Bu sayimizda



Yüklə 9,87 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix22.07.2018
ölçüsü9,87 Mb.
#57834
1   2   3   4   5   6   7

15 may 2017-ci il

7

http://w w w.amu.edu.az



Dövlət və cəmiyyətin əsas 

prob lemlərindən biri də sülh 

və ya hərbi dövrdə əhalinin 

ya şa ması 

və 

fəaliyyətinin 

təh lükəsizlik  təmi natı nın  ya­

ra dıl masıdır.  Bu  məq səd lə 

fövqəladə halların idarə olun­

ması üzrə xüsusi qurumlar 

yaradılır. Bu məsələlərin həlli 

həm 

çinin yerli icraedici və 

idarə et mə  orqanlarına  tap­

şırılır

Hüquqi  dövlət  kimi  Azər-

baycan  Respublikasında  bu 

sahədə 


bütün 

məsələləri 

tənzimləyən  qanunlar  və  digər 

normativ  sənədlər  mövcuddur 

və aktualliğını bu gün də qoru-

yur. Nüvə enerjisinin əldə olun-

ması və ölkə iqtisadiyyatının in-

kişafında rolu çox böyükdür. 

Azərbaycan 

Respublikası 

1993-cü ildən Beynəlxalq Mülki 

Mü da fiə  Təşkilatının  üzvlüyünə 

qəbul  edilmiş  və  BMT-in  bütün 

konvensiyalarının 

tələblərini 

yerinə yetirməyi öz öhdəsinə gö-

türmüşdür. Ona görə müstəqillik 

dövründə  bir  sıra  qanunlar 

qəbul  edilmişdir.  Təsadüvi  de-

yil  ki,  BMT  yanında  MAQATE 

təşkilatı bütün ölkələrdəki AES-

dəki texniki vəziyyət və istismar 

qaydalarını  müntəzəm  yoxlayır. 

Bu cür tədbirlər 1985-ci il Çer-

nobıl və 2011-ci il Fukusimo AES 

qəzalarından sonra daha tez-tez 

aparılır.  Maraqlı  məqamlardan 

biri də odur ki, müasir dövrün ən 

dəhşətli texnogen qəzaları məhz 

aprel aylarında baş vermişdir və 

nəticələri bu günə qədər aradan 

qaldırılmamışdır.Qeyd  etməliyik 

ki,  Cernobıl  AES-də  baş  verən 

qəzanın  nəticələrinin  aradan 

qaldırılmasında  6000  nəfər 

soydaşımız  iştirak  etmişdir. 

Onlardan  3000  nəfəri  dünyası-

nı  dəyişmiş  və  3000  nəfəri  isə 

hal-hazırda  əmək  qabiliyyətini 

itirmiş 


vətəndaşlar 

kimi 


Azərbaycan  Dövlətinin  xüsusi 

himayəsindədirlər.  Ukrayna  və 

Belarusiyada isə ağır demoqra-

fik və ekoloji vəziyyət yaranmış-

dır. Bu cür ağır nəticələr kimya 

sənayesi  müəssisələrində  baş 

verəcək qəzalarda da gözlənilir. 

Ona  görə  nüvə  və  kimya 

sənayesi  müəssisələri  yaşayış 

məntəqələrindən  aralı  tikilməli, 

nüvə  məhsullarının  istehsalı, 

saxlanılması və daşınma qayda-

larına ciddi əməl olunmalıdır.

Qəzalar  baş  verən  zaman 

FHN-in  Böhranlı  Vəziyyətlərin 

İdarə  Olunması  mərkəzinə  və 

əlaqədar  qurumların  qaynar 

xətlərinə  məlumat  verilməlidir. 

Qəza  ocaqlarına  yaxın  yerdə 

qərargah yaradılmalı, səmərəli iş 

fəaliyyəti üçün bütün vəsaitlərlə 

təmin olunmalıdır.

Azərbaycan  Respublikasının 

“Əhalinin  Radiasiya  Təhlü kə-

siz liyi  Haqqında”  Qanunu  ulu 

öndər  Heydər  Əliyev  tərəfindən 

imzalanmışdır.  Bu  Qanun  radi-

oaktiv şua mənbələri sahəsində 

qəzasız fəaliyyətin, əhalinin ra-

diasiya  təhlükəsindən  qorun-

ması və sağlamlığının mühafizə 

edilməsinin  hüquqi  əsaslarını 

müəyyən edir. Qanun VI fəsil və 

28 maddədən ibarətdir.



  Kimyəvi qəzaların baş 

verdiyi təqdirdə tətbiq olunan 

əsas kimyəvi mühafizə 

tədbirləri aşağıdakılardır:

* kimyəvi qəza faktının aşkar lan-

ması və bu barədə xəbərdarlıq olun-

ma sı;

* qəza rayonunda kimyəvi şəraitin 

müəy yən  olunması;

* qəza təhlükəli kimyəvi maddələr-

lə (QTKM) çirklənmiş ərazilərdə 

fəaliy yət rejimlərinin gözlənilməsi;

* əhali, qəza obyektinin şəxsi per-

sona 

lı, qəza nəticələrinin aradan 

qal 

dırılmasında iştirak edənlərin 

tənəffüs orqanları və dərisinin qo-

runması üçün fərdi mühafizə vasi-

tələri ilə təmin olunması;

* lazım gəldikdə əhalinin kimyəvi 

zədələnmə zonasından təxliyə olun-

ması;

* əhali və işçi personalın QTKM-

dən mühafizəsini təmin edən sığı na-

caqlarda yerləşdirilməsi;

* antidotların və dərinin təmiz lən -

məsi üçün istifadə olunan digər va si-

tələrin operativ tətbiqi;

* əhali, qəza obyektinin şəxsi per-

sonalı qəza nəticələrinin aradan qal-

dırılmasında iştirak edənlərin sanitar 

baxışdan keçirilməsi;

* qəza obyektinin, sənaye, sosial, 

yaşayış tipli obyektlərin, nəqliyyatın, 

digər texniki vasitələrin, geyim və 

əmlakın zərərsizləşdirilməsi.

Radiasiya qəzası 

barədə xəbərdarlıq 

olduqda nə etməli?

*Küçədə olduğunuz zaman tənəffüs 

orqanlarını qorumaq üçün dəsmaldan 

(şərfdən) istifadə edin və dərhal 

sığınacaq axtarın.

* Sığınacağa çatan zaman üst geyi-

mi və ayaqqabılarınızı soyunub plas-

tik paketlərə qoyun.

* Qapı və pəncərələri bağlayın, 

yer li orqanların göstərişlərini və qəza 

haqqında ətraflı məlumatı almaq 

üçün televizor və radionu yandırın.

* Ventilyasiya çıxışları və pəncərədə 

olan çatları bağlayın.

* Kifayət qədər su və hermetik qab-

lar yığın.

* Açıqda olan ərzaq məhsullarını 

po lietilen örtüklərə büküb soyuducuya 

qoyun.

* Tənəffüs orqanlarının qorunması 

üçün respirator, pambıq-tənzifli sar ğı-

lardan və ya suda   isladılmış adi par-

çadan istifadə edin.

* Əgər zərurət yaranarsa yodlu 

profilaktik tədbirlər edin; 7 gün ərzin-

də hər gün 1 ədəd (0, 125 qr) olmaqla 

kalium yod həblərini qəbul edin; 5 ya-

şa qədər olan uşaqlar həbin 1/4 his-

səsini qəbul edə bilər, 5 yaşından 15 

yaşa qədər olan uşaqlar 1/2 həb qəbul 

etməlidir;

* Kalium yod həbləri olmadıqda 

məhlu lundan istifadə etmək olar: 3-5 

damcı 5%-li yod məhlulunu bir stəkan 

suda həll edin, 2 yaşa qədər olan uşaq-

lar üçün 1-2 damcı kifayətdir.

Bu  sahədə  əhalinin  maarif-

ləndiril məsi  işində  təkcə  əla qədar 

qurumlar  deyil,  eyni  za manda 

kütləvi  informasiya  vasitələrinin 

imkanlarından isti fadə olunmalıdır. 

Mühafizə  tədbirlərinin  öyrədilməsi 

ilk növbədə orta məktəblərdə təşkil 

olunmalıdır.   

A.Musayev,



Mülki Müdafiə Tibb Xidmətinin 

Təşkili kursunun baş müəllimi

Texnogen qəzalar zamanı əhalinin mühafizəsinin təşkili

Bu il kafedramızın qocaman professoru, 

görkəmli elm xadimi, bacarıqlı təşkilatçı, 

maarifpərvər  müəllim  adının  daşıyıcısı 

olan Rafiq Müəllim son dövr üçün bu ali 

tədris ocağının İnsan anatomiyası kafed-

rasında və bütövlükdə ATU kollektivində 

məsləhətçi-professor  olmaq  imzasını 

atan ilk mütəxəssis oldu. Bu imza ATU-

nun Elmi şurasının qərarı ilə təsdiqləndi. 

Bütün  bunları,  eləcə  də  ona  göstərilən 

dövlət qayğısını, ATU rəhbərliyi və kollek-

tivinin ona olan hüsnü-rəğbət duyğularını 

nəzərə alaraq qarşıdan gələn tədris ilinin 

kafedramız  və  onun  əməkdaşları  üçün 

rəmzi məna kəsb edən əlamətdar bir il – 

“Rafiq müəllim ili” olacağını məmnunluqla 

qeyd edirik. 

Professor R.Əsgərov 1933-cü il may ayı-

nın 11-də Bakı şəhərində ziyalı ailəsində 

dünyaya  göz  açıb.  O,  ilk  təhsilini  1941-

1951-ci  illərdə  Bakıdakı  6  nömrəli  orta 

təhsil məktəbində alıb və 1951-ci ildə ATİ-

nin müalicə-profilaktika fakültəsinə daxil 

olub.  Ali  təhsil  illərinin  ilk  günlərindən 

İnsan  anatomiyası  kafedrasının  müdiri, 

professor  K.Balakişiyevin  mühazirələrini 

dinləyib, institut  miqyasında tədris edilən 

ilk  tibbi  fənn  olan  insan  anatomiyası 

fənninə bağlanıb və 1954-cü ildə III kurs 

tələbəsi  ikən  “Normal  anatomiya”  (indiki 

“İnsan  anatomiyası”)  kafedrasında  labo-

rant, V kursda oxuyarkən isə baş laborant 

vəzifəsində işə qəbul olunub. 1957-ci ildə 

institutu əla qiymətlərlə başa vuran gənc 

R.Əsgərov Normal anatomiya kafedrasın-

da aspiranturaya qəbul edilib. O, 1957-ci 

ildə  hələ  tələbə  ikən  Ümumittifaq  Lenin 

Komsomolu  Mərkəzi  Komitəsinin  “Fəxri 

Fərmanı”na layiq görülüb. 

Rafiq müəllim aspiranturanı bitirdikdən 

sonra 1964-cü ildə “İnsanın nəfəs boru-

su  və  bronxlarının  innervasiyası”  möv-

zusunda  namizədlik,  1973-cü  ildə  isə 

“Ağciyərlərin  innervasiyası  ilə  əlaqədar 

azan  sinirin  nəqledici  aparatının  morfo-

logiyası”  mövzusunda  doktorluq  disser-

tasiyası  müdafiə  edib,    müvafiq  olaraq 

tibb elmləri namizədi və tibb elmləri dok-

toru  elmi  dərəcələrinə,  eləcə  də  dosent 

və professor elmi adlarına layiq görülüb. 

Gənc  alim  apardığı  anatomik  –  histoloji 

və eksperimental – morfoloji tədqiqatlar 

nəticəsində  nəfəs  borusu  və  bronxla-

rın  incə  quruluşlu  sinir  elementlərini, 

elektron  mikroskopiya,  histokimyəvi  və 

eksperimental  üsullarla  azan  sinirin  qu-

ruluş,  yaş  və  fərdi  xüsusiyyətlərini,  mi-

elogenezi  və  mieloarxitektonikasını, 

morfo-funksional  anatomiyasını,  inner-

vasiya  zonalarını,  digər  sinirlərlə  qarşı-

lıqlı əlaqələrini yeni aspektdə mükəmməl 

öyrənərək “Aşağı tənəffüs yolları sinirləri” 

və “Ağciyər sinirləri” adlı müvafiq monoq-

rafiyalar,  çoxsaylı  elmi  əsərlər  çap  etdi-

ribdir.

Rafiq  müəllimin  məharətlə  apardı-



ğı  mühazirə  və  təcrübə  dərsləri  həmişə 

böyük  maraqla  dinlənilir.  Professor 

R.Əsgərov  sırf  K.Balakişiyev  elmi-peda-

qoji  məktəbinin  yetirməsi  olmaqla,  həm 

də bu məktəbin canlı davamçısıdır. Alimin 

yetişdirdiyi tələbələr təkcə Azərbaycanda 

deyil,  onun  hüdudlarından  kənarda  bir 

sıra  xarici  ölkələrdə  –ABŞ-da,  Almani-

yada,  Türkiyədə,  İngiltərədə,  İsraildə, 

Fransada  və  bir  sıra  digər  ölkələrdə  də 

fəaliyyət göstərir, müəllimləri ilə sıx əlaqə 

saxlayırlar. 

Professor  R.Əsgərov  1969-cu  ildə  ATİ-

də yeni yaradılan “Hazırlıq şöbəsi”nin mü-

diri vəzifəsinə təyin edilib, 1985-1990-cı 

illərdə  Operativ  cərrahlıq  və  topoqrafik 

anatomiya  kafedrasının,  1990-1995-ci 

illərdə  İnsan  anatomiyası  kafedrasının 

müdiri  vəzifələrində  çalışıb,  1988-1993-

cü  illərdə  isə  ATU-nun  elmi  işlər  üzrə 

prorektoru  vəzifəsini  uğurla  yerinə  ye-

tirib,  1995-ci  ildən  etibarən  kafedranın 

professoru vəzifəsində çalışıb. Uzun illər 

ATU-nun Elmi şurasının, Azərbaycan Res-

publikasının Prezidenti yanında Ali Attes-

tasiya  Komissiyasının  Ekspert  şurasının 

üzvü olub. Görkəmli alim 200-dən artıq 

elmi  əsərin,  o  cümlədən  monoqrafiya, 

dərslik və dərs vəsaitlərinin, elmi-kütləvi 

məqalələrin, bir sıra maarifləndirici orijinal 

kitabların müəllifidir. Yüksək erudisiyaya, 

mədəni  səviyyəyə,  insani  keyfiyyətlərə 

malik  olan  Rafiq  müəllim  fərdi  təxəyyül 

gücünün  rəngarəng  spektrindən  istifadə 

edərək  tanıdığı  tanınmışlar  haqqında 

publisistik oçerklər yazır ki, bu da onda 

çox yaxşı alınır.  

Professor  R.Əsəgərov  Cənubi  Qafqaz 

Ölkələri  Morfoloqlarının  I-V  konfrans-

larının,  Ümumittifaq  Anatom,  Histoloq 

və  Embrioloqlar  Elmi  Cəmiyyətinin  VIII-

XI qurultay və simpoziumlarının, bir sıra 

digər elmi forumların iştirakçısı olub, elmi 

məruzələrlə çıxışlar edib.

Alimin  elmi-pedaqoji  və  ictimai 

fəaliyyəti  ölkə  rəhbərliyi  tərəfindən 

yüksək  qiymtələndirilib.  O,  2000-ci 

ildə  “Tərəqqi”  medalına,  2007-ci  ildə 

“Əməkdar elm xadimi” fəxri adına, bir sıra 

fəxri  fərmanlara  və  digər  təltiflərə  layiq 

görülüb. 

Həmkarımız  olan  professor  Rafiq 

müəllimə bu gözəl bahar günlərində uzun 

ömür, cansağlığı diləyir, tükənməz ener-

jisini saf duyğulara sərf etməsi üçün qar-

şıdakı  illərdə  də  ona  xoş  əhval-ruhiyyə, 

yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 

ATU­nun İnsan anatomiyası 



kafedrasının professor­müəllim heyəti

GÖRKƏMLİ ALİM – ANATOM, İSTƏKLİ MÜƏLLİM



Alimlərin nüfuzlusu, müəllimlərin istəklisi, 

tələbələrin sevimlisi olmaq şərəfinin 

təcəssümçüsünə çevrilən Azərbaycan 

Tibb Universitetinin İnsan anatomiyası 

kafedrasının məsləhətçi – professoru, 

əməkdar elm xadimi, tibb elmləri doktoru, 

professor Rafiq Əşrəf oğlu Əsgərov 64 ilə 

yaxındır ki, eyni ali təhsil müəssisəsinin eyni 

kafedrasında dolğun fəaliyyətini səmimiyyət 

və sədaqətlə davam etdirir. Professor 

R. Əsgərov həyatının müdriklik çağında 

gənclik həvəsi ilə ömrünün mübarək gəlişli 

85­ci ilinin astanasına ilk addımlarını atır. 


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə