Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə17/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   13   14   15   16   17   18   19   20   ...   136

www.vivo-book.com 

 

84 



sərxoĢ  deyildim.  Mən  cəld  kənara  çəkildim,  o,  döĢəməyə 

çırpıldı və çevrilərək arxası üstə uzandı. Mən onun üstündən 

adlayaraq  bayır  qapısına  tərəf  addımladım.  Qəzəbindən 

onun  ağzı  köpüklənirdi,  o  diĢlərini  qıcadaraq  vəhĢi  heyvan 

kimi  nərildəyirdi.  Həmin  an  o  diĢi  bəbirə  bənzəyirdi.  Mən 

üstdən  aĢağı  ona  baxdım.  O,  yerdə  belə  uzandığına  görə 

özümü daha təhlükəsizlikdə hiss etdim. O bərkdən bir nərə 

çəkdi  və  mən  qapıdan  çıxmaq  istəyəndə,  əlini  uzadıb 

dırnaqlarını paltomun qoluna keçirdi, onu var gücü ilə özünə 

tərəf  çəkərək  dibindən  qopardı.  Paltomun  qolu  çiyin 

yerindən qopmuĢdu.   

– Aman Allahım, – mən dedim, – bax gör mənim yeni 

paltomun qolunu neylədin! Axı bunu lap yenicə almıĢdım! 

Mən  qapını  açdım  və  bir  qolum  açıq  Ģəkildə  özümü 

bayıra atdım.  

MaĢının  qapısını  açar-açmaz,  arxamda  onun  yalın 

ayaqlarının  asfaltda  necə  Ģappıldadığını  eĢitdim.  Mən  cəld 

maĢının  içinə  atıldım,  qapını  kilidlədim  və  dərhal  starterə 

basdım.  



www.vivo-book.com 

 

85 



– Mən bu maĢını məhv edəcəyəm! – deyə o bağırdı. – 

Mən bu maĢını məhv edəcəyəm! 

O,  yumruqları  ilə  kapotu,  damı  və  ön  ĢüĢəni 

döyəcləyirdi.  Ona  xəsarət  yetirməmək  üçün  mən  maĢını 

astaca irəli verdim. Mənim  62-ci il  istehsalı olan  “Merküri-

Kometa”m  sökülüb  dağıldığından  bu  yaxınlarda  67-ci  ilin 

folksvagenini almıĢdım. Mən onu həmiĢə təmiz saxlayırdım, 

silib parıldadırdım. Saxlanc yerində, hətta lələkli süpürgəm 

də  vardı.  Mən  yavaĢ-yavaĢ  irəlilədikcə,  Lidiya  yumruqları 

ilə  maĢını  döyəcləməyə  davam  edirdi.  Ondan  bir  balaca 

aralanan kimi, sürət ötürücüsünü ikinci pilləyə atdım. Arxa 

görünüĢ  güzgüsünə  baxanda,  əynində  mavi  penuar,  qısa 

tumanda  onun  ay  iĢığında  tərpənmədən  yapyalnız 

dayandığını gördüm. Bütün içim alt-üst oldu. Birdən özümü 

xəstə,  lazımsız  və  bədbəxt  hiss  etdim.  Mən  ona  aĢiq 

olmuĢdum.  



 

12 

Evimə  getdim  və  içməyə  baĢladım.  Radionu  qoĢdum. 

Nəsə klassik bir musiqi tapdım. Koulman lampasını Ģkafdan 



www.vivo-book.com 

 

86 



çıxardım.  ĠĢıqları  söndürdüm  və  Koulman  lampası  ilə 

oynamağa  baĢladım.  Koulman  lampası  ilə  bir  çox  oyunlar 

çıxarmaq  mümkündür.  Məsələn,  onu  yandırıb  söndürmək 

olar,  ya  da  fitilin  istiliyindən  onun  necə  alıĢdığına  tamaĢa 

etmək  olar.  Həmçinin  lampanı  pompalayaraq  içindəki 

təzyiqi  artırmaqdan  çox  xoĢum  gəlirdi.  Bundan  əlavə, 

sadəcə, ona tamaĢa etmək özü də adama ləzzət verirdi. Mən 

içirdim  və  lampaya  tamaĢa  edirdim,  musiqiyə  qulaq  asır, 

siqar çəkirdim. 

Birdən telefon zəng çaldı. Bu Lidiya idi. 

– Ġndi sən neyləyirsən? 

– Elə-belə oturmuĢam. 

–  Sən  indi  elə-belə  oturub  içki  içirsən,  simfoniya 

musiqisinə  qulaq  asırsan  və  o  lənətə  gəlmiĢ  Koulman 

lampası ilə oynayırsan! 

– Hə, düz tapdın. 

– Geri qayıdacaqsanmı? 

– Yox. 



www.vivo-book.com 

 

87 



– YaxĢı, içə bildiyin qədər iç! Ġç və sonra da xəstələn! 

Özün  çox  yaxĢı  bilirsən  ki,  bir  dəfə  o  zibil  az  qala  səni 

qəbirə salacaqdı. Xəstəxana yadına gəlirmi? 

– Oranı heç vaxt unutmaram. 

–  YaxĢı,  bildiyini  elə,  iç,  ĠÇ!  ÖZÜNÜ  MƏHV  ELƏ! 

BAXARSAN 

MƏNĠM 

HEÇ 


VECĠMƏ 

DƏ 


OLMAYACAQ! 

Lidiya telefonun dəstəyini asdı, elə mən də. Ġçimdə bir 

hiss mənə deyirdi ki, Lidiya mənim mümkün ölümümdənsə, 

gələn  dəfə  kiminlə  sikiĢəcəyi  ilə  bağlı  daha  çox  narahatlıq 

keçirir.  Amma  mənim  tətilə  ehtiyacım  var.  Ġstirahətə 

ehtiyacım  var.  Lidiya  həftədə  ən  azı  beĢ  dəfə  qayrıĢmağı 

xoĢlayırdı. Mən isə üç dəfəyə üstünlük verirdim. Yerimdən 

qalxdım və yemək küncünə getdim, orada masanın üstündə 

yazı  makinam  vardı.  ĠĢığı  yandırdım,  masanın  arxasına 

oturdum  və  Lidiyaya  dörd  səhifədən  ibarət  bir  məktub 

yazdım.  Sonra  hamamxanaya  keçdim,  ülgücü  götürdüm, 

geri döndüm və oturub araqdan yaxĢıca vurdum. Daha sonra 

isə ülgüclə sağ əlimin orta barmağını yüngülcə çərtdim. Qan 

axmağa baĢladı. Məktubun altına qanımla imza atdım.  




www.vivo-book.com 

 

88 



Sonra  döngədəki    poçt  qutusunun  yanına  gedib 

məktubu atdım. 

Bir  neçə  dəfə  telefon  zəng  çaldı.  Zəng  vuran  yenə 

Lidiya  idi.  O,  müxtəlif  Ģeylər  söyləyərək  mənim  üstümə 

bağırırdı.  

–  Mən  RƏQS  etməyə  gedirəm!  Sən  evində  oturub 

zəhərləndiyin  vaxt  mən  burada  tək-tənha  oturmaq  fikrində 

deyiləm! 

Mən ona dedim: 

–  Sən  mənim  içki  içməyimi  baĢqa  bir  qadınla 

gəzməyim ilə eyni tutursan. 

– Ġçməyin daha da pisdir! 

O dəstəyi asdı. 

Mən  içməyimə  davam  etdim.  Yatmaq  istəmirdim. 

Tezliklə  gecə  yarısı  oldu,  sonra  gecə  saat  1,  2.  Koulman 

lampası isə hələ də yanırdı... 

Saat 3:30-da telefon zəng çaldı. Yenə Lidiya idi.  

– Sən hələ də içirsən? 

– Əlbəttə!  

– Ax səni murdar qancıq oğlu! 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə