Бядии редактор


ÖLÜMDƏN SONRAKI MƏRHƏLƏLƏRDƏ PEYĞƏMBƏR (S), ƏLİ (Ə)-IN VİLAYƏTİ VƏ



Yüklə 1,01 Mb.
səhifə4/7
tarix21.10.2017
ölçüsü1,01 Mb.
#6303
1   2   3   4   5   6   7

ÖLÜMDƏN SONRAKI MƏRHƏLƏLƏRDƏ PEYĞƏMBƏR (S), ƏLİ (Ə)-IN VİLAYƏTİ VƏ

ƏHLİ-BEYTİN ROLU

Dördüncü: Siratdır.

Öləndən sonra insanın keçəcəyi dördüncü mərhələ siratdır.

İslam Peyğəmbəri (s) belə buyurur: «Cəhənnəmin üstündə tükdən nazik, qılıncdan iti bir körpü var. Bütün insanlar oradan keçməlidir.»

Quranda da «Möminun» surəsinin 73-cü ayəsində buna işarə edilərək buyurulur: «Ya Peyğəmbər, sənin borcun və üzərində olan ağır vəzifə insanların hamısını düzgün yola hidayət etməkdir. Amma axirətin olacağına, öldükdən sonra diriləcəklərinə və qiyamət səhnəsində hazır olacaqlarına iman gətirməyən və inanmayanlar Siratı düzgün gedib başa çatmayacaqlar».

İmam Sadiq (ə) buyurur: «Sizin haqqında eşitdiyiniz Sirat iki cürdür: Biri budur ki, insan o yolla gedib Allahı tapır və ona inanır; İkinci Sirat axirətdədir.

Bəs insanların dünyadakı tapmalı olacaqları Sirat hansıdır?

O Sirat Allahın təyin etdiyi imamdır. İnsanlar onun vasitəsi ilə hidayət olunarlar. Onlara tərəf gedib, onlara itaət edən adam qiyamət günü Siratın üstündən keçib gedəcək.

Beşinci: Hesabdır.

Qiyamətdə məhkəmə qurulacaq. İnsanın etdiyi bütün əməlləri haqqında sorğu-sual ediləcək. Sorğudan sonra hesab-kitab bağlanacaq.

«Ənbiya» surəsinin 47-ci ayədə buyurulur: «Qiyamət günü biz ədalət tərəzisini insanın qarşısına qoyacağıq. Heç bir insana zülm olunmayacaq. Zərrə qədər yaxşı və ya pis əməli olandan da hesab soruşulacaq. Mühasiblər insanların əməl dəftərini gətirib onlardan hesab alacaqlar.»

Həzrət bu ayələrin təfsirində buyurur: «Sizin burada yaşağıdınız günlər əməl günüdür və sizdən hesab götürən yoxdur. Hara gedirsən, nə danışırsan, hara baxırsan, nə yazırsan və nə yeyirsənsə, azadsan. Amma qiyamət günü əməl yoxdur, ancaq hesabdır».



Altıncı: Mizandır.

İnsanın bütün əməllərini o tərəzidə hesablayacaqlar.

«Əraf» surəsinin 8-9-cu ayələrində buyurulur: «Qiyamət günü çəki haqqdır. Əməllər çəkiləcək və ölçüləcək. Əməlləri ağır gələn insanlar nicat tapacaqlar. Tərəzidə əməlləri yüngül gələn adamlar ziyan görəcəklər; Çünki onlar öz nəfslərinə qarşı ziyan etməklə yanaşı bizim ayələrimizə zülm etdilər (etinasızlıq göstərdilər).» (Quran) ayələrini eşitdikləri halda inanmadılar və əməl etmədilər. Onlar peşiman olacaq və deyəcəklər: İlahi, biz başa düşmədik, bizi qaytar gedib (dünyada) yaxşı əməllər edək. Biz onlara deyəcəyik ki, lal olun və danışmayın. Biz sizə peyğəmbərlər göndərdik, kitablar göndərdik və Quranı göndərdik, amma siz qulaq asmadınız. Buna görə də sizin istəyiniz heç vaxt qəbul olmayacaq».

Hədisdə Peyğəmbər (s) buyurur: «Allah qiyamət günü Adəm peyğəmbəri (s) çağırıb deyəcək ki, bunların hamısının atası sənsən. Gəl tərəzinin yanında dur və balalarının əməllərinə tərəzidə diqqətlə bax! Əgər onların yaxşı əməlləri zərrə qədər də olsa və pis əməllərindən ağır gəlsə, onlar cənnətə gedəcəklər. Ya Adəm, sonra demə ki, burada zülmə yol verildi».

«O insanlar» dedilər ki, Salman, filan heyvanın quyruğu sənin saqqalından üstündür. Salman cavabında dedi: Əgər keçə bilməsəm, sən deyəndir. İtin quyruğu bundan üstündür2

Quran buyurur: Üç qrup insana tərəzi qurulmayacaq:



1.Müşrik və Kafir olanlara.

Onları hesabsız, kitabsız və tərəzisiz odun içinə atacaqlar.

«Kəhf» surəsi, 105-ci ayə: «Müşrik və kafir olanlar üçün mizan (tərəzi) qoymayacağıq».

2.Şəhidlərə.

Allah yolunda dünyada şəhadətə çatmış insanlara tərəzi və hesab olmayacaq. Onlar behiştə azad şəkildə gəlib keçəcəklər.



3.Müsbət mənada iki xüsusiyyətə malik olan insanlara:

Xəlvətdə da olsalar günah etməyən və dünyada halal ruziləri az da olsa ona qane olanlar. Onlar da azad şəkildə gəlib keçəcəklər.



Yeddinci: Kitabdır.

Yeddinci mərhələdə insanların hamısına 3 cür kitab verəcəklər. Kitab haqqında iki fikir mövcuddur:

1.İnsanın dünyada hansı əməli olarsa, orada qeyd edərlər. Buna kitab deyilir.

«İnfitar» surəsi 12-ci ayə: «Allah sizə gözətçi qoyub. Sənin yanında çox hörmətli yazıçı var. Hər nə etsəniz onlar bilir və yazırlar.

«Qaf» surəsi 18-ci ayə buyurur: «Sənin sağında və solunda gözətçi olanların ikisi də etdiklərinin hamısını yazırlar. Hər bir insan hər nə iş görür və hər nə danışırsa, bilməlidir. Sözə qədər hər şey onların qələmindən keçir və qeyd edilir.

«Yasin» surəsi 12-ci ayə: «Ölüləri biz dirildəcəyik və onların hamısının əməllərini biz yazırıq. Hansı əməlləri özləri edib və hansı əməlləri onlara göndərirlərsə onları da yazırıq».

«Casiyə» surəsi buyurur: «Sizin əməllərinizin hamısını çəkirlər və yazırlar. Qiyamət günü insanlara öz əməllərini göstərəcəklər. Bütün bunları yazdıqdan sonra onu bir kitab halına gətirirlər».

Bu kitab üç cürdür: Quranın buyuruğuna əsasən onlardan biri budur ki, insanın öz fərdi əməllərini yazırlar. Qiyamət günü hər bir insanın əməl kitabını öz əlinə verəcəklər.

«Əlhaqqə» surəsi buyurur: «Qiyamət günü ktabları sağ əlinə verilənlər şad olaraq hamını çağıracaq və deyəcəklər ki, gəlin mənim kitabıma baxın. Görün nə gözəl kitabım var. Mən dünyada bilirdim ki, mənim əməllərimi yazırlar. Ona görə də düzgün əməllər etdim. Bu insanlar rahat və Allahın Cənnətində olacaqlar. Kitabları sol əllərinə verilənlər isə deyəcəklər: Vay olsun mənə, kaş bu kitabı mənə verməyəydilər, kaş hesabımı bilməyəydim».

İkinci kitabı bütün ümmətlərə verəcəklər. Bu kitablar bütün peyğəmbərlərin ümmətlərinə ayrı-ayrılıqda hazırlanmışdır. O kitabı da açıb hər bir ümmət öz əməllərinə baxacaqlar.

«Casiyə» surəsi 29-cu ayədə buyurulur: «Ya peyğəmbər, bütün ümmətlərin hamısını diz üstə çökən görəcəksiniz. Hər bir ümmət öz kitabına tərəf dəvət olunacaq. Kim nə iş görübsə hamısını ona deyəcəklər».

Bu bizim kitabımızdır və sizə haqq danışır. Bu kitabda səhv yoxdur.

Üçüncü kitabda bütün insanların əməlləri qısa surətdə bir xətdə yazılır. Hamı öz əməllərini bu kitabda görəcək. Hamı bir-birinin əməllərindən xəbərdar olacaq.

Quran buyurur: «Allahın nuru ilə o yer işıqlı olacaq. Bütün insanların hamısının əməllərini yazılmış bir kitab təşkil edəcəklər. Peyğəmbəri şahid gətirəcəklər. O zaman insanlar arasında qəzavət olunacaq və hökm veriləcək. Heç bir insana zülm olunmayacaq».(«Zumər» surəsi, 68-ci ayə)

O kitabı gördükdə insanlar deyəcəklər: «Vay olsun bizə, bu necə kitabdır ki, kiçikdən-böyüyə qədər bütün əməllərimizin hamısını yazıb burada saxlayıblar». Qiyamət günü ən böyük əzab insanların bir-birlərinin yanında çəkdikləri xəcalətdir. İnsanların əksəriyyətini dünyada həvayi-nəfs bədbəxt edir.

Mərhum Əllamə Təbatəbaidən soruşurlar: Ağa, irfanın neçə mənzili var? Ağa cavab verir ki, iki mənzili var: Bir ayağını qoy həvayi-nəfsin üzərinə, digərini də yarın məhzərinə. Əsas insanın Allaha itaət etməsidir.

Rəcəbəli Xəyyat (xəyyat «dərzi» deməkdir. Bu insan dərzi olmasına baxmayaraq böyük arif və övliyalardan biri idi.) Ayətulla üzma Milaninin yanına gedib öz əhvalatını ona danışır. Deyir ki, mən cavan oğlan idim. Günlərin bir günü mən tələyə düşdüm. Belə ki, gördüm bir qız məni aldadıb tələyə salıb və bu tələnin içindən çıxmağa heç bir yolum yoxdur. Öz-özümə bir qədər fikirləşib dedim: İlahi sənin məni imtahana çəkib dəfələrlə yoxlamağın mümkündür. Bu həmişə olan şeydir. İcazə olar bir dəfə də mən səni imtahan edib, yoxlayım? Elə bunu demişdim ki, Yusif (ə) Züleyxanın tələsindən alını açıq, üzü ağ və başı uca çıxdığı kimi mən də gözlərimi yumub tələdən elə çıxdım. Oradan çıxdıqdan sonra Allah mənim gözümü açdı. Rəcəbəli ölənə qədər insanların batinini görürdü. Onların həqiqi surətlərini görürdü. O, qeyd edirdi ki, bəzi vaxt küçədə gedərkən çox adamın gəzib, dolandığını görürsən. Amma, bəzi vaxt bir, iki nəfəri adam surətində görürsən, ondan qalanları heyvan surətindədir. Allah Rəcəbəlinin gözünü, ayağını həvayi-nəfsin üzərinə qoyduğu üçün açdı.
İMAM HÜSEYN (Ə)-IN ZİYARƏTİNİN

ALLAH YANINDA SAVABI

Bu gecə ərbəin gecəsi olduğundan dünyanın hər bir yerində möminlər əzadarlıq məclisi təşkil ediblər. Bu gecə sizə İmam Sadiq (ə)-ın İmam Hüseyn (ə) haqqında olan, bir neçə hədisini söyləyəcəyəm. Bu hədislər də öz növbəsində iki yerə bölünür:

1.İmam Hüseyn (ə)- ın ziyarəti barəsində olan hədislər.

2.O Həzrətin ziyarətinin necə olması haqqında olan hədislər.

Keçən söhbətlərimizdə İmam Hüseyn (ə)- ın ziyarəti haqqında bir neçə hədis qeyd etdik. Eləcə də qeyd olundu ki, o həzrəti ziyarət etmək həm insanın dünyası üçün həm də axirəti üçün faydalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İmam Hüseyn (ə)- ı ziyarət etməyin, insanın mənəviyyatına da böyük təsiri var.

Rəvayətdə vardır: «Dünya, axirət tələb edən adama haramdır, axirət isə dünyanı tələb edən adama haramdır. Bunların hər ikisi isə (dünya və axirət) Allahı tələb edən adama haramdır».

Bu hədisin mənasından aydın olur ki, Allahı sevən və Onun razılığını əldə edən şəxs üçün dünya və axirətin heç bir mənası yoxdur. Buna misal olaraq Əli (ə)- ı qeyd etmək olar. Beləki, O həzrət buyurur: «İlahi mən sənə nə cəhənnəmin qorxusundan nə də behiştinə görə ibadət etmirəm. Mən səni tanımışam və məni bu xurmalıqda ibadət etməyə sənin ibadətinin ləzzəti çəkib gətirir» Odur ki, əgər bir insan dünya və axirətə göz yumub irfan əhli, mərifət sahibi, və Allah aşiqlərindən olsa, belə bir insanın eşq və mərifətində İmam Hüseyn (ə)- ın ziyarətinin böyük təsiri var. Bununla bağlı İmam Sadiq (ə)- dan bir neçə hədis qeyd etmək olar.

Buyurur: «Hər kim İmam Hüseyn (ə)- ı ziyarət etsə, Allah həmin şəxsə on min şəhər əta edəcək.»

Alimlər bu hədisin izahı ilə bağlı qeyd etmişlər ki, şəhərdən məqsəd dünyada mövcud olan şəhərlər deyil. Bəlkə hədisin mənası budur ki, Allah İmam Hüseyn (ə)-ı ziyarət edən şəxsin gözünün önündən və qulaqlarından bütün pərdələri götürər. Allah həmin şəxsin qəlbinin bəsirətini açar. Belə olduqda, o şəxsə nə dünya gərəkdir nə də axirət.

Tarixdə nəql olunur ki, Əli (ə)- a bir anbar dünya malı gətirib verirdilər. Əli (ə) onların hamısını camaata paylamayınca evə getmirdi. Orada haqqı olanların hamısının haqqını qaytarırdı. Bütün beytül-malı payladıqdan sonra orada iki rükət namaz qılıb Allaha belə buyururdu: «İlahi, çox şükür olsun ki, boynumda olan təklifi əda etdim. İndi evimə rahat gedə bilərəm.»

Peğəmbər (s) özüdə delə idi. Necə ki, tarixdə qeyd olunub, Peyğəmbər (s) buyurardı: «Əgər günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysanız belə, mən yenə də Peyğəmbərliyimdən əl çəkməyəcəyəm. Yəni bütün dünyanı mənə versəniz belə, mən yenə də öz təklifimdən əl götürməyəcəyəm.»

Bu səbəbdəndir ki, əgər insanın bəsirət gözü açılsa, və insan Allahını tanısa, onda həmin şəxsə nə dünya lazım olar nə də axirət. Belə bir şəxs daha günah etməz.

Təfsirçilər bu mətləblə bağlı başqa bir hədis də nəql edirlər: Allah taala buyurur: «Mənim bəndələrim nafilə, gözəl və müstəhəb əməllərlə Allahın məhəbbətini qazanmağa çalışarlar. Mən onları sevdikdə və onlar bu məhəbbəti qazandıqda, onların qulaqlarından və gözlərindən pərdələr götürülər. Mən onların qulağı, gözü, dili və əli olaram». Odur ki, hər kim dünyada İmam Hüseyn (ə) -ı ziyarət edərsə bax belə bir insana çevrilər.

İkinci hədis belədir: İmam Sadiq (ə) buyurur: «Bir insan İmam Hüseyn (ə)-ın ziyarəti məqsədiylə öz evindən çıxarkən birinci addımı atdığı an Allah onun bütün günahlarını bağışlayar. Ondan sonra atdığı hər bir addımda o şəxsin nuraniyyəti çoxalar. Gəlib qəbirə yetişdikdə, Allah taala o şəxslə münacat edərək buyurar: Ey mənim bəndəm çağır məni səs verim, nə hacət və istəyin varsa, istə, mən də əta edim».

Ücüncü hədis belədir: İmam Sadiq (ə) buyurur: Qiyamət günü süfrələr açılacaq. Bu süfrələr bir necə cürdür; Bir süfrədə yeməklər, bir süfrədə geyimlər, bir süfrədə hurilərdir. Bəzi insanlar belə şeylərin həvəsində olmadığından, onlar elə süfrə axtarar ki, orada nuraniyyət var. İmam buyurur: Bu nuraniyyət süfrəsinin kənarında oturmaq, istəyən kəs gedib adını Hüseyn (ə)- ın zəvvarlarının siyahısına yazsın. Orada o şəxslər oturacaqlar».

Nəql edirlər ki, bir gün axşam həzrət durub geyinib, keçinib, ətirlənib evdən çıxdı. Soruşdular: Ağa hara gedirsən? Həzrət buyurdu: Huri qazanmağa. Gəlib Kəbənin kənarında dayanaraq buyurdu, İlahi Mən Səni istəyirəm. Huri nədir, Cənnət nədir? İmamın bu cavabı o zaman həmin şəxslər üçün qane edici cavab idi. Onlara bəzi şeylərin sirlərini və həqiqətini demək olmazdı. Çünki, deyilsəydi, hələ dərk etməzdilər.

Dördüncü hədis Əbu Usamənin hədisidir. O deyir: Mən İmam Sadiq (ə)- dan eşitdim ki, həzrət buyurdu: «Qiyamət günü Cənnətdə bir iclas olacaq. Orada Peyğəmbər, Əli (ə), Fatimə (s), məsumlar və möminlər iştirak edəcək. Kumeyl duasında buna işarə edən Əli (ə) 3 dəfə «Ya Rəbb» çağırdıqdan sonra Allahdan 10 hacət istəyir. O hacətlərin sonuncusu budur ki, İlahi, sən istədiyin şəxslərin iclasına məni də daxil et. Odur ki, İmam Sadiq (ə) buyurdu: Məsumların, möminlərin iştirakı ilə keçiriləcək iclasda iştirak etmək istəyən insan, İmam Hüseyn (ə)-ı ziyarət etsin. İmam Hüseyn (ə)- ın ziyarətinin insanın həm dünyasına həm də axirətinə mənfəəti var.

Ziyarət nə deməkdir?

Çox insan Kərbəlaya gedib. Şimr (məlun)-da İmam Hüseyn (ə)- ın başını Kərbəlada kəsib. Hər Kərbəlaya gedən əgər bu şərəfə nail olsa, onda Şimir və başqa ona bənzər insanlar da Kərbəlada olublar. Allahın bu ziyarət müqabilində verəcəyi dünya fəzilətinin, axirət fəziləti və həm də mənəviyyatın nuraniliyinin qazanılmasında bir şərt. O ziyarətin şərti var, elə belə deyil.

Müfəzzəl (İmam Sadiq (ə)- ın şagirdlərindəndir) deyir: Həzrət mənə buyurdu ki, Müfəzzəl heç Hüseyn (ə)- ın ziyarətinə gedirsən? Cavabında dedim ki, gedirəm. Deyir ki, həzrət mənə baxıb buyurdu:

-O ziyarəti etməsən ondan yaxşıdır. Ağa necə ola bilər ki, o zyarətə getməməyim getməyimdən yaxşı olsun? Həzrət buyurdu:

-Ona görə ki, Siz yığılaraq, deyib gülə-gülə gedirsiniz; rahat yerdə qalırsınız; ziyarət edib qayıdırsınız. Elə bilirsiniz oldunuz Kərbəlayı. Halbuki o həzrəti susuz öldürüblər; o həzrəti ac öldürüblər. O həzrət şəhid olan vaxt nə haldaydı? Bax, ziyarəti də elə həmin halla etməlisən. Ondan sonra o fəzilətləri həmin şəxsə verərlər.

İmam Sadiq (ə)-dan olan ikinci hədis belədir: «İmam Hüseyn (ə)-ın ziyarətinə gedərkən, ürəyi sınıq, təvazökaranə, qəmli və qüssəli halda ac və susuz getməlisən. Çünki o həzrət ac və susuz şəhid oldu. Həzrət torpaq üstündə şəhid oldu. Belə halla get ziyarət et, hacətlərini istə və qayıt gəl. Orada qalıb oranı özünə vətən etmə!»

Hədislərdən biri də budur:

«Hər kim İmam Hüseyn (ə)- ın qəbrinin ziyarətinə piyada getsə, Allah həmin şəxs üçün min savab yazar, min günahını pozar və min dəfə də dərəcəsini qaldırar. Sonra buyurur: Fərat çayına yetişdin, orada dayan, Fərat suyuyla qüsl al. Qüslü bitirdikdən sonra ayaqqabılarını çıxart və oradan qəbirə qədər ayaqyalın get. Yeriyəndə də zəlil bəndələr kimi yol yeri.»

Mühəmməd ibni Müslim nəql edir: İmam Sadiq (ə)-dan soruşdum:

-Yəbnə Rəsulillah! Mən sənin cəddinin ziyarətinə gedirəm. Kərbəlaya da həccə gedən şəxslər kimi gedim?

Həzrət buyurdu:

-Bəli. Necə həccə gedirsənsə, eləcə də Kərbəlaya get. Sonra həzrət həmin səfərin ədəb-ərkanını açıqlayaraq buyurdu:

-Yol-yoldaşlarına qarşı bəd əxlaq olma. Xoş sözlərdən başqa heç bir şey söyləmə. Bacardığın qədər Allahı zikr et. Təmiz paltarla ziyarətə get. Ziyarətə başlamazdan öncə qüsl et. Qəlbində xüzu və xuşu olan halda ziyarətə yollan. Nə qədər bacarırsan, bir o qədər hərəmdə dua və namaz qıl. Peyğəmbər və ali Peyğəmbərə çoxlu salavat de. Vaxtını sənə lazım olmayan şeylərə sərf etmə. Gözünü haram baxışlardan qoru. Əgər yolda birinin nəyəsə ehtiyacı olsa, dayan və köməklik göstər. Getdiyin mömin qardaşlarınla cibiniz bir olmalıdır. Yolda təqiyyə lazım olsa, təqiyyə et. Allahın haram buyurduqlarının hamısından çəkin. Əgər dediyim kimi ziyarət etsən, onda sən düzgün ziyarət etmisən. Əgər insan ömründə bir dəfə belə bir ziyarət etsə, bu ziyarət onun bütün ömrünə bəs edər. Qeyd olunan fəzilətlərin hamısını Allah bu şəxsə verər.»

Hənnam ibni Subəyr: Atam mənə İmam Sadiq (ə) -dan nəql edib: İmam atama buyurdu: «Sən cəddim Hüseyni hər gün gedib ziyarət edirsən?

-Ağa xeyr.

-Həftədə bir dəfə gedə bilərsən?

-Xeyr.

-Ayda bir dəfə gedə bilirsən?



-Xeyr.

-İldə bir dəfə gedə bilirsən?

-Bəzi vaxtlar gedirəm. Həzrət mənə baxıb buyurdu:

-Sən İmam Hüseyn (ə)- ın barəsində sanki, cəfa edirsən. Mən susdum. Həzrət buyurdu:

-Əgər bacarsan, hər gün ziyarət et. Bacarsan, həftədə bir dəfə et. Dedim:

-Ağa mən uzaqda yaşayıram. Tez-tez getməyə imkanım yoxdur. Həzrət buyurdu:

-Sənə bir ziyarət öyrədim, hər gün əməl et. Hətta uzaqda olsan da. Gündə bir dəfə çıx damın üstünə və yaxud üstü açıq bir yerə. Bir sağa bax, bir sola və başını göyə qaldırıb imam Hüseyn (ə)- ın hərəmini niyyət edərək de:

Əssəlamu ələykə Ya Əba Əbdillah.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Sonra Həzrət buyurdu: Belə etsən, (müstəhəb) həccin və ümrənin savabını sənə verərlər.


İMAM HÜSEYN (Ə)-IN

KƏRBƏLADAKI SƏHABƏLƏRİ

Bu gecə, səfər ayının 28-ci gecəsi İmam Həsən (ə)-ın və İslam Peyğəmbərinin (s) şəhadətlərinə təsadüf edir.

Bu gecə məhərrəm ayı danışdığım söhbətlərə bir neçə mətləb əlavə etmək istəyirəm. O da budur ki, İmam Hüseyn (ə)-ın Kərbəlada şəhid olması və Allah yolunda öz canından keçməsi təsadüfi hadisə, eləcə də iki ərəbin davası deyildi. Bəlkə Yəzidin qoşunu ilə imam Hüseyn (ə)- ın müharibəsi; İslamla küfrün müharibəsi idi. Bu barədə mötəbər kitablardan və mötəbər şəxslərdən hədislər və faktlar qeyd olundu. Eləcə də o həzrətin ziyarəti və bu ziyarətin savabı haqqında bir neçə hədis söylənildi.

Bu gecə qeyd etmək yerinə düşərdi ki, o həzrətin müqəddəs, təqvalı və şərəfli səhabələri var idi. O səhabələr də İmam Hüseyn (ə) kimi yollarını, özlərinin düşüncələri hesabına seçmişdilər. Onlar bu yolda öz təqvaları ilə, imama tabe olaraq, öz meylləri ilə canlarından keçirlər. Bununla da Peyğəmbərin (s) ruhunu şad edirlər.

Bəzən belə təsəvvür oluna bilər ki, imam müharibəyə gedərkən onun səhabələri muzdla tutulmuş şəxslər və ya imamın öz xidmətçiləri idi. Onlar məcburiyyət qarşısında qalaraq orada həlak oldular. Belə şəxslərin heç bir xüsusi fəziləti yoxdur.

Bu gecə həmin səhabələr haqqında bir neçə mətləbin qeyd olunması yerinə düşərdi. Bu mətləbi iki yerə bölüb, hər biri haqqında ayrılıqda söhbət açmaq istəyirəm:

1.Peyğəmbər (s) və İmam Hüseyn (ə)- in bütün səhabələri haqqında dediyi hədislər və rəvayətlər.

2.İmam Hüseyn (ə)-ın hər bir səhabəsinin barəsində söylədiyi sözlər.

Əlbəttə bu iki gecədə 80 nəfərin fəziləti haqqında söz söyləmək qeyri-mümkündür. Sadəcə, bunlardan bir neçəsi haqqında İmam Hüseyn (ə)-ın sözlərini nümunə olaraq qeyd edirik.

Birinci hədisi Peyğəmbərin şəxsən səhabələrindən olan imam Hüseyn (ə)-ın 1-ci zəvvarı və İmam Baqirin (ə) vaxtına qədər yaşayan Cabir ibni Abdullah nəql edir. (Bu səhabənin sözünü və fəzilətini heç kim inkar edə bilməz.) Cabir deiyr ki, mən İmam Baqir (ə)-dan eşitdim ki, O həzrət buyurur: İmam Hüseyn (ə) hələ şəhid olmamışdan qabaq öz səhabələrinə bu sözü buyurdu:

-«Ey mənim səhabələrim, Peyğəmbər (s) sizin haqqınızda bu sözü deyib. Peyğəmbər (s) İmam Hüseyn (ə)-a müraciətlə buyurdu: «Ey mənim oğlum yaxın gələcəkdə səni aparacaqlar Kərbəla çölünə. O yer elə bir yerdir ki, Peyğəmbərlər və onların vəsiləri də bir-birləri ilə orada görüşüblər. Bu bir çöldür ki, oranın bir neçə adı var. Bir adı da Əmuradır. Mənim oğlum, sən orada şəhid olacaqsan. Eləcə də sənin səhabələrindən bir neçəsi orada, sənin yanında, səninlə birlikdə şəhid olacaq. Onlara qılınc, nizə, ox və daş vurulacaq. Onlar şəhid olacaqlar. Onların fəziləti budur ki, həmin şəxsləri qılınc, ox və nizə yarası ağrıtmayacaq».

Bu sözün iki mənası var. Hər ikisinin də düz olması mümkündür:

Birinci məna budur ki, onların şərafətlərinə və imanlarına görə Allah qılıncdan ağrını və dərdi götürəcək. Çünki, İmam buyurur: Peyğəmbər (s) bu sözü dedikdən sonra bu ayəni oxudu:

«Biz oda İbrahimi yandırma dediyimiz kimi, Kərbəlada da qılınca deyə bilərik ki, onlara əziyyət verməsin.»

İkinci mənası budur ki, onların eşqi, bu yola aşiqanə surətdə gəlmələri, məhəbbətləri, Allahla olan münacatıları və eşqlərinin çoxluğu onların ağrını hiss etməmələrinə səbəb oldu.

Sonra Peyğəmbər (s) buyurdu: «Mənim oğlum, səndən və səninlə birgə şəhid olanlardan ağrı götürülər. Döyüş, mübarizə, şəhid olmaq onlar üçün çox asan olar».

İmam üzünü öz səhabələrinə tutub buyurdu: «Mən sizə müjdə verirəm ki, biz şəhid olduqdan sonra Peyğəmbərin (s) hüzuruna gedib onu ziyarət edəcəyik.»

İkinci hədisi İmam Hüseyn (ə) Tasua günü, əsr vaxtı öz səhabələri ilə danışdığı zaman bəyan edib. Həzrət buyurub: «Mən indiyə qədər öz səhabələrimdən başqa vəfalı və gözəl səhabə, eləcə də öz Əhli-beytimdən başqa mehriban və gözəl Əhli-beyt görməmişəm və eşitməmişəm. Allah mənə görə sizə yaxşı savab və mükafatlar versin.»

Bu İmam Hüseyn (ə)-ın sözüdür. Həmin Hüseyn (ə) ki, Aişədən «Əhli-beyt ayəsi gələndə sən nə gördün, kimdir Əhli-beyt?» -deyə soruşulanda deyərdi:

-And olsun Allaha! Ayə, nazil olanda mən gördüm ki, Peyğəmbər (s) Zəhranı (s), Əlini (ə), Həsəni (ə) və Hüseyni (ə) başına yığaraq söylədi: İlahi! Mənim yer üzündə bunlardan başqa Əhli-beytim yoxdur.» Həmin Əhli-beyt! Quran tərif edir, bütün çirkinliyi onlardan uzaq bilir. Peyğəmbər (s) tərif edir. Odur ki, bu Əhli-beytdən olan və Peyğəmbərin (s) qucağında böyüyüb başa çatan həmin imam Hüseyn (ə) indi deyir mənim tarix boyu öz səhabələrimdən vəfalısını görməyib, eşitməmişəm.

Üçüncü hədis budur: Ravi deyir; İmam Sadiq (ə)-dan soruşdum: Ey Peyğəmbər balası çox istəyirəm ki, İmam Hüseyn (ə)-ın səhabələri haqqında mənə məlumat verəsən. İmam buyurdu: «Allah onların gözünün qabağından pərdəni götürdü və onlar öz məkanlarını Cənnətdə gördülər. Odur ki, bunlar da şəhid olmaqda və məqsədlərinə çatmaqda bir-birləri ilə ötüşürdülər.»

Kərbəlada belə insanları öldürüb şəhid etdilər. Öz məqamını gördükdən sonra gedən şəxslər övliyalardır. Bunlar belə şəxslər idi. Bunlar dünya, vəzifə və kürsü üçün savaşan insanlar deyildi. Allaha çatmaq istəyən övliyalar yalnız, ölməzdən öncə öz məqamlarını görərlər.

İkinci mətləb budur ki, həzrət hər səhabənin haqqında bir neçə söz buyurub və səhabələr də öz ürək sözlərini ona deyiblər. Onlardan bir neçəsinin adını açıqlamaq istəyərdim.

Onlardan biri Zühəyr ibni Qəyndir «Müntəhal-amal» kitabında bu şəxsin həyat tarixi yazılıb. Bu bir şəxsdir ki, mənsub olduğu tayfa üzvləri arasında yaxşı hörməti var idi.

Zühəyr hicrətin 60-cı ilində öz ailəsiylə Həcc ziyarətinə getmişdi Məkkədən çıxanda bilirdi ki, İmam Hüseyn (ə) da bu səfərdədir. Ona görə də çalışırdı ki, həzrətlə üz-üzə gəlməsin. Hər biri ayrı-ayrı karvanda idilər. Müəyyən səbəblərə görə həzrətlə üz-üzə gəlmək istəmirdi. Lakin mənzillərin birində eyni yerdə istirahət edərkən imam bir nəfər göndərdi ki, gedib Zühəyri çağırsın. Zühəyr həzrətin hüzuruna gəlib imamın yanında oturdu. İmam onun qulağına bir cümlə söz dedi. Lakin heç kəs bu sözün nə olduğunu bilmədi. Tarixdə də bu söz yazılmayıb. Nə İmam və nə də Zühəyr bu sözü açıqlamayıb. Zühəyr o sözdən sonra durub karvanının yanına gəldi. Xeyməsinə daxil olaraq üzünü arvadına tutub dedi:

-Mehriyyəni verib, səni azad buraxıram. Zühəyr vəsiyyətini edib, arvadlarının mehriyyəsini və xərcini ödədikdən sonra, gəlib imam Hüseyn (ə)-ın karvanına qoşuldu. Maraqlı burasıdır ki, İmam o sözü ona dedikdən sonra Zühəyr ona dedi:

-Ey Peyğəmbər balası şübhəsiz ki, mən öz ruhumu sənə fəda edəcəyəm və mən canımla, başımla, qanımla səni müdafiə edəcəyəm. Amma imamın nə dediyi bilinmir. Bu Züheyrin birinci sözüdür ki, imamla danışanda ona söylədi.

İkinci sözü delə idi: İmam Hüseyn (ə)- ın karvanı Kərbəlaya daxil olduqda imam orada bir xütbə oxudu. Bütün səhabələrin hamısı oturub onu dinlədilər. O xütbəylə işimiz yoxdur. Lakin o xütbədən sonra bir neçə nəfər durub öz sözlərini deyiblər. Biri də Zühəyr idi. Zühəyr qalxıb dedi:

-Ey Peyğəmbər balası, sənin sözünü eşitdik. Əgər dünya bizə əbədi olsaydı və burada əbədi yaşasaydıq belə yenə də sənin hüzurunda şəhadətə yetməyi ondan üstün bilərdik.

Zühəyr bir də Aşura gecəsi bir söz söyləyib. Həmin gecə İmam işıqları söndürüb hamını azad qoydu. Həzrət buyurdu: Kim gedir, getsin. Bunların işi mənimlədir. Züheyr orada durub söylədi:

-Ey Peyğəmbər balası, biz səni qoyub hara gedək. Çox istəyirəm ki, mən öldürüləm, sonra isə Allah məni diriltsin və yenə də öldürüləm, beləliklə min dəfə öldürülüb dirilsəm belə, yenə də səndən əl çəkmərəm və səni müdafiə edərəm. Mən sənin və Əhli-beytinin yolunda hər şeyə razıyam. Halbuki, Zühəyr gedə də bilərdi. Amma o imamdan əl çəkmədi. Aşura günü Zühəyr meydanda yerə yıxıldıqda İmam onun başının üstünə gəldi. Zühəyrin son nəfəs idi. İmam ona buyurdu:

-Ey Zühəyr, Allah sənin qatilinə lənət etsin. Elə bir lənət ki, onlar məsx olub, insaniyyət surətlərini itirib (dəyişib) meymun və donuz surətinə düşsünlər.

Bu mətləbdən başa düşülür ki, imam Aşura günü onların həqiqi və batini surətini görürdü. Bu sözü ilə imam həmin o görməsinə və bəsirətinə işarə edir. İmam bu sözü yalnız Zühəyr haqqında deyib. Çünki, imam bir sözlə onun fitrətini oyatdı. O, da öz zəmanəsinin imamına tabe olaraq canını qurban verdi.

İkinci şəxs Hilal ibni Nafedir. O, çox böyük və qəbiləsinin şərəfli şəxslərindən biridir. Qare-Quran və hədis yazanlardan idi. Gecələr həmişə ibadət edərdi. Əlinin (ə) dövründə baş verən 3 müharibənin üçündə də iştirak edib. Əli (ə)- ı müdafiə edib. Hilal İmam Hüseyn (ə)- ın karvanının hərəkət etdiyini eşitdikdə, yolda ikən gəlib İmamla görüşərək onun karvanına qoşuldu. Çox can fəşanlıq etdi.

Kərbəlada olarkən İmam, həzrət Əbülfəzl ağadan su istədi. Bunu eşitdikdə iyirmi nəfər şəxs su gətirmək üçün hazır oldu. Hilal həmin şəxsdir ki, bayraq götürüb o iyirmi nəfərin qarşısında gedirdi. Elə bu yolda da şəhid olub şəhadət məqamına yetişdi. İmam Hüseyn (ə) -ın Kərbəladakı xütbəsində ayağa durub söz söyləyənlərdən biri də Hilal idi. Tarixdə də yazıldığı kimi bu sözləri söylədi: «Ey peyğəmbər balası, biz Allahla görüşdən acığımız gəlmir, əksinə sevinirik. Bu görüşə də öz niyyətimizlə və açıq olan bəsirət gözümüzlə gəlmişik. Sən sevən şəxsi bizdə sevirik, sənə düşmən olan kəsə bizdə düşmənik.» Yəni təvəlla və təbərrada bizim üçün meyar sənsən.

Bunlar İmamın hüzurunda bu batini paklığı dərk etmişdilər. Ona görə də İmamdan ayrılmırdılar.

Üçüncü şəxs Burəyr ibni Xuzeyr Həmdanidir. Bu şəxs də həmin gecə ayağa qalxıb söylədi:

-Ey peyğəmbər balası, and olsun Allaha, Tanrı sənin vasitənlə bizim boynumuza minnət qoyub ki, sənin səhabələrin olub burada şəhid olaq. Cəddin Rəsulallahın qiyamət günü sənin vasitənlə bizə şəfaət verəcəyi üçün bədənimizin üzvlərini doğrayacaqlarsa və bizi şəhid edəcəklərsə, hamısı bir minnətdir ki, Allah bizim boynumuza qoyub. Biz sənə minnət qoymuruq ki, səni müdafiə edirik. Sən bizə minnət qoy, bizi qəbul et. Səni və Peyğəmbəri (s) Allah bizə minnət qoyub. Əgər bilsəm ki, məni öldürəcəklər və yenidən Allah məni dirildəcək, tikə-tikə doğrayacaqlar və yenidən diriləcəyəm, hətta yetmiş dəfə külümü göyə sovursalar belə səndən əl çəkmərəm.

Bax bunlar şəxsiyyətli insanlar idi ki, hamısı açıq gözlə, bəsirətlə və elmlə bu yolu seçib qədəm qoymuşdular.

Bunlardan Müslim ibni Ovsəcəni də qeyd etmək olar. Bu şəxs Peyğəmbərin (s) səhabəsi idi və Peyğəmbərin (s) zamanında müharibələrdə iştirak etmişdir. Çox şərafətli və şücaətli bir şəxsiyyət idi. Müslim də Aşura gecəsi durub öz sözünü söylədi: «Ey peyğəmbər balası, biz səni necə tək qoyub gedə bilərik? Onda bizim üzrümüz nə olar? Biz Allaha nə cavab verərik? Heç vaxt bunu edə bilmərik. Mən bir dəfə ölüb, öldürüləcəyəm, amma bunun mükafatı, şərafəti sənin və Peyğəmbərin (s) tərəfindən bizim üçün əbədi olacaq. Mən necə çıxıb gedə bilərəm? Sənin yolunda- Allah yolunda şəhidlik məqamına yetişməkdən gözəl nə ola bilər.»

Muslim atdan düşdü. (ağır yara almışdı). Axır saatlarında imam Hüseynlə (ə) Həbib ibni Məzahir onun başının üstünə gəldilər. İmam ona buyurdu:

Allah sənə rəhmət eləsin ey Müslim. Sonra bu ayəni oxudu: «Möminlərin bəzisi əhdinə vəfa edərək şəhid oldu, bəzisi də gözləyir ki, vaxtları yetişsin və əhdlərinə vəfa edib şəhid olsunlar.

Müslim gözlərini açdıqda İmamı gördü. Həbib ibni Məzahirə baxıb bir cümlə dedi: «Ya Həbib İmamı sənə tapşırıram. Əgər onun hüzurunda şəhid olsan, izzət tapacaqsan.»

Bu şəxslərin hamısı haqqı tanıyıb öz elmləri ilə və öz ixtiyarlarıyla bu yolu seçmişdilər. Onlar haqqı batildən ayırırdılar. Allahın razılığı, və nuru bunlarladır. Bunların məclislərinin hamısı nuranidir. Belə bir şəxslər dünyanın mənasını bilib dünyadan öz bəhrələrini götürüblər.


FATİMEYİ-ZƏHRA (S)-NIN

FƏZİLƏTLƏRİ

Bu gecə İslam Peyğəmbərinin (s) möhtərəm və müqəddəs qızı Fatimeyi Zəhranın (s) şəhadət gecəsidir. Bu gecə sizin üçün on mətləb söyləyəcəyəm. Bu mətləbləri hədislər əsasında sizə çatdıracağam. Qeyd edəcəyimiz hədislər əsasında Əhli-beytin, xüsusilə də beş kimsənə haqqındadır. Fatimeyi Zəhra (s) da bu beş kimsənədəndir.



Birinci mətləb: Fatimeyi Zəhra (s) yaranışın səbəbi sayılır. Yəni Allahın yaratdığı bu aləmin səbəbi Fatimeyi Zəhra (s) və Əhli-beyt (ə)- dır. Rəvayətdə var ki, əgər onlar olmasaydı, nə yer, nə də başqa yaradılmışlar yaranardı. Bu mövzuda söyələyəcəyimiz birinci hədis Əbu Hüreyrədəndir. Söyləyəcəyimiz hədislərin sənədləri əsasən başqa firqələrin kitablarındandır.

Əhli-beytin fəziləti haqqında Əbu Hüreyrə belə nəql edir: Bir gün İslam Peyğəmbəri (s) bizə söhbət edirdi. O, Adəm Peyğəmbərin (s) yaranması haqqında söhbət açanda buyurdu: «Allah Adəmi yaratdı. O, yarandıqdan sonra bir sağına, bir də soluna baxdı. Sonra isə Allahın ərşinə tərəf nəzər saldı. Orada beş nəfər şəxsin «əshabını» (oxşar misalını) gördü. Adəm onları səcdə və rükü halında gördükdə çox təəccübləndi: Çünki o birinci insandır və ondan qabaq da heç kəs yaranmayıb. Allahdan soruşdu:

-İlahi, məndən qabaq torpaqdan kimisə yaratmısanmı? Allah buyurdu:

-Yox ey Adəm.

-Bəs onda bu beş şəbəh kimdir? Onlar da mənim kimi insanlardır?

-Onlar sənin nəslindən və sənin balalarındır. Ey Adəm, əgər onlar olmasaydı heç səni də yaratmazdım. Bunların adını öz adımın kökündən ayırmışam. Bunlar olmasaydı behişti, göyləri, ərşi də yaratmazdım. Bütün insanları, cinləri, mələkləri bunlara xatir yaratmışam. Mən insanların içindən bu beş kimsəni seçib, bəyənmişəm. Ey Adəm, sənə bir şey öyrədim ona əməl et. Çətinliyə düşdükdə bunlara təvəssül et. Hacətin oldu, bunları çağır, bunların ətəyindən yapış. Onda mən sənin hacətini (istədiyini) bunların şərafətinə xatir verəcəyəm.»

Bu hədisi Peyğəmbər (s)- dən Əbu Hureyrə nəql edir.

İkinci mətləb: Hədislərdə var ki, Fatimə (s)-nın adı həm behiştin qapısı üzərində, həm də İlahi ərşdə səbt olunub.

İbn Abbas nəql edir: Bir gün Peyğəmbərin (s) hüzurunda oturmuşduq. Həzrət bizə öz meracından danışırdı. O Həzrət, bu səfərin üstün cəhətləri və fəzilətlərindən danışırdı. Peyğəmbər (s) söhbətinin bir yerində buyurdu ki, meracda Cənnəti mənə göstərdilər. Cənnətin qapısında belə bir yazı varidi: «Allahdan başqa Allah yoxdur. Mühəmməd onun rəsulu, Əli də həbibidir. Həsənlə Hüseyn Allahın sevib seçdiyi insanlardır. Fatimə insanların içində ən üstünüdür. Bunlara qarşı ürəyində kin-küdurət bəsləyənlərə Allah lənət etsin».

Bu beş nəfərin Adı həm ərşdə, həm də Cənnətin qapısı üzərində yazılıb. Bunu bizə deyən Fatimə (s)-nın atası, İslam Peyğəmbəri (s)-dir. Nəql edən isə Əbu Hüreyrədir.

Üçüncü mətləb: Hədislərdə buyrulur ki, Həzrəti Zəhranın (s) surəti Cənnətdə nəsb olunub. Hədisi bizə nəql edən kimdir? Ənəs ibni Malik. O, deyir: «Allah Adəmi yaratdı. Adəm Cənnətdə ətrafına baxdı. Gördü ki, heç bir şey yoxdur. Sonra soruşdu: İlahi, mənim surətimdə cənnətdə heç bir şəkil yaratmamısan? Allah cavabında ona işarə edərək bildirdi ki, Cənnəti-firdovsə baxsın. Adəm deyir ki, Cənnəti-firdovsə daxil olarkən orada böyük bir bina gördüm. Binaya daxil olandan sonra orada mənə beş surətin rəsmini göstərdilər. Onların hamısının adı yazılmışdı. Mən onlara baxdım. Bir-bir Allah onları mənə tanıtdırdı. O yazılar delə idi: Əhməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)».

Peyğəmbər (s)- in iki adı var, biri göydə, biri yerdə. Yerdə Mühəmməd (s), göydə isə Əhməd (s)- dir.

O beş nəfərin adı öz rəsmlirinin altında yazılıb. Allah onları Həzrəti Adəmə göstərir.

Hədislərin birində belə bir mətləb var ki, Peyğəmbər (s) buyurur: «Onlarla müxalifət edən, sanki Allah və peyğəmbərlə müxalifət edib. Onları sevib, onlarla sülh edən, Allahı və Peyğəmbəri (s) sevib sülh edən kimidir.»

Zeyd ibni Ərqəm nəql edir ki, Peyğəmbər (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) -a baxıb buyurdu: «Sizinlə müxalifətdə olan mənimlə müxalifətdədir. Sizinlə sülh edən şəxs mənimlə sülh edib.»

Başqa bir rəvayəti isə Əbu Bəkr nəql edərək belə deyir: «Özüm gördüm. Peyğəmbər (s) bir xeymə qurub, əlində qılınc oturub baxırdı. Peyğəmbərdən (s) başqa orada Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) da oturmuşdu. Peyğəmbər (s) onlara baxıb müsəlmanlara xitab etdi: Ey müsəlmanlar, bu xeymənin içində oturanlarla müxalifətdə olanla mən müxalifətdəyəm, onlarla sülh edənlərlə mən sülhdəyəm. Bunları sevəni mən də sevirəm. Atası, babası, anası pak olmayan şəxslər bunları sevmir. Allah da onları sevmir.»

Əbu Bəkr qeyd edir ki, mən orada idim. Peyğəmbər (s) onlara baxıb bu hədisi bizə nəql etdi.

Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseynə (ə) baxıb buyurdu: «Sizinlə müxalifətdə olanla mən də müxalifətdəyəm. Sizinlə sülhdə olanla mən də sülhdəyəm.»

Bu hədislərin sənədlərini kim istəsə, deyə bilərəm. «Tarixi Bağdad», «Bidayətun-nihayə», «Səhih-Müslim», «Müsnəd» və s.

Bu gecənin mətləblərindən biri də budur ki, Fatimə (s) Seyyidəti-nisail-aləmindir. Quranda, «Ali-İmran» surəsində deyilir ki, Məryəm Səyyədəti-nisail-aləmindir. İbni Abbasdan bir hədis nəql edəcəyik ki, bu ifadənin mənasını açıqlayır. O, rəvayət edir ki, bir gün Peyğəmbər (s) oturmuşdu. Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) da onun hüzurunda idilər. Həzrət belə dua etdi: «İlahi sən bilirsən ki, bunlar mənim Əhli-beytimdir. Mənə ən yaxın, istəkli, sevimli və ən gözəl insanlardır. İlahi, bunları sevəni Sən də sev, bunlara qarşı qəzəbli olanlara qarşı Sən də qəzəbli ol! İlahi, bunları istəyəni Sən də çox istə, Bunları düşmən tutanı Sən də düşmən tut! Bunlara yardım və kömək göstərənlərdən Sən də yardımını əsirgəmə!»

Sonra buyurdu: «Ya Əli, sən mənim ümmətimin imamısan. Sən camaata rəhbərlik edərək onları aparıb cənnətə çıxaracaqsan. Sənin rəhbərliyinlə onlar cənnətə gedəcəklər».

Daha sonra Fatimə (s) haqqında buyurdu: «Mən indi sanki, gözlərimlə görürəm qızım Fatimə (s) bir dəvənin üzərində oturub. Yetmiş min mələk onu sağdan, yetmiş min soldan, yetmiş min mələk qarşıdan, yetmiş min isə arxadan müşayət edir. Onlar mənim ümmətimin qadınlarına rəhbərlik edərək onları Cənnətə tərəf aparırlar». Sonra Peyğəmbər (s) buyurdu: «Bütün qadınların hamısının böyüyü və xanımın Fatimədir.Bir nəfər soruşdu:

-Ya Peyğəmbər, Fatimə (s) öz zamanındakı aləmin seyyidəsi və böyüyüdür, yoxsa bütün zamanlarda bütün aləmlərin seyyidəsidir? Həzrət buyurdu:

-Sən verdiyin sualda öz zamanında aləmlərin seyyidəsi və rəhbəri olmaq məsələsi Quranda da qeyd edildiyi kimi Məryəmə aiddir. Amma, qızım Fatimə əvvəldən axıra qədər (yaranışdan qiyamətə qədər) bütün zamanlar, bütün aləmlər içrə insanların ən gözəli, mərifətlisi və eləcə də xanımların seyyidəsidir.»

Bu hədislər müxtəlif kitablarda Peyğəmbərdən (ə) nəql edilib.

Peyğəmbərdən (s) nəql olunan bir mətləbi də bu gecə sizə nəql etmək istəyirəm. Peyğəmbər (s) Zəhra (s) şiələrinin cənnətə daxil olmasını müjdə verib.

«Siə» tabe olan deməkdir. Əlinin şiəsi, yəni ona tabe olan. Yəni ayağını Əlinin ayağını izi olan yerə qoyur və ona tabe olur. Fatimə şiəsi də var. Bəs o kimdir?

Peyğəmbər (s) hədislərində buna açıqlama gətirərək buyurur: «Qiyamət günü qızım Fatimə dəvələrin birinin üzərinə minib məhşərə daxil olacaq. Sağdan və soldan onu mələklər dövrəyə alacaq. Cəbrail onun dəvəsinin yüyənini çəkəcək. Bu zaman məhşər əhlinə nida gələcək. Hamınız gözünüzü yumun! Çünki Fatimə gəlib camaatın arasından keçərək cənnətə daxil olmaq istəyir. Bütün peyğəmbərlər gözlərini yumur. Fatimə (s) dəvə ilə gəlib keçir. Onda Allah tərəfindən nida gələr:

-Ey mənim sevdiyim şəxsin qızı, nə istəyirsən de! Hamısı veriləcək. Kimi istəyirsənsə, şəfaət et! Sənin şəfaətin qəbul ediləcək.» Fatimə (s) deyər:

-İlahi, mən səndən mənim şiələrimi, mənim nəslimin şiələrini, məni və mənim nəslimi sevənləri istəyirəm. Allah tərəfindən nida gələr:

-Burada Fatimənin nəsli haradadır? Fatimənin şiələri hanı? Fatiməni və Fatimənin nəslini sevənlər hanı? Bu zaman bir dəstə ayrılaraq bir yerə toplaşacaqlar və deyəcəklər:

-Bizi səslədiniz, bizi çağırdınız. Mələklər gəlib onların ətrafında dayanacaqlar. Fatimə (s) qabaqda onlar da arxasınca gedəcəklər. Fatimə onların hamısını gətirib Cənnətə daxil edəcək.» Bu hədisi Peyğəmbər (s) bizə nəql etmişdir.

Bu gecəki son hədisimiz budur: Peyğəmbər (s) bu sözləri qızı Fatiməyə (s) özü danışır. Peyğəmbər (s) Fatiməyə (s) xitabən buyurur: «Cəbrail qiyamət günü gəlib Fatimənin yanında dayanaraq deyər:

-Ya Fatimə(s), sən hacətlərini istə! Qızım, Fatimə (s), onda sən deyəcəksən:

-İlahi, mənim hacətim mənim şiələrimdir. Allah cavab verəcək:

-Ya Fatimə (ə), narahat olma, mən onları bağışladım. Sonra deyərsən:

-Mənim şiələrimin də şiələrini bağışla. Allah buyurar:

-Onda məhşərə gir! Kim əlini atıb sənin ətəyindən yapışsa onlar cənnətdə səninlə bir olacaq». Sonra Peyğəmbər (s) əlavə etdi:

-Ya Fatimə, axı o vəziyyətdə hamı yapışa bilməyəcək. Onda sənin ətəyindən kim yapışacaq?

Fatiməyə (s) əzadarlıq edənlər. Onu sevib, onun buyurduqlarına əməl edənlər. Fatiməyə (s) nisbətləri (nəsilləri) çatan adamlar. Fatimeyi Zəhra (s) o zaman belə bir arzu edəcək: «Kaş onlar da Fatiməni sevənlərdən olaydılar.»

«Ya Fatimə (s), sənin şiələrin, Əlinin, balalarının şiələri bütün qəm-qüssələrdən amanda olacaqlar. Qiyamət günü insanlar peşiman olarkən, əməllərini görüb və təəccübdən əllərini ağızlarına apardıqda və əlləri hər şeydən üzüldükdə Fatimə (s) əzadarları, onu sevənlər, onun yolunu gedənlər, onu dildə deyib əməldə göstərənlər Fatimənin arxasınca gedəcəklər.»

Allah qismət etsin, biz Fatiməni (s) başa düşək. Hədisdə var ki, qədr gecəsini başa düşmək istəyən, dərk etməyə çalışan 1-ci növbədə Fatiməni (s) tanımalıdılar. Fatiməni (s) dərk edən qədr gecəsini dərk edər. Allahın vəhdət və bərəkəti də o şəxsin vücudunu bürüyər.

Allah bizi öz rəhmətindən ayrı salmasın!

Şəhadətin ikinci gecəsi

Dünən gecə qeyd edildi ki, bu xanımın şəhadəti münasibəti ilə əlaqədar bu məkanda iki gecə əzadarlıq mərasimi təşkil edilir. Mən xanımın barəsində nəzərdə tutulan on fəzilət haqqında söhbəti bu iki gecə üçün nəzərdə tutmuşdum. Peyğəmbərin (s) dilindən olan bu hədislərdən altısını dünən gecə əziz dostlara və möminlərə çatdırdım. Bu gecə isə xanımın şərafəti haqqında olan digər dörd fəziləti əzizlər üçün ərz edəcəyəm. Beləliklə bu gecə üçün dörd fəzilət və on iki hədis nəzərdə tutmuşam.

On fəzilətin altıncısı deyildi. yeddincisi isə budur: Xanım Fatimə (s), İslam Peyğəmbəri (s) və İmamların hamısı bir nurdan yaranıblar. Bu məsələni bizə Peyğəmbər (s) öz hədisində buyurur. Bu hədisdə qeyd edilir ki, Peyğəmbər (s) Fatimeyi Zəhra (s) və 12 İmam yəni 14 məsum hamısı mələklərdən üstündürlər. Şübhəsiz ki, bunlar hamısı Allah nurundan, bir nurdan yaranıblar. Hədis belədir: «Bir nəfər Peyğəmbərdən (s) soruşur:

-Ya Rəsulallah, sən üstünsən, yoxsa Cəbrail? (Allahın ən şərafətli mələyi) Peyğəmbər (s) buyurur:

-Mənim şərafətim Cəbraildən artıqdır. Oradakı səhabələr heç bir söz demirlər. İbni Abbas Peyğəmbərin (s) həm səhabəsi, həm də əmisi oğlu olduğundan özünə bir az ürək-dirək verib soruşur:

-Ya Rəsulallah sənin üstünlüyünə səbəb nədir ki, sən Cəbraildən üstünsən? Həzrət buyurdu:

-Allah məni elə bir nurdan yaradıb ki, onun nə olduğunu heç kəs bilmir. Sonra isə əlavə etdi. Allah bir kəlam-səs yaratdı və o səsdən bir nur xəlq oldu. Sonra yenə bir səs və o səsdən də bir nur yaratdı. Birinci nurdan bizim ruhumuz, ikinci nurdan isə bizim cismimiz xəlq olundu».

Bu Peyğəmbərin (s) cavabı və izahıdır.

İkinci hədis Əmmarın dilindəndir. Əmmar nəql edir: «Mən Əli (ə)- ın arxasınca gedirdim. O, gedib Fatimənin (s) mənzilinə daxil oldu. Fatimə (s) Əli (ə)- a baxıb dedi:

-Ya Əli, səninlə iki mətləb haqqında çox söhbət etmək istəyirəm. Onların biri keçmişdə baş vermiş hadisələr, ikincisi isə gələcəkdə olacaq hadisələr haqqındadır. Bunu dedikdən sonra Əli (ə) cavab vermədən geri qayıdıb Peyğəmbərin (s) otağına gəlir. Peyğəmbər (s) deyir:

-Ya Əli, mən sənin üçün danışım, yoxsa sən mənim üçün danışırsan. Əli (ə) deyir:

-Ya Rəsulallah, sənin danışmağın daha yaxşı olardı. Peyğəmbər (s) buyurdu:

-Ya Əli sən Fatimənin yanına getdin, o səndən belə bir şey soruşdu, deyə buyurdu. Burada Əli (ə)- buyurdu:

-Ya Rəsulallah, necə buyurursansa, elədir. Amma mən səndən bir şey soruşmaq istəyirəm. Buyurdu:

-Fatimədə bizim nurumuzdan yaranıb? Həzrət buyurdu:

-Bəs sən bilmirsən ki, Peyğəmbər (s) Fatimə Əli, Həsən, Hüseyn və 12 imamın hamısı bir nurdan yaranıb? Əli (ə) elə orada, Peyğəmbərin (s) yanında səcdə edərək Allaha şükr edir və Fatimənin (s) yanına qayıdır.

Əmmar deyir: Mən orada idim, Əli (ə) gəldikdən sonra Fatimə (s) ona, Peyğəmbərin (s) yanına getməsi, Əlinin (ə) ona sual verməsi və Peyğəmbərin (s) cavabını olduğu kimi söyləyir».

Bu hədislər açıq surətdə bizə başa salır ki, bunların hamısı bir nurdan yaranıb.Burada bir hədis də qeyd etmək istəyirəm. Bu hədis də Peyğəmbər (s) -dəndir. Burada Peyğəmbər (s) cənnətin Allah tərəfindən necə yarandığını göstərir. Həzrət buyurur: «Allah öz nurundan cənnəti xəlq edir. Sonra o nuru cənnətin içinə atır. Cənnətin içində o mənim vücudumu yaradır və zühura gətirir. Bu nurun üçdə birindən mənim vücudum yaranır. Nurun üçdə biri dəyib Fatiməni yaradır. Qalan üçdə biri də Əli və Əhli-beyti yaradır. Sonra əlavə etdi ki, o nurdan insanların, müsəlmanların hansına dəyirsə, o Peyğəmbər (s) və Ali Peyğəmbər (s) vilayətinə tərəf hidayət olunur. O nurdan kimə dəymirsə o Peyğəmbər (s) və Ali peyğəmbər vilayətindən azğın düşür və yollarını azırlar.»

Bu hədislər bizə açıq surətdə Peyğəmbərin (s) necə yaranması, Əhli-beytin bir nurdan yaranması, onlara tərəf olan hidayət yolu, onların şərafət və fəziləti və Fatimə (s) haqqında məlumat verir.

Peyğəmbər (s) başqa bir hədisdə buyurur: «Fatiməni sevənlər və dost tutanlar məni və Allahı sevib dost tuturlar. Fatiməni özünə düşmən bilənlər məni və Allahı özünə düşmən bilirlər.»

Zeyd ibni Ərqəm belə bir hədis nəql edir: Bir gün mən Peyğəmbərin (s) yanında oturmuşdum. Fatimə (s) otaqdan çıxdı. O, Həsən (ə) və Hüseynin (ə) hər ikiksinin əlindən tutmuşdu. Əli (ə)- da onların arxasınca gedirdi. Dördü də gəlib bizim yanımızdan keçdi. Peyğəmbər (s) onlara baxıb buyurdu: «Bunları sevən məni də sevir. Bunları sevməyən məni də sevmir və ürəyində mənə qarşı kin-küdurət bəsləyir.» Bu hədis «Kənzul- ummal»- ın 12-ci cildinin 103-cü səhifəsində öz əksini tapmışdır.

Başqa bir hədisdə Mücahid ibni Səd yazır: Bir gün Peyğəmbər (s) Fatimənin (s) əlindən tutub üzünü bizə tərəf tutaraq buyurdu: Bunu kim tanıyır? (Fatiməyə (s) işarə edərək) söz yox ki, hamınız tanıyırsınız. Kim tanımırsa, mən ona başa sala bilərəm. Bu Fatimədir (s). Peyğəmbərin (s) qızıdır. Bu ürəyimin parasıdır. Mənim ruhumdur. Buna əziyyət verən sanki, mənə əziyyət verib. Mənə əziyyət verən isə sanki, Allaha əziyyət verib. Sonra əlavə edir. Mən öləndən sonra buna əziyyət verən sanki, mənim gözümün önündə buna əziyyət verir.»

Peyğəmbər (s) bu sözlə çox məsələlərə aydınlıq gətirir. Bununla o höccəti tamamlayır. Sonra bir daha əlavə edərək buyurur: «Buna əziyyət verən mənə əziyyət verib. Mənə əziyyət verən isə, Allaha əziyyət verib.»

Qiyamət günü yerdə zəlzələ baş verər. Bu zaman yer bütün ağırlıqlarını bayıra atar. İnsanlar hamısı qəbrlərdən durub qrup-qrup, qaça-qaça məhşərə gəlməyə hazırlaşırlar. Peyğəmbər (s) buyurur ki, Fatimənin bu zaman iki fəziləti var:

1.Fatimə (s) Peyğəmbər Əli (ə), oğlanları Həsən və Hüseyn (ə)- la birlikdə böyük bir dəvənin üzərində camaatın arasından keçərək cənnətə daxil olur.

2.Fatimə (s) birinci insandır ki, qiyamət günü cənnətə daxil olacaq.

Əbu Hüreyrə qeyd edir ki, mən özüm Peyğəmbərdən (s) eşitdim ki, O Həzrət (s) buyurdu: Qiyamət günü Peyğəmbərlər dirilib öz heyvanlarının üzərində gələcək. Mən Quraq adlı bir dəvənin üstündə, Fatimə (s) isə mənim qarşımda Əzla adlı bir dəvədə, Həsən və Hüseyn hərəsi bir dəvədə, Əli isə mənim dəvəmdə gələcək. Beləcə hamı qiyamət günü məhşərə daxil olacaq. Peyğəmbərlər hamısı məhşərin ortasında cənnətə daxil olmağa hazırlaşacaqlar. Əbu Hüreyrə nəql edir ki, özüm şəxsən Peyğəmbərdən (s) eşitdim ki buyurdu: «Cənnətə ilk daxil olan insan Fatimə (s) olacaq. Mənim ümmətim arasında Fatimənin məsələsi Məryəmin məsəlsi kimidir. (Bu 2-ci hədisimdir). Bu hədisi «Kənzul-ummal»-ın 4-cü cildi,16-cı səhifəsində oxuya bilərsiniz.

Peyğəmbər (s) Əliyə (ə) buyurur: «Cənnətə ilk daxil olan insan biz beşimiz olacağıq ki, hamıdan birinci olaraq cənnətə girəcəyik. Əli (ə) buyurdu:

-Ya Rəsulallah bəs bizi sevənlər və bizi istəyənlər necə olacaq? Peyğəmbər (s) buyurdu:

-Onlar da sizin arxanızca, sizinlə birgə, sizdən sonra cənnətə daxil olacaqlar.»

Doqquzuncu və sonuncu mətləbimiz budur ki, belə bir şərafətə və üstünlüyə malik olan insanlara salavat deməyin böyük xeyri vardır.

Peyğəmbər və Ali Peyğəmbər (s) və şəxsən həzrəti Fatimə (s) barəsində və onun adına deyilən salavatların savabı və üstünlüyü hədislərdə gəlib.

Quranda «Təthir» ayəsini oxuyursunuz və bilirsiniz ki, Fatimə (s) də Əhli-beytdəndir. Peyğəmbər (s) buyurur ki, Əhli-beytə belə salavat göndərin. Mənim üçün yarımçıq salavat deməyin. Dedilər:

-Ya Rəsulallah yarımçıq salavat necədir? Buyurdu:

-«Allahümməsəlli əla Mühəmməd» deyib dayansanız və qalanını deməsəniz, belə salavat mənə lazım deyil. Dedilər:

-Ya Rəsulallah, onda salavatı bizə mükəmməl şəkildə öyrət! Həzrət buyurdu:

-«Allahümməsəlli əla Mühəmməd və ali-Mühəmməd»

Ali-Peyğəmbər (s) kimdir?

Ali-peyğəmbər (s) haqqında yazdığım bir hədisi sizin üçün oxuyacağam.

Məmun öz xilafəti dövründə böyük məclislər təşkil edib, dövrünün ən görkəmli, dəyərli və tanınmış alimlərini oraya yığar, imam Rza (ə) -ı da bu məclisə dəvət edərdi. Belə məclislərin birində, mübahisələr zamanı Məmum İmam Rza (ə) -dan soruşdu:

-Peyğəmbərin itrəti kimdir? Peyğəmbərin ümməti deməkdir, yoxsa bunlar ayrı-ayrı şeylərdir? Həzrət buyurdu:

-Bəli, bunlar ayrı-ayrı məsələlərdir. Ümmət başqa, Əhli-beyt başqadır. Məmun dedi:

-Hədislərin birində var ki, mənim ümmətim həm də Əhli-beytimdir. Bu barədə nə deyə bilərsən?

İmam gördü ki, burada hədis desə, o başa düşməyəcək. Bu səbəbdən də başqa bir üsuldan istifadə etdi. O, üzünü Məmuna və məclis əhlinə tutub soruşdu:

-Peyğəmbərin Əhli-beytinə sədəqə vermək olarmı? Onlar dedilər:

-Xeyr. Həzrət buyurdu:

-Quranda buyurulur ki, Peyğəmbər ümməti içində olanlara sədəqə verin! O, hansı ümmətidir? Dedilər:

-Müsəlmanlardır. Həzrət buyurdu:

-Əgər Quran buyurursa sədəqə verin və Əhli-beytə də sədəqə haramdırsa, deməli Əhli-beyt də Ümmət də başqa-başqa şeylərdir.

Bu sözü eşitdikdən sonra hamısı susdu. Daha heç bir söz soruşmadılar. Çünki, gördülər ki, Quran bir tərəfdən deyir ki, ümmətə sədəqə verin, digər bir tərəfdən isə sədəqə Əhli-beytə haramdır. Məsələnin əsas mahiyyətini başa düşdülər. Bu zaman İmam onlara baxıb soruşdu:

-Siz Yasin surəsini oxumusunuzmu? Dedilər:

-Bəli. İmam üzünü alimlərə tutub dedi:

-Yasin kimdir? Onlar hamısı bir ağızdan dedilər:

-Şübhəsiz ki, İslam Peyğəmbəri. Həzrət buyurdu:

-Allah Quranda bəzi peyğəmbərlərin adını çəkir və onlara salam göndərir. «Saffat» surəsinin 79-cu ayəsində Allah Nuha salam deyir. 109-cu ayədə İbrahimə salam deyir. 120-ci ayəsində Musa ilə Haruna salam deyir. Bu düzdürmü? Dedilər:

-Bəli. Həzrət buyurdu:

-Amma İslam Peyğəmbərindən başqa Allah heç bir peyğəmbərin Əhli-beytinə salam demir. Soruşdular:

-Allah İslam Peyğəmbərinin Əhli-beytinə harada salam verib? İmam buyurdu:

-Bəs siz demirsiniz Yasindən məqsəd İslam peyğəmbəridir? Allah «Saffat» surəsinin 130-cu ayəsində buyurur: Salam olsun Ali-Yasinə! Yasin İslam Peyğəmbəridirsə, Allah Ali Peyğəmbərə salam deyir. Siz bu barədə nə deyə bilərsiniz? Orada olanlar heç bir söz deməyib susdular.

Bu gecəki axırıncı hədisim budur ki, Peyğəmbər (s) bizə salavat göndərməyi öyrətdikdən sonra qızı Fatiməyə (ə) buyurdu: «Sənə hər kəs salavat desə, Allah onu bağışlayar». «Mən cənnətin harasında olsam, Allah o adamı gətirib mənim yanımda oturdacaq». Sonra peyğəmbər buyurdu: «Cəbrail mənim yanıma gəlib xəbər verdi ki, Əli (ə) Fatiməni (s) bu günki, gecədə gətirib dəfn etdikdə iki mələk Fatimənin (ə) yanına gəlir. (Bu qayda bütün müsəlmanlar üçün eynidir.)

Onlar Fatimədən soruşur:

-Ya Fatimə, Allahın kimdir? Fatimə (s) cavabında «Mənim Allahım mənim pərvərdigarımdır» -deyə söylədi.

-Sənin peyğəmbərin kimdir?

-Mənim peyğəmbərim atamdır.

-İmamın kimdir?

-Qəbrimin üstündə ayaq üstə duran. Məni dəfn edib hələ evinə getməyən Əli (ə) -dır mənim imamım.

Əli (ə) Fatimeyi Zəhranı (s) dəfn etdikdən sonra deyir: Ya Fatimə, mən evə getməyəcəyəm və burada oturacağam. Səndən soruşsalar ki, imamın kimdir? Deki, qəbrimin üstündə oturub ağlayır. O, mənim imamımdır.

Zəhra gözüm sataşmayacaq burda gözün nuruna.

Məmurlar gələndə suala hüzuruna.

Şirin dilin həqiqəti izhar edən zaman.

Allah ilə Peyğəmbərə iqrar edən zaman.

Növbə çatar imamına ey cani-cavidan!

Məzlum Əli idi qəbrim üstə verdi şam.

İnşaallah bizim hamımızı Allah müvəffəq etsin! Allah bizi Fatimənin (s) ardıcıllarından, ona əza saxlayanlardan qərar versin!

Yaxşı olar ki, hər bir müsəlman heç olmasa belə bir gecədə 2 rükət namaz qılıb o xanımın ruhuna hədiyyə etsin. Sonra isə o xanımın ruhuna 100 dəfə Salavat desin.
İMAM RZA (Ə)-IN ŞƏHADƏTİ

Bu gecə səfər ayının 29-u, İmam Rza (ə)- ın şəhadətinə təsadüf edir. O həzrət səfər ayının 29-u şəhid olub. Bu məclis Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)- ın adına təşkil olunub.

Ötən söhbətlərimizdə qeyd edildi ki, imam Hüseyn (ə) özü müqəddəs olduğu kimi hədəfi də müqəddəsdir. O, Allahın höccəti və İmam Həsəndən (ə) sonra 3-cü imamdır. Onun sözü Peyğəmbərin (s) sözü, Peyğəmbərin (s) sözü isə Allahın sözüdür. İmam Hüseyn (ə)- ın özü kimi səhabələri də müqəddəsdir. Onlar alim, ziyalı və şəxsiyyətli insanlardır.

Bəziləri belə düşünür ki, İmamın səhabələri onun qardaşları və bir neçə muzdlu işçiləri olduğundan onların heç bir fəziləti yoxdur. Lakin məsələ tamam başqa bir şeydir.

Bu səhabələr təqvaları, ağılları və öz ixtiyarları ilə İmam Hüseyn (ə)- ı seçib onu müdafiə ediblər. Özlərini Allaha qurban, Peyğəmbərə (s) fəda ediblər.

Dünən onlardan bir neçəsinin haqqında danışdıq. Bu gecə də İmamın hüzurunda şəhid olan həmin şəxsiyyətli, təqvalı səhabələrdən bir neçəsinin adını çəkmək istəyirəm.

Bu səhabələrdən biri Hürr ibni Yəzid Riyahidir. Hürr, İbni Ziyadın əmriylə İmamın yolunu kəsdiyi üçün İmam ona öz etirazını bildirdi. Hürr isə başını aşağı salıb heç bir söz demirdi. Sonralar isə o öz ağlı imanı, ixtiyarı və atasının göstərişi ilə İmama tərəf qayıtdı.

Hürr öz qəbilə adamları arasında böyük nüfuza malik, güclü bir şəxsiyyət idi. Bütün bunlara baxmayaraq o qumlar üzərində sürünə-sürünə İmamın hüzuruna gələrək tövbə etdi. İmam Hürrü qəbul etdikdən sonra o gedib meydanda şəhid oldu. Buradan belə bir sual çıxır. Allah hansı səbəbə görə Hürrü hidayət etdi ki, tövbə edərək belə bir şərəfə nail oldu? Böyük alimlər buna belə bir cavab yazırlar: Hürr imamət-vilayətin qarşısında çox ədəblə rəftar etdiyindən Allah onu bədbəxt etmək istəmədi. Bu ədəb nümunələrindən biri budur ki, Hürr İmam qoşunlarını müşayət edərkən öz dostları ilə gəlib bir yerdə mənzil saldılar. Orada Həzrət (ə) Hürrə buyurdu:

-Siz gedin orada namaz qılın, biz isə namazlarımızı burada qılacağıq.

Hürr bu sözdən çox utandı. Çünki onlar hamısı İmamı tanıyırdılar və bilirdilər ki, başqa məsələ altında, başqa adla, başqa bir iş görürlər. Hürr utandığından, xəcalətindən başını aşağı saldı. Sonra işarə ilə öz adamlarına bildirdi ki, gəlib İmamla birlikdə namaz qılsınlar. Həzrət isə ona buyurdu ki, namazlarını başqa bir yerdə qılsınlar. Hürr söylədi:

-Ağa, Sənin hüzurunda ikinci bir namaz təşkil edib imamlıq etmək mərifətsizlikdir. İcazə ver sənin arxanda namaza duraq.

O, burada öz ədəbini göstərdi.

Göstərdiyi ikinci ədəb nümunəsi isə budur: Karvan gəlib Mədinə və Kərbəla arasında olan yol ayrıcına çatdıqda Hürr yolu bağlayaraq dedi:

-Mədinəyə tərəf olmaz. Yalnız Kərbəlaya tərəf yol açıqdır.

İmam gördü ki, onları ölümə tərəf çəkirlər və bildi ki, Hürrün dəstəni artıq bədbəxt edərək cəhənnəmlik ediblər. Həzrət bilirdi ki, özü şəhid olub xoşbəxtliyə yetişəcək. Amma burada çox adamın əli İmamın qanına bulaşacaq. İmam onlara baxraq dedi:

-Anan matəmində otursun, nə istəyirsən? (Bu ifadəni ərəblər birinin digərinə acığı tutarkən, etiraz olaraq işlədərlər).

Hürr bu zaman çox şey edə bilərdi. Amma o heç bir reaksiya vermədən belə dedi:

-Ağa mən sənin adını xeyirdən başqa heç cürə dilimə gətirə bilmərəm, çünki, sənin anan Peyğəmbərin (s) qızı Zəhradır (s). Mən onun adını heç cürə dilimə gətirə bilmərəm.

Böyük alimlərdən biri yazır ki, Allah bu ədəbinə görə Hürrə qiymət verərək, onun bədbəxt insanlar arasında qalmasına razı olmadı. Allah onun bəsirətini açaraq hidayət etdi. Çünki həya və ədəb çox gözəl xislətdir.

Əli (ə) buyurur: «Həya və ədəb bütün xeyrlərin açarıdır».

Əgər insanda həya olsa bütün pisliklərdən uzaq olar. Ona görə də Allah Hürrə bu əcri verdi Allah Hürrə şəhadət bəxş etdi.

Yazırlar ki, Hürr şəhid olarkən İmam gəlib onun başı üzərində oturdu, üzündə ki, qanı əli ilə təmizləyərək bir ifadə işlətdi. Bu cümlə də bizə yadigar qalıb. Həzrət buyurur: «Sən hürrsən (yəni, azad insansan). Anan da adını Hürr qoyub. Sən həm dünyada hürrsən (azadsan, yəni heç bir şeyə bağlı olmadın) həm də axirətdə. Azad olduğun üçün bu həqiqətə çatmaqda heç bir şey sənə mane olmadı. Buna görə də axirətdə də hürrsən».

«Saffat» surəsinin 128-ci ayəsində Allah axirətdə azad olmanın mənasını «Qiyamət günü bütün insanları məhkəməyə çağıracaqlar. Bu məhkəməyə çağırılanlardan yalnız bir neçəsi istisna olunacaq. Onlar da axirətə azad gedən, ixlaslı, təqvalı insanlardır» belə izah edir.

Bu səbəbdən də İmam buyurur ki, sən dünya və axirətdə azadsan. Sənə heç bir sorğu-sual olmayacaq. O bir insandır ki, bu yolu məcburi seçməyib. Bir tərəfdə məqam, mənsəb, vəzifə olduğu balda digər tərəfdə ölüm var, qan var. Məhz belə bir şəraitdə o öz iradəsi və eşqiylə bu yolu seçib gedir.

İmam Hüseynin (ə) səhabələrindən ikincisi Coundur. Coun, Fəzl ibn Abbas adlı bir şəxsin qara dərili qulu idi. Əli (ə) onu pulla alıb azad etdikdən sonra onu Əbuzərə köməkçi verdi. Əbuzərr onu qəbul etdikdən sonra qalıb bir müddət Əbuzərlə işlədi. Üçüncü Xəlifənin dövründə üzə düz söz söyləməsi ucbatından onu Rəbəzəyə sürgün etdilər. Əbuzər sözü üzə deyən bir şəxs idi.

Peyğəmbər (s) buyurmuşdu: «Allah yer üzərində Əbuzər kimi düz danışan insan yaratmayıb. Bütün insanlar behiştin həvəsindədir. Amma Behiştin 4 nəfərə həvəsi var. Bunlar Əli (ə), Salman, Miqdad və Əbuzərdir».

Əbuzər belə şəxsiyyət idi. Haqq tərəfdarı olduğuna görə də onu sürgün etdilər. Hətta sürgün edərkən «haradan acığın gəlir?» - deyə soruşdular (bilirdilər ki, düz deyəcək). O, Rəbəzədən zəhləsi getdiyini bildirdi. Məhz buna görə onu Rəbəzəyə sürgün etdilər. Bir müddətdən sonra Coun geri qayıtdı, sonra Əli (ə) -in yanına gəlib dedi: Əbuzər ölüb, icazə ver sənə xidmət edim. Beləliklə Coun, Əli (ə)-a, sonra İmam Həsən (ə)-a, daha sonra isə İmam Hüseyn (ə)-a xidmət etdi. Aşura günü İmam Hüseyn (ə) -ın yanına gəlib meydana getmək üçün ondan izn istədi. İmam isə bildirdi:

-Sənin iznin artıq öz əlindədir. Bir vaxt sənin rahatlığın bizimlə idi. İndi ki, biz giriftar olmuşuq, daha sən də bizə görə giriftar olma. Sən artıq azadsan. Coun İmamın cavabında dedi:

-Mən, sizin xoş vaxtınızda süfrənizin başında oturub qarnımı doyururdum, amma indi ki, iş belə gətirib mən səni necə qoyub gedə bilərəm?! Ey Peyğəmbər balası, bilirsən ki, mən zənciyəm, bədənimdən xoşagəlməz iy gəlir, heç fəxr etməyədə şərafətli atam-babam yoxdur. Olar ki, mən də sənin hüzurynda şəhid olub bu şərafətə nail olum? Sən mənə lütf et, qoy bədənimdəki xoşagəlməz qoxu getsin, gözəlləşim və rəngim ağarsın. Mənim qara qanım sənin qanına qarışmayınca səndən ayrılmayacağam. Sonra ərəb dilində şer oxumağa başladı. Qılıncı götürüb meydana getdi və dediyinə əməl etdi. Ömrünün son saatlarında yerə yıxılmış halda İmam onun başının üstündə əyləşərək Counun istəkləri üçün Allaha belə dua edir: «İlahi, bunun qara rəngini ağart, bədəninin qoxusunu xoş ətirli et! Onu ən gözəl insanlarınla məşhur et və onu Peyğəmbər və Ali peyğəmbərdən ayırma!».

Tarixdə var ki, on gündən sonra onun cənazəsini tapırlar. Bu zamana qədər şəhidlərin bədənlərini bəzi tayfalar gəlib dəfn etmişdirlər.

İmam Bagir (ə) nəql edir: «Counun bədəni tapılarkən ağappaq idi və bədənindənə gələn xoş ətir ətrafı bürümüşdü. Coun İmaməti dərk edərək əbədi səadətə qovuşdu.»

İmamın səhabələrindən biri də Hənzələ ibni Səd Şəbanidir. Kufədə Həmdam adlı bir yerdə yaşayan üç qəbilədən biri Şəbandır. Hənzələ bu qəbilədən olan çox şəxsiyyətli, qariye-Quran və cəsarətli bir adam idi. İmamın yola düşdüyünü eşitdikdə gəlib ona qoşuldu. O, bu səfərdə İmama çox kömək oldu. Ömər Sədlə müzakirələrdə İmam Əbəlfəzl ağa ilə yanaşı onu da göndərirdi. Aşura günü o da İmamdan izn istədi. Əvvəl gedib qarşı tərəfin qoşununu moizə etdi. Sonra isə İmamın yanına gələrək dedi:

-Yəbnə Rəsulillah, indi icazə verirsən Allahın hüzuruna köçüb orada öz qardaşlarıma qoşulum? Həzrət buyurdu:

-Get! Sənin bu yolun dünya və dünyadakı hər bir yoldan yaxşı və xeyirlidir. Get əbədi olan səltənətə. (Yəni Kərbəlada şəhid olmaq əbədi və sonu olmayan səltənətə qovuşmaqdır.)

Hənzələ ağlaya-ağlaya xudahafizləşib ayrılaraq gedib şəhid oldu. Beləliklə o da öz iradəsi ilə ağadan icazə alıb, öz yolunu seçdi və gedib şəhid oldu.

Kərbəlada bu şərəfə nail olanlardan biri də İmamın Azərbaycanlı qulamibır. Yazırlar ki, türk dilli olan bu qül müsəlmanlar arasında şərafətli bir adam idi. Burada dahi şəxsiyyət Füzulinin «Hədiqətüs-süəda» kitabında bu şəxs haqqında yazdıqlarını qeyd etmək yerinə düşərdi. Füzuli yazır: «Kərbəla şəhidlərindən birinin adı Müslümdür. Bu Müslüm Azərbaycanlıdır. Müslüm meydanda bir qədər vuruşduqdan sonra atdan yıxıldı. Bu zaman İmam Hüseyn (ə) və Həbib ibn Məzahir onun başı üzərinə gəldilər. Müslüm gözünü açıb Həzrətə baxdı. İmam buyurdu:

-Mənim salamımı cənnət əhlinə çatdır və deki, mən də yaxın anlarda onlara qovuşacağam.» Füzuli burada bir beyt şer yazıb. Yazır ki:

Ey xoş ol saat ki, sərfe rahe-canan ola.

Göstərib aşiq vəfa məşuqinə qurban ola.

Deyir: Müslüm Həzrətə baxıb bu sözləri dedi. Gülümsündü və sonra şəhid oldu.

Füzuli qeyd edir ki, İmam sözünü qurtardıqdan sonra Həbib gəlib Müslümün başı üzərində dayanaraq dedi:

-Əgər mənim səndən sonra şəhid olacağını bilməsəydim xahiş edərdim ki, vəsiyyətini mənə edəsən. Amma mən tez bir zamanda səndən sonra şəhid olacağam. Müslüm Həbibə baxıb dedi:

-Yox, mənim sənə sözüm var. Əgər özünü zamanın imamına qurban verməsən orada sənə xeyri yoxdur. Vəsiyyətim budur ki, canını imama qurban ver, onu sənə tapşırıram. Həbib, məbada sağ qaldığın halda gözün önündə onu öldürsünlər. Bunları deyib gülümsəyərək şəhid oldu. İnsanın dünyadan gülə-gülə getməsi böyük şərafətdir. Bu hər adama nəsib olmur. Müslümün başı üzərində imamın gözü yaşardı və ağladı.

Kərbəlada İmam 4 yerdə ağlayıb. Onun ikisi Əbəlfəzl üçündür. Biri Əbəlfəzl döyüş üçün icazə istəyəndə digəri isə Əbəlfəzl ağanın başı üzərində. Üçüncüsü oğlu Əli-Əkbər icazə istəyərkən, dördüncüsü isə azərbaycanlı qulamın başı üzərində.

Kərbəlada nə ağın, nə qaranın, nə ərəbin, nə də əcəmin heç bir fərqi yox idi. Orada hamı eşqlə Allahı, Peyğəmbəri (s), Quranı və Əhli-beyti özünə hədəf seçmişdi. Əhli-beyt bayrağı altında döyüşənlər üçün milliyət, şəxsiyyət meyar deyildi. Burada meyar eşq və onun mənası idi.

Burada iki nəfər də Bəni-haşimidən qeyd edək. Bəni haşimdən olan Əbəlfəzl digərlərindən fərqlənmirdi. O, İmamdan izn istəyərkən onun ətəyindən yapışıb icazə istədi.


Yapışıb daməne mövlaye vəfadarımdan.

Elə bil hacı tutub Kəbənin astanından.

Şəbnəmi xiclət axır naleyi rüxsarından

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə