Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə24/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   20   21   22   23   24   25   26   27   ...   136

www.vivo-book.com 

 

121 



Ondan da pisi isə bir neçə yazarı tanımaqdır. Lap bir təzəyin 

üstünə toplaĢmıĢ milçəklər kimi.  

– Gəl özümüz üçün bir masa götürək, – mən dedim.  

Budur mən yazar idim, həftəsi $1000 dollar olan baĢqa 

yazarlar  ilə  bir  məkanda  oturan  və  həftəsi  $65  dollarlıq  bir 

yazar. Lidiya, mən düĢündüm, artıq hədəfimə çox yaxınam. 

Sən  çox  peĢman  olacaqsan. Bir  gün gələcək  mən  dəbdəbəli 

restoranlardan  çıxmayacağam  və  məni  hər  kəs  oralarda 

tanıyacaq.  Onlar  mənim  üçün  arxa  tərəfdə,  mətbəx 

yaxınlığında daim xüsusi bir masanı hazır saxlayacaqlar. Biz 

içkilərimizi aldıq və Di Di mənə baxdı. 

–  Sən  çox  əla  yalayırsan.  Ġndiyədək  məni  yalayanlar 

arasında sən ən yaxĢısısan. 

– Bunu mənə Lidiya öyrədib. Sonra da özümdən bir-iki 

xırdalıq əlavə etmiĢəm. 

Tünsdərili  bir  cavan  oğlan  yerindən  sıçrayaraq  bizim 

masamıza  yaxınlaĢdı.  Di  Di  bizi  bir-birimizə  təqdim  elədi. 

Oğlan  Nyu-Yorkdan  idi,  “Villic  Voys”  və  digər  Nyu  York 

qəzetləri  üçün  yazılar  yazırdı.  Onlar  tanınmıĢ  adlar  çəkərək 



www.vivo-book.com 

 

122 



bir-biri  ilə  bir  müddət  yarıĢandan  sonra,  oğlan  Di  Didən 

soruĢdu: 

– Bəs sənin ərin nə ilə məĢğul olur? 

–  Mənim  at  tövləm  var,  –  mən  dedim.  –  Yumruq 

döyüĢçülərim, dörd  əla meksikalı oğlanım və bundan  əlavə 

əsl rəqqas olan bir zəncim var. Sizin çəkiniz nə qədərdir? 

–  158.  Siz  özünüz  də  döyüĢlərdə  iĢtirak  etmisinizmi? 

Sizin üzünüzə baxanda, bəlli olur ki, bir neçə sanballı zərbə 

almısınız. 

–  Bir  neçə  zərbə  almıĢam.  Sizi  135-lik  çəki 

kateqoriyasına qoya bilərik. Mənə yüngül çəkidə solaxay bir 

boksçu lazımdır. 

– Mənim solaxay olduğumu hardan bildiniz? 

–  Siz  siqaretinizi  sol  əlinizdə  tutmusunuz.  Main 

Stritdəki  idman  zalına  gəlin.  Bazar  ertəsi  səhər  tezdən. 

Sizinlə  məĢqlərə  baĢlayaq.  Siqaret  çəkmək  olmaz.  O 

zəhrimara qalmıĢ qancıq oğlunu da söndürün!  

– Bura bax, dostum,  mən yazaram. Mən çap makinası 

ilə 

iĢləyirəm. 



Mənim 

yazdıqlarımdan 

bir 

Ģey 


oxumamısınızmı? 


www.vivo-book.com 

 

123 



–  Mən  yalnız  paytaxt  qəzetlərini  oxuyuram  –  qətllər, 

zorlamalar,  döyüĢlərin  nəticələri,  fırıldaqçılar,  avia  qəzalar 

və Ənn Lenders haqqında.  

–  Di  Di,  –  oğlan  dedi,  –  yarım  saatdan  sonra  Rod 

Stüratdan müsahibə almalıyam. Ġndi getməliyəm. – O getdi. 

Di Di bizə yenə içki sifariĢ elədi.  

–  Sən  niyə  insanlarla  düz  dolana  bilmirsən?  –  o 

soruĢdu. 

– Qorxduğuma görə, – mən cavab verdim. 

– Budur gəlib çatdıq, – Di Di dedi və maĢını Hollivud 

qəbiristanlığının içinə sürdü. 

–  Əla,  –  mən  dedim,  –  çox  əla.  Mən  ölümü  tamam 

yaddan çıxarmıĢdım. 

Biz maĢınla orada bir balaca gəziĢdik. Qəbirlərin böyük 

əksəriyyəti  torpaqdan  yuxarı  ucalırdı.  Önlərindəki  giriĢ 

pilləkənləri  və  sütunları  ilə  onlar  balaca  evləri  xatırladırdı. 

Və  hər  birinin  qıfıllanmıĢ  dəmir  qapısı  vardı.  Di  Di  maĢını 

bir  tərəfdə  saxladı  və  biz  maĢından  düĢdük.  O  qapılardan 

birini  açmağa  çalıĢdı.  Qapını  açmaq  üçün  əlləĢərkən  mən 

onun  sağrılarının  necə  yırğalandığına  tamaĢa  edirdim. 




www.vivo-book.com 

 

124 



Birdən  yadıma  NitĢe  düĢdü.  Baxın  bu  da  biz:  alman  ayğırı 

və yəhudi madyanı. Ata yurdum mənimlə fəxr edərdi. 

Biz qayıdıb Mersedesə oturduq və Di Di maĢını böyük 

bloklardan birinin yanında saxladı. Burada qəbirlərin hamısı 

divarın  içində  idi.  Onlar  cərgə-cərgə  düzülmüĢdü. 

Bəzilərinin  önündəki  balaca  vazalarda  güllər  vardı,  amma 

onlar  da  solmuĢdu.  Divardakı  oyuqların  əksəriyyətində  isə, 

ümumiyyətlə,  gül  yox  idi.  Onların  bəzilərində  ərlə  arvadı 

yatırdı,  səliqəli  cərgə  ilə.  Bəzi  qoĢa  qəbirlərdə  oyuqlardan 

biri boĢ idi və öz sakinini gözləyirdi. Oyuqlarından birisinin 

boĢ olduğu qəbirlərin hamısında vəfat edənlər yalnız kiĢilər 

idi.  


Di  Di  mənim  əlimdən  tutub  tinin  arxasına  apardı.  Hə, 

budur  bu  da  o,  ən  aĢağıda,  Rudolf  Valentino.  Vəfat  edib: 

1926.  Çox  da  uzun  ömür  sürməyib.  Mən  80  yaĢına  qədər 

yaĢamaq qərarını vermiĢdim. Bir təsəvvür edin – 80 yaĢınız 

var və 18 yaĢlı bir qızı qayırırsınız. Əgər ölümlə oyunda onu 

aldatmağın bir yolu varsa o da bu olmalıdır.  

Di Di balaca gül vazalarından birini götürüb çantasına 

qoydu. Standart oyundur. BoĢ duran hər Ģeyi götürə bilərsən. 




www.vivo-book.com 

 

125 



Hər  Ģey  hamıya  məxsusdur.  Biz  oradan  çıxdıq  və  Di  Di 

dedi: 


–  Tayron  Pauerin  skamyasında  oturmaq  istəyirəm.  O 

mənim sevimlim idi və mən onu sevirdim! 

Biz  gedib  Tayronun  qəbrinin  yanındakı  skamyada 

oturduq.  Ondan  sonra  ayağa  qalxdıq  və  Duqlas  Ferbanksın 

qəbrini ziyarət etdik. Onun qəbri qəĢəng idi. Qəbrin önündə 

özəl  su  hovuzu  da  vardı.  Hovuz  su  zanbaqları  və 

çömçəquyruqlar  ilə  dolu  idi.  Biz  pilləkənlərlə  qalxdıq  və 

qəbrin  arxa  tərəfində  də  oturmaq  üçün  yerlər  olduğunu 

gördük.  Oturduq.  Qəbrin divarında  balaca  bir  çat  olduğunu 

sezdim, xırda qırmızı qarıĢqa ordusu həmin çatdan yorulmaq 

bilmədən  içəri-çölə  Ģütüyürdü.  Mən  bir  müddət  bu  balaca 

qırmızımtıl qarıĢqalara tamaĢa elədim, sonra isə qolumu Di 

Dinin boynuna doladım və onu öpdüm, bu öpüĢ, həqiqətən, 

çox uzun çəkdi. Biz dost olaraq qalmaq qərarına gəlmiĢdik. 



 

 

19 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə