Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə22/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   18   19   20   21   22   23   24   25   ...   136

www.vivo-book.com 

 

111 



Di Di bizim üçün qırmızı Ģərab açdı. Mən keçib yemək 

üçün ayrılmıĢ küncdə oturdum. 

– Onun üçün darıxırsanmı? 

– Ġlahi, hə. Az qalıram ağlayam. Mənim bütün içalatım 

çeynənib. Bəlkə də bu vəziyyətdən salamat çıxmadım. 

–  Çıxarsan,  çıxarsan.  Biz  sənə  Lidiyanı  unutmağa 

kömək eləyərik. Biz səni bu vəziyyətdən dartıb çıxararıq.  

– Onda belə çıxır ki, sən mənim nə hisslər keçirdiyimi 

bilirsən? 

– Bizim hamımızın baĢına belə Ģeylər gəlib, özü də bir 

neçə dəfə. 

–  Ondan  baĢlayaq  ki,  o  qancıq  məni  heç  vaxt  vecinə 

almayıb. 

– Səhv edirsən, o səni vecinə alıb. Hətta indi də o səni 

vecinə alır. 

Mən  belə  qərara  gəldim  ki,  Di  Dinin  Hollivud 

Təpələrindəki böyük evində olmaq öz evimdə təkbaĢına kürt 

toyuq kimi yumurtaların üstündə oturmaqdan yaxĢıdır.  

–  Belə  çıxır  ki,  qadınlarla  o  qədər  də  yaxĢı  davrana 

bilmirəm, – mən dedim. 




www.vivo-book.com 

 

112 



– Sənin qadınlarla rəftarında heç bir problem yoxdur, – 

Di DĠ dedi. – Və sən son dərəcə də gözəl yazıçısan.  

–  Ondansa,  qadınlarla  yaxĢı  ünsiyyət  qura  bilməyə 

üstünlük verərdim.  

Di Di bir siqaret yandırdı. O, siqareti çəkib bitirincəyə 

qədər gözlədim, sonra masanın üstündən uzanıb onu öpdüm.  

– Sən mənim ovqatımı düzəltdin. Lidiya isə daim mənə 

hücumlar edirdi.  

– Bu heç də sənin düĢündüyün mənaya gəlmir.  

– Lakin o xoĢagəlməz də ola bilər.  

– Əlbəttə xoĢagəlməz ola bilər. 

– Özünə bir sevgili tapmısanmı? 

– Hələ yox. 

– Bura mənim xoĢuma gəlir. Bəs buranı belə tər-təmiz 

saxlamağa necə müvəffəq olursan? 

– Biz evimizdə qulluqçu saxlayırıq. 

– Hə?  

–  O  sənin  xoĢuna  gələcək.  O  iricüssəli  bir  zənci 



qadındır və mən gedəndən sonra ev iĢlərini bacardığı qədər 

tez  bitirir.  Sonra  o,  yatağa  girir  və  peçenye  yeyə-yeyə 




www.vivo-book.com 

 

113 



televizora  baxır.  Hər  gecə  öz  yatağımda  peçenye  qırıqları 

tapıram. Sabah səhər iĢə gedəndə, ona deyəcəyəm ki, sənin 

səhər yeməyini hazırlasın.  

– DanıĢdıq. 

–  Yox,  dayan.  Sabah  Ģənbə  günüdür.  ġənbə  günləri 

mən  iĢləmirəm.  Biz  yeməyimizi  restoranda  yeyərik.  YaxĢı 

bir yer tanıyıram. Sənin xoĢuna gələcək. 

– Oldu. 


– Yəqin sən də bilirsən, mən həmiĢə səni sevmiĢəm. 

– Nə? 


–  Uzun  illərdir.  Bilirsənmi,  əvvəlcə,  Berni,  sonra  isə 

Cek  ilə  sənin  evinə  gələrdim,  əslində,  istədiyim  adam  elə 

sən idin. Lakin sənin gözlərin israrla məni görmək istəmirdi. 

Sən  daim  ya  öz  pivə  bankanı  əmirdin,  ya  da  bütün  fikrin-

zikrin baĢqa bir Ģeylə məĢğul olurdu.  

–  Axmaq  olmuĢam,  düĢünürəm  ki,  əbləh  olmuĢam. 

Poçt  xidmətinin  aĢıladığı  axmaqlıq.  Məni  bağıĢla  ki,  səni 

görməzlikdən gəlmiĢəm. 

–  Eybi  yox,  indi  mənim  də  qadın  olduğumu  sezə 

bilərsən. 




www.vivo-book.com 

 

114 



Di Di bir qədəh də Ģərab süzdü. YaxĢı Ģərab idi. Mənim 

çox  xoĢuma  gəlirdi.  ĠĢlər  pis  olanda,  gedəsi  bir  yerinin 

olması  çox  gözəldir.  ĠĢlər  pis  olanda  gedəsi  bir  yerimin 

olmadığı  əvvəlki  günlərimi  xatırladım.  Bəlkə də vəziyyətin 

elə  olması  mənim  xeyrimə  olub.  O  vaxt  demək  istəyirəm. 

Amma  indi  mənim  üçün  xeyirli  olan  Ģeyin  marağında 

deyildim.  Ġndi  maraqlandığım  bir  Ģey  vardı,  o  da  özümü 

necə  hiss  etməyim  və  iĢlərim  pis  getməyə  baĢlayanda, 

ovqatımın təlx olmasının qarĢısını necə alacağım idi. Əhval-

ruhiyyəmi yenidən necə yüksəldəcəyim.  

–  Sənin  beynini  sikmək  istəmirəm,  Di  Di,  –  mən 

dedim. – Mən qadınlarla hər zaman yaxĢı davranmıram. 

– Sənə dedim axı, səni sevirəm. 

– Lazım deyil. Məni sevmə. 

–  YaxĢı,  –  o  razılaĢdı,  səni  sevməyəcəyəm,  sənə 

sevməyə  yaxın  bir  hiss  bəsləyəcəyəm.  Hə,  belə  desəm 

yarıyar? 

– Birincidənsə, ikinci daha yaxĢıdır. 

– Biz Ģərablarımızı bitirdik və yatağa girdik... 

 



www.vivo-book.com 

 

115 



 

18 

Ertəsi gün Di Di səhər yeməyi üçün məni Sanset Strip 

restoranına apardı. Onun Mersedesi qara rəngli idi və günün 

Ģüaları  altında  par-par  yanırdı.  MaĢınımız  reklam 

lövhələrinin,  gecə  klublarının  və  dəbdəbəli  restoranların 

yanından  keçirdi.  Mən  isə  çəkdiyim  siqaretin  tüstüsündən 

boğularaq  öskürə-öskürə  oturacaqda  qısılıb  oturmuĢdum. 

Bundan  da  pis  günlərimin  olduğu  haqqında  düĢünürdüm. 

Xəyalımda  bir-iki  səhnə  canlandı.  Bir  dəfə  Atalantada  qıĢ 

mövsümündə donurdum,  pulsuz qalmıĢdım,  yatmağa  yerim 

yox  idi  və  içəri  girib  bir  az  qızınmaq  ümidilə  kilsənin 

pillələri  ilə  onun  qapısına  yaxınlaĢmıĢdım.  Amma  kilsənin 

qapısı  bağlı  idi.  Bir  baĢqa  vaxt  El  Pasoda  mən  parkda 

skamyada yatmıĢdım və səhər tezdən ayaqqabılarımın altına 

öz  dəyənəyi  ilə  vuran  bir  polis  məni  yuxudan  oyatmıĢdı. 

Mən  hələ  də  Lidiya  haqqında  düĢünməkdən  vaz  keçə 

bilmirdim.  Bizim  aramızdakı  münasibətlərin  yaxĢı  tərəfi 

mədəmin  içində  ora-bura  gəzərək  bütün  içalatımı  gəmirən 

siçovula bənzəyirdi.  



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə