135
134
51.
İQTİSADİ
ƏMƏKDAŞLIQ
İlk pazl təqribən 1760-cı ildə ingiltərəli coğ-
rafiya müəllimi Con Spilsberi tərəfindən yara-
dılmışdır. Bu xəritə-pazlların köməyi ilə şa-
girdlər ölkələrin yerləşməsini yadda saxlayır-
dılar. Pazlların düzgün yığılması ərazinin tam-
lığını əks etdirirdi. 1766-cı ildə pazllardan
düzəldilmiş “Krallıqlara bölünmüş Avropanın
xəritəsi” bu günədək qorunub saxlanılır.
· Pazlı “hissələrdən bütövü yaratmaq” oyunu adlandırmaq olarmı?
· Ölkələrarası əlaqələr ilə xəritə-pazl oyunu arasında hansı oxşarlıq var?
Cədvəli dəftərinizə çəkin. Verilən məsələlərin həllində ölkələrarası əməkdaşlığın
mümkünlüyünü “+” və ya “–” işarələri ilə müəyyən edin.
Müzakirə edək: Hansı məsələlərin birgə həlli ölkələrin əməkdaşlığını daha da
möhkəmləndirə bilər?
Yada salın.
Yada salın.
Azərbaycan Avropa və Asiya qitələrini
birləşdirən Qafqaz
regionunda yerləşir.
Müstəqilliyin əldə edilməsi Azərbaycan Respublikasına dünyanın ölkələri ilə ge-
niş
əməkdaşlıq etməsinə imkan yaratdı.
Ölkə ərazisinin
Şərq və Qərb, eləcə də Şimal və Cənub nəqliyyat dəhlizi üzərində
yerləşməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini sürətləndirdi.
Əlverişli coğrafi mövqe ölkələrarası iqtisadi layihələrin həyata keçirilməsinə
imkan verir. Bu da ölkələr arasında gömrük və viza rejimindəki məhdudiyyətlərin
azaldılması ilə nəticələnir. İqtisadi əməkdaşlığın belə dərinləşməsi
inteqrasiya ad-
lanır. İnteqrasiyalar
regional və
sahəvi ola bilər. Hər hansı bir ərazidə yerləşən
ölkələrin yaratdığı birliklər
regional inteqrasiya (Avropa İttifaqı, Latın Amerikası
Ölkələri Birliyi) adlanır. İqtisadiyyatın hər hansı sahəsi üzrə əməkdaşlıq məqsədilə
yaradılan birliklər
sahəvi inteqrasiya adlanır. Onlardan ən mühümü
OPEK – neft
ixrac edən ölkələrin birliyidir.
Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatların üzvüdür. Müstəqil döv-
lət kimi ölkənin 1991-ci ildə üzv olduğu ilk təşkilat
İslam Konfransı Təşkilatıdır
(İKT). 1992-ci
il martın 2-də
Birləşmiş Millətlər Təşkilatına üzv seçilməklə Azər-
baycan dünyanın tam müstəqil ölkəsi kimi tanındı. Daha sonra Azərbaycan keçmiş
sovet respublikalarının yaratdığı
Müstəqil Dövlətlər Birliyinə (MDB) də üzv oldu.
Azərbaycan neftinin Avropa ölkələrinə çıxarılması istiqamətində yeni razılaşmalar
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılması ilə nəticələndi.
Qafqaz regionunun beynəlxalq aləmdə gücünü artırmaq və Avropa ilə Asiya arasında
yeni bir iqtisadi məkan yaratmaq məqsədi ilə 1997-ci ildə
Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldovanın iştirak etdiyi
GUAM təşkilatı yaradıldı.
Son illər Azərbaycanın
Avropa İttifaqı Ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığı
genişlənir.
Cədvəli dəftərinizə çəkin. Verilmiş təşkilatlarda Azərbaycanın hansı ölkələrlə
əməkdaşlıq etdiyini “+” işarəsi ilə qeyd edin.
AÇAR SÖZLÄR
GUAM
İslam Konfransı Təşkilatı
QDİƏT
Avropa İttifaqı
Azərbaycan müstəqil ölkə olaraq ilk dəfə __ üzv
seçilmişdir. Ölkə neftinin Avropaya nəqli məqsədi ilə
__ yaradılmışdır. __ ilə iqtisadi əməkdaşlıq Azərbay-
canın Avropa ölkələri ilə daha sıx əlaqələrinə imkan
verir. __ isə Avropa ilə Asiya arasında yeni bir iqtisadi
məkandır.
Nä öyrändìnìz
Öyrändìklärìnìzì tätbìq edìn
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Fäaliyyät
Fäaliyyät
Ticarət
əlaqələri
Hər hansı məhsulun birgə istehsalı
Eyni pul vahidindən istifadə etmək
Eyni
konstitusiyaya malik olmaq
Vətəndaşların sənədsiz gediş-gəlişi
Ölkələrin bir rəhbər tərəfindən idarə olunması
Eyni dövlət bayrağı, himn
və gerb ilə təmsil olunmaq
Mümkündür/Mümkün deyil
Əməkdaşlıq sahələri
MDB
İKT
GUAM
Qara Dəniz Ölkələri Birliyi
Sxemi dəftərinizə çəkin və əlaqəni qurun:
Ölkələr
Gürcüstan
Rusiya
Misir
İran
Qazaxıstan
Ukrayna
GUAM
İslam Konfransı Təşkilatı
MDB
Azərbaycan neftini Qərb ölkələrinə
daşımaq
məqsədi
Keçmiş sovet respublikalarının birliyi
Avropa və Asiya arasında
yeni iqtisadi
məkan yaratmaq məqsədi
Azərbaycanın
daxil olduğu ilk təşkilat
Çap üçün deyil