlk olaraq 

sizi  təbrik  edirəm  ki,  imtahanda  nəzarətçi  qismində 

seçilmisiniz, bu etimadı doğrultmusuz. Nəzarətçilərin 

üzərinə, əlbəttə ki, imtahan prosesində böyük yük dü-

şür. Məsələn, nəzarətçi imtahana geciksə, bütün imta-

han axsayar. Ona görə də bu cür hallar baş verməməli, 

tələbələri yoxlama güclü şəkildə aparılmalıdır”.

ATU-nun  imtahana  nəzarət  qrupunun  rəhbəri,  do-

sent Kamandar Yaqubov nəzarətçilərin üzərinə düşən 

konkret  vəzifələrdən  danışıb.  Bildirib  ki,  imtahanda 

iştirak etmək üçün 136 nəfər nəzarətçinin əmri verilib: 

“Nəzarətçilər  imtahanın  gedişində  ən  əsas  insanlar-

dan biridir. Nəzarətçinin ən birinci vəzifəsi tələbələrin 

əyləşdirilməsidir. Çünki iki tələbə eyni fəndən imtahan 

verərsə, yanaşı düşməməlidir. Onun sağında-solunda 

əyləşən tələbələr digər fənlərdən imtahan verməlidir. 

Buna  diqqət  edilməlidir.  İmtahan  başlayandan  sonra 

isə tələbələrin heç bir vasitədən istifadə etmədiklərinə 

əmin  olmalıdır.  Həmçinin,  imtahan  zamanı  onların 

səhifələrinə baxmalı, başqa bir şəxsin yerinə imtahan 

vermədiklərini izləməlidir”.

K. Yaqubov bildirib ki, əmri verilən şəxslər artıq may 

ayının  3-dən  doktorantların  imtahanlarında  iştirak 

edirlər. Onlar həmçinin VI kursun mayın 12-dən baş-

layacaq semestr və iyunun 1-5-də semestr və dövlət 

imtahanlarında iştirak edəcəklər.

Görüşdə  qeyd  olunub  ki,  seçilmiş  müəllimlər  Yay 

məktəbinin imtahanlarına da nəzarət edəcəklər.

İmtahan nəzarətçiləri təlimatlandırılıb

İki xəstənin kliniki təhlili ilə 

bağlı müzakirələr aparılıb

Lakin  ekologiyanın  pozul-

ması  və  genetik  səbəblərdən 

xəstələrin  sayı  ilbəil  ar-

tır.  Mütəxəssislərin  fikrincə, 

xəstəliyin  yayılmasında  irsi 

faktorlar çox böyük rol oyna-

yır.  Bronxial  astmanın  yayıl-

masının digər ən mühüm ya-

yılma yolu məişət gənələridir. 

Çox 

kiçik, 


mikroskopik 

ölçüdə  olan  həmin  gənələr 

üçün yataq dəstində, yorğan-

döşəkdə  olan  37  dərəcə 

temperatur,  yüz  faiz  nisbi 

rütubət münbit şərait yaradır. 

Ona  görə  də  yaşayış  şəraiti 

pis  olanda,  o  cümlədən  ya-

taqxana və zirzəmidə məişət 

gənələrinin inkişaf etməsi və 

yayılması daha rahat olur.

Tibb  Universitetinin  Tədris 

Terapevtik 

Klinikasında 

Səhiy yə  Nazirliyinin  baş  al-

lerqoloqu, professor Cəbrayıl 

Məmmədov keçirdiyi mətbuat 

konfransında  xəstəliyin  ya-

yılma şəraiti ilə yanaşı, onun 

profilaktikası  barədə  də  ge-

niş  məlumat  verib:  “Məişət 

gənələrinin  ən  çox  qorx-

duğu  günəş  şüalarıdır.  Bu 

səbəbdən 

biz 

xəstələrə 



həmişə  günəş  işığının  daha 

çox  düşdüyü  otaqda  ya-

şamağı  məsləhət  görürük. 

Otaqdakı səliqəsizlik, bir çox 

əşyaları  üst-üstə  yığmaq  da 

həmin  gənələrin  inkişafına 

səbəb olur. Yastıq, yorğan və 

döşəyin  tez-tez  dəyişilməsi 

də  vacib  profilaktik 

şərtdir. Gənələr tükdən 

və  yundan  olan  yataq 

dəstini  çox  sevirlər, 

onları  sinteponla  əvəz 

etmək  də  onun  çoxal-

masının  qarşısını  ala 

bilər”.


Astma 

xəstəliyinin 

diaqnostikası,  onun-

la  mübarizə  tədbirləri 

barədə  ətraflı  məlumat 

verən 


professor 

ölkəmizdə  onun  yayıl-

ma arealından da danışıb. Baş 

allerqoloqun  dediyinə  görə, 

Abşeron  regionunda  dənizə 

yaxınlaşdıqca  onun  yayılma-

sı  və  çoxalması  üçün  daha 

əlverişli  mühit  yaranır.  Son-

rakı  yerdə  Lənkəran-Astara 

zonası  gəlir.  Naxçıvanda  da 

astma  xəstələrinin  sayı  çox-

luq  təşkil  edir.  Lakin  dağlıq 

və  dağətəyi  rayonlarda  onun 

əmələ  gəlməsi  üçün  o  qədər 

də münbit şərait yoxdur.

Mətbuat 


konfransın-

da  C.Məmmədov  xəstəliyin 

əlamətləri barədə danışarkən 

deyib:  “Xəstələrin  70-80 

faizində astma tutmalarından 

əvvəl  burun  axmaları  başla-

yır.  Təəssüf  ki,  bəzən  həmin 

əlamətləri  qripə  oxşadır  və 

dəyişik  salırlar.  Əslində  isə 

həmin  əlamət  astmaqabağı 

allergik rinitdir. Ona görə də 

allergik  rinit  əlamətləri  ya-

rananda  xəstə  otolarinqoloq 

yox,  ilk  növbədə,  allerqoloq 

müayinəsindən 

keçməlidir. 

Allergen  əlamətlər  aşkar 

edildikdə  spesifik  immuno-

terapiya  vasitəsilə  xəstəliyin 

qarşısını almaq mümkündür”.

Professor  onu  da  qeyd  edib 

ki,  allergik  rinit  dövründə 

xəstəliyi  sağaltmaq  olar,  la-

kin  xroniki  hala  keçəndən 

sonra onu etmək mümkünsüz 

olur. Lakin bu, heç də astma-

nın  müalicəsiz  olduğu  kimi 

başa  düşülməməlidir.  Astma 

tam sağalmasa da, müalicəyə 

tabe  olan  xəstəlikdir.  Düz-

gün  həkim  müalicəsi  alanda 

xəstəlik heç də qorxulu deyil 

və ona yoluxanlar uzun ömür 

sürə  bilərlər.  Ona  görə  də 

düzgün  həkim  seçimi  də  bu 

sahədə  heç  də  az  əhəmiyyət 

kəsb etmir.

Mətbuat  konfransında  jur-

na listləri  maraqlandıran  su-

allara cavablar da verilib.

Respublikanın baş allerqoloqu  mətbuat konfransı keçirdi

Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 

milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, 

ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır.

ATU-nun mətbuat xidməti




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə