Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə21/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   17   18   19   20   21   22   23   24   ...   136

www.vivo-book.com 

 

105 



– Missis O'Kifdən heç xoĢum gəlmir, – Lidiya dedi. – 

Onun əri normal görünür, amma arvaddan xoĢum gəlmir. 

– Qadın dindar katoliklərdəndi. Sənə isə baĢını soxmaq 

üçün bir yer lazımdı. 

–  Sənin  bu  adamlar  ilə  oturub  içməyini  istəmirəm. 

Onların məqsədi səni məhv eləməkdir. 

–  Mən  onlara  ayda  cəmi  85  dollar  kirayə  haqqı 

ödəyirəm.  Onlar  mənimlə  oğulları  kimi  rəftar  edirlər.  Heç 

olmasa, arada bir onlarla pivə içməliyəm, ya yox... 

– Oğulları kimi.., budu eee! Sən demək olar ki, onlarla 

həmyaĢsan. 

Təxminən üç həftə keçdi. ġənbə səhər yerini günortaya 

vermək üzrəydi. Keçən gecə Lidiyagildə yatmamıĢdım. Mən 

vanna qəbul edib pivə içəndən sonra əynimi geyindim. Həftə 

sonlarından  xoĢum  gəlmirdi.  Hamı  küçələrə  tökülüĢmüĢdü. 

Hər  kəs  pinq-ponq  oynayır,  ya  öz  qazonunu  biçir,  ya 

maĢınlarını silib parıldadır, ya supermarketə, ya da çimərliyə 

və  ya  parka  gedir.  Hər  tərəfdə  insan  əlindən  tərpənmək 

olmur.  Bazar  ertəsi  mənim  ən  sevimli  günümdür.  Hamı  öz 

iĢinə  qayıdır  və  heç  kim  gözə  dəymir.  Bir  belə  insan 




www.vivo-book.com 

 

106 



kütləsinə baxmayaraq, mən cıdır yarıĢlarına getmək qərarına 

gəlmiĢdim.  Orada  Ģənbə  gününü  keçirmək  bir  qədər  asan 

olardı. Bərk biĢirilmiĢ soyutma yumurta yedim, bir ĢüĢə də 

pivə  içdim,  artırmaya  çıxdım  və  qapını  kilidlədim.  Lidiya 

həyətdə itlə, Baqbatla oynayırdı. 

– Salam, – Lidiya dedi. 

–  Salam,  –mən  də  cavab  verdim.  –  Mən  cıdır 

yarıĢlarına gedirəm. 

Lidiya mənə yaxınlaĢdı. 

–  Qulaq  as,  cıdır  yarıĢlarının  səni  nə  günə  saldığını 

bilirsən axı. 

O  demək  istəyirdi  ki,  cıdır  yarıĢlarından  qayıdanda, 

mən onunla seviĢmək üçün çox yorğun oluram. 

–  Dünən  də  sərxoĢ  idin,  –  deyə  Lidiya  sözünə  davam 

etdi.  –  Biabırçı  vəziyyətə  düĢmüĢdün.  Lizanı  da  bərk 

qorxutdun.  Ona  görə  də  səni  evimdən  qovmağa  məcbur 

oldum.  

– Mən cıdır yarıĢlarına gedirəm. 




www.vivo-book.com 

 

107 



–  YaxĢı,  istədiyini  elə,  get  o  zibilə  qalmıĢ  cıdırına. 

Amma  əgər  cıdıra  getsən,  sən  geri  qayıdanda,  mən  artıq 

burda olmayacam. 

Evin  önündə  saxladığım  maĢınıma  mindim.  Qapının 

ĢüĢəsini endirdim və  mühərriki iĢə saldım.  Lidiya  yolumun 

üstündə  dayanmıĢdı.  Onunla  vidalaĢmaq  üçün  əlimi 

yellədim və maĢını küçəyə çıxardım. Gözəl bir yay günü idi. 

MaĢını  Hollivud  Parkla  sürürdüm.  Yeni  bir  sistem 

düĢünmüĢdüm.  Hər  yeni  sistem  məni  var-dövlətə  bir  qədər 

də yaxınlaĢdırırdı. Bu, sadəcə, zaman məsələsi idi.  

Mən $40 dollar uduzdum və evə qayıtdım. MaĢını evin 

önündəki  çəmənlikdə  saxladım  və  maĢından  düĢdüm. 

Artırmanın yanından keçib öz qapıma tərəf gedəndə, dalanla 

mənə tərəf gələn missis O'Kifi gördüm.  

– O getdi. 

– Nə? 


–  Sənin  qızını  deyirəm.  O,  Ģey-Ģüyünü  də  yığıĢdırıb 

getdi.  


Mən ona cavab vermədim. 


www.vivo-book.com 

 

108 



–  O  bir  qoĢqu  kirayələdi  və  bütün  əĢyalarını  ona 

yüklədi. Qəzəbindən az qalmıĢdı ağlını itirsin. Onun böyük 

paltaryuyan maĢınını görmüsən də? 

– Bəli. 


–  O  zibil  deyəsən  çox  ağırdı  axı.  Mən  özüm  onu  heç 

yerindən  tərpədə  bilməzdim,  amma  o  öz  oğluna  kömək 

eləməyə  də  qoymadı.  O,  paltaryuyanı  təkbaĢına  qaldırıb 

qoĢquya yüklədi. Sonra uĢaqları, iti də götürdü və maĢınını 

sürüb  getdi.  Mənə  əvvəlcədən  ödədiyi  həftənin  pulu  da 

qaldı. 


– Oldu, missis O'Kif. Çox sağ olun.  

– Bu gecə bizimlə içməyə gələcəksənmi?  

– Hələ bilmirəm. 

– Gəlməyə çalıĢ. 

Qapını  açdım  və  evə  daxil  oldum.  Ona  öz 

kondisionerimi  ödənc  vermiĢdim.  Ġndi  o,  Ģkafın  yanındakı 

stulun üstündə dururdu. Onun üstünə bir mesaj və bir də qısa 

mavi  tuman  qoyulmuĢdu.  Ġsmarıcda  əyri-üyrü  xəttlə 

yazılmıĢdı: 



www.vivo-book.com 

 

109 



“Al,  əclaf,  bu  da  sənin  kondisionerin.  Mən  getdim. 

Mən  həmiĢəlik  getdim,  səni  qancığın  oğlu!  Özünü  yalqız 

hiss etdiyin vaxtlarda, əlinlə özünü bu tumanın içinə boĢalda 

bilərsən. Lidiya.” 

Mən  soyuducuya  yaxınlaĢdım  və  bir  ĢüĢə  pivə 

götürdüm. Pivəni içdim və kondisionerə yaxınlaĢdım. Onun 

üstündəki  mavi  tumanı  əlimə  alıb  düĢünməyə  baĢladın  ki, 

görəsən, həqiqətən də bir Ģey alınar, ya yox. Sonra dedim: 

– Zibil! – və onu döĢəməyə atdım. 

Telefona  yaxınlaĢdım  və  Di  Di  Bronsonun  nömrəsini 

yığdım. O evdə idi. 

– Allo? – o dedi. 

– Di Di, – mn dedim, danıĢan Henkdir... 

 

17 

Di  Dinin  evi  Hollivud  Təpələrində  yerləĢirdi.  Di  Di 

həmin  evdə  öz  rəfiqəsi  Byanka  ilə  birlikdə  yaĢayırdı.  O  da 

xanım  icraçı  direktor  idi.  Byanka üst  mərtəbədə,  DĠ  DĠ  isə 

altda yerləĢmiĢdi. Mən qapının zəngini çaldım. Di Di qapını 

açanda  axĢam  saat  8:30  olardı.  Di  Di  40  yaĢlarında,  qara 




www.vivo-book.com 

 

110 



saçları qısa kəsilmiĢ, yəhudi və bir az da havalı bir qadın idi. 

Onun  bütün  iĢləri  Nyu-York  ilə  əlaqəli  idi  və  lazımlı 

adamların hamısını adbaad tanıyırdı: lazımlı nəĢriyyatçıları, 

ən yaxĢı Ģairləri, ən istedadlı karikaturaçı rəssamları, lazımlı 

inqilabçıları, kimi istəsən, hamını. O aramsız olaraq ot çəkir 

və özünü  1960-cı illərdə  yaĢayırmıĢ  kimi  aparırdı. Təbii ki, 

həmin zamanlarda o daha məĢhur və daha gözəl idi.  

Heç  bir  yaxĢı  nəticə  ilə  sonuclanmayan  sevgi 

macəralarının  uzun  silsiləsi  onun  axırına  çıxmıĢdı.  Ġndi  isə 

onun  qapısında  mən  dayanmıĢdım.  Bədəni  hələ  də  öz 

gözəlliyini tam itirməmiĢdi. Balacaboy olsa da, forması çox 

gözəgəlimli  idi  və  gənc  qızların  bir  çoxu  onun  bədən 

formalarına sahib olmaq üçün çox Ģeylərindən keçərdilər.  

Onun arxasınca evə daxil oldum. 

–  Deməli,  Lidiya  ilə  ayrılmısız?  –  Di  Di  məndən 

soruĢdu. 

– Mənə elə gəlir ki, o, Yutaya gedib. Mulzheddə 4 Ġyul 

Ģərəfinə keçirilən rəqslərin baĢlamasına az qalıb. O heç vaxt 

bu rəqsləri buraxmır. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə