Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
uzaqlaĢırdılar. Yalnız təbii olaraq musiqi sədaları 
ilə  rəqs  etmək  ehtirası,  daxili  ritm  duyğusu 
qalırdı.  Əvəzində  isə  onları  əhatə  edən  mühitdə 
səslənən, musiqini - "ağlar"ın ifa etdikləri xristian 
dini  himnlərini  mənimsəyirdilər.  Lakin  zəncilər 
bu  dini  mahnıları  özünəməxsus  tərzdə  ifa 
edirdilər. Onların oxuduqları mahnılarda daha çox 
iztirab, kədər hiss olunurdu. 
Beləliklə,  ilk  zənci  dini  mahnıları  - 
"cpiriçuels" meydana gəlməyə baĢladı. XIX əsrin 
sonunda  digər  zənci  mahnısı  -  Ģikayət,  etiraz 
nidaları  ifadə  edən  "blyuz"  yaranır.  Zəncilər 
blyuzu  gitaranın  müĢayiəti  ilə  oxuyurdular. 
Onların  orkestr  alətlərini  əldə  etmək  üçün 
imkanları  yox  idi.  Ona  görə  də  müxtəlif  məiĢət 
əĢyalarından  kortəbii  surətdə  musiqi  alətləri 
düzəltməli olurdular. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
ABġ-da 
1861-1865 
illərin 
VətəndaĢ 
müharibəsi bitdikdən sonra hərbi hissələrin nəfəs 
alətləri  orkestləri  buraxıldı.  Bu  orkestrlərin 
alətlərini  nisbətən  ucuz  qiymətə  əldə  edən 
zəncilər  öz  orkestrlərini  yaratmağa  baĢladılar. 
Zənci  musiqicilər  marĢlar,  rəqslər  ifa  etməklə 
yanaĢı, 
spiriçuels 
və 
blyuz 
uslubunda 
melodiyaları  təqlid  edirdilər.  Onlar  zənci  vokal 
musiqisinin 
xüsusiyyətlərini, 
onun 
ritm 
sərbəstliyini  müxtəlif  orkestr  alətlərində  (truba, 
klarnet,  trombon)  ifadə  etməyə  çalıĢırdılar.  Bu 
musiqiçilərin  not  savadı  yox  idi.  Çünki  yalnız 
"ağlar" üçün nəzərdə tutulmuĢ musiqi məktəbləri 
onların  üzünə  bağlı  idi.  Onlar  bilavasitə,  musiqi 
duyumu  ilə  qavrayaraq  təcrübəli  musiqiçilərdən 
məsləhətlər  alır,  onların  ifa  üsullarından  istifadə 
edirdilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Zənci  vokal  musiqisinin  və  zənci  ritminin 
instrumental  sahəyə  tətbiq  edilməsi  sayəsində 
yeni orkestr musiqisi - "caz" yaranmağa baĢladı. 
20-ci  illərin  əvvəllərində  ABġ-ın  qara 
əhalisinin  cənubdan  Ģimala  köçməsi  ilə  əlaqədar 
görkəmli 
caz 
musiqiçiləri 
Nyu-Orleandan 
Çikaqoya  gəlirlər.  Çox  keçmir  ki,  həmin  Ģəhər 
dünyanın  ən  möhtəĢəm  caz  mərkəzi  kimi  böyük 
Ģöhrət qazanır. Məhz burada caz musiqisi ilk dəfə 
qrammofon  valına  yazılır,  radio  veriliĢlərində 
səslənir. 
20-ci  illərin  və  bəlkə  də  bütövlükdə  caz 
tarixinin  ən  görkəmli  musiqiçisi  zənci  Lui 
Armstronqdur.  Onun  virtuoz  truba  çalmaq 
məharəti, eləcə də nadir, bənzərsiz səsi indiyədək 
caz ifaçıları üçün bir etalon olaraq qalır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
30-cu  illərin  əvvəlində  caz  tarixində  baĢ 
vermiĢ  daha  bir  mühacirət  dalğası  —  bu  dəfə 
Çikaqodan  Nyu-Yorka  —  yeni,  svinq  üslubunun 
yaranmasına  gətirib  çıxarır  («svinq»  sözünün 
mənası  «yırğalanma»,  «yellənmə»dir).  Biq-bənd 
adı ilə tanınan və tərkiblərini xeyli geniĢləndirmiĢ 
bu  ansambllar  caza  böyük  kommersiya  uğuru 
gətirir. 
«Svinq  kralı»  klarnet-çalan  Benni 
Qudmen,  görkəmli  pianoçu  və  bəstəkar  Dük 
Ellinqton  və  istedadlı  trombonçalan  Qlen  Miller 
30-cuların  ən  məĢhur  biq-bəndlərinə  rəhbərlik 
etmiĢlər.  Gözəl  müğənni,  «cazın  birinci  ledisi» 
EllaFitscerald  da  biq-bəndlərdən  birində  çıxıĢ 
etmiĢdir.  Onun  ecazkar  səsi  və  improvizasiya 
qabiliyyəti  bu  günədək  caz  musiqisinin  ən 
yüksək, əlçatmaz zirvələrindən hesab olunur. 30-
cu  illərin  sonunda  Kanzas  Ģəhərində  əvvəlcə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
eksperiment  xarakteri  daĢıyan  modern-caz  və  ya 
bibop  üslubu  yaranır.  Bibopda  əsas  diqqət 
orkestrin  həmahəng  səslənməsinə  deyil,  müxtəlif 
alətlərin  solo  ifasına  yetirilir.  40-cıların  məĢhur 
cazmenləri  saksafonçalan  Çarli  Parker  və 
trubaçalan  Dizzi  Gillespi  bibopa  dünya  Ģöhrəti 
gətirirlər. Çarli Parkerin modern-cazın inkiĢafında 
oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi 
caz  sahəsindəki  xidmətlərinə  bərabər  tuturlar. 
Dizzi Gillespinin kəĢflərindən biri də caza Afrika, 
Kuba ritmlərini daxil etməsidir. 
Cazın  əsas  xüsusiyyətləri  improvizasiya 
(hazırlaĢmadan,  bədahətən  ifa  etmə),  ritm 
sərbəstliyi  və  geniĢ  melodik  nəfəsdən  ibarətdir. 
Ritmdəki  müntəzəm  vurğuların  ("bit")  və  bu 
vurğulardan  yayınmaların  ("svinq")  mövcudluğu 
caz  musiqisinə özünəməxsus rəngarənglik gətirir. 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə